MATTA 22:17
961
MATTA 23:6
arasında fərq qoymursan.
17
İndi bizə de görək, Səncə bizim üçün qeysərə vergi verməyə icazə var
ya yox?»
18
Amma İsa onların pis niyyətini bilərək dedi: «Ey ikiüzlülər, Məni niyə sınağa çəkirsiniz?
19
Vergi verdiyiniz sikkəni Mənə göstərin». Onlar da Ona bir dinar gətirdilər.
20
İsa onlara dedi:
«Sikkənin üstündəki bu təsvir və yazı kimindir?»
21
Ona dedilər: «Qeysərin». O vaxt İsa onlara
dedi: «Elə isə, qeysərin haqqını qeysərə, Allahın haqqını Allaha verin».
22
Bunu eşitdikləri zaman
heyrətləndilər və İsanı tərk edib getdilər.
Dirilmə haqqında sual
(Mark 12:18-27; Luka 20:27-40)
23
*Həmin gün dirilmənin olmadığını iddia edən bəzi sadukeylər İsanın yanına gəlib soruşdular:
24
*«Müəllim, Musa belə demişdir: “Əgər bir adam övladsız ölsə, qardaşı onun dul qalmış arvadını alıb
ölən qardaşın nəslini davam etdirsin”.
25
Aramızda yeddi qardaş var idi. Birincisi bir arvad aldı və
öldü. Uşağı olmadığından arvadı ilə qardaşı evləndi.
26
İkincisi və üçüncüsü, hətta yeddincisinə qədər
eləcə öldü.
27
Hamısından sonra bu qadın da öldü.
28
İndi ölülər diriləndə bu qadın o yeddi nəfərdən
hansının arvadı olacaq? Çünki hamısı bu qadını almışdı».
29
İsa onlara cavab verib dedi: «Müqəddəs Yazıları və Allahın qüdrətini bilmədiyinizə görə
yanılırsınız.
30
Ona görə ki ölülər diriləndə insanlar nə evlənir, nə də ərə gedirlər. Ancaq səmadakı
mələklər* kimi olurlar.
31-32
*Bəs ölülərin dirilməsinə gəlincə, Allah tərəfindən sizə “Mən İbrahimin
Allahı, İshaqın Allahı və Yaqubun Allahıyam” deyə söylənən sözü oxumamısınızmı? Allah ölülərin
deyil, dirilərin Allahıdır».
33
Bunları eşidən camaat Onun təliminə təəccüblənirdi.
Allahın ən böyük əmri
(Mark 12:28-34; Luka 10:25-28)
34
Fariseylər İsanın sadukeyləri susdurduğunu eşidəndə bir yerə toplaşdılar.
35
Onlardan biri olan
qanunşünas İsanı sınamaq məqsədi ilə Ondan bunu soruşdu:
36
«Müəllim, Qanunda ən böyük əmr
hansıdır?»
37
*İsaonadedi: «“AllahınRəbbibütünqəlbinlə, bütünvarlığınlavəbütündüşüncənləsev”.
38
Bu, böyük və əsas əmrdir.
39
*Buna bənzəyən ikincisi budur: “Qonşunu özün kimi sev”.
40
Bütün
Qanun və Peyğəmbərlərin sözləri bu iki əmrə əsaslanır».
Məsih kimin Oğludur?
(Mark 12:35-37; Luka 20:41-44)
41
Fariseylər toplaşdıqda İsa onlardan bunu soruşdu:
42
«Məsih haqqında nə düşünürsünüz? O kimin
Oğludur?» Onlar da İsaya «Davudun Oğlu» dedilər.
43
İsa onlara dedi: «Elə isə, nə üçün Davud Ruh
vasitəsilə Ona “Ağa” deyə müraciət edir?
44
*“Rəbb mənim Ağama dedi:
‹Mən düşmənlərini ayaqlarının altına salanadək
Sağımda otur›”
deyib.
45
Əgər Davud Ona “Ağa” deyə müraciət edirsə, O necə Davudun oğlu ola bilər?»
46
Bunun
cavabında İsaya kimsə bir söz deyə bilmədi. O gündən sonra artıq heç kim Ondan bir şey soruşmağa
cəsarət etmədi.
23
Vay halınıza!
(Luka 11:39-51)
1
Bundan sonra İsa camaata və şagirdlərinə müraciət edib
2
dedi: «İlahiyyatçılar və fariseylər
Musanın kürsüsündə oturmuşlar.
3
Buna görə də sizə əmr etdikləri hər şeyə riayət və əməl edin.
Amma onların etdiklərini etməyin, çünki söyləyərlər, amma riayət etməzlər.
4
Ağır və çətin daşına
bilən yükləri bağlayıb insanların çiyninə yükləyərlər, özləri isə bu yükləri daşımaq üçün barmaqlarını
belə, tərpətmək istəməzlər.
5
*Onlarözəməllərininhamısınıinsanlargörsündeyəedərlər. Çünkionlar
dua qutucuqlarını* genişləndirib geyimlərinin qotazlarını† uzadarlar.
6
Ziyafətlərdə yuxarı başı və
*
22:23 H
ə
v. 23:8 *
22:24 Qanun. 25:5
*
22:30 S
ə
madakı mələklər – bəzi əlyazmalarda Allahın səmadakı
mələkləri. *
22:31-32 Çıx. 3:6
*
22:37 Qanun. 6:5
*
22:39 Lev. 19:18
*
22:44 Z
ə
b. 110:1 *
23:5 Mark 12:38-39; Luka
20:46
*
23:5 Dua qutucuqları – bu qutucuğa Tövratdan götürül
ə
n bəzi ayələr qoyulur. Yəhudilər dua edən zaman
onu ya alına, ya da qola bağlayırlar. †
23:5 Qotaz – R
ə
bbin əmrlərini xatırlamaq üçün geyimlərin dörd
tərəfinə taxılır. Bax: Say. 15:38-40; Qanun. 22:12.
MATTA 23:7
962
MATTA 23:36
sinaqoqlarda baş kürsüləri tutmağı,
7
bazar meydanlarında salam almağı, insanların onlara “Rabbi!”‡
deyə xitab etməsini sevərlər.
8
Amma kimsə sizi “Rabbi” deyə çağırmasın. Çünki sizin bir Müəlliminiz var.§ Siz hamınızsa
qardaşsınız.
9
Yer üzündə kimsəyə “ata” deməyin. Çünki bir Atanız var, O da Səmavi Atadır.
10
Kimsə sizə “rəhbər” deməsin. Çünki bir Rəhbəriniz var, O da Məsihdir.
11
*Aranızda ən böyük
olan xidmətçiniz olsun.
12
*Kim özünü yüksəldərsə, aşağı tutulacaq və kim özünü aşağı tutarsa,
yüksəldiləcək.
13
Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz Səmavi Padşahlığı insanların
üzünə qapayırsınız. Nə özünüz girirsiniz, nə də girmək istəyənləri buraxırsınız.
14
**
15
Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz dənizi və qurunu dolaşırsınız
ki, bir nəfəri dinə gətirəsiniz. Dinə gətirdikdə isə onu özünüzdən ikiqat artıq cəhənnəmlik edirsiniz.
16
Vay halınıza, ey kor rəhbərlər! Deyirsiniz ki, “kim məbədə and içirsə, əhəmiyyətli bir şey
deyil, lakin kim məbədin qızılına and içirsə, öz andına borcludur”.
17
Ey ağılsızlar və korlar!
Hansı daha böyükdür? Qızılmı, yoxsa qızılı təqdis edən məbədmi?
18
Yenə də deyirsiniz ki, “kim
qurbangaha and içirsə, əhəmiyyətli bir şey deyil; lakin qurbangah üzərindəki qurbana and içən öz
andını yerinə yetirməlidir”.
19
Ey korlar!†† Hansı daha böyükdür? Qurbanmı, yoxsa qurbanı təqdis
edən qurbangahmı?
20
Beləliklə, qurbangaha and içən kəs ona və onun üstündə olan bütün şeylərə
and içir.
21
Məbədə and içən kəs ona və içində Yaşayana and içir.
22
*Göyə and içən kəs də Allahın
taxtına və taxtda Oturana and içir.
23
*Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz nanə, şüyüd və zirənin onda
birini verirsiniz, lakin Qanunun daha vacib işlərini, ədaləti, mərhəməti və imanı atırsınız. Amma onda
biri verməklə yanaşı bunları da yerinə yetirməli idiniz.
24
Ey kor rəhbərlər! Ağcaqanadı süzgəclə
çıxarır, dəvəni isə udursunuz!
25
Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz kasanın və boşqabın bayır
tərəfini təmizləyirsiniz, lakin onların daxili soyğunçuluq və pozğunluqla doludur.
26
Sən, ey kor
farisey! Əvvəlcə kasanın‡‡ daxilini təmizlə ki, bayır tərəfi də təmiz olsun!
27
*Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz ağardılmış məqbərələrə
bənzəyirsiniz: onların bayır tərəfi gözəl görünür, daxili isə ölü sümükləri və hər cür murdarlıqla
doludur.
28
Siz də zahirən insanlara saleh görünürsünüz, daxilən isə ikiüzlülük və qanunsuzluqla
dolusunuz.
29
Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz peyğəmbərlərə məqbərələr
tikirsiniz, salehlərin abidələrini bəzəyirsiniz.
30
“Biz ata-babalarımızın yaşadığı günlərdə yaşasaydıq,
peyğəmbərlərin qanını tökməkdə onlarla şərik olmazdıq” deyirsiniz.
31
Beləliklə, peyğəmbərləri
öldürənlərin övladları olduğunuza özünüz şəhadət edirsiniz.
32
Elə isə, ata-babalarınızın başladığı işi
başa çatdırın!
33
*Siz ey ilanlar, gürzələr nəsli! Cəhənnəmə məhkum edilməkdən necə qaçacaqsınız?
34
Ona görə də Mən sizə peyğəmbərlər, müdrik adamlar və ilahiyyatçılar göndərirəm. Siz onlardan
bəzisini öldürəcək və çarmıxa çəkəcəksiniz. Bəzisini sinaqoqlarınızda qamçılayacaq və şəhərdən
şəhərə qovacaqsınız;
35
*belə ki saleh olan Habilin qanından tutmuş məbədlə qurbangahın arasında
öldürdüyünüz Berekya oğlu Zəkəriyyənin qanına qədər yer üzündə tökülən bütün saleh adamların
qanı üçün məsuliyyət daşıyasınız.
36
Sizə doğrusunu deyirəm: bütün bu şeylər üçün bu nəsil
məsuliyyət daşıyacaq.
Yerusəlimin aqibəti
(Luka 13:34-35)
‡
23:7 Rabbi – y
ə
ni Müəllim. §
23:8 Var – b
ə
zi əlyazmalarda var, O da Məsihdir. *
23:11 Mat. 20:25-27; Mark
9:35; 10:43-44; Luka 22:25-26
*
23:12 Luka 14:11; 18:14
**
23:14 İkiüzlül
ə
r! …buraxırsınız – bəzi əlyazmalarda
ikiüzlülər! Çünki siz dul qadınların evlərini yeyib-dağıdar və özlərinizi göstərmək üçün uzun-uzadı
dua edərsiniz. Bunun üçün sizin cəzanız daha ağır olacaq. 14 Vay halınıza, ey ilahiyyatçılar və
fariseylər – ikiüzlülər! Çünki siz Səmavi Padşahlığı insanların üzünə qapayırsınız. Nə özünüz
girirsiniz, nə də girmək istəyənləri buraxırsınız (Mark 12:40; Luka 20:47), bəzilərində isə 13-cü ayə
ilə 14-cü ayənin yeri dəyişikdir. ††
23:19 Korlar – b
ə
zi əlyazmalarda ağılsızlar və korlar. *
23:22 Yeş.
66:1; Mat. 5:34-35
*
23:23 Lev. 27:30
‡‡
23:26 Kasanın – b
ə
zi əlyazmalarda kasanın və boşqabın. *
23:27 H
ə
v.
23:3 *
23:33 Mat. 3:7; 12:34; Luka 3:7
*
23:35 Yar. 4:8; 2Saln. 24:20-21