Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə427/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   423   424   425   426   427   428   429   430   ...   445

MATTA 19:3

957


MATTA 19:30

3

Bəzi fariseylər İsanın yanına gəlib Onu sınamaq üçün belə bir sual verdilər: «İnsanın öz arvadını



hər səbəbə görə boşamağa icazəsi varmı?»

4

*İsa cavab verib dedi: «Oxumamısınız ki, Yaradan



başlanğıcdan “onları kişi və qadın olaraq yaratdı” və dedi:

5

*“Buna görə də kişi ata-anasını tərk edib



arvadına qovuşacaq və ikisi bir bədən olacaq”?

6

Artıq onlar iki deyil, bir bədəndir. Buna görə də



qoy Allahın birləşdirdiyini insan ayırmasın».

7

*Fariseylər İsaya belə dedilər: «Onda Musa nə üçün



bir talaq kağızı verərək arvadını boşamağı əmr etdi?»

8

İsa onlara dedi: «Ürəyinizin inadkar olduğuna



görə Musa arvadlarınızı boşamağınıza icazə verdi. Amma başlanğıcdan belə deyildi.

9

*Mənsə sizə



deyirəm ki, cinsi əxlaqsızlıqdan başqa, hər hansı bir səbəbə görə arvadını boşayıb başqası ilə evlənən

kəs zina edir».*

10

Şagirdləri İsaya dedilər: «Əgər ərlə arvad arasındakı münasibət belə isə, deməli, evlənməmək



daha yaxşıdır».

11

Amma İsa onlara dedi: «Hər adam bu sözü qəbul edə bilməz, ancaq bu qabiliyyətin



verildiyi adamlar qəbul edə bilər.

12

Çünki elələri var ki, anadangəlmə xədimdir, elələri var ki, insanlar



tərəfindən xədim ediliblər, elələri də var ki, Səmavi Padşahlıq uğrunda özlərini xədim sayırlar. Bunu

qəbul edə bilən qəbul etsin».



İsa uşaqlara xeyir-dua verir

(Mark 10:13-16; Luka 18:15-17)

13

O zaman uşaqlar İsanın yanına gətirildi ki, İsa onların üzərinə əllərini qoyub dua etsin. Şagirdlər



isə onlara qadağan etdilər.

14

Amma İsa dedi: «Uşaqları buraxın, qoy Mənim yanıma gəlsinlər! Onlara



mane olmayın! Çünki Səmavi Padşahlıq belələrinə məxsusdur».

15

İsa onların üzərinə əllərini qoyub



oradan getdi.

Var-dövlət və Səmavi Padşahlıq

(Mark 10:17-31; Luka 18:18-30)

16

Bir adam İsanın yanına gəlib dedi: «Müəllim,† mən nə yaxşılıq etməliyəm ki, əbədi həyata malik



olum?»

17

İsa ona dedi: «Nə üçün Məndən yaxşılıq barəsində soruşursan? Yaxşı olan tək Biri vardır.‡



Əgər sən əbədi həyata qovuşmaq istəyirsənsə, Onun əmrlərinə riayət et».

18

*O adam İsadan «Hansı



ə

mrlərə?» deyə soruşdu. İsa da dedi: «“Qətl etmə. Zina etmə. Oğurluq etmə. Yalandan şahidlik etmə.

19

Ata-anana hörmət et”. Həmçinin “qonşunu özün kimi sev”».



20

Cavan adam İsaya dedi: «Bunların hamısına riayət etmişəm,§ daha nəyim çatışmır?»

21

İsa ona


dedi: «Əgər kamil olmaq istəyirsənsə, get, əmlakını sat və yoxsullara payla. Onda göylərdə xəzinən

olacaq. Sonra qayıt, Mənim ardımca gəl».

22

Lakin cavan adam bu sözü eşitdikdə kədərlənib getdi,



çünki var-dövləti çox idi.

23

İsa şagirdlərinə dedi: «Sizə doğrusunu deyirəm: varlı adamın Səmavi Padşahlığa daxil olması



çətindir.

24

Yenə sizə deyirəm ki, dəvənin iynə gözündən keçməsi varlı adamın Allahın Padşahlığına



daxil olmasından asandır».

25

Bunu eşidən şagirdlər çox təəccüblənərək dedilər: «Elə isə, kim xilas



ola bilər?»

26

İsa onlara baxıb dedi: «Bu, insanlar üçün qeyri-mümkündür, amma Allah üçün hər şey



mümkündür».

27

Bundan sonra Peter cavab verərək Ona dedi: «Bax biz hər şeyi qoyub Sənin ardınca gəlmişik,



ə

vəzində nəyimiz olacaq?»

28

*İsa onlara dedi: «Sizə doğrusunu deyirəm: hər şey yeniləşəndə, Bəşər



Oğlu izzətli taxtına oturanda Mənim ardımca gələn sizlər də İsrailin on iki qəbiləsinə hökm etmək

üçün on iki taxt üzərində oturacaqsınız.

29

Mənim adım uğrunda ya evlərini ya qardaşlarını ya



bacılarını ya atasını ya anasını** ya uşaqlarını və yaxud tarlalarını atan hər kəs bundan yüz dəfə artıq

alacaq və əbədi həyatı da irs olaraq alacaq.

30

*Amma birinci olanların çoxu axırıncı, axırıncı olanlarsa



birinci olacaq.

20

Üzüm bağının sahibi barədə məsəl

*

19:4 Yar. 1:27; 5:2



*

19:5 Yar. 2:24

*

19:7 Qanun. 24:1-4; Mat. 5:31



*

19:9 Mat. 5:32; Luka 16:18; 1Kor. 7:10-11

*

19:9


Zina edir – b

ə

zi əlyazmalarda zina edir. Ərindən boşanmış qadınla evlənən də zina edir (Luka 16:18).



19:16 Mü


ə

llim – bəzi əlyazmalarda Ey yaxşı Müəllim. ‡

19:17 N

ə

üçün Məndən yaxşılıq barəsində



soruşursan? Yaxşı olan tək Biri vardır – bəzi əlyazmalarda Mənə niyə yaxşı deyirsən? Tək Allahdan

başqa yaxşısı yoxdur (Mark 10:18; Luka 18:19). *

19:18 Çıx. 20:12-16; Qanun. 5:16-20; Lev. 19:18

§

19:20 Riay



ə

t

etmişəm – bəzi əlyazmalarda Gəncliyimdən bəri riayət edirəm (Mark 10:20; Luka 18:21). *



19:28 Mat.

25:31; Luka 22:30

**

19:29 Ya anasını – b



ə

zi əlyazmalarda ya anasını ya arvadını. *

19:30 Mat. 20:16; Luka 13:30



MATTA 20:1

958


MATTA 20:34

1

Səmavi Padşahlıq səhər erkən durub öz üzüm bağı üçün işçi tutmağa çıxan ev sahibinə bənzəyir.



2

O, işçilərlə günü bir dinara razılaşıb onları üzüm bağına göndərdi.

3

Üçüncü saat* radələrində çıxıb



meydanda işsiz durmuş adamları gördü.

4

Onlara da dedi: “Siz də üzüm bağına gedin və haqqınızı düz



verərəm”.

5

Onlar da bağa getdilər. Altıncı† və doqquzuncu saat‡ radələrində yenə çıxıb belə etdi.



6

On birinci saat§ radələrində çıxdı və orada duran başqalarını tapıb onlara dedi: “Nə üçün bütün

günü burada işsiz durursunuz?”

7

“Çünki heç kim bizə iş vermədi” dedilər. Onlara “siz də üzüm bağına



gedin”** dedi.

8

*Axşam olanda bağ sahibi öz nəzarətçisinə dedi: “İşçiləri çağır və axırıncılardan başlayaraq



birincilərə kimi muzdlarını ver”.

9

On birinci saat radələrində işə gələnlər adambaşına bir dinar



aldılar.

10

Birinci gələnlərsə daha çox alacaqlarını düşündülər, lakin onlar da adambaşına bir dinar



aldılar.

11

Pullarını aldıqları zaman ev sahibinə şikayət edərək dedilər:



12

“Bu ən axırıncılar cəmi

bir saat işlədilər və sən onları günün ağırlığını və qızmar istisini çəkən bizlərlə bir tutdun”.

13

O



isə onlardan birinə cavab verib dedi: “Dostum, axı mən sənə haqsızlıq etmədim, sən mənimlə bir

dinara razılaşmadınmı?

14

Haqqını al, get! Axırıncıya da sənə verdiyim qədər vermək istəyirəm.



15

Öz

pulumla istədiyimi etməyə ixtiyarım yoxdurmu? Sən mənim comərdliyimə qısqanırsan?”



16

*Beləcə


də axırıncılar birinci, birincilər isə axırıncı olacaq».††

İsa ölüb-diriləcəyi barədə üçüncü dəfə xəbər verir

(Mark 10:32-34; Luka 18:31-34)

17

İsa Yerusəlimə gedərkən yolda On İki şagirdi kənara çağırıb ayrıca onlara dedi:



18

«Bax Yerusəlimə

qalxırıq, Bəşər Oğlu başçı kahinlərə və ilahiyyatçılara təslim olunacaq. Onu ölümə məhkum edəcəklər;

19

ə



lə salaraq qamçılayıb çarmıxa çəksinlər deyə başqa millətlərə təslim edəcəklər. O, üçüncü gün

diriləcək».



Kim üstündür

(Mark 10:35-45)

20

O zaman Zavday oğullarının anası oğulları ilə birlikdə İsaya yaxınlaşıb səcdə qılaraq Ondan nə



isə dilədi.

21

İsa qadından «Sən nə istəyirsən?» deyə soruşdu. Qadın Ona dedi: «Əmr et ki, mənim



bu iki oğlum Sənin Padşahlığında biri sağında, biri solunda otursun».

22

Amma İsa cavab verib dedi:



«Nə dilədiyinizi özünüz də bilmirsiniz. Mənim içəcəyim kasadan siz də içə bilərsinizmi?»‡‡ Onlar

dedilər: «Bilərik».

23

İsa onlara dedi: «Mənim içəcəyim kasadan içəcəksiniz.§§ Amma sağımda və



yaxud solumda oturmağa izin vermək Məndən asılı deyil. Atam oranı kimlər üçün hazırlayıbsa, onlara

veriləcək».

24

Bunu eşidən on şagirdin iki qardaşa acığı tutdu.



25

*İsa şagirdləri yanına çağırıb dedi: «Bilirsiniz

ki, millətlərin rəhbərləri onların üzərində hökmranlıq, əyanları da onlara ağalıq edir.

26

Sizin aranızda



isə qoy belə olmasın. Sizlərdən böyük olmaq istəyən xidmətçiniz olsun.

27

Aranızda kim birinci olmaq



istəsə, başqalarının qulu olsun.

28

Beləcə Bəşər Oğlu gəlmədi ki, Ona xidmət etsinlər, gəldi ki, Özü



xidmət etsin və çoxlarını satın almaq üçün Öz canını fidyə versin».

İki kor adamın gözləri açılır

(Mark 10:46-52; Luka 18:35-43)

29

İsa şagirdləri ilə Yerixodan çıxarkən böyük bir izdiham Onun ardınca getdi.



30

*Yol kənarında

oturan iki kor adam İsanın oradan keçdiyini eşitdikdə «Ya Rəbb, ey Davud Oğlu! Bizə rəhm elə!»

deyə bağırdı.

31

Camaat onlara qadağan edib susdurmaq istədisə də, onlar «Ya Rəbb, ey Davud Oğlu!



Bizə rəhm elə!» deyə daha ucadan bağırdılar.

32

İsa dayanıb onları çağırdı və onlardan soruşdu: «Nə



istəyirsiniz, sizin üçün edim?»

33

Onlar dedilər: «Ya Rəbb, gözlərimiz açılsın».



34

İsanın onlara rəhmi

gəldi, gözlərinə toxundu. Həmin an onların gözləri açıldı və İsanın ardınca getdilər.

*

20:3 Üçüncü saat – hazırkı vaxtla s



ə

hər saat doqquz. †

20:5 Altıncı saat – hazırkı vaxtla günorta saat on iki.

20:5



Doqquzuncu saat – hazırkı vaxtla günortadan sonra saat üç.

§

20:6 On birinci saat – hazırkı vaxtla günortadan sonra saat beş.



**

20:7 Gedin – b

ə

zi əlyazmalarda gedin və haqqınızı alarsınız. *



20:8 Lev. 19:13; Qanun. 24:15

*

20:16 Mat.



19:30; Mark 10:31; Luka 13:30

††

20:16 Olacaq – b



ə

zi əlyazmalarda olacaq; çünki dəvət edilmiş çox, seçilmiş isə

azdır (Mat. 22:14). ‡‡

20:22 Bil

ə

rsinizmi? – bəzi əlyazmalarda bilərsinizmi? Mən vəftiz olduğum kimi



siz də vəftiz ola bilərsinizmi? (Mark 10:38). §§

20:23 İç


ə

cəksiniz – bəzi əlyazmalarda içəcəksiniz və

Mən vəftiz olduğum kimi vəftiz olacaqsınız (Mark 10:39). *

20:25 Mat. 23:11; Mark 9:35; Luka 22:25-26

*

20:30


Mat. 9:27


Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   423   424   425   426   427   428   429   430   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə