Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə435/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   431   432   433   434   435   436   437   438   ...   445

MARK 3:11

974


MARK 4:12

Buna görə bütün xəstələr Ona toxunmaq üçün can atırdılar.

11

Natəmiz ruhlar İsanı görəndə önündə



yerə sərilib ucadan çığırırdılar: «Sən Allahın Oğlusan!»

12

Lakin İsa onlara qadağan etdi ki, Onun kim



olduğunu deməsinlər.

On İki şagird

(Mat. 10:1-4; Luka 6:12-16)

13

İsa dağa çıxaraq Özü istədiyi adamları yanına çağırdı və onlar yanına gəldilər.



14

İsa on iki

nəfəri həvari adlandıraraq* təyin etdi ki, bu adamlar Onun yanında olsun, həm də onları vəz etməyə

göndərsin,

15

həmçinin cinləri qovmaq† səlahiyyətinə malik olsunlar.



16

Beləliklə, İsa bu on iki nəfəri

təyin etdi: Peter adlandırdığı Şimon,

17

Bene-Rageş, yəni «İldırım oğulları» adlandırdığı Zavday oğlu



Yaqub və Yaqubun qardaşı Yəhya,

18

Andrey, Filip, Bartalmay, Matta, Tomas, Halfay oğlu Yaqub,



Tadday, Kənançı‡ Şimon

19

və İsaya xəyanət edən Yəhuda İskaryot.



İsa və Baal-Zevul

(Mat. 12:22-32; Luka 11:14-23)

20

Sonra İsa evə getdi.§ Yenə də izdiham yığıldığına görə onlar yeməyə belə, imkan tapa bilmədilər.



21

İsanın ailə üzvləri bu barədə eşidəndə Onu aparmağa gəldilər. Çünki fikirləşirdilər ki, O, ağlını itirib.

22

*Yerusəlimdən gələn ilahiyyatçılar isə deyirdilər: «O, Baal-Zevula tutulub, cinlərin başçısının gücü



ilə cinləri qovur».

23

İsa ilahiyyatçıları yanına çağırıb onlarla bu barədə məsəllərlə danışdı: «Şeytan Şeytanı necə qova



bilər?

24

Əgər bir padşahlıq öz daxilindən bölünübsə, davam gətirməz.



25

Əgər bir ev öz daxilindən

bölünübsə, davam gətirməz.

26

Şeytan da özünə qarşı qalxıb öz-özünə bölünübsə, davam gətirməz,



yalnız axırı çatar.

27

Heç kim güclü adamın evinə girib əvvəlcə onun əl-qolunu bağlamadan malını



qarət edə bilməz. Gərək o adamın əvvəlcə əl-qolunu bağlasın, sonra evini qarət etsin.

28

*Sizə doğrusunu deyirəm: bütün günahlar və nə qədər küfr söylənərsə, bəşər övladlarına



bağışlanacaq.

29

Lakin kim Müqəddəs Ruha küfr edərsə, heç vaxt bağışlanmayacaq və günahı**



boynunda əbədi qalacaq».

30

İsa bunu «Onda natəmiz ruh var» dediklərinə görə söylədi.



İsanın anası və qardaşları kimdir?

(Mat. 12:46-50; Luka 8:19-21)

31

İsanın anası və qardaşları gəldi. Onlar bayırda durdular və İsanın yanına xəbər göndərib Onu



çağırdılar.

32

Bir kütlə adam İsanın ətrafında oturmuşdu. Ona xəbər verdilər: «Budur, anan və



bacı-qardaşların†† bayırda dayanıb Səni istəyirlər».

33

İsa onlara cavab verdi: «Mənim anam və



qardaşlarım kimdir?»

34

Sonra ətrafında oturanlara baxaraq dedi: «Mənim anam və qardaşlarım



bunlardır.

35

Çünki kim Allahın iradəsini yerinə yetirirsə, Mənim qardaşım, bacım və anam odur».



4

Səpilən toxum məsəli

(Mat. 13:1-23; Luka 8:4-15)

1

*İsagölünsahilindəyenəxalqatəlimöyrətməyəbaşladı. Yanınaeləböyükizdihamtoplaşdıki, Özü



bir qayığa minib gölün içərisində oturdu. Bütün izdiham isə gölün sahilində dayanmışdı.

2

İsa onlara



məsəllərlə bir çox şey öyrədərək Öz təlimində belə dedi:

3

«Qulaq asın: bir əkinçi toxum səpməyə



çıxdı.

4

Səpin zamanı toxumlardan bəzisi yol kənarına düşdü və quşlar gəlib onları dənlədi.



5

Bəzisi


torpağı çox olmayan daş-kəsəkli yerə düşdü. Torpağı dərin olmadığına görə tez cücərdi.

6

Lakin



günəş doğanda qarsalandı və kökü olmadığına görə qurudu.

7

Bəzisi tikanlar arasına düşdü. Tikanlar



böyüyüb onları boğdu və bu toxumlar bar vermədi.

8

Başqaları isə münbit torpağa düşdü. Ona görə



də böyüyüb artdı və bəzisi otuz, bəzisi altmış, bəzisi də yüz qat səmərə verdi».

9

Daha sonra İsa dedi:



«Eşitməyə qulağı olan eşitsin!»

10

İsa tək qalanda On İki şagird və ətrafında olanlar məsəllərin izahını soruşdular.



11

O onlara dedi:

«Allahın Padşahlığının sirri sizə açılmışdır, amma kənarda olanlara hər şey məsəllərlə deyilir.

12

*Belə



ki

*

3:14 H



ə

vari adlandıraraq – bəzi əlyazmalarda bu sözlər yoxdur.

3:15 Cinl



ə

ri qovmaq – bəzi

ə

lyazmalarda xəstəliklərə şəfa vermək və cinləri qovmaq. ‡



3:18 K

ə

nançı – Romalılara qarşı müqəddəs



müharibəyə hazırlaşan yəhudi millətçi təşkilatının üzvünə verilən ad.

§

3:20 İsa ev



ə

getdi – bəzi

ə

lyazmalarda onlar evə getdilər. *



3:22 Mat. 9:34; 10:25

*

3:28 Luka 12:10



**

3:29 Günahı – b

ə

zi əlyazmalarda



məhkumiyyəti. ††

3:32 Bacı-qardaşların – b

ə

zi əlyazmalarda qardaşların. *



4:1 Luka 5:1-3

*

4:12 Yeş. 6:9-10;



Y

ə

h. 12:39-40; Həv. 28:26-27




MARK 4:13

975


MARK 5:6

“Gördükcə görsünlər, amma qanmasınlar,

Eşitdikcə eşitsinlər, amma anlamasınlar,

Yoxsa onlar dönüb bağışlanar”».

13

İsa onlara dedi: «Siz bu məsəli anlamırsınızmı? Bəs bütün məsəlləri necə başa düşəcəksiniz?



14

Əkinçi Allahın kəlamını əkir.

15

Daxilinə kəlam əkilən bəzi insanlar yol kənarına düşən toxumlara



bənzəyir. Bunlar kəlamı eşidəndə dərhal Şeytan gəlib əkilən kəlamı götürüb aparır.

16

Daş-kəsəkli



yerlərə səpilən bunlardır: kəlamı eşidəndə dərhal sevinclə qəbul edirlər.

17

Lakin onlarda kök



olmadığına görə dözümləri az olur, kəlama görə əziyyət və təqibə məruz qalan kimi yıxılırlar.

18

Tikanlar arasına səpilən başqaları isə bunlardır: kəlamı eşidirlər,



19

lakin bu dövrün qayğıları, var-

dövlətin aldadıcılığı və başqa şeylərə olan ehtiraslar araya girib kəlamı boğur və kəlam barsız olur.

20

Münbit torpağa səpilənlərsə bunlardır: onlar kəlamı eşidib qəbul edir, bəzisi otuz, bəzisi altmış,



bəzisi isə yüz qat səmərə verir».

Çıraq məsəli

(Luka 8:16-18)

21

*İsa onlara dedi: «Çırağı qabın yaxud yatağın altına qoymaq üçünmü gətirirsiniz? O, çıraqdana



qoymaq üçün deyilmi?

22

*Elə gizli bir şey yoxdur ki, aşkara çıxmasın və elə örtülü bir şey yoxdur ki,



aydın olmasın.

23

Eşitməyə qulağı olan eşitsin!»



24

*İsa yenə onlara dedi: «Eşitdiyinizə diqqət edin: hansı ölçü ilə ölçsəniz, sizin üçün də eyni ölçü

ilə ölçüləcək və daha artıq veriləcək.

25

*Çünki kimin varıdırsa, ona daha çox veriləcək. Amma kimin



yoxudursa, əlində olan da ondan alınacaq».

Cücərmiş toxum məsəli

26

Sonra İsa dedi: «Allahın Padşahlığı torpağa toxum səpən əkinçiyə bənzəyir.



27

O, gecə yatır,

gündüz qalxır. Toxum cücərib boy atır, amma əkinçi bunun necə baş verdiyini bilmir.

28

Torpaq özü



bar gətirir. Əvvəl cücərti çıxır, sonra sünbül, daha sonra sünbülün dənləri iriləşib yetişir.

29

*Məhsul



yetişəndə əkinçi dərhal oraq vurur, çünki biçin vaxtı gəlmişdir».

Xardal toxumu məsəli

(Mat. 13:31-32,34; Luka 13:18-19)

30

Sonra İsa belə dedi: «Allahın Padşahlığını nəyə bənzədək? Onu hansı məsəllə göstərək?



31

O,

xardal toxumuna bənzəyir ki, yer üzündə torpağa əkilən toxumların ən kiçiyi olsa da,



32

ə

kiləndən



sonra böyüyüb bütün bostan bitkilərindən hündür olur. O qədər böyük qol-budaq atır ki, göydə uçan

quşlar onun kölgəsində yuva qura bilər».

33

İsa xalqın başa düşəcəyi dərəcədə buna bənzər çoxlu məsəllərlə kəlam söyləyirdi;



34

onlara


məsəlsiz söz deməzdi. Amma Öz şagirdləri ilə tək qalanda hər şeyi izah edirdi.

İsa tufanı yatırır

(Mat. 8:23-27; Luka 8:22-25)

35

Həmin gün axşam düşəndə İsa şagirdlərinə dedi: «Gəlin o biri sahilə keçək».



36

Şagirdlər

camaatdan ayrılaraq İsanı mindiyi qayıqla birgə apardılar; onun yanında başqa qayıqlar da var idi.

37

Bu vaxt böyük bir tufan qopdu. Dalğalar qayığa elə hücum çəkdi ki, su artıq onun içinə doldu.



38

İsa


qayığın arxa tərəfində başını yastığa qoyub yatırdı. Şagirdlər Onu oyadaraq dedilər: «Müəllim! Axı

biz həlak oluruq! Bu Səni narahat etmirmi?»

39

İsa durub küləyə qadağan etdi və gölə dedi: «Sus,



sakit ol!» Külək dayandı və dərin sükut çökdü.

40

İsa onlara dedi: «Niyə qorxursunuz? Hələ imanınız



yoxdurmu?»

41

Onlar dəhşətə düşüb bir-birindən soruşdular: «Bu Adam kimdir ki, külək də, göl də



Ona itaət edir?»

5

Cinə tutulmuş adam sağaldılır



(Mat. 8:28-34; Luka 8:26-39)

1

Onlar gölün o biri sahilində yerləşən Gerasalıların* diyarına getdilər.



2

İsa qayıqdan düşən kimi

qəbir mağaralarından natəmiz ruha tutulmuş bir adam Onunla qarşılaşdı.

3

O, mağaralarda yaşayırdı



və heç kim onu hətta zəncirləyərək saxlaya bilmirdi.

4

Neçə dəfə ona buxov, zəncir vurmuşdular, lakin



o, zəncirləri qırmış, buxovları parçalamışdı. Heç kəsin onu sakit etməyə gücü çatmırdı.

5

Həmişə,



gecə-gündüz qəbiristanlıqda, dağlarda çığırır və özünü daşlarla yaralayırdı.

6

O, İsanı uzaqdan



*

4:21 Mat. 5:15; Luka 11:33

*

4:22 Mat. 10:26; Luka 12:2



*

4:24 Mat. 7:2; Luka 6:38

*

4:25 Mat. 13:12; 25:29; Luka 19:26



*

4:29 Yoel 3:13; Y

ə

h. 4:44 *



5:1 Gerasalıların – b

ə

zi əlyazmalarda Qadaralıların (Mat. 8:28).




Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   431   432   433   434   435   436   437   438   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə