Qrup: 433 kurs: II



Yüklə 18,38 Kb.
tarix23.12.2023
ölçüsü18,38 Kb.
#154474
0661 (4)


Əsas makroiqtisadi göstəricilərin xarakteristikası
Şöbə Mühasibat uçotu, iqtisadiyyat və maliyyə
İxtisas: Maliyyə işi
Qrup:433
KURS:II
Fənn: İqtisadiyyata giriş
Ad: SAMİR
Soyad: BEKDEMİROV
Makroiqtisadiyyat çoxsayda anlayışları və görtəriciləri əhatə edir, ancaq bunlar 3 mərkəzi kateqoriyada birləşir. 
Makroiqtisadiyyat adətən istehsalişsizlik və inflyasiya fenomenləri ilə əlaqəlidir. Makroiqtisadiyyatdan kənarda da bu göstəricilər bütün iqtisadi agentlər (işçilər, alıcılar və istehsalçılar) üçün də əhəmiyyətlidir. 
İstehsal, gəlir və xərclər (ÜDM)
Milli iqtisadiyyatın vəziyyətinin ölçülməsinin ən yaxşı üsulu müəyyən müddət ərzində istehsal olunan son əmtəə xə xidmətlərin həcminin müəyyən edilməsidir. Bunu ifadə etmək üçün istifadə olunan əsas göstərici Ümumi Daxili Məhsuldur (ÜDM)ÜDM müəyyən dövrdə ölkə daxilində istehsal olunan bütün son istehlak məhsullarının və xidmətlərinin bazar dəyəridir.ÜDM iki məvhumu eyni anda ölçür: iqtisadiyyatdakı hər kəsin məcmu gəlirini və mal və xidmətlərin alınmasına çəkilən məcmu xərcləri. ÜDM bu xüsusiyyəti məcmu xərclərlə məcmu gəlirlərin bir-birinə bərabər olmasından irəli gəlir. Çünki, iqtisadiyyatda hər bir transaksiya əməliyyatında iki tərəf olur: Alıcı və satıcı. Kiminsə hər hansı məhsul (və ya xidmət) almaq üçün xərclədiyi pul digərinin gəlirinə çevrilir.Dövrü axın modelində bu açıq şəkildə göstərilmişdir.
İşsizlik
hissənin faiz göstəricisi əks etdirən işsizlik dərəcəsi ilə ölçülür. İşsizlik dərəcəsinin hesablanması üçn ilk növbədə aşağıdakı 4 kateqoriya müəyyən edilməlidir:

  • Məşğullar. Bura hər hansı ödənişli işdə çalışanlar, eləcə də müəyyən səbəblərdən (xəstəlik, tətil) işə çıxmayanlar daxildir;

  • İşsizlər. Bu kateqoriyaya hazırda işi olmayan, iş axrarısında olan və işə yaralı şəxslər daxildir. Burada əsas məsələ, şəxsin işinin olmaması yox, iş axtarışında olmasıdır;

  • İşçi qüvvəsi. Bura həm işi olanlar, həm də işsizlər daxildir;

  • İşçi qüvvəsinə daxil olmayanlar. Bura pensiyaya çıxanlar, istirahət edənlər, təhsil alan şəxslər, iş tapa bilməyib ruhdan düşmüş işsizlər, işləməyə yararsız olanlar daxildir.

İşsizliyin Formaları
İşsizliyin aşağıdakı formaları var:

  • Friksion işsizlik o zaman yaranır ki, şəxs çalışa biləcəyi iş var, amma bu işi axtarıb tapmaq üçün çox uzun bir vaxt lazımdır.

  • Struktur işsizlik. Bəzən şirkətlər yeni texnalogiya tətbiq edir və ya istehsal istiqamətini dəyişir. Bu zaman yeni texnalogiyadan istifadə edə bilməyən və ya yeni istehsal sahəsinə uyğun olmayan işçilərə ehtiyac qalmır. Bu zaman yarana işsizliyə Struktur işsizlik deyilir.

  • Dövrü(tsikl) işsizlik. Bu işsizlik forması sənayenin tənəzzülü, istehsalda işçi qüvvəsinə olan tələbin aşağı düşməsi nəticəsində yaranır.

Təbii İşsizlik
İşsizliyin təbii səviyyəsində əmək haqqlarını və qiymətləri azaldan,yaxud artıran faktorlar tarazlıqda olur. Müasir iqtisadiyyatda, yüksək inflyasiya şəraitində işsizliyin səviyyəsi kifayət qədər aşağıdır. Struktur və friksion işsizliyi onun təbii səviyyəsi müəyyən edir. Bu şəraitdə inflyasiyanın ölçüləri məhduddur. Dövri faktorlar isə işsizliyin səviyyəsini təbii həddən yuxarı qaldırır.
Qiymət İndeksləri
Qiymət indeksləri əsas iki növü var:

  • İstehlakçı Qiymət İndeksi (İnflyasiya);

  • ÜDM deflyatoru.

İstehlakçı Qiymət İndeksi (Consumer Price İndex) istehlak üçün alınan bütün məhsul və xidmətlərin ümumi qiymətinin ölçüsüdür. Hər ay Dövlət Statistika Komitəsi tərəfindən bu indeks hesablanır. Hesablandıqdan sonra yeni index əvvəl dpvrün in deksi ilə müqayisə edilir və inflyasiya dərəcəsi hesablanır[

İqtisadçılar indiki qiymətlərlə hesablanmış ÜDM-a nominal ÜDM deyilllər. Bu həmin il ölkə daxilində istehsal olunan bütün son məhsulun dəyərini göstərir. İqtisadi artımı qiymətləndirmək üçün isə bu göstəricini əvvəlki dövrlərlə müqayisə edirlər. Bu zaman bir məsələ ortaya çıxır ki, bəs bütün məhsulların qiyməti 2 dəfə artıbsa, bu da ölkədəki istehsalın 2 dəfə artdığı hesab olunmalıdırmı? İqtisadçıların cavabı "Xeyr"dir. Bunun qarşısın almaq üçün isə Real ÜDM göstəricisindən istifadə olunur. Bu zaman ÜDM indiki yox, baza dövrünün qiymətləri ilə hesablanır. ÜDM deflyatoru isə ölkə daxilində istehsal olunan bütün son istehlak məhsullarının qiymətindəki dəyişikliyi əks etdirir. ÜDM deflyatoru aşağıdakı kimi hesablanır.
ÜDM Deflyatoru = Nominal ÜDM/Real ÜDM
Yüklə 18,38 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə