214
Q LO B A LLA ŞM A VƏ M Ə D Ə N İ M Ü X T Ə L İF L İK
qiymətləndirilmişdir.
İbn-Rüşdün iki həqiqət təlimi əhəmiyyət və dəyərinə
görə çox geniş mübahisə və tədqiqatlara təkan vermişdir.
Mütəfəkkir belə hesab edirdi ki, “fəlsəfə islamın əsas
qanunlarına zidd deyildir.”1 Müasir təbiətşünaslığın
fəlsəfəsi
baxımından filosofun əsrlərdən boylanan
təliminin
müddəalarının
dəstəklənməsi
İbn-Rüşdün
dahiliyinə daha bir sübutdur.
XIV-XV əsrlərdə İbn-Rüşdün təsiri ən yüksək
zirvəyə çatmışdı. Onun əsərləri bu zaman Qərb universi
tetlərində dərs kitabları kimi öyrənilirdi. Burada Aristotel
əsərləri ilə İbn-Rüşdün əsərlərinin ayrı-ayrılıqda mü
qayisəli tədrisi onu sübut edirdi ki, İbn-Rüşd Aristotelin
sadəcə şərhçisi deyil, orijinal, yeni fəlsəfi sistemin
banisidir.
Aristotelin əsərlərini (İbn-Rüşd sayəsində) əldə
etdikdən sonra, onun və davamçılarının ən iyrənc şəkildə
təqib edilməsi, filosofun müstəqil fəlsəfi təlim yaratdığına
daha bir sübutdur.
Avropada islam mədəniyyətini təhlil etmək istəyənlər
əvvəlcədən belə bir məhdud fikrə aydınlıq gətirmək
istəyirdilər:
yunan-ellin
fəlsəfəsi
nə
dərəcədə
islamlaşdmlmışdır və ya islam ideyaları nə qədər
ellinləşdirilmişdir?
Dini-fəlsəfi sistemlərdə “islam fəlsəfəsinin” yerini
bilmək üçün onun düha”larının elmlər təsnifatında islamın
nə kimi yer tutduğuna diqqət yetirmək vacibdir.
Müsəlman
alimləri elmlərin təsnifatına böyük diqqət
verirdilər. Bütün təsnifat sistemlərində fəlsəfəyə xüsusi
yer ayrılması xüsusi vurğulanmalıdır. Məntiqçi İbn
Tumlus (1223) elmlərə “qədim elmlərə” və “bütün
xalqlar və dinlər üçün vacib olan, yəni fəlsəfə”yə
bölürdü. Elmlər təsnifmdə məntiq və kəlamın yerini təyin
etmək mürəkkəblik yaradırdı. Çünki Kəlam həm metod,
həm də predmetinə görə fəlsəfədən ayrılmaz idi. Fərabi
1 Великие мыслители Востока. M, 1999. c.600.
Fəsil II. Q loballaşm a və m ədəniyyətlərin dialoqu
215
(950-ci ildə vəfat etmişdir) onu linqvistik elmlərə aid etdi.
Dahi riyaziyyatçı, müasir kibernetikanın ən mühüm
anlayışlarından
olan
“alqoritm”
sözünün
adından
götürüldüyü əl-Xarəzmi (Avropaya Alqorismus adı ilə
tanışdır) öz təsnifatında nəinki dünyanın bütün elmlərinin
əsas sahələrini • əhatə edə bildi, ən vacibi ərəb-islam
aləmindən təşəkkül tapan elmlərin dəqiq mənşəyini də
nəzərə almaqla mükəmməl təsnifat tərtib etdi: 1) dini-
qanuni elmlər, 2) xarici elmlər fəlsəfə (nəzəri və praktiki
fəlsəfə). Əl-Qəzali dini və xarici elmləri yox, “dini” və
“qeyri-dini” elmlər bölgüsünü təsdiq etdi. İbn Xaldun
“ənənəvi” və “fəlsəfi elmlər” kimi bölgünü üstün tutdu.
İbn Sina “ərəb və qeyri-ərəb”, “yerli və xarici” mənşəli
elmləri fərqləndirməyərək bütün elmləri 1) nəzəri
fəlsəfə-hikmət və 2) praktiki fəlsəfəyə böldü: 1-ci
həqiqəti, 2-ci xeyirxahlığı öyrənməli idi.
Bu misalları gətinnəkdə məqsədimiz fəlsəfənin
islamda xüsusi statusunu diqqətə çəkməkdir. Bütün
alimlərin fəlsəfəyə ayırdığı yer onu göstərir ki, bu elm _
həm ən vacib, həm də inkişafı və dəyilməsi arzu olunan
xarici biliklər sistemidir. “İslam fəlsəfəsi özünəqədərki
sistemlərə xas olan tərəddüdlü və natamam cəhətləri
bitkin və kamil sistemlərə çevirmək qərannda idi”.1
Fəlsəfə bütün idrakın oxu hesab olunurdu, insan və
varlığın mahiyyəti fəlsəfədə aşkar olunurdu. Müsəlman
dini fəlsəfəsi Avqustin və Anselm kimi, F.Akvinalı kimi
biliyi inamla əvəz etməkdə ehtiyac görmürdü. Qurani
Kərimdə deyilir: “Allahdan yalnız onu dərk edənlər
qorxarlar”,
yaxud
“Allah
hikməti
yalnız
sevdiyi
bəndələrinə verir”. Əl-Qəzali Qurana isnad edərək
yazırdı: Allah İbrahimə dedi: “Mən bilən (dərk edənəm),
bilməyə səy göstərən hər kəs mənə əzizdir”.
Müsəlman fəlsəfəsinin ən xarakterik cəhəti vəhylə
ağlı, biliklə inamı qarşı-qarşıya qoymamaq prinsipində idi.
1 Г.Э.фон Грюнебаум. Основные черты арабо-мусульманской
культуры.- M , 1981.С.124.
216
Q LO B A LLA ŞM A VƏ M Ə D Ə N İ M Ü X T Ə L İFL İK
Fəlsəfə daha çox intellektual mahiyyətli olub, praktiki-
mədəni ifadəsi baxımından məhdud idi.
İslam fəlsəfəsinin sırf Aristotel məntiqli təlimlərə və
ya rasional elementlərə üstünlük verməklə deyil, anlamın
bütün yol və üsullarını vacib sayması, onların vəhdətini
nəzərdə tutması Qərb fəlsəfəsinə hələlik məlum deyildi.
Əl-Qəzali özü də fəlsəfə dedikdə yalnız rasional biliklə
əldə olunan
həqiqəti nəzərdə tutan təlim təsəvvür
edildiyindən bu fəlsəfəni təkzib etmişdi. Həqiqətin həm
inam, həm də ağıl yollarının mövcudluğunun sübut edən
İbn Rüşd də “təkzibi təkzib” yazmışdı. Bütün bunlar
göstərirdi ki, islam fəlsəfəsi “fəlsəfə” anlamına yeni,
həqiqi, mahiyyətə uyğun məzmun vermək əzmində idi.
İbn Heysəlin yazdığı kimi vəhy və dini qanunun da,
fəlsəfənin də məqsədi insan qəlbinin kamilləşməsi,
bunun üçün mənəvi-əxlaqi dəyərlərə dayaqlanan həm
ailənin, həm də siyasəti əhatə edən sosial nizamın təşkili
yolu
ilə
getməkdir.
O,
həmçinin uzaqgörənliklə
söyləmişdi ki, tarix, dil və s. elmlər məkandan məkana
dəyişəcək, fəlsəfə bütün dövrlər, bütün millətlər üçün bir
və ümumi olacaqdır.
Həqiqətin rasional və mistik yollan fəlsəfi zəka
tarixində islam dini fəlsəfəsində vəhdətə gətirildi. Bu
istiqamətdə sufizm özəl yer tutur. Böyük İbn-Sina sufiləri
məhz “həqiqət qardaşları”, həqiqət arayan həmkar və
yoldaşlan” adlandırmışdı. Sufizm və fəlsəfənin (rasional
yunan fəlsəfəsi mənasında) münasibətini Böyük Şeyx İbn
Ərəbi özü çox gözəl ifadə etmişdir. Bir-birinin müasiri
olmaq xoşbəxtliyi nəsib olan İbn Rüşdlə İbn Ərəbi öz ilk
görüşünü belə təsvir edir: “Atamın dostu İbn Rüşd məni
görmək istəmişdi. Mən otağa daxil olanda filosof ayağa
qalxdı, məni qucaqlayıb, “Hə!” dedi. Mən onu başa
düşdüm və cavab verdim. “Yox!”. İbn Rüşdün siması
dəyişdi. Sonra soruşdu: İlahi vəhy və mistik nurlanma
nəticəsində gəldiyin qərar necədir? O, düşüncə ilə üst-
üstə düşürmü? Mən cavab verdim: “Hə!” və “Yox!”.
Fosil II. Q loballaşm a və m ədəniyyətlərin dialoqu
217
“Hə” və “Yox” sufizmlə fəlsəfə arasında eyni və
fərqli
cəhətləri
göstərirdi.
Aristotelizmin
rasional
yanaşması ilə, intuitiv, daxili səylərin nəticəsi olan
yaşantı və mistik təcrübə sufizmdə əl-ələ yeriyirdi. İbn-
Rüşd deyirdi ki, əgər bu fəlsəfədə “bizə qədər
yaşayanların kitablarında həqiqətə gətirən məqamlar
varsa, onların hamısını öyrənəcəyik; əgər olmasa, biz
onları şərh edəcəyik”.
Dini-fəlsəfi sistemlərdə sufizm təliminin yeri və rolu
bütün dünya miqyasında ona marağın hədsiz artması ilə
müqayisədə dəyərincə qiymətləndirilməmişdir. Sufizm
tarixən islamla bağlıdır. Bu təsadüfi deyildi. Məhəmməd
timsalında Vahid Allah ziyası Şərqin geniş məkanını
nurlandırdı, Şərqlə Qərb arasında körpü olmaq missiyası
islama nəsib oldu. Allaha qovuşmaq Yolu və bu Yolun
adamlan sufilər idilər”.
“Vəhdəti-vücud” və “kamil insan” konsepsiyaları
mükəmməlliyi baxımından bu gün ən müxtəlif elm
sahələri tərəfindən səylə öyrənilir. Sufizmdə islamın
intelektual
aspektinin
önə
çəkilməsi
əl-Qəzali
yaradıcılığında ən parlaq nümunə kimi ortaya çıxması
dünya
filosoflarının
diqqətini
həmişə
cəlb
edən
mövzulardandır. Hətta ortodoksal islam nümayəndələri də
əl-Qəzalinin “dini, məntiqi və psixoloji amillərin
mahiyyətcə bağlı olması” fikrinin düzgünlüyünə inandılar.
Əl-Qəzali mistisizm və teologiyanı onların daxili
məzmunu hüdudundan çıxmadan bir sistemə yerləşdirə
bildi. “Sufizm bütün dinlərin daxili təlimidir” deyərək,
Qəzali Bibliyadan çoxlu sitatlar gətirirdi. Bu fikrinə görə,
onun xristianlığın təsirinə düşməsini də söyləyənlər
olmuşdu.
Daimi, əbədi həqiqət axtarışı sufizmin fəlsəfi
rasionalizmin potensial müttəfiqi ola bilməsinə heç bir
maneçilik törətmirdi. “Filosofa dinsiz deyə bilərlər, lakin
bu o demək deyil ki, filosofun dediyi hər söz yalandır”
yazan İbn Ərəbi elm və idrakı ruhun kamilliyinə aparan
Dostları ilə paylaş: |