LEVİLİLƏR 13:47
89
LEVİLİLƏR 14:25
47
Üstündə iyrənc kif əlaməti olan hər cür parça: yun ya da kətan geyim
48
yaxud hər cür toxunma
parça yaxud dəri və hər dəri məmulatı haqqında təlimat budur.
49
Ya geyimdə, dəridə ya da hər cür
parçada, dəridən düzəlmiş hər bir əşyada əmələ gələn əlamət yaşıltəhər və ya qırmızımtıl olsa, bu,
iyrənc kif əlamətidir. Qoy bu, kahinə göstərilsin.
50
Kahin ona baxıb, əşyanı yeddi gün müddətinə
təcrid etsin.
51
Yeddinci gün yenə də ona baxıb görsə ki, geyimə, parçaya, dəriyə yaxud dəridən
düzəlmiş məmulata əlamət yayılıb, bu əlamət təhlükəli iyrənc kifdir, murdar sayılsın.
52
Üstündə
ə
lamət olan yun ya da kətan geyimi yaxud parçanı yaxud dəridən olan əşyanı kahin yandırsın. Bu,
iyrənc təhlükəli kifdir, yandırılsın.
53
Amma əgər kahin baxıb görsə ki, geyimə, parçaya yaxud dəridən olan əşyaya əlamət yayılmayıb,
54
kahin əmr versin ki, üstündə əlamət olan hər şey yuyulsun. Sonra onu yenə də yeddi gün müddətinə
təcrid etsin.
55
Əlamət yuyulduqdan sonra kahin yenə də o şeyə baxsın. Əlamət yayılmadığı halda
görkəmini dəyişməyibsə, o şey murdar sayılsın. Əlamət istər ön, istərsə arxa tərəfindən olsun, onu
yandırmalısınız.
56
Lakin kahin baxıb görsə ki, əlamət yuyulduqdan sonra rəngi solub, qoy onu
geyimdən, dəridən yaxud parçadan qopartsın.
57
Əgər bundan sonra əlamət geyimdə, parçada yaxud
dəri əşyada yenidən əmələ gələrsə, o əşyanın sahibi onu yandırsın.
58
Yuyulduqdan sonra əlamət
üstündən yox olan paltar, parça yaxud dəri əşya yenə də yuyulub pak sayılsın.
59
Bu, yun və ya kətan geyimdə, hər toxunma parçada və dəridən olan hər əşyada əmələ gələn iyrənc
kif əlamətinə əsasən onu pak ya murdar saymaq üçün təlimatdır».
14
Cüzam haqqında
1
Rəbb Musaya dedi:
2
* «Dərisində cüzam olan adamın paklanması haqqında təlimat budur. Bu
adam kahinin yanına gətirildikdə
3
kahin düşərgədən kənara çıxıb cüzama tutulan xəstəyə baxsın;
onun dərisindəki əlamətlər sağalıbsa,
4
onda qoy kahin paklanan adam üçün iki pak diri quş, sidr
ağacının budağı, al rəngli ip və züfa otu gətirməyi əmr etsin.
5
Kahinin buyurduğuna görə quşların
biri saxsı qabda axar su üzərində kəsilsin.
6
Sonra kahin sağ qalan quşu, sidr ağacının budağını, al
rəngli ipi və züfa otunu götürüb, axar suyun üzərində kəsilən quşun qanına batırsın.
7
Sonra qoy
cüzamdan paklanan adamın üstünə yeddi dəfə qanı çiləyib onu pak elan etsin. Sağ qalan quşu çölə
buraxsın.
8
Paklanan adam geyimlərini yusun, özünü bütünlüklə qırxsın, su ilə yuyunsun; sonra pak
sayılsın və düşərgəyə girsin. Amma o, yeddi gün ərzində öz çadırından kənarda yaşasın.
9
Yeddinci
gün o adam saçını, saqqalını, qaşlarını, bədənindəki bütün tüklərini qırxsın, geyimini yusun, bədənini
su ilə yusun, sonra pak sayılsın.
10
Səkkizinci gün o adam qüsursuz iki erkək toğlu, birillik qüsursuz dişi toğlu, taxıl təqdimi olaraq
bir efanın onda üç hissəsi miqdarında zeytun yağı ilə yoğrulmuş un və bir loq zeytun yağı gətirsin.
11
Paklanma mərasimi ilə məşğul olan kahin paklanan adamı və gətirdiyi təqdimləri Rəbbin hüzuruna
– Hüzur çadırının girişinə gətirsin.
12
Kahin erkək toğluların birini götürüb zeytun yağı ilə təqsir
qurbanı kimi təqdim etsin. Onları Rəbbin hüzurunda yellədərək təqdim etsin.
13
Toğlunu günah
qurbanı və yandırma qurbanı kəsdiyi yerdə – müqəddəs sayılan yerdə kəssin; çünki günah qurbanı
kimi təqsir qurbanı da kahinə aiddir. O qurban ən müqəddəsdir.
14
Sonra kahin təqsir qurbanının
qanından bir az götürüb paklanan adamın sağ qulağının mərcəyinə, sağ əlinin və sağ ayağının baş
barmağına çəksin.
15
Kahin bir az zeytun yağı götürüb sol ovcuna töksün və
16
sağ əlinin bir barmağını
sol ovcundakı zeytun yağına batıraraq Rəbbin hüzurunda yeddi dəfə çiləsin.
17
Ovcunda qalan yağdan
kahin paklanan adamın sağ qulaq mərcəyinə, sağ əlinə və sağ ayağının baş barmağına, yəni təqsir
qurbanının qanından çəkdiyi yerlərə sürtsün.
18
Kahin ovcundakı yağın qalan hissəsini bu adamın
başına çəkib bununla onun üçün Rəbbin önündə kəffarə etsin.
19
Bundan sonra kahin günah qurbanını
kəssin. Bununla paklanan adam üçün murdarlığını kəffarə etsin. Sonra isə yandırma qurbanını kəsib
20
onunla taxıl təqdimini qurbangahda təqdim etsin. Beləcə kahin o adam üçün kəffarə etsin ki, o pak
sayılsın.
21
Əgər o adam yoxsuldur və bu təqdimlərə gücü çatmırsa, özünün kəffarəsi üçün yellədilən təqsir
qurbanı kimi bir erkək toğlu, taxıl təqdimi kimi zeytun yağı ilə yoğrulmuş onda bir efa narın unla
bir loq zeytun yağı,
22
biri günah qurbanı, o biri yandırma qurbanı olaraq iki qumru quşu yaxud iki
göyərçin götürsün. Bunlara gücü çatar.
23
Paklanmasının səkkizinci günü bu adam bunları kahinin
yanına, Hüzur çadırının girişinə – Rəbbin hüzuruna gətirsin.
24
Kahin təqsir qurbanı olan toğlunu və
bir loq zeytun yağını götürüb yelləmə təqdimi olaraq Rəbbin hüzurunda yelləsin və
25
təqsir qurbanı
olan toğlunu kəssin. Sonra kahin təqsir qurbanının qanından bir az götürüb paklanan adamın sağ
*
14:2 Mat. 8:4; Mark 1:44; Luka 5:14; 17:14