Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə432/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   428   429   430   431   432   433   434   435   ...   445

MATTA 26:56

967


MATTA 27:12

tutmağa gəlmisiniz? Hər gün məbəddə oturub†† təlim verirdim, heç Məni tutmadınız.

56

Amma


bunların hamısı peyğəmbərlərin Yazıları yerinə yetsin deyə baş verdi». Onda bütün şagirdlər İsanı

atıb qaçdılar.



İsa Ali Şuranın önündə

(Mark 14:53-65; Luka 22:54-55,63-71; Yəh. 18:13-24)

57

İsanı həbs edənlər Onu baş kahin Qayafanın yanına gətirdilər. İlahiyyatçılar və ağsaqqallar da



oraya toplaşdı.

58

Peter uzaqdan baş kahinin həyətinə qədər İsanın ardınca gedirdi, sonu görmək



üçün içəri girib mühafizəçilərlə birgə oturdu.

59

Başçı kahinlər‡‡ və Ali Şuranın hamısı İsanı edam etmək üçün Onun əleyhinə yalançı şahidlik



ifadəsi axtarırdılar.

60

*Çoxlu yalançı şahid gəldi, lakin yenə də axtardıqlarını tapmadılar. Axırda iki



şahid gəlib

61

dedi: «Bu Adam dedi: “Mən Allahın məbədini dağıdıb üç gün ərzində tikə bilərəm”».



62

Baş kahin ayağa qalxıb İsaya dedi: «Sənin heç cavabın yoxdur? Onlar Sənin əleyhinə bu nə

ifadədir verirlər?»

63

Amma İsa susmaqda davam etdi. Baş kahin isə Ona dedi: «Səni var olan Allaha



and etdirirəm, bizə de, Allahın Oğlu Məsih Sənsənmi?»

64

*İsa da ona dedi: «Sənin dediyin kimidir.



Hətta sizə deyirəm: bundan sonra Bəşər Oğlunun Qüdrətli Olanın§§ sağında oturduğunu və göyün

buludları üzərində gəldiyini görəcəksiniz».

65

*Onda baş kahin əynindəki paltarını cırıb dedi: «O,



Allaha küfr etdi! Artıq şahidlərə nə ehtiyacımız var? Elə indi Onun küfr söylədiyini eşitdiniz!

66

Bəs



buna nə deyirsiniz?» Onlar cavab verib dedilər: «O, ölüm cəzasına layiqdir».

67

*Elə bu vaxt İsanın üzünə tüpürüb yumruq vurdular. Bəziləri də Ona şillə vuraraq



68

dedilər: «Ey

Məsih, bizə peyğəmbərlik elə görək, Səni vuran kimdir?»

Peter İsanı inkar edir

(Mark 14:66-72; Luka 22:56-62; Yəh. 18:15-18,25-27)

69

Peter isə bayırda, həyətdə oturmuşdu. Bir qarabaş ona yaxınlaşıb dedi: «Sən də Qalileyalı İsa ilə



birlikdə idin».

70

Amma Peter hamının qarşısında inkar edərək dedi: «Bilmirəm, sən nə danışırsan».



71

Sonra darvazaya gələndə başqa bir qarabaş onu görüb oradakılara dedi: «Bu adam Nazaretli İsa

ilə birlikdə idi».

72

Peter yenə inkar edib and içdi: «Mən o Adamı tanımıram».



73

Bir az sonra orada

duranlar gəlib Peterə dedilər: «Doğrudan da, sən də onlardansan, çünki nitqin səni ifşa edir».

74

Peter



özünü qarğıyıb and içərək dedi: «O Adamı tanımıram».

Həmin anda xoruz banladı.

75

Peter İsanın «xoruz banlamazdan əvvəl sən Məni üç dəfə inkar



edəcəksən» dediyi sözü yadına saldı. Ona görə oradan çıxıb hönkür-hönkür ağladı.

27

Yəhuda özünü asır



(Mark 15:1; Luka 23:1-2; Yəh. 18:28; Həv. 1:18-19)

1

Səhər açılanda bütün başçı kahinlərlə xalqın ağsaqqalları İsanı edam etmək üçün məşvərət etdilər.



2

İsanın əl-qolunu bağlayaraq vali Pilatın yanına aparıb ona təslim etdilər.

3

O zaman İsaya xəyanət edən Yəhuda Onun məhkum edildiyini görəndə peşman oldu. Otuz gümüşü



başçı kahinlərə və ağsaqqallara geri gətirib

4

«mən təqsirsiz qanı təslim etməklə günah işlətdim» dedi.



Onlarsa ona «Bundan bizə nə? Özün bilərsən» dedilər.

5

Yəhuda gümüş pulları məbədin içinə atıb



oradan çıxdı, gedib özünü asdı.

6

Başçı kahinlər gümüş pulları götürüb dedilər: «Madam ki qan bahasıdır, bu gümüş pulları məbədin



xəzinəsinə qoymağa icazəmiz yoxdur».

7

Öz aralarında məşvərət keçirərək o pulla yadelliləri dəfn



etmək üçün dulusçunun tarlasını satın aldılar.

8

Buna görə o tarlaya bu günə qədər «Qan tarlası»



deyilir.

9

*Beləcə Yeremya peyğəmbər vasitəsilə söylənən bu söz yerinə yetdi:



«İsrail övladlarının qiymətləndirdiyi Adamın dəyərini – otuz gümüşü aldılar

10

və Rəbbin mənə



buyurduğu kimi dulusçunun tarlası üçün verdilər».

İsa Romalı vali Pilatın önündə

(Mark 15:2-15; Luka 23:3-5,13-25; Yəh. 18:29–19:16)

11

İsa valinin önündə dayanmışdı. Vali Ondan «Yəhudilərin Padşahı Sənsənmi?» deyə soruşdu.



İsa da ona dedi: «Sənin dediyin kimidir».

12

Başçı kahinlər və ağsaqqallar Onu ittiham etdikləri



††

26:55 Oturub – b

ə

zi əlyazmalarda sizinlə birgə oturub. ‡‡



26:59 Kahinl

ə

r – bəzi əlyazmalarda kahinlər,



ağsaqqallar. *

26:60 Y


ə

h. 2:19 *

26:64 Dan. 7:13

§§

26:64 Qüdr



ə

tli Olan – yəni Allah. *

26:65 Lev. 24:16

*

26:67 Yeş. 50:6



*

27:9 Z


ə

k. 11:12-13




MATTA 27:13

968


MATTA 27:50

vaxt İsa heç bir cavab vermədi.

13

Onda Pilat Ona dedi: «Sənin əleyhinə edilən bu qədər şəhadəti



eşitmirsənmi?»

14

İsa onun heç bir sözünə cavab vermədi. Vali buna çox heyrətləndi.



15

Hər Pasxa bayramında valinin xalqın istədiyi bir məhbusu azad etməsi adət idi.

16

O günlərdə



Barabba adlı məşhur bir məhbus həbsdə saxlanılırdı.

17

Beləliklə, onlar bir yerə toplaşdıqları vaxt



Pilat onlardan soruşdu: «Sizin üçün kimi azad etməyimi istəyirsiniz? Barabbanı, yoxsa Məsih deyilən

İsanı?»


18

Çünki bilirdi ki, onlar İsanı paxıllıqdan təslim etmişdilər.

19

Pilat hökm kürsüsündə oturarkən arvadı «o saleh Adamla sənin heç bir işin olmasın, çünki bu



gün röyada Ona görə çox əzablar çəkmişəm» deyə xəbər göndərdi.

20

Başçı kahinlər və ağsaqqallarsa xalqı təhrik edirdilər ki, Barabbanın azad olmasını, İsanınsa



ölümünü istəsinlər.

21

Vali onlardan soruşdu: «İkisindən hansını sizin üçün azad etməyimi



istəyirsiniz?» Onlar da «Barabbanı» dedilər.

22

Pilat onlara «Elə isə Məsih deyilən İsaya nə edim?»



dedi. Onların hamısı «Çarmıxa çəkilsin!» dedilər.

23

Vali «Axı O nə pislik edib?» deyə soruşdu. Onlarsa



«Çarmıxa çəkilsin!» deyə daha ucadan bağırdılar.

24

*Pilat əlindən heç bir şeyin gəlmədiyini və əksinə, iğtişaşın gücləndiyini görərək su götürüb



xalqın önündə əllərini yudu və belə dedi: «Mən bu Adamın* qanı üçün təqsirkar deyiləm, qoy

sizin boynunuzda qalsın».

25

Bütün xalq cavab verib dedi: «Onun qanının məsuliyyəti bizim və



övladlarımızın üzərinə olsun!»

26

Onda Pilat onlar üçün Barabbanı azad etdi. İsanı isə qamçılatdıqdan



sonra çarmıxa çəkilməyə təslim etdi.

Əsgərlər İsanı təhqir edir

(Mark 15:16-20; Yəh. 19:2-3)

27

Sonra valinin əsgərləri İsanı vali sarayına apardılar. Bütün alayı Onun başına topladılar.



28

Onu


soyundurub al rəngli xalat geyindirdilər.

29

Tikanlardan bir tac hörüb başına qoydular, sağ əlinə də bir



qamış verdilər. Önündə diz çöküb «Yəhudilərin Padşahı sağ olsun!» deyərək Onu ələ saldılar.

30

Ona



tüpürdülər, qamışı götürüb başına vurdular.

31

Onu ələ salandan sonra xalatı əynindən çıxarıb Öz



paltarını geyindirdilər. Sonra Onu çarmıxa çəkməyə apardılar.

İsa çarmıxa çəkilir

(Mark 15:21-32; Luka 23:26-43; Yəh. 19:17-25)

32

Bayıra çıxanda Şimon adlı Kirenalı bir adamla rastlaşdılar. Onu İsanın çarmıxını daşımağa



məcbur etdilər.

33

Qolqota, yəni «Kəllə yeri» adlanan yerə gələndə



34

Ona içməyə ödlə qarışıq şərab verdilər. İsa onu

daddıqda içmək istəmədi.

35

*Əsgərlər† Onu çarmıxa çəkdilər və püşk ataraq paltarlarını aralarında



bölüşdürdülər.

36

Sonra orada oturub Onun keşiyini çəkdilər.



37

Başı üzərinə «Yəhudilərin Padşahı İsa

budur» ittihamını yazıb qoydular.

38

O zaman İsa ilə birlikdə biri sağında, biri də solunda iki quldur



da çarmıxa çəkildi.

39

*Gəlib-keçənlər başlarını yırğalayıb Ona böhtan ataraq



40

*«Ey məbədi dağıdıb üç gündə

tikən! Əgər Allahın Oğlusansa, Özünü xilas et və çarmıxdan düş!» deyirdilər.

41

Başçı kahinlər də



ilahiyyatçılar və ağsaqqallarla birgə eyni şəkildə İsanı ələ salaraq deyirdilər:

42

«Başqalarını xilas



edirdi, amma Özünü xilas edə bilmir! İsrailin Padşahıdır, qoy indi çarmıxdan düşsün və biz də Ona

iman edək.

43

*Allaha güvənirdi. Allah Onu sevirsə, qoy indi xilas etsin! Çünki “Mən Allahın Oğluyam”



dedi».

44

İsa ilə birlikdə çarmıxa çəkilən quldurlar da Onu təhqir edirdilər.



İsanın ölümü

(Mark 15:33-41; Luka 23:44-49; Yəh. 19:25-30)

45

Altıncı saatdan‡ doqquzuncu saata qədər§ bütün yer üzünə qaranlıq çökdü.



46

*Doqquzuncusaata

yaxın İsa uca səslə nida edərək dedi:

«Eli, Eli, lema şabaqtani?»

Bu «Ey Allahım, Allahım, niyə Məni tərk etdin?» deməkdir.

47

Orada dayananların bəzisi bunu



eşidərkən dedilər: «Bu Adam İlyası çağırır».

48

*Aralarından biri dərhal qaçıb bir süngər gətirdi, şərab



sirkəsinə batırıb bir qamışın ucuna keçirərək İsaya verdi ki, içsin.

49

O biriləri isə dedilər: «Onu rahat



burax, görək İlyas gəlib Onu xilas edəcəkmi?»

50

İsa yenə uca səslə qışqırıb ruhunu tapşırdı.



*

27:24 Qanun. 21:6-9

*

27:24 Adamın – b



ə

zi əlyazmalarda saleh Adamın. *

27:35 Z

ə

b. 22:18 †



27:35 Əsg

ə

rlər



– bəzi əlyazmalarda Peyğəmbərin dediyi «aralarında paltarlarımı bölüşdürdülər, geyimim üçün püşk

atdılar» sözü yerinə yetsin deyə əsgərlər (Yəh. 19:24). *

27:39 Z

ə

b. 22:7; 109:25 *



27:40 Mat. 26:61; Y

ə

h.



2:19 *

27:43 Z


ə

b. 22:8 ‡

27:45 Altıncı saat – hazırkı vaxtla günorta saat on iki.

§

27:45 Doqquzuncu saat – hazırkı vaxtla



günortadan sonra saat üç.

*

27:46 Z



ə

b. 22:1 *

27:48 Z

ə

b. 69:21




Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   428   429   430   431   432   433   434   435   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə