238
Q LO B A LLA ŞM A VƏ M Ə D Ə N İ M Ü X T Ə L İF L İK
ki, hər bir -kiçik olsun, ya böyük - terror hadisəsi baş
verən kimi S.Xantinqtonun dediyini bütün kütləvi
informasiya vasitələri təkrar edir.1
“Strateji oriyentir” kimi doğruldularaq bu konsepsiya
hər cür tərzyiq və müdaxilələrin “zərurətdən” irəli
gəlməsini əsaslandırır. Axı S.Xantinqton yazır ki, “ABŞ-
ın hökmranlığı olmadan dünya böyük zorakılıqla, hərc-
mərcliklə üz-üzə qalacaq, burada iqtisadi yüksəliş və
demokratiya azalacaqdır”.
Tarixçi və filosof A.Toynbinin “toqquşması”, başqa
mahiyyət və məzmun daşıyır: “Dünyada yalmz qərbin
hökmranlığı
nizamsızlığm
yüksəlməsinə
gətirib
çıxarmışdır.. Biz başa düşməliyik ki, zorla “qərbləşdirmə”
əks-reaksiya doğura, islam dinini əfsanəvi qəhrəmanlıq
dövrünün sədasını oyada bilər; maddi modernləşmə
siyasətinə “dörd ali dinin” mənəvi yaxınlaşması xeyir-dua
verməlidir. Bu dinlər - xristianlıq, islam, induizm və
buddizmin mahayanist forması - ümumbəşəri missiya
daşıyır”.2
A.Toynbiyə görə, yalnız dinlərin mənəvi yaxınlaş
ması, dialoqu sayəsində bəşəriyyət mənəvi vəhdətə gələ
bilər: “İnsanların maddi birliyi deyil, mənəvi qardaşlığı və
vəhdəti - bu, gələcək dünyanın təməli, məqsədi ola- .
çaqdır”.
Bu gün 1 milyard 500 milyon islam dininə mənsub
olan əhali dünyanın 50 müsəlman ölkəsində yaşayır.
Dünyanın 120 dövlətində müsəlman icmaları mövcuddur.
Qloballaşma və mədəniyyətlərarası dialoqda “islam
faktoru” fenomeninin vurğulanması müasir tarixi və
sosial-mədəni tədqiqatların yeni problem mövzusudur.
Elmi-nəzəri problem kimi “islam faktoru”nda bir sıra
aspektləri aşkar etmək olar: 1) empirik; 2) ideoloji; 3)
nəzəri.
1 А.Тойнби. Столкновение цивилизации. В кн: Цивилизации пе
ред судом истории. - СПб, 1996.
1
А.Тойнби. Цивилизации перед судом истории.-СПб, 1996. с.127.
Fəsil II. Q loballaşm a və m ədəniyyətlərin dialoqu
239
İlk növbədə nəzəri aspekt diqqəti cəlb edir. Çünki
nəzəri aspekt bu və ya digər dərəcədə, mədəniyyət
fenomeni kimi problemin bütün tərəfləri ilə uzlaşır. Belə
ki, hər bir insan və onun ictimai şüuru dünya haqqında
təsəvvürləri
müəyyən
mədəni-mənəvi
formalarda
mənimsəyir. İnsanlar üçün məhz insani reallıq və
münasibətlər vacibdir.
Son illərdə ictimai elmdə “islam faktorü’na bütöv
lükdə dünyanı bürüyən qlobal sosial-mədəni böhranın
tərkib hissəsi kimi baxmaq ənənəsi formalaşmışdır.
İslam faktoru qloballaşmaya keçid dövrünün sosial-
mədəni reallığının təzahürü kimi ortaya çıxdı. Qərbin
klassik elmi anlayış, yanaşma və metodlarının dünya
reallığına tətbiqi potensialının tükəndiyi məlum oldu.
Respublikamızın müstəqil dünyəvi dövlətçiliyi bərpa
olunduqdan sonra, mədəniyyətimizə təsir edən müxtəlif
amillərdə Şərq və Qərbin sintezi və ahəngini qoruyub
saxlamaqda, islam və mədəniyyətin əsrlərin sınağından
çıxmış qarşılıqlı tarixi təcrübəsi bizim üçün böyük
örnəkdir.
Dinlərarası dialoq problemi dinlərin tarixi qədər
qədimdir, - desək, yanılmarıq. Dialoq nəyə əsaslanmalıdır
və onun predmetini nə təşkil etməlidir. Öz dininin nüfuzu
və üstünlüyünə nail olmaq məqsədi güdən istənilən
dialoq əvvəlcədən məğlubiyyətə düçardır və bəşər
tarixində bunu sübut edən istənilən qədər faktlar vardır.
Lakin bütün dünya dinlərində milli-konfessional
çərçivədən kənarda, yaxud yüksəkdə duran ümumi,
ümumbəşəri problemlər mövcuddur ki, zənnimizcə, məhz
bu problemlər dinlərarası dialoqun predmetini təşkil edə
bilər. Fəlsəfi terminlərlə deyilsə, belə problemlər
qneseoloji, ontoloji və aksioloji müstəvilərdə kifayət
qədərdir.
Müasir dövrdə bütün bəşəriyyətin ictimai və elmi
idrakını məşğul edən mövzulardan ən mühümü də qlobal
problemlərdir. Bəşəriyyətin taleyi hicri qəməri müsəlman
2 4 0
Q LO B A LLA ŞM A VƏ M Ə D Ə N İ M Ü X T Ə LİFLİK
təqviminin XVII əsrinin, xristian təqviminin XXI əsrinin
ilk onillikləri də məhz bu problemlərin həllindən asılıdır.
Bu baxımdan dinlərin dialoqu, fıkrimizco, aşağıdakı
əsas problemlər ətrafında qurula bilər:
1. Soyuq müharibənin bitməsi, iki qütblü dünyanın
mənzərəsinin radikal dəyişməsi ilə nəticələnən müasir
dünyada “qaynar nöqtələr”, kimyəvi, bioloji, informasiya
(kompüter) silahlan
kimi yeni texnoloji “qüdrət”
nümunələrinin mövcudluğu, “qızıl milyard” və yoxsulluq
problemi, terrorizmi doğuran “ikili standartlar” mövqeyi
kimi məsələlərdə hər bir din belə bir mövzuya münasibət
bildirməlidir: qlobal fəlakət doğura biləcək hadisələri
Allah ümidinə buraxaraq neytral mövqe tutmaq, yoxsa hər
bir dinin malik olduğu potensial imkanlardan istifadə
etmək lazımdır?
2. Qlobal problemlər sırasında demoqrafik perspektivi
nccə müəyyənləşdirməli. Üçüncü dünya ölkələrində
“demoqrafik artım”dan danışılsa da hər İçəsə məlumdur
ki, dünya səviyyəsində hər yerdə əhalinin artım səviyyəsi
aşağı enməkdədir. Müasir ailədə artım istər şərqdə, istər
qərbdə çox aşağı templə gedir. Alimlər yaxın onilliklərdə
dünyada əhali artımının “sıfra” yaxınlaşacağını proq
nozlaşdırmışlar. Belə olduqda dinin ailə institutuna və
nəsil artımına münasibəti dialoq mövzusu olmalıdır. Qərb
həyat
tərzinin
təsiri
ailə
institutunun
böhranını,
mənəviyyatın korşalmasını şərtləndirmişdir.
3. Təbiətin və ətraf mühitin vəziyyəti dinlərarası
dialoqda öz əksini tapmalıdır. Bütün dinlərdə Allahın
yaratdığı, xəlq etdiyi təbiətə münasibətə dair prinsiplər
mövcuddur. Bu baxımdan “Təbiət kultu”nun dirçəldilməsi
də gündəlikdə duran məsələlərdəndir.
4. Əlbəttə ki, dinlərarası dialoqda təxirəsalınmaz
mövzulardan biri mədəniyyətin vəziyyətidir. Dünyanın
həqiqi mədəniyyətinin təməli dünya dinlərinin şəfqət,
xeyirxahlıq, məhəbbət, kamillik, ailədə hörmət və s. kimi
prinsiplərinə dayaqlanmalıdır. Bu gün mədəniyyətşünas-
Fəsil II. Q loballaşm a və m ədəniyyətlərin dialoqu
241
lıqda, mədəniyyət fəlsəfəsində “antimədəniyyət”, “kontr-
mədəniyyət” kimi fenomenlər geniş təhlil olunur. Zo
rakılıq, şəhvət, instiktlərə cavab verən naqislik, narkoma
niya və s. kimi “şər-şeytan” mahiyyətli meyllər “mədəni
hegemoniya” siyasətinə uyğun olaraq birtərəfli (Qərbdən-
şərqə) informasiya axını ilə ekranlara dolaraq, saflığa,
mənəvi kamilliyə və s. dair dini prinsiplərə, xüsusilə də
gənclər arasında diqqət yetirilməsinə mane olur.
Dinlərarası dialoqlarda “antimədəniyyəf’ə münasibət
və təhsil və kütləvi informasiya vasitələri sahəsində
fəaliyyətə dair müvafiq müddəaların təqdim edilməsi
həllini gözləyən problemlərdəndir.
5. Dinlərarası dialoqun predmeti ola biləcək mövzular
sırasında informasiya cəmiyyəti və şəxsiyyətin mənəvi
mədəniyyəti, süni intellekt, transplantologiya və s. kimi
aspektlərin
təhlili,
hansı
meyarlara
əsaslanmasına
müəyyənlik gətirə bilər.
6. Dinlərarası dialoqda dünyəvi dövlət şəraitində
Konstitusiya çərçivəsində böyüyən nəslin tərbiyəsi və
dini-mədəni təcrübənin rolu və yeri problemi, bilik və
inamın idrakda yeri və rolu, dərk edilmiş və kortəbii İnam
mövzuları, inamsızlığın nəticələri kimi meyllər geniş
müzakirə obyekti ola bilər.
7. Dinlərarası dialoqlarda beynəlxalq siyasətdə “ikili
standartlar”
mövqeyinin
mahiyyətinə
münasibət
bildirilməlidir. Həqiqi din adından çıxış edən ən müxtəlif
sekta, qrup və birliklərin əsil mahiyyəti və mənsubiyyəti
müəyyənləşdirilməlidir.
Dünya dinləri arasında dialoqun məqsədi müasir
dövrdə bəşəriyyəti düşündürən problemlərin həllində
dinlərin potensialından istifadə edilməsidir.
Dialoqun əsas fonnaları - beynəlxalq konfranslar,
konqreslər, simpozium, kollokvium, seminar və s. kimi
məlumdur. Müasir informasiya texnologiyaları da bu
sahədə geniş imkanlara malikdir.
İslam dinli ölkə kimi, Azərbaycanın müsəlman ru-
Dostları ilə paylaş: |