LEVİLİLƏR 4:8
81
LEVİLİLƏR 5:9
hissəsini isə Hüzur çadırının girişindəki yandırma qurbanları üçün qurulan qurbangahın altlığına
töksün.
8
Qoy sonra kahin günah qurbanı olan buğanın piyini bütövlükdə götürsün. İçalatı örtən
piyi və üstündəki bütün piyi,
9
belindəki hər iki böyrəyi və üstündəki piyi, qaraciyərin quyruğa
bənzər hissəsini – bunları böyrəkləri ilə birgə çıxartsın.
10
Bunların hamısı ünsiyyət qurbanı olan
mal-qaradan götürüldüyü kimi götürülsün və həmin kahin onları yandırma qurbanları üçün qurulan
qurbangahda tüstülədib yandırsın.
11
Buğanın dərisini, başından budlarına qədər bütün ətini –
içalatını, bağırsaqlarını,
12
hər qalan hissəsini düşərgədən kənara çıxarıb kül tökülən pak bir yerə
atsın və orada odunla yandırsın.
13
Əgər bütün İsrail icması bilmədən günah işlətsə, bu onların nəzərindən qaçsa və etməməli
olduqları halda Rəbbin bütün əmrlərindən birini pozub təqsirkar olsalar,
14
işlədikləri günah aşkara
çıxanda camaat günah qurbanı olaraq bir buğa götürüb Hüzur çadırının qabağına gətirsin.
15
İcmanın
ağsaqqalları Rəbbin hüzurunda əllərini buğanın başına qoyub onu kəssinlər.
16
Sonra məsh edilmiş
kahin buğanın qanından götürüb Hüzur çadırına gətirsin.
17
Kahin barmağını qana batırıb Rəbbin
hüzurunda pərdənin qabağına yeddi dəfə çiləsin.
18
Sonra kahin Hüzur çadırında Rəbbin önündəki
qurbangahın buynuzlarına o qanı çəksin və buğanın qanının qalan hissəsini isə Hüzur çadırının
girişindəki yandırma qurbanları üçün qurulan qurbangahın altlığına töksün.
19
Sonra o heyvanın
bütün piyini götürərək qurbangahda tüstülədib yandırsın;
20
günah qurbanı olan buğaya nə cür etsə,
bu buğaya da eyni cür etsin. Bununla kahin xalq üçün kəffarə etsin ki, xalq bağışlansın.
21
Sonra kahin
buğanı düşərgədən kənara çıxarıb əvvəlki buğanı yandıran kimi yandırsın. Bu, camaat üçün verilən
günah qurbanıdır.
22
Başçılardan biri günah işlədərək etməməli olduğu halda Allahı Rəbbin bütün əmrlərindən birini
bilmədən pozub təqsirkar olsa,
23
işlətdiyi günah özünə aşkar olanda qoy qurban olaraq qüsursuz təkə
gətirsin;
24
ə
lini təkənin başına qoyub onu Rəbbin hüzurunda – yandırma qurbanlar kəsilən yerdə
onu kəssin. Bu, günah qurbanıdır.
25
Sonra kahin barmağı ilə günah qurbanının qanından bir az
götürüb yandırma qurbanları üçün qurulan qurbangahın buynuzlarına çəksin. Qanın qalan hissəsini
isə həmin qurbangahın altlığına töksün.
26
Sonra o heyvanın bütün piyini ünsiyyət qurbanının piyi
kimi qurbangahda tüstülədib yandırsın. Bununla kahin o adam üçün günahını kəffarə etsin ki, o
bağışlansın.
27
Əgər ölkə xalqından bir nəfər etməməli olduğu halda Rəbbin əmrlərindən birini pozaraq
bilmədən günah işlədib bu günahda təqsirkar olsa,
28
işlətdiyi günah özünə aşkar olanda qoy o,
günahına görə özü üçün qurban – qüsursuz dişi keçi gətirsin
29
və əlini günah qurbanının başına qoyub
bu qurbanı yandırma qurbanları kəsilən yerdə kəssin.
30
Sonra kahin barmağı ilə qurbanın qanından
bir az götürüb yandırma qurbanları üçün qurulan qurbangahın buynuzlarına çəksin; qanın qalan
hissəsini isə qurbangahın altlığına töksün.
31
Sonra heyvanın bütün piyini ünsiyyət qurbanının piyini
çıxardığı kimi çıxarıb onu Rəbbin xoşuna gələn ətir kimi qurbangahda tüstülədib yandırın. Bununla
kahin o adam üçün kəffarə etsin ki, o bağışlansın.
32
Əgər adam günah qurbanı olaraq qoyun gətirsə, qoy o, qüsursuz dişi heyvan gətirsin
33
və
ə
lini günah qurbanının başına qoysun və onu yandırma qurbanları kəsilən yerdə kəssin.
34
Sonra
kahin öz barmağı ilə günah qurbanının qanından bir az götürüb yandırma qurbanları üçün qurulan
qurbangahın buynuzlarına çəksin; qanın qalan hissəsini isə qurbangahın altlığına töksün.
35
Sonra
o adam heyvanın bütün piyini ünsiyyət qurbanı olan qoyunun piyi kimi çıxarsın və kahin onu
qurbangahda Rəbb üçün verilən yandırma təqdimi üzərində tüstülədib yandırsın. Bununla kahin o
adam üçün işlətdiyi günahı kəffarə etsin ki, o bağışlansın.
5
1
Günahın işləndiyini görərək yaxud bilərək şahidi olan adam and içdiriləndə bu barədə şəhadət
etməsə, cəzasını çəkər.
2
Bilmədən hər hansı murdar bir əşyaya, çöl, ev ya da qaynaşan heyvanın
leşinə toxunan hər kəs murdar və təqsirkar sayılır.
3
Birini murdarlayan ifrazata, insandan ifraz olan
murdarlığa bilmədən toxunan kəs – nə cür murdarlıq olursa olsun – onu dərk edəndə təqsirkar sayılır.
4
Düşünmədən və bilmədən hər hansı bir ehtiyatsız andla pislik yaxud yaxşılıq etmək üçün and içən
hər kəs bunu biləndə təqsirkar sayılır.
5
Bu adam bunlardan birinə görə təqsirini biləndə qoy günahını
etiraf etsin
6
və o, günaha görə Rəbbin qarşısında təqsirini yumaq üçün sürüdən dişi qoyun ya da dişi
keçi götürüb günah qurbanı olaraq gətirsin. Bununla kahin o adam üçün günahını kəffarə etsin.
7
Lakin əgər o adamın qoyun-keçi qurbanı kəsməyə gücü çatmırsa, günahına görə təqsirini yumaq
üçün Rəbbə iki qumru quşu yaxud da iki göyərçin – biri günah qurbanı, digərini yandırma qurbanı
olaraq gətirsin
8
və kahinə versin. Kahin əvvəl günah qurbanı olan quşu təqdim etsin: başını bədəndən
ayırmadan boynunu üzsün
9
və günah qurbanının qanından qurbangahın bir tərəfinə çiləsin, qanın