Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə428/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   424   425   426   427   428   429   430   431   ...   445

MATTA 21:1

959


MATTA 21:27

21

İsanın Yerusəlimə girməsi



(Mark 11:1-11; Luka 19:28-40; Yəh. 12:12-19)

1

Yerusəlimə yaxınlaşıb Zeytun dağının yamacındakı Bet-Faqeyə gəldikləri zaman İsa iki şagirdi



göndərərək

2

onlara dedi: «Qarşınızdakı kəndə gedin. Dərhal orada bağlanmış bir eşşəklə bir sıpa



tapacaqsınız. Onları açıb Mənə gətirin.

3

Kim sizə bir şey desə, ona “bunlar Rəbbə lazımdır, tezliklə



onları geri göndərəcək” deyərsiniz».

4

Bunlar da peyğəmbər vasitəsilə söylənən bu söz yerinə yetsin



deyə baş verdi:

5

*«Sion qızına* deyin ki,



“Bax Padşahın sənə tərəf gəlir;

O itaətkardır və bir eşşəyə –

Eşşəyin balası olan sıpaya minib gəlir”».

6

Şagirdlər gedib İsanın əmr etdiyi kimi etdilər.



7

Eşşəklə sıpanı gətirib üzərlərinə paltarlarını

qoydular və İsa sıpanın belinə mindi.

8

Camaatın çoxu öz paltarlarını yola sərdi. Bəzisi də ağaclardan



budaqlar kəsib yola döşədi.

9

*İsanın önündə gedən və ardınca gələn xalq belə nida edirdi:



«Davud Oğluna hosanna!†

Rəbbin ismi ilə Gələnə alqış olsun!

Ən ucalarda hosanna!»

10

İsa Yerusəlimə daxil olanda bütün şəhər «Bu Kimdir?» deyərək sarsıldı.



11

Camaat isə deyirdi:

«Bu, Qalileyanın Nazaret şəhərindən olan İsa Peyğəmbərdir».

İsa satıcıları məbəddən qovur

(Mark 11:15-19; Luka 19:45-48; Yəh. 2:13-22)

12

İsa məbədə girib orada alver edənlərin hamısını qovdu. Sərrafların masalarını və göyərçin



satanların kürsülərini çevirdi.

13

*Onlara belə dedi:



«“Mənim evim dua evi adlandırılacaq”

deyə yazılıb. Amma siz onu “quldur yuvasına” çevirmisiniz!»

14

İsa məbəddə Onun yanına gələn korlara və axsaqlara şəfa verdi.



15

Lakin başçı kahinlər və

ilahiyyatçılar Onun etdiyi heyrətamiz işləri və məbəddə «Davud Oğluna hosanna!» deyə bağıran

uşaqları gördükdə acıqlandılar

16

*vəOnadedilər: «Bunlarınnəsöylədiyinieşidirsənmi?»İsadaonlara



dedi: «Bəli.

“Körpələrin və çağaların ağzından

Kamil həmd aldın”

sözünü heç oxumamısınızmı?»

17

İsa onları tərk edib şəhərdən çıxdı. Bet-Anyaya gedib orada gecələdi.



Barsız əncir ağacı

(Mark 11:12-14,20-24; Luka 13:6-9)

18

Səhəri gün İsa şəhərə qayıdanda acmışdı.



19

Yol kənarında bir əncir ağacı gördü və ona yaxınlaşdı.

Amma ağacda yarpaqdan başqa bir şey tapmadı. İsa ona dedi: «Qoy bir daha sənin meyvən çıxmasın».

Əncir ağacı o anda qurudu.

20

Şagirdlər bunu gördükdə «Əncir ağacı bir anda necə qurudu?» deyərək



heyrətləndilər.

21

*İsa cavab verib onlara dedi: «Sizə doğrusunu deyirəm: əgər imanınız olub şübhə



etməsəniz, nəinki əncir ağacının başına gətirilən şeyi edərsiniz, hətta bu dağa “Qalx, dənizə atıl!”

desəniz, elə də olacaq.

22

İmanla dua edərək hər nə diləsəniz, alacaqsınız».



İsanın səlahiyyəti

(Mark 11:27-33; Luka 20:1-8)

23

İsa məbədə gəlib təlim öyrədərkən başçı kahinlər və xalqın ağsaqqalları Ona yaxınlaşıb dedilər:



«Sən bu işləri hansı səlahiyyətlə edirsən? Sənə bu səlahiyyəti kim verib?»

24

İsa onlara belə cavab



verdi: «Mən də sizə bir sual verəcəyəm; onu Mənə desəniz, Mən də bunları hansı səlahiyyətlə

etdiyimi sizə deyərəm.

25

Yəhyanın vəftizi haradan idi? Göydən idi, yoxsa insanlardan?» Onlarsa



aralarında müzakirə edərək belə dedilər: «Əgər desək “göydən”, “Bəs nə üçün ona inanmadınız?”

deyəcək.


26

Amma desək “insanlardan”, camaatdan qorxuruq, çünki hamı Yəhyanı peyğəmbər sayır».

27

Cavabında İsaya dedilər: «Bilmirik». İsa da onlara dedi: «Bunları hansı səlahiyyətlə etdiyimi Mən



də sizə demirəm.

İki oğul məsəli

*

21:5 Yeş. 62:11; Z



ə

k. 9:9 *


21:5 Sion qızına – y

ə

ni Yerusəlim əhalisinə. *



21:9 Z

ə

b. 118:25-26 †



21:9

Hosanna – ibrani dilind

ə

xilas et. Nida kimi işlənir. *



21:13 Yeş. 56:7; Yer. 7:11

*

21:16 Z



ə

b. 8:2 *


21:21 Mat.

17:20; 1Kor. 13:2




MATTA 21:28

960


MATTA 22:16

28

Bəs siz necə düşünürsünüz? Bir adamın iki oğlu vardı. Gəlib birincisinə “oğlum, bu gün get



üzüm bağımda işlə” dedi.

29

O da cavab verib “istəmirəm” dedi. Lakin sonra peşman olub getdi.



30

Həmin adam ikincisinə yaxınlaşıb yenə eyni sözü söylədi. O cavab verib “Gedirəm, ağam!” dedi,

amma getmədi.

31

Bu iki nəfərdən hansı atasının istəyini yerinə yetirdi?» Onlar «birincisi» dedilər. İsa



onlara dedi: «Sizə doğrusunu deyirəm: vergiyığanlar və fahişələr Allahın Padşahlığına sizdən qabaq

girirlər.

32

*Çünki Yəhya sizin yanınıza salehlik yolunu göstərməyə gəldi. Sizsə ona inanmadınız,



amma vergiyığanlar və fahişələr ona inandılar. Siz bunu gördükdən sonra da peşman olub ona

inanmadınız.



Pis bağbanlar məsəli

(Mark 12:1-12; Luka 20:9-19)

33

*Başqa bir məsəli dinləyin: Ev sahibi olan bir adam var idi. Üzüm bağı saldı, oranın ətrafına çəpər



çəkdi. İçində yer qazaraq üzümsıxan düzəltdi, nəzarət qülləsi tikdi. Sonra isə bağı bağbanlara icarəyə

verərək başqa ölkəyə getdi.

34

Məhsul vaxtı çatanda məhsulunu almaq üçün qullarını bağbanların



yanına göndərdi.

35

Lakin bağbanlar onun qullarını tutub kimini döydülər, kimini öldürdülər, kimini



də daşqalaq etdilər.

36

Bağ sahibi yenə əvvəlkindən daha çox başqa qullar göndərdi. Bağbanlar onlarla



da əvvəlki kimi etdilər.

37

“Oğluma hörmət edərlər” deyərək axırda öz oğlunu onların yanına göndərdi.



38

Bağbanlarsa oğulu görəndə öz aralarında dedilər: “Varis budur. Gəlin onu öldürək və miras bizə

qalsın”.

39

Beləcə onu tutub bağdan kənara çıxararaq öldürdülər.



40

Beləliklə, bağın sahibi gəldikdə

bu bağbanlara nə edəcək?»

41

Onlar İsaya dedilər: «Bu xainləri dəhşətli şəkildə həlak edəcək, üzüm



bağını isə başqa bağbanlara icarəyə verəcək ki, onlar məhsulu öz vaxtında ona versinlər».

42

*İsa onlara dedi: «Məgər siz Müqəddəs Yazılarda bunu heç oxumamısınız?



“Bənnaların rədd etdiyi daş

Guşədaşı olub.

Bu, Rəbbin işi idi,

Gözümüzdə xariqəli bir işdir”.

43

Buna görə sizə deyirəm: Allahın Padşahlığı sizdən alınıb onun məhsullarını yetişdirəcək bir millətə



veriləcək.

44

Bu daşın üstünə yıxılan kəs parçalanacaq, daş isə kimin üzərinə düşərsə, onu əzəcək».‡



45

Başçı kahinlər və fariseylər Onun məsəllərini eşitdikdə bu sözləri onlar üçün dediyini başa

düşdülər.

46

Ona görə də Onu tutmaq üçün yol axtarırdılar, lakin camaatdan qorxdular, çünki camaat



İsanı peyğəmbər hesab edirdi.

22

Toy ziyafəti məsəli



(Luka 14:15-24)

1

İsa yenə onlara məsəllərlə xitab edərək dedi:



2

«Səmavi Padşahlıq oğluna toy ziyafəti verən bir

padşaha bənzəyir.

3

O, toy ziyafətinə dəvət olunanları çağırmaq üçün qullarını göndərdi. Lakin



onlar gəlmək istəmədi.

4

Bir daha başqa qulları göndərərək onlara dedi: “Dəvət olunanlara deyin



ki, budur, mən ziyafətimi hazırladım, öküzlərim və bəslənmiş heyvanlarım kəsilib, hər şey hazırdır,

toy ziyafətinə gəlin!”

5

Amma dəvət olunanlar etinasızlıq göstərərək kimi tarlasına, kimi ticarətinə



getdi.

6

O biriləri isə onun qullarını tutub təhqir etdilər və öldürdülər.



7

Padşah bundan xəbər tutaraq

qəzəbləndi. Öz qoşunlarını göndərib o qatilləri məhv etdi, şəhərlərini isə yandırdı.

8

Onda qullarına



dedi: “Toy ziyafəti hazırdır, fəqət dəvət olunanlar buna layiq deyil.

9

Beləliklə, yolayrıclarına gedin və



kimi tapsanız, toy ziyafətinə dəvət edin”.

10

Həmin qullar yollara çıxdılar. Pis-yaxşı kimi tapdılarsa,



hamısını topladılar. Toy məclisi qonaqlarla doldu.

11

Padşah qonaqlara baxmaq üçün girdikdə orada toy libası geyməmiş bir nəfəri gördü,



12

ona dedi:

“Dostum! Sən toy libası geyməmiş buraya necə girdin?” O isə susdu.

13

*O zaman padşah xidmətçilərə



dedi: “Onun əllərini, ayaqlarını bağlayın və qaranlıq çölə atın! Orada ağlaşma və diş qıcırtısı olacaq”.

14

Çünki dəvət edilmiş çox, seçilmiş isə azdır».



Hər kəsin öz haqqı

(Mark 12:13-17; Luka 20:20-26)

15

O zaman fariseylər gedib məsləhətləşirdilər ki, Onu söz üstündə necə tutsunlar.



16

Onlar


hirodçularla birgə öz şagirdlərini İsanın yanına göndərib dedilər: «Müəllim, biz bilirik ki, Sən etibarlı

adamsan, Allahın yolunu həqiqətə görə öyrədirsən və heç kimə tərəfkeşlik etmirsən. Çünki insanlar

*

21:32 Luka 3:12; 7:29-30



*

21:33 Yeş. 5:1-7

*

21:42 Z


ə

b. 118:22-23 ‡

21:44 B

ə

zi əlyazmalarda bu ayə yoxdur.



*

22:13 Mat. 8:12; 25:30; Luka 13:28




Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   424   425   426   427   428   429   430   431   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə