218
Q LO B A LLA ŞM A VƏ M Ə D Ə N İ M Ü X T Ə L İF L İK
mühüm amillərdən sayırdı: “Ruh üçün qanmazlıqdan
böyük cəza ola bilməz!”.
Artıq X əsrin əvvəllərində islamın ən inkişaf etmiş
mədəniyyətə malik dinamik sivilizasiya olduğu dövrdə
sufi təlimi haqda Qərbdə məlumatlar yaranmağa başladı.
Qərbin fəlsəfı-dini təlimlərinə onun təsiri barədə belə bir
misal gətirmək olar ki, ilk ən böyük və klassik sufi
məktəbi Avropada 1000 il bundan əvvəl, İspaniyada təsis
olunmuşdu. Bu yeni ərazilərdə hakimiyyəti möhkəm
ləndirmək üçün deyildi. Sadəcə harda islam vardısa, orada
sufilik vardı, islam və sufizm arasında ciddi daxili
ziddiyyət yox idi. “Bu günün özündə sufi məktəblərinin
sayı durmadan artır. Belə hesab olunur ki, 40 milyona
qədər insan bu məktəblərin üzvləridir”.
“Sufi ordenlərinin Avropada yayılmış geniş şəbə
kələri içərisində Nəqşbəndilər ordeni xəlifə Əbu-
Bəkrdən, qalanlar hamısı Əlidən rişələnən sayılırlar”.1
Sufilərə
yalnız
mistiklər
kimi
baxmaq
Şərq
tədqiqatçılarına da xas olan cəhətdir. Mənəvi, fəlsəfi,
dini, psixoloji, fizioloji kamilliyə vəhdətdə nail olmaq
yollarının sufi “mexanizmi” Avropa elminin mühüm
istiqamətini təşkil edir. Amerikalı R.Nikolson sufizmi
Qərbə tanıtdırmaq üçün uzun illər tədqiqat aparmışdır. O
yazır ki, sufizm dinlərdən biri deyil, bəşəri bir dindir.
Sufizmdə ağıl azad olmadan kamilliyə gedə bilməz.
Mistika və praktika sözün əsil mənasında birgədir.
C.Rumini tərcümə edən Nikolsona görə, sufizmin bu
qədər geniş yayılmasının səbəbi “islamdakı dözümlülük
və vəhdət prinsipləridir. İslam əvvəlki dinlərdən fərqli
olaraq deyir ki, həqiqət hamıya açıqdır”.2
İntellekt və intuisiyanın vəhdətinin təməlində mə
həbbət durur - vəhdət məhəbbəti; sufi mistik ən müxtəlif
istiqamətlərdə işləyə bilir, materialist, yaxud da idealist-
dirsə fərqi yoxdur, yalnız bir istiqamətə yönəlmişdir.
1 Фредди Боллаг. Имя Аллаха и число 66. Пер. с немецк. М, 2003. с.14.
2 Лео Яковлев. Суфии, с.599.
Fəsil II. Q loballaşm a
у э
m ədoniyyətlərin dialoqu
219
Sufilər bəşəriyyətə yalnız mistik-fılosoflar deyil, həm
də çox böyük dahi alimlər bəxş etmişlər. “XX əsrin bəzi
alimləri inana bilmirlər ki, Eynşteyndən 1000 il əvvəl
dərviş Hücviri sufi təcrübəsi əsasında zaman və məkanın
eyniliyi barədə problemlər irəli sürmüşdü.”1
İdris Şahın yazdığına görə, müasir psixologiyanın
sufizmə müraciət etməsi təqdirəlayiqdir. Lakin Z.Freyd
və K.Yunqun Qərbə təqdim etdikləri psixoloji təlimlərdə
sufilər üçün təzə heç nə yox idi. Qəzali 900 il əvvəl,
“xoşbəxtlik əl kimyası”nda Freydin “libido” nəzəriy
yəsinin müddəalarını daha səviyyəli təhlil etmişdir.
Professor Tom Landau “İbn Ərəbinin fəlsəfəsi” əsə
rində göstərir ki, arxetiplər nəzəriyyəsinin banisi K.Yunq
deyildir, bu, İbn əl-Ərəbi təlimində əhatəli müəyyən
ləşdirilib. K.Yunqun öz sözləri misal gətirilir: “Qərb psi
xologiyası Şərqlə müqayisədə ilk addımlarını atır”. Eyni
fikri digər məşhur alim S.Qroff da təsdiq edir.2
Alim, filosof, ilahiyyatçı, şair, musiqiçi və s. kimi
məşhur olan sufilər bir çox ənənələrin başlanğıcını
qoymuşlar.
Sufilər içərisində Qərbə ən böyük təsir göstərən və
ən çox tərcümə olunan filosof M.C.Rumidir. Hazırda ona
maraq daha da artmışdır.
İdris şah “Sufizm” kitabında yazır: “Bizim içdiyimiz
kofeni ənənəyə görə ilk dəfə sufilər istifadə etmişlər,
geyimimiz, musiqimiz, rəqslərimiz, sözlərimiz (“həqiqət
anı”, “insan ruhu”, “ideal insan” və s.) onların dövründən
qalmışdır.
“İnsan-təbiət-kainat miqyaslı bəşəri qayğılarla bütün
digər təlimlərdən çox sufilik fəlsəfəsi məşğul olmuşdur.
Onların kamil “mən” ideyası ilə kamil cəmiyyət və dünya
yaratmaq axtarışlan Qəzali, Sənayi, Əttar, Həllac, Rəbiə
əl-Ədəviyyə, Cami, Nəvai, Nəqşbəndi, Xəyyam, Nizami,
1 Лео Яковлев. Суфии, s.601.
2 С.Грофф. За пределами мозга. М, 2000, с.500.
2 2 0
Q LO B A LLA ŞM A VƏ M Ə D Ə N İ M Ü X T Ə L İF L İK
Fizuli, Nəsimi, Nəimi və b, əsərlərindən bütün dünyaya
yayılmışdır.
II.8. Azərbaycan və islam mədəniyyəti
Hər hansı bir xalqın etnik və mədəni-mənəvi birlik,
bütövlük kimi formalaşması prosesi min illər boyu davam
edir və hər bir xalqın milli-mədəni mənşəyi və
mənsubluğu onu başqa xalqlardan fərqləndirir. İdentiklik
və mənsubiyyət bildirən əsas əlamətlərdən biri də dindir.
“Azərbaycan xalqının formalaşmasının etnik-ideoloji
əsasını məhz islam dini təşkil edir”.' VII-VIII əsrlərdən
başlayaraq Azərbaycan mədəniyyətinin də inkişafında
İslam həlledici rol oynamışdır.
'
“İslamsız türk tarixindən, türk-islam tarixinə keçiddə
barışmaz qütbləri aradan götürən, təzadı tarazla əvəz
edən, bununla da eralar, inamlar arasında varisliyi, nizamlı
keçidi təmin edən əsas meyar vahid tanrıçılıq dini ilə, “bir
olan”, mütləq Allah ideyası arasında harmoniya və ahəng
idi. “İslam tək Allahlı fəqət iki dünyalı dini əxlaqi sistem
və fəlsəfi dünyagörüş, türk tanrıçılığı da - tək tanrılı və
tək dünyalı inanc, monoteist məfkurədir. Burada nizam və
ahəngi cəmiyyətin öz əməl, rəftar və davranış kodları həll
edir.
Hətta Haqla vəhdətə Hegelin dediyi “rasional
atributlarsız”, çarmıxsız, iztirabsız və göylərlə “izdivac-
Məryəmsiz” və İsasız nail olan İslamın fəlsəfəsi və inamı
ilə tanrıçılıq dünyagörüşünün bir-birinə məhz bu kodlar
məhrəmləşdirir” *
2 Həm tanrıçılıq yaddaşından, həm də
islamdan gələn Allah-Tanrı ifadələri dilimizdə bu
vaxtacan qoşa işlədilir.
Qədim və ənənəvi dinlərə etiqad göstərən Azər
baycan türkləri islam dininin yaradılması və xilafətin
' N.Cəfərov. Azərbaycanşünaslıq məsələləri, s.21.
2 Y.Qarayev. Azərbaycan ədəbiyyatı: XIX-XX yüzillər, Bakı, 2002,
s.70.
Fəsil II. Q loballaşm a və m ədəniyyətlərin dialoqu
221
fəthləri ilə islam dinini qəbul etmişlər. İslamın
Azərbaycanda yayılması ziddiyyətsiz proses olmasa da,
“İslam Azərbaycanın iri şəhərlərində, xüsusilə tacirlər
arasında sürətlə yayılırdı. Muğan və Kaspi dənizi sahili
vilayətlərdə islam nisbətən daha tez qəbul edilmişdi”.'
Artıq VIII əsrin 30-cu illərindən Azərbaycan başdan-
başa xilafət tərkibinə qatılmışdı. Azərbaycanın vahid
dövlətdə - xilafətdə birləşdirilməsi onun iqtisadi, ictimai-
siyasi, mədəni həyatı üçün əhəmiyyətə malik idi. Ölkənin
ayrı-ayrı bölgələri arasında əlaqələrin yaranması ilə
bahəm Azərbaycanın xarici ölkələrlə qarşılıqlı əlaqəsinin
genişləndirilməsinə real imkanlar yaranırdı. Maddi
sərvətlərin bolluğu bazarların inkişafına və xarici ticarətin
genişlənməsinə səbəb olurdu.
Azərbaycanın yalnız ipəyi, boyaq və kənd təsərrüfatı
məhsulları deyil, nefti, Təbriz xalıları və s. ixrac edilən
sərvətləri deyil, zəngin mədəniyyəti də orta əsrlərin ən
müxtəlif peşə adamlarını, səyyahları, alimləri və s. cəlb
edirdi.
İslam dininin təkcə Azərbaycanda deyil, bütün Türk
dünyasında qəbul edilməsi böyük təbəddülat yaradırdı.
Mərkəzi Asiya, Ural Volqaboyu, qafqaz-Kiçik Asiya
bölgələrində İslam türk xalqlarının vahid dini olmaqla
mədəniyyətlərdəki etnik ümumiliyi bəşəri ümumiliklə
zənginləşdirir. İslamın Azərbaycanda yayılmasına müna
sibətdə zorakılıq yaxud könüllülük prinsiplərinin nisbəti
məsələsində tədqiqatçılar belə qənaətə gəlirlər: 1) Azər
baycanlılar üçün təkallahlılıq-monotcizm ideyası, Tanrı-
çılıqla islamın əsas müddəalarının üst-üstə düşməsi
tipoloji oxşarlıq təşkil edir, 2) İslamın yayılmasında türk
toplumlarının böyük rolu olmuş, türklər islam dinini
qoruyan “qılınc” olmuşlar. Peyğəmbərin “türklərə dəy
məyin” kəlamı məlumdur, 3) İslam qaydaları Azərbaycan
türklərinin adət-ənənələri ilə əkslik, ziddiyyət təşkil
etməmişdir, 4) İslam VII əsrədək müxtəlif dinlərə sitayiş
' Z.Mommədov. Azərbaycan fəlsəfəsi tarixi, s.22.
Dostları ilə paylaş: |