LEVİLİLƏR 7:33
84
LEVİLİLƏR 8:30
qurbanları olan heyvanlarınızın sağ budunu qaldırma təqdimi kimi kahinə verin;
33
həmin sağ bud
ünsiyyət qurbanının qanını və piyini təqdim edən Harun övladlarının payı olsun”.
34
Çünki Mən
yellədilən döş ətini və qaldırılan budu İsrail övladlarından, onların ünsiyyət qurbanlarından götürüb
kahin Harunla övladlarına İsraillilərdən gələn əbədi pay kimi vermişəm.
35
Bu, Rəbbə kahinlik etmək
üçün bunları təqdim etdiyi gün Rəbb üçün verilən yandırma təqdimlərindən Harunun və övladlarının
payıdır;
36
Harunla övladları məsh olunduğu gün Rəbb əmr etmişdir ki, nəsildən-nəslə İsrail övladları
bu əbədi payı onlara versinlər».
37
Bu, yandırma qurbanına, taxıl təqdiminə, günah qurbanına, təqsir qurbanına, təqdis təqdiminə
və ünsiyyət qurbanına aid olan
38
Rəbbin Sina dağında Musaya əmr etdiyi təlimatdır. Rəbb bu
təlimatı İsrail övladlarına Sina səhrasında qurbanlarını Ona təqdim etməklə əlaqədar əmr etdiyi
gündə vermişdi.
8
Harunla oğullarının kahinliyə təqdis olunması
(Çıx. 29:1-37)
1
Rəbb Musaya dedi:
2
«Harunla oğullarını, geyimlərini, məsh yağını və günah qurbanı kəsmək üçün
bir buğa, iki qoç, bir səbət mayasız çörək götür.
3
Sonra bütün icmanı Hüzur çadırının girişinə topla».
4
Musa Rəbbin əmrinə əməl etdi. İcma Hüzur çadırının girişinə yığılanda
5
Musa onlara dedi:
«Rəbbin əmr etdiyi budur».
6
Sonra Musa Harunla oğullarını irəli gətirib onları su ilə yuyundurdu.
7
Harunun əyninə xirqəsini
geyindirib belinə qurşağını bağladı, üstündən cübbəsini geyindirdi və üstünə efodu qoydu. Efodun
kəmərini belinə bağlayıb efodu özünə bərkitdi.
8
Efodun üstündən döşlüyünü, döşlüyündə isə Urim
və Tummimi yerləşdirdi.
9
Onun başına çalmanı, çalmanın qabaq hissəsinə qızıl lövhəciyi olan
müqəddəslik tacını qoydu. Rəbbin Musaya əmr etdiyi kimi oldu.
10
Musa məsh yağını götürüb məskəni və içindəki hər şeyi məsh edərək təqdis etdi.
11
Sonra məsh
yağını qurbangaha yeddi dəfə çiləyib onunla bütün avadanlığını, ləyənlə altlığını da təqdis etmək üçün
məsh etdi.
12
Musa bir az məsh yağı götürüb Harunun başına tökərək onu təqdis etmək üçün məsh
etdi.
13
Sonra Musa Harunun oğullarını irəli gətirdi, onlara xirqə geyindirdi, bellərinə qurşaq bağladı
və başlarına papaq qoydu. Rəbbin Musaya əmr etdiyi kimi oldu.
14
Bundan sonra Musa günah qurbanı üçün nəzərdə tutulmuş buğanı gətirdi. Harunla oğulları
həmin buğanın başına əllərini qoydular.
15
Musa buğanı kəsdi, qanını götürüb barmağı ilə qurban-
gahın buynuzlarının ətrafına çəkərək qurbangahı pak etdi. Sonra qanın qalan hissəsini qurbangahın
altlığına tökdü və murdarlığını kəffarə etmək üçün onu təqdis etdi.
16
Musa heyvanın içalatının
üstündəki bütün piyi, qaraciyərin quyruğa bənzər hissəsini, hər iki böyrəklə piyini götürərək
qurbangahda tüstülədib yandırdı.
17
Buğanı – dərisini, ətini və bağırsaqlarını düşərgənin kənarında
yandırdı. Rəbbin Musaya əmr etdiyi kimi oldu.
18
Musa yandırma qurbanı üçün nəzərdə tutulmuş qoçu gətirdi. Harunla oğulları əllərini qoçun
başına qoydular.
19
Musa qoçu kəsdi və qanını qurbangahın hər tərəfinə səpdi.
20
Qoçu parça-parça
doğradı; Musa qoçun başını, parçalarını və piyini tüstülədib yandırdı.
21
Sonra içalatını və budlarını
su ilə yudu və bütün qoçu qurbangahda tüstülədib yandırdı. Bu, yandırma qurbanı, Rəbbin xoşuna
gələn ətir – yandırma təqdimi idi. Rəbbin Musaya əmr etdiyi kimi oldu.
22
Musa o biri qoçu – təqdis qoçunu gətirdi; Harun və oğulları əllərini qoçun başına qoydular.
23
Musa onu kəsdi; qanından bir az götürüb Harunun sağ qulağının mərcəyinə, sağ əlinin və sağ
ayağının baş barmağına çəkdi.
24
Bundan sonra Musa Harunun oğullarını gətirib onların sağ qulaq
mərcəklərinə, sağ əllərinin baş barmaqlarına və sağ ayaqlarının baş barmaqlarına qan çəkdi. Musa
heyvanın qanını qurbangahın hər tərəfinə səpdi.
25
Sonra piyini, quyruğunu, içalatının üstündəki
piyi, qaraciyərinin quyruğa bənzər hissəsini, hər iki böyrəklə piyini və sağ budunu götürdü.
26
Rəbbin
önündə olan mayasız çörəklər səbətindən bir mayasız kökə, bir zeytun yağı ilə yoğrulmuş çörək
kökəsi və bir qoğal götürüb piylə sağ budun üstünə qoydu.
27
O bunların hamısını Rəbbin hüzurunda
yellətmə təqdimi üçün Harunun və oğullarının əllərinə verdi.
28
Sonra Musa həmin şeyləri onların
ə
llərindən alıb qurbangahda yandırma qurbanı ilə birlikdə tüstülədib yandırdı. Bu, təqdis qurbanı,
Rəbbin xoşuna gələn ətir – yandırma təqdimidir.
29
Musa döş ətini götürdü və onu Rəbbin hüzurunda
yellədərək təqdim etdi. Bu, təqdis qurbanı olan qoçdan Musanın payı idi. Rəbbin Musaya əmr etdiyi
kimi oldu.
30
Musa məsh yağını və qurbangahdakı qanı götürüb Haruna, onun geyimlərinə, oğullarına və
geyimlərinə çilədi. Beləliklə, Harunu və onun geyimlərini, oğullarını və onların geyimlərini təqdis
etdi.
LEVİLİLƏR 8:31
85
LEVİLİLƏR 10:3
31
Sonra Musa Harunla oğullarına dedi: «Əti Hüzur çadırının girişində qaynadın və “Harunla
oğulları onu yesin” deyib əmr etdiyimə görə onu orada təqdis təqdimi üçün səbətdəki çörəklə yeyin.
32
Çörəyin və ətin qalan hissələrini yandırın.
33
Təqdis günləri başa çatana qədər yeddi gün Hüzur
çadırının girişindən kənara çıxmayın; çünki vəzifəyə keçmə vaxtınız yeddi gün davam edəcək.
34
Bu
gün edilən hər şeyi Rəbb kəffarəniz üçün əmr etdi.
35
Yeddi gün ərzində gecə-gündüz Hüzur çadırının
girişində qalın və Rəbbin buyruğuna riayət edin ki, ölməyəsiniz. Mənə belə əmr verilib».
36
Harunla oğulları Rəbbin Musa vasitəsilə əmr etdiyi hər şeyə əməl etdilər.
9
Harun qurban gətirir
1
Bundan səkkiz gün sonra Musa Harunla oğullarını və İsrail ağsaqqallarını yanına çağırıb
2
Haruna
dedi: «Özün üçün günah qurbanı kimi qüsursuz bir erkək dana və yandırma qurbanı kimi qüsursuz
bir qoç götür və Rəbbin hüzurunda təqdim et.
3
Sonra İsrail övladlarına de: “Günah qurbanı kimi
bir təkə, yandırma qurbanı kimi birillik qüsursuz bir dana və birillik qüsursuz bir toğlu,
4
Rəbbin
hüzurunda kəsilən ünsiyyət qurbanları kimi bir buğa, bir qoç və zeytun yağı ilə yoğrulmuş taxıl
təqdimləri götürün. Çünki bu gün Rəbb sizə görünəcək”».
5
Musanın əmr etdiyi hər şey Hüzur çadırının önünə gətirildi. Sonra bütün icma yaxınlaşıb Rəbbin
hüzurunda durdu.
6
Musa dedi: «Rəbb bu işi əmr etdi ki, siz əməl edəsiniz, onda Rəbbin izzəti sizə
görünəcək».
7
* Musa Haruna dedi: «Qurbangaha yaxınlaş və özün üçün günah qurbanı ilə yandırma
qurbanını gətir. Həm özünün, həm də xalqının günahlarını bunlarla kəffarə et. Xalqın qurbanını da
təqdim edərək onların günahını bununla kəffarə et. Rəbb əmr etdiyi kimi olsun».
8
Harun qurbangaha yaxınlaşıb özü üçün günah qurbanı olan dananı kəsdi.
9
Onun qanını Harunun
oğulları atalarına təqdim etdilər. Harun barmağını qana batırıb qurbangahın buynuzlarına çəkdi;
qanın qalan hissəsini isə qurbangahın altlığına tökdü.
10
Sonra günah qurbanının piyini, böyrəklərini,
qaraciyərini, quyruğa bənzər hissəsini qurbangahda tüstülədib yandırdı. Rəbbin Musaya əmr etdiyi
kimi oldu.
11
Qurbanın əti ilə dərisini düşərgənin kənarında yandırdı.
12
Bundan sonra Harun yandırma qurbanını kəsdi. Onun qanını Harunun oğulları atalarına
gətirdilər; o da qanı qurbangahın hər tərəfinə səpdi.
13
Parça-parça kəsilən qurbanı və başını Haruna
gətirdilər; o da onları qurbangahda tüstülədib yandırdı.
14
Qurbanın içalatı ilə budlarını yuyaraq
qurbangahda yandırma qurbanı ilə birgə tüstülədib yandırdı.
15
Bundan sonra Harun xalqın qurbanını təqdim etdi. Xalq üçün günah qurbanı olan təkəni götürüb
kəsdi; onu birinci günah qurbanı kimi gətirdi.
16
Yandırma qurbanı üçün heyvan gətirdi və onu
qayda-qanuna uyğun olaraq təqdim etdi.
17
Sonra Harun taxıl təqdimini gətirdi. Səhər təqdim
olunan yandırma qurbanından savayı ovuclarını taxıl təqdimi ilə doldurub qurbangahda tüstülədərək
yandırdı.
18
* Harun xalq üçün ünsiyyət qurbanı olan buğanı və qoçu kəsdi. Harunun oğulları bunların qanını
atalarına gətirdilər; o da qanı qurbangahın hər tərəfinə səpdi.
19
Buğanın və qoçun piyini, quyruğunu,
içalatı örtən piyini, böyrəklərini, qaraciyərinin quyruğa bənzər hissəsini götürüb
20
döş ətlərini üstünə
qoydular. Harun da bu piyi qurbangahda tüstülədib yandırdı,
21
döş ətlərini isə sağ budları ilə birlikdə
Rəbbin önündə yellədərək təqdim etdi. Rəbbin Musaya əmr etdiyi kimi oldu.
22
* Harun günah qurbanını, yandırma qurbanını və ünsiyyət qurbanını gətirdikdən sonra əllərini
xalqa doğru uzadıb onlara xeyir-dua verdi. Sonra o aşağı düşdü.
23
Musa ilə Harun Hüzur çadırına girdilər. Sonra onlar çıxıb birlikdə xalqa xeyir-dua verdilər. O
vaxt Rəbbin izzəti bütün xalqa göründü
24
və Rəbbin hüzurundan od çıxıb qurbangahdakı yandırma
qurbanı ilə piyi yandıraraq yox etdi. Bütün xalq bunu görərək sevincdən qışqırıb üzüstə yerə döşəndi.
10
Nadavla Avihunun məhv olması
1
Harun oğulları Nadav və Avihu buxurdanlarını götürüb içinə közərmiş kömürlə buxur qoydular və
Rəbbin önünə haram od gətirdilər. Belə təqdimi Rəbb əmr etməmişdi.
2
Rəbb hüzurundan od göndərib
onları məhv etdi. Onlar Rəbbin hüzurunda öldülər.
3
Musa Haruna dedi: «Budur, Rəbb belə demişdir:
“Mənə yaxınlaşanlar Məni müqəddəs saysınlar;
Bütün xalq Məni izzətləndirsin”».
Harun isə susurdu.
*
9:7 İbr. 7:27
*
9:18 Lev. 3:1-11
*
9:22 Say. 6:22-26