LEVİLİLƏR 13:4
88
LEVİLİLƏR 13:46
ağardıb dəridən dərin görünsə, bu, cüzamın bir əlamətidir. Kahin baxıb o adamı murdar elan etsin.
4
Əgər dərisindəki ləkə ağ olub dəridən dərin görünməsə və üstündəki tükləri ağartmasa, kahin azarlını
yeddi gün müddətinə təcrid etsin.
5
Yeddinci gün kahin ona baxsın. Onun nəzərində əlamət yerində
qalıb dərisinə yayılmayıbsa, kahin onu yenə də yeddi gün müddətinə təcrid etsin.
6
Yeddinci gün
kahin yenə də ona baxsın. Əlamət dərisinə yayılmayıb, solubsa, kahin o adamı pak elan etsin. Bu
azar dəri səpməsidir. Qoy o adam geyimlərini yusun, sonra pak sayılsın.
7
Lakin kahin ona baxıb pak
saydıqdan sonra səpmə dərisinə yayılırsa, o yenə də özünü kahinə göstərsin.
8
Kahin yenə də ona
baxsın, dərisindəki səpmə yayılıbsa, kahin o adamı murdar elan etsin. Bu cüzamdır.
9
Bir adamın dərisində cüzam əlaməti əmələ gələrsə, qoy o adam kahinin yanına gətirilsin.
10
Kahin
ona baxsın, dəridəki tükləri ağardan xoralı ağ bir şiş varsa,
11
bu, bədəninin dərisində kök salmış
cüzamdır. Kahin o adamı murdar elan etsin, amma təcrid etməsin, çünki o murdardır.
12
Əgər cüzam
dəriyə yayılıb bütün bədəni bürüsə və əlamətin onu təpədən dırnağadək tutması kahinə görünsə,
13
qoy kahin diqqətlə baxsın. Cüzam bütün bədəni bürüyübsə, kahin azarlını pak elan etsin. Ağardığı
üçün o adam pak sayılsın.
14
Lakin o adamda xoralanma görünsə o, murdar sayılsın.
15
Kahin o adama
baxıb xoralanma görsə, onu murdar elan etsin. Xoralanma murdardır, o, cüzamdır.
16
Xoralanma
sağalıb ağardığı halda o adam kahinin yanına getsin
17
və kahin ona baxsın; əlamət ağarıbsa, o adamı
pak elan etsin, çünki o, pakdır.
18
Bir adamın dərisində çiban əmələ gəlib sağaldıqdan sonra
19
və yerində ağ şiş yaxud qırmızımtıl-
ağ parlaq ləkə əmələ gələn halda bu əlamət kahinə göstərilsin.
20
Kahin ləkəyə baxsın, üstündəki
tükləri ağarıb dəridən dərin görünsə, kahin o adamı murdar elan etsin. Bu, çibanla başlanan cüzamdır.
21
Əgər kahin baxıb görsə ki, ləkənin üstündəki ağ tüklər yoxdur və ləkə dəridən dərin deyil, solğundur,
onda kahin azarlını yeddi gün müddətinə təcrid etsin.
22
Əgər dəridəki ləkə yayılırsa, kahin adamı
murdar elan etsin. Çünki bu, əlamətdir.
23
Amma ləkə yerində qalıb yayılmayıbsa, bu, çibandan qalan
çapıqdır. Kahin o adamı pak elan etsin.
24
Bir adamın dərisində olan yanıq yerində qırmızımtıl-ağ yaxud ağ parlaq ləkə əmələ gələrsə,
25
kahin ləkəyə baxsın, ləkə üstündəki tükləri ağardıb dəridən dərin görünsə, bu yanıqda başlanan
cüzamdır. Kahin o adamı murdar elan etsin, çünki bu cüzamın əlamətidir.
26
Əgər kahin baxıb görsə
ki, ləkənin üstündə ağ tüklər yoxdur və ləkə dəridən dərin olmayaraq solğun görünür, bu halda kahin
azarlını yeddi gün müddətinə təcrid etsin.
27
Yeddinci gün kahin yenə azarlıya baxsın. Əgər ləkə
dəriyə yayılıbsa, kahin o adamı murdar elan etsin; bu, cüzamın əlamətidir.
28
Amma ləkə yerində qalıb
dərisində yayılmayıbsa və solubsa, bu, yanıqdan qalan şişdir; kahin o adamı pak elan etsin, çünki bu,
yanıqdan qalan izdir.
29
Bir kişinin ya qadının başında ya çənəsində əlamət olanda
30
kahin ona baxsın. Əlamət dəridən
dərin görünürsə və üstündəki tüklər sarı və nazikdirsə, kahin onu murdar elan etsin. Bu başda ya da
çənədə iyrənc xəstəlik – qoturdur.
31
Kahin qotur əlamətinə baxsın. Əlamət dəridən dərin görünməyib
üstündə qara tüklər olmayan halda kahin qotur adamı yeddi gün müddətinə təcrid etsin.
32
Kahin
yeddinci gün yenə də əlamətə baxsın, qoturluq yayılmayıbsa, üstündəki tüklər saralmayıbsa, qoturluq
da dəridən dərin görünmürsə,
33
qoy o adam qoturluq olan yerdən başqa bütün bədənini qırxsın.
Sonra kahin onu yenə də yeddi gün müddətinə təcrid etsin.
34
Yeddinci gün kahin yenə də əlamətə
baxsın. Əgər qotur dəriyə yayılmayıbsa və dəridən dərin görünməsə, kahin o adamı pak elan etsin.
Qoy o adam geyimlərini yusun, sonra da pak sayılsın.
35
Lakin əgər kahin xəstəni pak saydıqdan sonra
qoturluq dəriyə yayılırsa,
36
kahin ona təkrarən baxsın. Qoturluq dərisinə yayılıbsa, kahin üstündəki
sarı tükün olub-olmamasına baxmasın. O adam murdar sayılsın.
37
Lakin kahinin nəzərində qoturluq
yerində qalıbsa və üstündə qara tük əmələ gəlirsə, qotur keçir və onda o adam pak sayılsın, kahin onu
pak elan etsin.
38
Bir kişinin yaxud qadının dərisində ağ parlaq ləkələr olarsa,
39
qoy kahin baxsın; dərisində donuq
ağ ləkələr varsa, bu başlanan dəmrovdur. O adam pak sayılsın.
40
Başının təpəsində saçı tökülmüş kişi dazdır. O pak sayılsın.
41
Əgər alnından saçı tökülübsə, o
adamın alnı açılmışdır və o pak sayılsın.
42
Lakin daz və yaxud alnı açılmış adamın saçı tökülən yerdən
qırmızımtıl-ağ ləkə çıxarsa, bu həmin yerdə başlanan cüzamdır.
43
Kahin oraya baxsın, saçı tökülmüş
yerdəki şiş qırmızımtıl-ağdırsa və cüzam kimi görünürsə,
44
o kişi iyrənc xəstəliyə tutulduğu üçün
murdar sayılsın. Başındakı əlamətə görə kahin mütləq onu murdar elan etsin.
45
Belə iyrənc xəstəliyə tutulan adamın geyimləri cırıq, saçı isə dağınıq olmalıdır. O adam üzünün
aşağı hissəsini örtüb “Murdaram! Murdaram!” deyə çığırsın.
46
Dərisində əlamət olduğu bütün
müddət o murdar sayılsın. Murdarlığına görə düşərgədən kənarda tək yaşasın.
Parçadakı iyrənc kif