2 5 0
Q LO B A LLA ŞM A VƏ M Ə D Ə N İ M Ü X T Ə L İFL İK
Bu istiqamətdə görülən bütün fəaliyyətin strukturu,
məqsədi və vasitələrini müəyən edən, cəmiyyətin
mütəfəkkir ziyalı nümayəndələrinin səyləri nəticəsində,
gərgin ideya-siyasi müzakirələr gedişində formalaşan
mürəkkəb, sistemli intellektual konsepsiya kimi təsəvvür
edilən milli ideologiyanın təməlində də bu ideya durur.
“Azərbaycan dövlətinin milli-ideoloji əsasları həm
“milli ideya”, həm də “ümummilli
ideologiya” kimi
qəbul etdiyimiz “Azərbaycançılıq”dır. Xalqımızın tarixi
keçmişinin, günümüzün reallıqlarını, ümummilli psixoloji
yönümlərimizi, mentalitetimizi, adət-ənənələrimizi, sivil
beynəlxalq təcrübəni nəzərə alan, Azərbaycanın sintetik,
yeniliklərə açıq, konstruktiv rol oynayan ideoloji inkişaf
konsepsiyası kimi “Azərbaycançılıq” ideologiyasının
yaranması və yayılması müstəqillik illərində H.Əliyevin
məqsədyönlü
fəaliyyətinin
nəticəsi
olmuşdur”.
(R.Mehdiyev. “XXI əsrdə milli dövlətçilik”. Bakı, 2003).
Bu gün qarşımızda duran vəzifələr və gələcək
oriyentirlər baxımından Azərbaycançılıq ideologiyasının
çağırış və şüar deyil, hərtərəfli dərin elmi-nəzəri məfkurə
olmasını hər kəs dərk etməlidir. Azərbaycançılığın əsas
qayəsini müstəqillik, dövlətçilik, millilik, dünyəvilik,
ədalət, demokratiya, milli tərəqqi və s. kimi anlayışlar
təşkil edir. Azərbaycançılıq xalqımızın çətinliklə əldə
etdiyi, ölkəmizdə yaşayan bütün millətlərin və etnik
qrupların qarşılıqlı ünsiyyət və münasibətini, ümumi
taleyini əks etdirən əvəzsiz tarixi sərvətdir.
Yalnız torpağımızda yaşayan müxtəlif etnik və dini
mənsubiyyətli insanlara ünvanlanmaqla kifayətlənməyib,
coğrafi sərhədə və məkanların ayırdığı, dünyanın
müxtəlif ölkələrində yaşayan soydaşlarımızı da bizimlə
bir ideya-fəlsəfi, mədəni məkanda bütövləşdirən qüvvə
də məhz “Azərbaycançılıq ideologiyası”dır. “Azərbay-
cançılıq” cəmiyyətimizin sosial-mədəni və siyasi nizam
lanmasının, insanların mənəvi səfərbərliyi və vəhdətinin
başlıca amilidir.
Fəsil II. Q loballaşm a və m ədəniyyətlərin dialoqu
251
İctimai varlığın meyl və istiqamətlərini müəyyən
edən ideologiya olmadan cəmiyyət “ideya boşluğuna”
yuvarlana, nəticədə tənəzzülə uğraya bilər. İdeologiya elə
ümumi, ruhi-mənəvi təməldir ki, onsuz heç bir
mədəniyyət və sivilizasiya mövcud ola bilməz.
“Azərbaycan'çılığ”ın məfkurəvi dəyəri bundadır ki,
onun ətrafında ölkəmizdə yaşayan bütün xalqlar, milli-
etnik qrup və azlıqlar
birləşir, “azərbaycanlı” adlanırlar.
Torpağımız çox qədimdən ən müxtəlif xalqların və
mədəniyyətlərin vətəni olmuşdur. Azərbaycan dövlətinə,
tarixinə və coğrafiyasına onların sürəkli sadiqliyi və
mənsubluğu, bünövrədən bütün dünya üçün açıq olan
mənəvi-mədəni dəyərlərimizin mahiyyətindən intişar
tapmışdır. Azərbaycanın və “azərbaycançılığın” əzəməti
bu müqəddəs diyan öz vətəni hesab edən və onun adı ilə
adlanmaqdan qürur duyan bütün insanların maddi və
mənəvi gücündə, qüdrətindədir. Bu səbəbdən də
“Azərbaycançılığ”m
ortaq
dəyər
və
sərvətlərə
dayaqlanaraq doğuracağı potensialın təsir və miqyasım az-
çox təsəvvür edəndə, yalnız xoş məram və niyyətlə
sevinənlər deyil, narahatlıq duyanlar da həmişə olmuşdur.
Xalqımızın tarixi kökləri taleyin hökmü ilə bütün
dünyaya səpələnmiş ümumtürk etnosuna gedib çıxır.
Bununla yanaşı, coğrafi və geosiyasi baxımdan həmişə
btün dünyaya açıq olmuş, ən müxtəlif mədəniyyətlər
arasında sintez-qovşaq missiyasını daşımışdır.
Şərq
mədəniyyətinin
dünya
və
Avropa
mədəniyyətinə və əksinə keçid alması üçün Azərbaycan
körpü rolunu oynamışdır. Çoxmillətli, çoxdinli, çoxdilli
Azərbaycan üçün bu ideologiyanı tarixi reallığımızın özü
irəli sürmüşdür. Həqiqətən ən müxtəlif milli-etnik
qrupların nümayəndələrinin yaşadığı Azərbaycan unikal
coğrafi, geopolitik və mədəni məkandır. Görkəmli
alimlərin etirafı təsadüfi deyil: “Planetdə başqa elə bir
bölgə yoxdur ki, buradakı kimi onlarla xalq çox uzun
müddətə və birlikdə yaşamış olsun. Bu füsunkar