RəBİYYƏt aslanova qloballaşma və



Yüklə 396,29 Kb.
Pdf görüntüsü
səhifə46/64
tarix30.09.2017
ölçüsü396,29 Kb.
#2482
1   ...   42   43   44   45   46   47   48   49   ...   64

182
Q LO B A LLA ŞM A  V Ə  M Ə D Ə N İ M Ü X T Ə L İF L İK
marağın  fonunda “islam  triumfu”,  “islam  intibahı”,  “islam 
(demoqrafik)  partlayışı”  və  s.  kimi  anlayışların  dünya 
ictimai  elmi  müstəvisində  geniş  təhlilə  cəlb  olunması  ilə 
bir vaxta təsadüf etdi.
Bəşər  həyatının,  dünya  iqtisadiyyatının və  siyasətinin 
inkişafı  gedişində  inteqrasiya  və  beynəlmiləlləşmə 
meyllərinin  artması  Qərb  və  Şərq  mədəniyyətlərinin, 
dünya  duyumunun  qarşılıqlı  tapmması  və  yaxınlaşması 
kimi  amilləri  zəruri  edir.  Həm  dünya  mədəniyyətinin 
dəyərlərinə  yiyələnmə,  həm  də  mədəni  müxtəlifliyə 
artan  diqqətə  rəğmən  müşahidə  olunan  mədəni  intibah, 
informasiya-telekommunikasiya 
texnologiyaları,
miqrasiya  proseslərinin 
intensivləşməsi 
və 
s. 
öz 
növbəsində  dünyanın  mədəni-mənəvi  simasının  və 
insanların  şüurundakı  anlam  tiplərinin  yanaşı  dərk 
edilməsini  şərtləndirmişdir.  XXI  əsrin  sivilizasiyasım 
sintez  sivilizasiya  kimi  formalaşdırmaq,  yeni  “planetar 
təfəkkür”,  mədəniyyətlərin  dialoqu  və  s.  kimi  mövzular, 
qlobal  şüurun dünya tarixi  və mədəniyyətinin ortaq, bütöv 
və 
ümumiliyi 
ilə 
səciyyələnən 
dünya 
obrazına 
“köklənməsini” mümkün edir.
Bəşəriyyətin kollektiv zəkası  öz mənəvi təkamülünün 
yalnız  müəyyən  pilləsində  özünü  vahid  bir tam  kimi  dərk 
etməyə  hazır  olur  və  qabil  olur.  “İnsan  tarixinin  birliyi 
ideyası  bəşəriyyətin  irəliyə  doğru  inkişafında  ilk  dəfə 
olaraq dini-mifoloji  formada dərk edilir”.1
Hər  hansı  bir  millətə  (iudaizm),  xalqa  (xristianlıq) 
deyil,  bütövlükdə  bəşəriyyətə ünvanlanan səmavi  dinlərin 
ən kamili  kimi  islamdakı  vəhdət,  ahəng,  mənəvi  saflıq  və 
əxlaqi  kamillik  prinsipləri  müasir  dövrdə  islama  dərk 
olunaraq  yönəlmiş  marağı  şərtləndirmişdir.  İslama  ma­
rağın  mahiyyət  və  kökləri  humanitar  (fəlsəfi-tarixi, 
mədəni-elmi)  “ekspertizadan”  keçirilməli,  “islam  trium-


Артановский  C.H.  Историческое  единство  человечества  и  вза­
имное влияние культур.  Л.,  1977, с.7.
Fosil П.  Q loballaşm a  və m əd ən iy y ətlərin   dialoqu
183
fu”,  “strateji  islam”  və  s.  kimi  konsepsiyalara  münasibət 
bildirilməlidir.  Problemə  diqqətin  yönəlməsi  əslində  real 
və  tarixi  bir  prosesin  baş  verməsindən  xəbər  verir.  “Bu 
gün  islamın  nüfuz  və  təsirinin  artmasını  düşünülmüş  və 
planla qurulmuş  proses kimi  şərh  edən  mövqelərin çoxluq 
təşkil  etməsi,  onlara  əks  olan  belə  bir  müddəanın 
yanlışlığını  heç  də  sübut  edə  bilməz:  İslamın  nüfuzu  min 
illər  boyu  davam  edən,  kainatın,  təbiətin  və  cəmiyyətin 
inkişaf  istiqamətlərinə  cavab  verən,  təməli  və  kökləri 
dünyanın  ilahi  axarı  və  gərdişinə  uyğun  olan,  elə  buna 
görə də əbədi davam edəcək təbii prosesdir”.'
İslam  və  mədəniyyət  mövzusu,  adından  göründüyü 
kimi  tədqiqat predmetinə  sistemli  və  vəhdətdə  yanaşmağı 
irəli  sürür.  Dinə  dair tədqiqatlarda  din  və mədəniyyət, di­
ni  və  dünyəvi  mədəniyyət,  mədəniyyətdə  idrak  və  dəyər 
aspektlərinin,  bilik  və  inam,  dolayısı  ilə  də  şərq  və  Qərb 
dünyaduyumunun  bir-birindən  təcrid  olunmuş  şəkildə 
təhlili,  yaxud  bir-birinə  qarşı  qoyulması  cəhdləri,  eyni 
problemə  aydınlıq  gətirən  mövzular  arasından  sədd  çə­
kilməsi,  Qərb  ictimaiyyətşünaslığının  icad  etdiyi  tədqiqat 
metodlanndandır.  Belə  yanaşmanın  potensialı  tükənmiş­
dir.  Qlobal reallığa paralel  olaraq, qlobal elmin də tədqiqat 
metodları  və  prinsiplərində  köklü  dəyişikliklər  baş  verir. 
Mədəni  vəhdəti  qlobal  hüdudda  gerçəkləşən  dünyanın 
fraqmentar  çərçivəyə  yerləşdirilməsi  yanlış  nəticələrin 
alınmasını  şərtləndirir.
Dünya  elmində  formalaşmış,  elmlərin  qovuşuğunda 
yerləşən  “kross-kultur”  (mədəniyyətlərarası)  tədqiqatlar, 
bir  vaxt  həm  subyektiv  ideoloji,  həm  də  obyektiv  (fən- 
nlərin  ixtisaslara  bölünməsi)  şərtlərdən  irəli  gələn  prin­
siplərdən  azad,  dünya  mədəniyyətini  sintezdə  və  bütöv­
lükdə təhlil  edən istiqamətlər  geniş yayılmışdır. “XX əsr­
də  sivilizasiyaya  dair  tədqiqatlar,  bir  mədəniyyətin  nü-
1  С.Переслегин.  О  спектроскопии  цивилизаций.  //  В  кн:  Геополи­
тика.  М, 2002, с.171.


184
Q LO BA LLA ŞM A  VƏ M Ə D Ə N İ M Ü X T Ə L İF L İK
munə  kimi  götürülərək,  qalanların  onlarla  müqayisə  edil­
məsi,  ya  da  tarixin  arxivinə  verilməsi  və  s.  kimi  qəna­
ətlərə  gəlindiyi  fazadan,  hər  bir  mədəniyyətin  unikallığı 
və universallığı fikrinin qəbul edildiyi fazaya keçdi”.'
İslam  dini  və  mədəniyyət  probleminin  tədqiqinə 
abstrakt  totallıq  prinsipi  ilə  yanaşıldıqda  qeyri-Qərb  və 
qeyri-Avropa  mədəniyyətlərin  dinamikası  anlaşılmaz 
qalır.  Şərq  mədəniyyəti  statik,  dəyişməz,  ənənəvi,  kon­
servativ  və  s.  kimi  səciyyələndirilir.  Belə  bir  sual  ortaya 
çıxır:  “Müasir  Qərbin  bu  mənəvi-mədəni  təcrübəyə 
müraciət etməsi hansı amillərlə izah oluna bilər?”1
 2
Sovet  dövründə  Azərbaycan  xalqının  üç  nəslinin 
böyüməsinə  baxmayaraq  din,  mədəniyyət  və  mənəviyyat 
məsələlərinə  dövlətin,  ziyalıların  və  xalqın  diqqəti  göz 
qabağındadır.  “Azərbaycanda  bu  gün  dinə  qayıdış  prosesi 
gedir.  Bu  ziddiyyətli  və  mürəkkəb  prosesdir.  Din  bu  gün 
etik-mənəvi  normaların,  idealların  mənbəyi  və  milli 
mədəniyyətin  tərkib  hissəsi  sayılır.  Dəyişikliklər  ictimai 
şüurun  bütün  səviyyələrində  gedir.  Xalq  öz  dininin  ma­
hiyyətinə  dair  biliklərlə  maraqlanır,  nəinki  ilahiyyatçılar, 
adi  vətəndaşlar  da  dinimizin  əsas  müddəalarına  dair 
mühakimələr yürüdürlər”.3
Dinə  qayıdışın  zahiri  sezilən  əlamətləri  deyil,  həqiqi 
mahiyyət  və  səbəblərinin  ciddi  elmi-fəlsəfı  təhlilinə 
xüsusi  ehtiyac  vardır.  Belə  təsəvvür  yarana  bilər  ki,  bir 
zamankı  ateizm  hərəkatı  indi  də  sadəcə  (“o  pisdir,  bu 
yaxşıdır” prinsipi  ilə) dini qayıdışla əvəzlənmişdir.
Dini  intibahın  tarixən  şərtləndirilmiş  səbəbləri  möv­
cuddur.  Hər  hansı  bir  cəmiyyətin  gələcəyi  üçün  təhlükə 
yarananda,  onun bütövlüyünü və  dayanıqlığını  təmin edən 
mənəvi faktorlara diqqət artır.
1  Ф.Бродель.  Материальная  цивилизация.  Экономика,  капита­
лизм.  Том.З.  Время мира. М,  1992, с.96.
2  Б.С.Ерасов.  Культура,  религия  и  цивилизация  на  Востоке.  М, 
1990. с.16.
3 Россия и мусульманский мир.  2001, №11, с.79.
Fəsil II. Q loballaşm a və  m adəniyyotlərin dialoqu
185
Din və mədəniyyətin yarandığı ünvan Şərq olmuşdur­
sa da, bəşər mədəniyyətinin Qərbə və  Şərqə bölmək ənə­
nəsi,  “mədəni-qeyri-mədəni  dixotomiyası  təşəbbüsü  də 
Qərbə  məxsusdur.  Bəşər  mədəniyyəti  ortaq  dəyərlərin 
sintezidir.
İslam  dininin  mədəni,  maarifçi,  elmi  missiyası  az 
öyrənilmiş  sahələrdəndir.  İslamın  mədəniyyət  sistemində 
tutduğu  yer  həm  tarixi  əhəmiyyəti,  həm  də  yaşadığımız 
dövrün  qlobal  transfonnasiyaları  baxımından  təhlil 
edilməlidir.  Qərbin  mədəni  ənənələrinin  Şərqdən  bəh­
rələnməsi,  islam  və  mədəniyyət  mövzusunu  ümumşərq- 
ümumdünya  kontekstində,  dəyişən  eralar  və  əsrlərin 
sıralanmasında,  qarşılıqlı  təsirdə  izlənilməsi,  islamla 
vahid  mədəni,  fəlsəfi,  dini  məkan  təşkil  edən  xalqların 
mədəni  təkamülünün  əlaqəli  araşdırılmasına  diqqəti  cəlb 
edən məsələlərdəndir.
Mədəniyyətşünaslıq sahəsində bütöv elmlər komplek­
si  XX  əsrdə  formalaşmışdır.  Burada  gəlinən  əsas  nəti­
cələrdən  biri  də  mədəniyyətin-dini  və  dünyəvi  tərəflərin 
sintez  və  vəhdətindən  ibarət  olması  qənaətidir.  Müxtəlif 
tarixi  dövrlərdə  mədəniyyətin  dini  və  dünyəvi  qatları 
qeyri-bərabər  inkişaf  etmişdir.  Məsələn,  orta  əsrlərdə 
dünyəvi  aspekt üstünlük təşkil etmişdir.
Son  iki  əsrdə  isə  əksinə  dini-mənəvi  mədəniyyətin 
kölgədə  qalması,  idrak aspektinin  mənəvi-dəyər aspektini 
üstələməsi  texnogen  sivilizasiya  və  mənəviyyatın  böhra­
nında  təzahür  etmişdir.  Bu  da  elmə  olan  inamı  laxlatmış- 
dır.  Yaxud  sovet  dövründə  Azərbaycanda  dünyəvi  mədə­
niyyətin  inkişafına tərs  mütənasib  olaraq  dini  mədəniyyət 
demək olar ki, durğunluq dövrünü yaşamışdır.
Tarixin  məşəqqətli  təcrübəsi  sübut  edir  ki,  mədəniy­
yətin  mahiyyət  aspektlərinin  birtərəfli  inkişafı  arzuolun­
maz nəticələrə  gətirib  çıxarır.  Mənəvi  mədəniyyətə  biga­
nə olan sivilizasiya öz fəlakətli sonluğuna doğru irəliləyir.
İslam  dinində  elmə  verilən  böyük  qiymət  və  bununla 
yanaşı  kamil əxlaqi-mənəvi dəyərlərin də əvəzsiz rolunun


Yüklə 396,29 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə