RəBİYYƏt aslanova qloballaşma və



Yüklə 396,29 Kb.
Pdf görüntüsü
səhifə26/64
tarix30.09.2017
ölçüsü396,29 Kb.
#2482
1   ...   22   23   24   25   26   27   28   29   ...   64

102
QLO BA LLA ŞM A  VƏ  M Ə D Ə N İ M Ü X T Ə L İFL İK
hoqiqi  dəyərlər korşalır, hər şey öz “əksinə” çevrilir.
U.Hannersin  sadalanan  bu  ssenariləri  mədəniyyətin 
qloballaşması  sahəsində  mövcud  mövqelərdəki  ziddiy­
yətləri kifayət qədər əks etdirir.
Digər  müəllif,  Ş.Arzenştadt  da  “yetişmə”  ssenarisinə 
dəstək  verir.  Lakin  “Qərbləşmə”siz  qloballaşma  yolunu 
məqbul sayır.
Qədim  və  müasir  sivilizasiyaların  mədəni  dialoq 
tarixini  təhlil  edərək  belə  nəticəyə  gəlir  ki,  mədə­
niyyətlərin  “hibridləşməsi”  doğrudan  da  ümumdünya 
xarakteri  daşıyır.  Müasir mədəniyyətlər çoxsaylı  qarşılıqlı 
seçimlər nəticəsində  cilalanmış  və  deməli  milli  və  bəşəri 
simvol  və  ənənələrin  çoxluğu  kimi  mövcuddur.  Qlobal­
laşma,  çoxçalarlığı,  müxtəliflik  və  variativliyi  nəinki 
istisna  edir.  Əksinə  zəruri  edir,  çünki  bəşər  mədəniy­
yətinin gələcək taleyi bundan asılıdır.'
Qloballaşma  proseslərini  təhlil  edən  kulturoloqların 
konsepsiyaları  ən  ümumi  şəkildə  üç  fərqli  ideya  ilə  ifadə 
oluna  bilər.  Bunlar  qloballaşmanın  “qərb”  (liberal-bazar), 
“fundamentalist” və “humanitar” məzmunlu konsepsiyala­
rıdır.
Bununla  yanaşı  XX  əsrin  90-cı  illərindən  •  anti- 
qlobalizm” konsepsiyası və onun  mədəni  aspekti daha çox 
özünü büruzə verməyə başladı.
Modernləşmənin  ilk  dövrlərində,  mədəniyyətlərin 
dialoqunun  ilkin  şərti  kimi  etnik  məhdudluq  və 
xüsusiyyətlərin  aradan  qaldırılması  başlanğıc  nöqtə  hesab 
edilirdi.  Lakin  qloballaşma  gedişində  bu  ideya,  “mədəni 
imperializm” siyasətinə cavab kimi yenidən aktuallaşır.
Bu  baxımdan  “dünyanın  mədəni  mənzərəsinin 
qlobal tipologiya”sı diqqəti cəlb edir.
Tipologiyanın  müəllifi  R.Robertson  da  dörd  ssenari 
təqdim edir.  Birinci,  antiqlobalist adlanan ssenariyə görə -  
dünya  məhdud,  qapalı  mədəniyyət  və  sivilizasiyaların
1  Sosial  change  and  Modernity.  Berkeley.  Unie  of  Californ.  Press. 
1992.  p.423-427.
Fosil I. Qloballaşma. Modaniyyət fenomeni qloballaşma kontekstində  103
mozaikasıdır.  Belə dünyada bəzi  qüvvə mərkəzləri,  başqa 
sivilizasiyalara məhdud  çərçivələr  qoyaraq  onların  qapalı 
olmasını,  qabaqcıl  mədəniyyətlərin  “yüksəlişdə”  olan 
inkişafı  üçün  təhlükə  yaratmaq  imkanlannı  aradan 
qaldırmağı arzulayırlar.
İkinci  ssenariyə  görə  müasir  Roma  katolik  kilsəsinin
-   bir  sıra  ümumdünya  hərəkatlarının  dəstəyi  ilə  -   Yer 
üzündə  İlahi  nizam  ideyası  dirçələ  bilər.  Robertson  belə 
hesab  edir  ki,  bu  layihənin  gerçəkləşməsi  beynəlxalq 
hüquq,  beynəlxalq  təhlükəsizlik  və  s.  sahəsində  təməl 
ideyalara 
münasibətdə 
ümumplanetar 
konsensusun 
olmasını nəzərdə tutur.1
Müəllifin  irəli  sürdüyü  üçüncü  ssenariyə  görə  dünya
-   açıq,  suveren,  milli  dövlətlərin  qarşılıqlı  intensiv  siyasi, 
iqtisadi  və  mədəni  mübadiləsinin  həyata  keçdiyi  mə­
kandır.
Burada  da  iki  variant  mümkündür:  eqalitar  (beynəl­
xalq  tərəfdaşlar  bərabərhüquqlu  mədəni  dialoq  iştirak­
çılarıdır)  və  iyerarxis  (liderlərin  sabitliyi  təmin  etdiyi 
sivilizasiya iyerarxiyası mühüm şərt kimi qalır).
Sonuncu -  dördüncü  ssenariyə  görə -  milli  dövlətlər 
unifıkasiyaya  uğrayır,  bəşəriyyət  “dünya  hakimiyyəti” 
timsalında bir qurumda birləşir.  Qərbin liberal və marksist 
yönümlü  tədqiqatçıları  bütün  ideoloji  fərqlərə  baxma­
yaraq,  qloballaşmanın  bu  layihəsinə  tərəfdardırlar. 
Hazırda  Avropa İttifaqının  iqtisadi  inteqrasiya səviyyəsin­
dən,  daha  yüksək  mədəni-siyasi  səviyyədə  təşkilatlan­
maya keçid imkanları ciddi müzakirə olunur.
Mədəni  qloballaşmanın  bəhs  edilən  bu  model  və 
ssenarilərini  ümumiləşdirərək  belə  demək  olar  ki,  uzun 
müddətli  sosial-mədəni  perspektiv  baxımından,  mədəni 
müxtəlifliyi  təməl  prinsip  kimi  nəzərə  almayan,  ona 
biganə  qalan  istənilən  strategiya,  bütün  bəşəriyyət  üçün 
böyük təhlükə daşıyır.
1  Robertson  R.  Qlobality,  culture  and  images  of worlds  order.  Sosial 
change and Modernity.


104
Q LOBALLAŞM A   VƏ M Ə D Ə N İ M Ü X T Ə L İFL İK
Bu  gün  gözümüz  qarşısında  bütün  dünya  xalqlarının 
idcntiklik  yaddaşının  fəallaşması,  dirçəlməsi  prosesi 
gedir.  Dünya  qeyri-qərb  mədəniyyətlərin  görünməmiş 
intibahı  qarşısında  durmuşdur.  Bu  mədəniyyətlərin 
müxtəliflikdə  vəhdətini  nəzərə  almamaq  nə  dərəcədə 
məntiqəuyğundur.  Mədəni  qloballaşma  gedişində  ciddi 
ziddiyyətlərin ortaya çıxacağı istisna olunmur.
Məsələn:  “qloballaşma  -  transnasional  sosial  əlaqə  və 
məkan  yaradan,  lokal  mədəniyyətləri  dəyərdən  salan  və 
“üçüncü” 
bir 
mədəniyyət 
formalaşdıran 
dialektik 
prosesdir.  “Bir az ondan,  bir az bundan -  dünyaya yenilik 
bax  belə  gəlir.  (S.Rüşdü)”  Bu,  alman  alimi  Ulrix  Bekin 
mövqeyidir.  Həm  də  çox  səthi  bir  təhlildir.  Müəllif 
Fransada  yaşayan  ərəb  dilli  miqrantın  “ulduz”  səviy­
yəsində  məşhurlaşmasını  mədəniyyətin  qloballaşmasına 
misal  gətirir  və  təsəlli  verir  ki,  qloballaşma  bir  isti­
qamətdə  getmir,  o,  lokal  musiqi  mədəniyyətlərinə  dünya 
səhnəsini  təqdim edir, mədəniyyəti qloballaşdırır.1
Mədəniyyətin  qloballaşmasının  belə  izahı  problemi 
əlbəttə tam izah etmir.
Bəzi  tədqiqatçılar  iqtisadi  fəallığın  qloballaşmasını, 
dünya  bazarının  genişlənməsini,  bu  prosesdə  mədəniyyət 
sahəsində  baş  verən  hadisələri  “mədəni  qloballaşma” 
adlandırırlar.  Həm  də  bu  zaman  söhbət  əsasən  mədəni 
simvolların  “ixracından” gedir.  Bunu qlobal mədəniyyətin 
konvergensiyası  da  adlandırırlar.  Kevin  Robinsin  fikrincə 
burada  misal  kimi  “makdonaldizasiya”  sözünü  gətirmək 
olar.
Mənası  həyat  tərzlərinin,  mədəniyyət  simvollarının, 
davranış  normalarının  unifikasiyasıdır.  “Bir  sözlə  qlobal 
mədəniyyət  industriyası 
mədəni 
həyat  forma  və 
simvollarının  konvergensiyasıdır”.2  Müəllif davam  edərək
1 У.Бек.  Что такое  глобализация, (пер.с немец.).  М, 2001.  с.39-40.
2 Robins  К.  Tradition  and  translation:  National  Culture and  its  Qlobal 
Contekst.  In:  Enterprise  and  Heritage:  Crosscurrents  of National  Cul­
ture. London.  1991.
Fəsil I. Qloballaşma. Mədəniyyət fenomeni qloballaşma kontekstində  105
yazır  ki,  dünya  bir  əmtəə-mal  dünyasına  çevrilir.  Bu 
dünyada  lokal  mədəniyyətlər  və  identikliklər  köklərini 
unudur,  onlar  əmtəə  dünyasının  simvolları  ilə  əvəzlənir; 
bu  simvollar  reklam  və  ya  “imic  dizaynı”  sahəsindən 
mənimsənilir.  “İnsanlar  nə  alırlarsa,  necə  alırlarsa, 
eləcədirlər”. Bu mədəni qloballaşmanın qanunudur.
Digər  müəllif  -   Rozenauya  görə  informasiya 
texnologiyaları  və  iqtisadi  fəallığın qarşısında heç nə dura 
bilmir.  Süni  peyklər  bütün  coğrafi,  milli  və  sinfi 
sərhədləri  dəf  edərək  insanların  şüurunda  “böyük 
Amerika”  aləmini  formalaşdırır.  İqtisadi  qloballaşmanın 
nəticəsi kimi mədəni və sosial inqilab baş verir. Bu proses 
Moskva  yaxud  Tokio  küçələrindəki  hər  kəsi  əhatə  edir, 
belə  düşünməyə  əsas  verir:  bizim  Amerikada,  Amerika 
üçün  etdiyimiz  hər  şeyin  bütün  dünya  üçün  əhəmiyyəti 
var.  Bizim  xəbərlər -  qlobal  xəbərlər, bizim  məhsulumuz 
-  qlobal məhsuldur və s.
Göründüyü  kimi  çox  hallarda  qloballaşma  yalnız 
iqtisadi, informasiya və  s.  aspektlərə  müncər-edilir, yaxud 
da bu aspektlərin rolu  hədsiz şişirdilir.  Lakin bütün bunlar 
mədəni  qloballaşmanın  izahı,  təhlili  üçün  tətbiq  oluna 
bilməz.  Mədəniyyətin  qloballaşması  problemini  tədqiq 
etməyə  ilk  cəhd  edənlərdən  yuxanda  adını  çəkdiyimiz 
Roland  Robertsonun  mövqeyi  diqqəti  cəlb  edir.  Onu 
bəzən mədəniyyətin qloballaşması nəzəriyyəsinin atası  da 
adlandırırlar.
R.Robertson  belə  hesab  edir  ki,  yalnız  mədəniyyət 
nəzəriyyəsinin  bütün  dərinlikləri  ilə  tətbiq  olunarsa  bu 
prosesin  paradoksallığı  və  ambivalentliyi  üzə  çıxar,  “eyni 
zamanda,  həm  də  bir-birinə  əks  istiqamətdə  gedən 
dialektik proseslərin” mövcudluğu üzə çıxar.
Qloballaşma -  birtərəfli,  birxətli,  avtomatik gedən  bir 
proses  deyil.  Əksinə,  qloballaşma  sözünə  və  prosesinə 
rast  gəldiyimiz  hər  yerdə  bir  lokal  aspektin  rolunun  daha 
da  güclənməsini  nəzərdə  tutmalıyıq.  Qloballaşma  yalnız 
lokal  məkan  və  mexanizmlərin  sökülməsi,  dağılması


Yüklə 396,29 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə