230
Q LO B A LLA ŞM A VƏ M Ə D Ə N İ M Ü X T Ə L İF L İK
nüfiız qazanması sübut olunmuş faktdır.
Eyni sözləri, əlbəttə, dini mədəniyyət sahəsində
söyləmək çox çətindir. Üstəlik də Azərbaycanda milli-
mənəvi dəyərlərə dayaqlanan, islami dəyərlərdən çıxış
edən nurlu ziyalılar və intellektual elita nümayəndələri
müdhiş repressiya illərində məhv edildi. Direktiv
“qırmızı” ateizm siyasətinin nəticələri nə qədər ağır olsa
da, Azərbaycan ruhaniləri xalqın dini-mənəvi dəyərlərdən
uzaqlaşmaması üçün çalışırdılar.”1
Qısa şəkildə deyilərsə, sovet hakimiyyəti illərində
Azərbaycanda da mədəniyyətin dini və dünyəvi tərəfləri
bir-birinə tərs mütənasib olaraq inkişaf etmişdir. Müsəl
man ruhaniliyi və dini təsisatların fəaliyyəti çox məhdud
laşdırılsa da, mövcud olmuşdur. İslami dəyərlər ən ciddi
qadağalara baxmayaraq, xalqın dini bayram və məra
simlərində, sözün əsl mənasında qəlbinin dərinliklərində
yetmiş ildən çox qorunub saxlanmışdır.
Bir cəhəti də qeyd etmək istərdik ki, X1X-XX əsrdə
Azərbaycan mədəniyyəti türk-islam müstəvisinə Avropa
müstəvisini də əlavə etmişdir. Azərbaycanın böyük
ictimai xadim və maarifçiləri dünyəvi mədəniyyət
sahəsində Avropa və ’ qərb dəyərlərinə münasibət və
inteqrasiya problemlərini çox geniş müzakirə və təbliğ
etmişdir. Bütün bunlar dünyada baş verən siyasi-hərbi
hərəkatlar
fonunda
qanunauyğun
yer
tuturdu.
Azərbaycanda elm və mədəniyyətin inkişafında misilsiz
xidmətləri olan maarifçilərin dinə, islama münasibətini
akademik F.Qasımzadənin qeyd etdiyi kimi, “yenidən,
obyektiv həqiqətə uyğun izah etməliyik. Dinə münasibəti
ən çox təhrif olunan M.F.Axundovdur. Akademikin son
tədqiqatlarından
məlum
olur ki,
“M.F.Axundovun
cəhaləti, mövhumatı tənqid etməsi heç də dinin, islamın
tənqidi deyil”. O, Azərbaycan maarifçilərinin, eləcə də
görkəmli klassiklərimizin, yaradıcılığında islam mövzusu
1 A.Əhədov. Azerbaycanda din və dini təsisatlar. B. 1991.
Fəsil II. Q loballaşm a və m ədən iy y ətlərin dialoqu
231
“Klassiklərimiz və islam” adlı tədqiqatda bizim üçün yeni
olan problemlərə aydınlıq gətirir.
Azərbaycan əhalisinin 70 il ərzində islam dinindən və
islami dəyərlərdən təcrid edilməsinin nəticələri: 1) dini
mahiyyətin və din haqda biliklərin, dini təhsilin çox aşağı
səviyyədə olması; 2) dini təsisatların zəif inkişafı; 3)
islamın mənəvi kök və dəyərləri, ümumbəşəri islam hü
quq mədəniyyəti ilə ünsiyyətin itməsi kimi səciyylən-
dirilə bilər.
Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan
sonra respublikada dini durum ciddi surətdə dəyişdi.
Ateist təbliğat nəticəsində çox çətinliklə dindən
uzaqlaşdırılan xalq tezliklə də dinə qayıtmağa başladı.
Dini bayramlar və müqəddəs şəxsiyyətlərə həsr olunmuş
mərasimlər, kütləvi ziyarət, dini turizm geniş vüsətlə
inkişaf etməyə başladı. “Qafqaz Müsəlmanları İdarəsinin
sədri
şeyxülislam
A.Paşazadənin
dediyinə
görə,
Azərbaycanda 100-dən çox dini icma rəsmi qeydə
alınmışdır. Əgər Sovet hakimiyyəti illərində ölkədə cəmi
17 məscid var idisə, 2000-ci ilin əvvəlində onların sayı
1300-ə çatmışdır”.1 Azərbaycanda istənilən siyasi struktur
və ya siyasi lider öz fəaliyyətində dinə xüsusi diqqət və
yer ayırır.
Müstəqillik dövründə Azərbaycanda mədəniyyətin
dini və dünyəvi tərəfləri ahəngdar inkişafını bərpa
etmişdir.
Azərbaycanda bu gün dinə qayıdış prosesi gedir. Bu
ziddiyyətli və mürəkkəb prosesdir. Din bu gün etik mə
nəvi normaların, idealların mənbəyi və milli mə
dəniyyətin ayrılmaz tərkib hissəsi sayılır. Dəyişikliklər
ictimai şüur səviyyəsində gedir. Xalq öz dininin mahiy
yətinə dair biliklərlə maraqlanır, nəinki ilahiyyatçılar, adi
vətəndaşlar da dinimizin əsas müddəalarına dair
mühakimələr yürüdürlər.
Azərbaycanda dini və mədəni adət və ənənələr
1 Россия и мусульманский мир. 2002, №12, с.61-62.
232
Q LO B A LLA ŞM A VƏ M Ə D Ə N İ M Ü X T Ə L İF L İK
intellektual, siyasi-ideoloji, milli təsəvvürlər labüd olaraq
vəhdət təşkil edir və qarşılıqlı əlaqə və inkişaf
prosesindədir. Mədəni varislik prinsipinə əsasən dini-
islami dəyərlər dövlət atributlarında əksini tapmışdır.
Rəsmi tədbir olan prezidentin andiçmə mərasimində,
vətəni müdafiə edən əsgərlərin andiçməsi zamanı mü
qəddəs Qurana and içilir. Dini bayramlar müəy
yənləşdirilmişdir.
1988-ci ildə ilk dəfə Qafqaz müsəlmanları idarəsi
nəzdində mədrəsə təsis olunmuşdur.
1991-ci ildə
mədrəsə Bakı İslam İnstitutuna, daha sonra 4 illik təhsil
müddətli Universitetə çevrilmişdir. 1992-ci ildə BDU-da
öz məscidi olan ilahiyyat fakültəsi yaradılmışdır. Xəzər
və Qafqaz Universitetlərində də ilahiyyat fakültələri təsis
olunmuşdur.
Dünya
islam
ölkələrinin
ali
təhsil
müəssisələrində oxuyan çoxlu gənclər də respublikaya
qayıdırlar.
Dinə qayıdışın reallığa çevrildiyi şəraitdə islam dini
təsisatlarının, müsəlman ruhaniliyinin üzərinə böyük iş
düşür. Azərbaycanda müsəlman ruhaniliyinin forma
laşması, onların ictimai-siyasi həyatda, dövlətçilik ənənə
lərinin yaranmasında, mədəniyyətin inkişafında rolu,-
müsəlman ruhaniliyinin tarixi təkamülünün izlənilməsi
bizim elmi marağımız dairəsindədir.1
Şəriət qanunları içərisində ən yüksək rütbə olan
Şeyxülislamlıq ənənəsi həm də islam dünyasında
ruhaniliyi bir təşkilat altında birləşdirən sistemdir.
Şeyxülislamlıq X əsrin ikinci yarısından təsis olunan
şərəf ünvanı kimi böyük islam üləma və sufilərinə, dahi
fəqihlərə rəsmi və qeyri-rəsmi olaraq da ünvanlanırdı.
Çarizmin işğalı zamanı 1823-cü ildə şeyxülislamlıq,
1832-ci ildə müfti vəzifəsi təsis olunmuşdu.
Azərbaycan Xalq Cümhuriyyəti dövlət bayrağında
islamın simvolunu bərpa etməklə yanaşı, Maarif və Dini
1 R.Aslanova. Müsəlman ruhanilərinin tarixinə baxış. // “Qanun”
jurnalı, 1997, №15, s.12-15.
Fəsil II. Q loballaşm a və m ədəniyyətlərin dialoqu
233
Etiqad Nazirliyi yaratmış, şeyxülislam və müftini Türkiyə
təcrübəsinə əsasən “Məşixət” adlı vahid dini idarədə
birləşdirmişdi. Sovet hakimiyyəti illərində də fəaliyyət
göstərmiş on bir nəfər vəfat edənə qədər ömürlük
şeyxülislamlıq edib. Hal-hazırda sonuncu şeyxülislam
A.Paşazadə də 2003-cü il iyulun 29-da keçirilmiş Qafqaz
müsəlmanlarının
qurultayında
ömürlük
şeyxülislam
seçilmişdir.
Respublikamızda müasir dünyəvi dövlət şəraitində
mənəvi sərvətlərimizin potensialından istifadə edilmə
sində, mədəniyyətimizin dünya miqyasında tanınmasında
islami dəyərlərin iştirakı, səmərəli və məqsədəuyğun
yönəldilməsi ictimai elm qarşısında duran mühüm
vəzifələrdəndir. Keçid dövründə mədəni-mənəvi dəyər
lərin mübadiləsində milli şüur və islama zidd olan, yad
oriyentirlər mədəniyyətimizin gələcəyi baxımından nara
hatlıq doğurmaya bilməz. Mədəni irs və varislik
prinsiplərində orta həddin gözlənilməsi, ifratçılığa
uymamaq kimi meyllərə diqqət artırılmalıdır.
Xüsusilə də gənc nəslin dünyagörüş və təsəvvür
lərinə böyük təsir göstərən yabançı “mədəniyyət” nü-j
munələri, şou-biznes, bazar iqtisadiyyatı və mədəniyyətin
kommersializasiyası kimi meyllər mənəviyyatımıza böyük
ziyan gətirə bilər. Tədqiqatçılar postsovet islam dinli
respublikalar arasında Azərbaycanı xüsusi fərqlərə malik,
Avropa yönümlü ölkə kimi səciyyələndirirlər.' Müəllif
yazır ki, Azərbaycanda islama dini irs kimi hörmət olunur,
islama doqma kimi deyil, genetik din kimi pərəstiş edilir,
onu əməldə rəhbər tutmurlar; dinə nisbətən digər
faktorlar: dil, ənənə və mədəniyyət yüksək tutulur. Yəqin
müəllif mədəniyyət dedikdə, yalnız dünyəvi mədəniyyəti
nəzərdə tutur. Hər halda islami dəyərlərin müasir
həyatımızda və mədəniyyətimizdə rolu göz qabağındadır.
İslamda elmə verilən əhəmiyyətin başqa dinlərlə
1 Д.Малышева. Постсоветский Восток в поисках религиозной
идентичности. М. 2002, с.76.
Dostları ilə paylaş: |