Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə430/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   426   427   428   429   430   431   432   433   ...   445

MATTA 23:37

963


MATTA 24:34

37

Ey Yerusəlim, Yerusəlim! Peyğəmbərləri öldürən və ora göndərilənləri daşqalaq edən şəhər!



Toyuq cücələrini qanadları altına yığan kimi Mən də dəfələrlə sənin övladlarını yığmaq istədim, sizsə

istəmədiniz!

38

*Baxın, eviniz viran qalır.



39

*Çünki Mən sizə bunu deyirəm:

“Rəbbin ismi ilə Gələnə alqış olsun!”

deyənə qədər Məni bir daha görməyəcəksiniz».

24

Axır zamanın əlamətləri

(Mark 13:1-23; Luka 21:5-24)

1

İsa məbəddən çıxıb gedərkən şagirdləri məbədin binalarını Ona göstərmək üçün yanına gəldilər.



2

İsa onlara cavab verib dedi: «Bütün bunları görürsünüzmü? Sizə doğrusunu deyirəm: onların daşı

daş üstündə qalmayacaq, hamısı yerlə yeksan olacaq».

3

İsa Zeytun dağında oturanda şagirdlər ayrılıqda Onun yanına gəlib dedilər: «Bizə söylə, bu



dediklərin nə vaxt baş verəcək? Sənin zühurun və dövrün sonuna hansı əlamətlər olacaq?»

4

İsa onlara



cavab verib dedi: «Ehtiyatlı olun, qoy sizi heç kim aldatmasın.

5

Çünki Mənim adımla çox adam gəlib



“Məsih mənəm” deyərək çoxlarını aldadacaq.

6

Siz müharibələr və müharibə xəbərləri eşidəcəksiniz.



Amma təlaşa düşməyin. Bunlar baş verməlidir, amma bu hələ hər şeyin axırı deyil.

7

Çünki millət



millətə, padşahlıq padşahlığa qarşı çıxacaq. Yerbəyer aclıq* və zəlzələlər olacaq.

8

Bütün bunlar sanki



doğuş ağrılarının başlanğıcıdır.

9

*O zaman sizi əziyyətə təslim edib öldürəcəklər. Mənim adıma görə bütün millətlər sizə nifrət



edəcək.

10

Onda bir çoxu imandan büdrəyərək bir-birini təslim edəcək və bir-birinə nifrət edəcək.



11

Bir çox yalançı peyğəmbər törəyib çox adamı aldadacaq.

12

Qanunsuzluq çoxaldığı üçün bir çoxunun



məhəbbəti soyuyacaq.

13

*Amma axıracan dözən xilas olacaq.



14

Səmavi Padşahlığın bu Müjdəsi bütün

millətlərə şəhadət olmaq üçün bütün dünyada vəz ediləcək. O zaman hər şeyin axırı gələcək.

15

*Beləliklə, Daniel peyğəmbərin bəhs etdiyi viranəlik gətirən iyrənc şeyin Müqəddəs məkanda



qoyulduğunu gördüyünüz zaman – qoy oxuyan bunu anlasın –

16

Yəhudeyada olanlar dağlara qaçsın.



17

*Damdaolanevindəkiəşyalarıgötürməküçünaşağıenməsin.

18

Tarlada olan üst paltarını götürmək



üçün geri qayıtmasın.

19

Həmin günlər hamilələrin və körpə əmizdirənlərin vay halına!



20

Dua edin ki,

qaçmağınız qış fəslində və ya Şənbə günündə baş verməsin.

21

*Çünki o vaxt elə dəhşətli əzab-əziyyət



olacaq ki, dünyanın başlanğıcından indiyə qədər beləsi olmayıb və heç olmayacaq da.

22

Əgər o günlər



qısaldılmasaydı, heç bir insan xilas ola bilməzdi. Amma seçilmişlərə görə o günlər qısaldılacaq.

23

*O zaman əgər kimsə sizə desə ki, “bax, Məsih buradadır” yaxud da “oradadır”, inanmayın.



24

Çünki yalançı məsihlər və yalançı peyğəmbərlər törəyəcək. Onlar böyük əlamətlər və xariqələr

göstərəcəklər ki, imkan taparlarsa, seçilmişləri də aldatsınlar.

25

Bax Mən sizə əvvəlcədən söyləmişəm.



26

*Ona görə sizə “bax, O çöldədir” desələr də, çıxmayın. “Bax, O daxili otaqlardadır” desələr də,

inanmayın.

27

Çünki şimşək şərqdə çaxıb qərbdə belə, göründüyü kimi Bəşər Oğlunun zühuru da elə



olacaq.

28

*Leş haradadırsa, kərkəslər də orada toplaşar.



Bəşər Oğlunun zühuru

(Mark 13:24-31; Luka 21:25-33)

29

*Amma o günlərin əzab-əziyyətindən dərhal sonra



Günəş tutulacaq,

Ay nurunu saçmayacaq,

Ulduzlar göydən töküləcək,

Səma cisimləri lərzəyə gələcək.

30

*O zaman Bəşər Oğlunun əlaməti göydə görünəcək. O vaxt yer üzünün bütün tayfaları şivən



qoparacaq və Bəşər Oğlunun göyün buludları üzərində qüdrət və böyük izzətlə gəldiyini görəcək.

31

O,



mələklərini uca şeypur səsi ilə göndərəcək. Mələklər də göylərin bir ucundan o biri ucuna qədər dörd

külək istiqamətindən Onun seçdiklərini toplayacaq.

32

Əncir ağacından ibrət alın: onun budağı cücərib yarpaqlananda bilirsiniz ki, yay fəsli artıq



yaxındır.

33

Eləcə siz də bütün bu şeyləri görəndə bilin ki, Bəşər Oğlu yaxındadır, lap qapıdadır.



34

Sizə


*

23:38 Yer. 12:7; 22:5; 26:6

*

23:39 Z


ə

b. 118:26 *

24:7 Aclıq – b

ə

zi əlyazmalarda aclıq, vəba. *



24:9 Mat. 10:22

*

24:13 Mat. 10:22



*

24:15 Dan. 9:27; 11:31; 12:11

*

24:17 Luka 17:31



*

24:21 Dan. 12:1; V

ə

hy 7:14 *



24:23 Luka

17:21,23


*

24:26 Luka 17:23-24

*

24:28 Əyy. 39:30; Luka 17:37



*

24:29 Yeş. 13:10; 34:4; Yez. 32:7; Yoel 2:10,31; 3:15; V

ə

hy

6:12-13 *



24:30 Dan. 7:13; V

ə

hy 1:7




MATTA 24:35

964


MATTA 25:27

doğrusunu deyirəm: bu nəsil ömrünü sona çatdırmazdan əvvəl bütün bunlar baş verəcək.

35

Yer və


göy keçib gedəcək, amma Mənim sözlərim əsla keçib getməyəcək.

Bilinməyən gün və saat

(Luka 12:39-48; 17:26-35)

36

*Lakin o günü və o saatı nə göylərin mələkləri, nə də Oğul bilir.† Atadan başqa heç kim bilmir.



37

*Nuhun günləri necə idisə, Bəşər Oğlunun zühuru da elə olacaq.

38

Daşqından əvvəlki həmin



günlərdə, Nuhun gəmiyə girdiyi günə qədər insanlar yeyib-içir, evlənir, ərə gedirdi.

39

*Daşqın gəlib



hamısını aparana qədər bixəbər idilər. Bəşər Oğlunun zühuru da belə olacaq.

40

O zaman tarladakı iki



nəfərdən biri götürüləcək, o biri isə qalacaq.

41

Dəyirmanda dən üyüdən iki qadından biri götürüləcək,



o biri isə qalacaq.

42

*Ona görə də oyaq olun. Çünki Rəbbinizin hansı gün‡ gələcəyini bilmirsiniz.



43

*Amma bunu

bilin ki, əgər evin yiyəsi oğrunun gecə hansı saatda gələcəyini bilsəydi, oyaq qalıb evinin yarılmasına

imkan verməzdi.

44

Buna görə siz də hazır olun, çünki Bəşər Oğlu gözləmədiyiniz vaxt gələcək.



45

Vaxtlı-vaxtında onlara yemək vermək üçün ağasının öz nökərləri üzərinə qoyduğu sadiq və

ağıllı qul kimdir?

46

Nə bəxtiyardır o qul ki, ağası evinə qayıdanda onu iş başında görür!



47

Sizə


doğrusunu deyirəm: ağası bu qula bütün əmlakı üzərində idarəçiliyi tapşıracaq.

48

Amma həmin qul



pis olub ürəyində “ağam gec gələcək” deyərsə,

49

öz yoldaşlarını döyməyə və əyyaşlarla yeyib-içməyə



başlayarsa,

50

o qulun ağası onun gözləmədiyi gün və ağlına gəlmədiyi vaxt gələcək,



51

ona ağır cəza

verəcək və onu ikiüzlülərlə bir yerdə saxlayacaq. Orada ağlaşma və diş qıcırtısı olacaq.

25

On qız məsəli

1

*O zaman Səmavi Padşahlıq çıraqlarını götürüb bəyin qarşısına çıxan on qıza bənzəyəcək.



2

Onlardan beşi ağıllı, beşi isə ağılsız idi.

3

Ağılsızlar özləri ilə çıraqlarını götürmüşdü, amma yağ



götürməmişdi.

4

Ağıllılarsa çıraqları ilə birgə qablarda yağ da götürmüşdü.



5

Lakin bəy gecikdiyindən

hamısını yuxu basdı və onlar yatdı.

6

Amma gecə yarısı bir qışqırıq qopdu: “Budur, bəy gəlir, onu



qarşılamağa çıxın!”

7

O zaman o qızların hamısı durub öz çıraqlarını düzəltdilər.



8

Ağılsızlar ağıllılara

dedi: “Yağınızdan bizə də verin, çünki çıraqlarımız sönür”.

9

Ağıllılarsa cavab verib dedilər: “Belə



olmasın ki, yağ nə bizə çatsın, nə sizə. Yaxşısı budur ki, gedib satıcılardan alasınız”.

10

Onlar yağ



satın almağa getdikləri zaman bəy gəldi. Hazır olanlar onunla toy məclisinə girdilər və qapı bağlandı.

11

*O biri qızlar da sonradan gəlib “Ağa! Ağa! Qapını bizə aç!” dedilər.



12

O isə cavab verib dedi:

“Sizə doğrusunu deyirəm: sizi tanımıram”.

13

*Beləliklə, oyaq olun. Çünki siz nə günü,* nə də saatı



bilirsiniz.

Əmanət pul məsəli

(Luka 19:11-27)

14

*SəmaviPadşahlıqsəyahətəçıxanbiradamabənzəyir. O,qullarınıçağırıbəmlakınıonlaraəmanət



etdi.

15

O hər birinə öz qabiliyyətinə görə – birinə beş, birinə iki, birinə də bir talant verdi və yola düşdü.



16

Beş talant alan dərhal gedib bunları sərmayəyə qoydu, daha beş talant qazandı.

17

İki talant alan da



beləcə daha iki talant qazandı.

18

Bir talant alansa gedib torpağı qazdı və ağasının pulunu gizlətdi.



19

Uzun zamandan sonra həmin qulların ağası gəldi və onlardan hesabat tələb etdi.

20

Beş talant



alan gəlib daha beş talant gətirərək dedi: “Ağa, sən mənə beş talant əmanət etdin. Budur, mən daha

beş talant qazandım”.

21

Ağası ona dedi: “Afərin, yaxşı və sadiq qulum! Sən xırda işlərdə sadiq oldun,



səni böyük işlər üzərinə qoyacağam. Ağanın sevincinə şərik ol!”

22

İki talant alan da gəlib dedi: “Ağa, mənə iki talant əmanət etdin. Budur, mən daha iki talant



qazandım”.

23

Ağası ona dedi: “Afərin, yaxşı və sadiq qulum! Sən xırda işlərdə sadiq oldun, səni böyük



işlər üzərinə qoyacağam. Ağanın sevincinə şərik ol!”

24

Bir talant alan da gəlib dedi: “Ağa, sənin sərt bir adam olduğunu bilirdim. Əkmədiyin yerdən



biçərsən, səpmədiyin yerdən yığarsan.

25

Ona görə qorxdum, gedib sənin talantını torpaqda gizlətdim.



Buyur, öz malını geri götür!”

26

Ağası isə cavab verib ona dedi: “Pis və tənbəl qul! Mənim



ə

kmədiyim yerdən biçdiyimi və səpmədiyim yerdən yığdığımı bilirdinmi?

27

Onda gərək mənim



*

24:36 Mark 13:32

24:36 N


ə

göylərin mələkləri, nə də Oğul bilir – bəzi əlyazmalarda göylərin mələkləri

belə, bilmir. *

24:37 Yar. 6:5-8

*

24:39 Yar. 7:6-24



*

24:42 Mark 13:35

24:42 Hansı gün – b



ə

zi əlyazmalarda nə

vaxt. *

24:43 Luka 12:39-40; V



ə

hy 3:3; 16:15 *

25:1 Luka 12:35

*

25:11 Luka 13:25



*

25:13 Mark 13:33

*

25:13


N

ə

günü – bəzi əlyazmalarda Bəşər Oğlunun gələcəyi nə günü. *



25:14 Mark 13:34


Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   426   427   428   429   430   431   432   433   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə