2 3 4
Q LO B A LLA ŞM A VƏ M Ə D Ə N İ M Ü X T Ə L İF L İK
müqayisədə çox yüksək olduğu məlumdur. Digər
tərəfdən, hazırda elmi tədqiqatlarda elm və din,
mədəniyyət və din, incəsənət və din, dini musiqi və s.
kimi mövzular ən çox təhlil olunan mövzulardır. Milli
mədəniyyətdə diqqət mərkəzində olan nəzəri və praktiki
vəzifədir. Professor R.Əliyevin qeyd etdiyi kimi, son 150-
200 il ərzində Azərbaycanın mədəni inkişafı islam
dünyasının mədəni təsirlərindən daha çox Rusiya və
Avropanın təsiri altında təşəkkül tapmışdır. Bu da
şübhəsiz ki, Avropa təfəkkürünü, Qərb həyat tərzini labüd
etmişdir.1
Müqayisəli tipologiya metodu ilə şərq və qərb fəl
səfəsi anlayışlarının təhlili də elmdə özünə yer almış ən-
ənələrdəndir. Şərq və Qərb fəlsəfəsi tiplərini fərqləndi
rərkən coğrafi, xronoloji, tarixi, yoxsa mədəni meyarlar
dan istifadə olunmalıdır. Yaxud bəlkə tədqiqatçı N.S.Nars-
kinin qeyd etdiyi kimi, “şərq” və “qərb” anlayışları qeyri-
müəyyəndir və heç bir sərhədə malik deyildir.
Xronoloji parametrdən yanaşılarsa, Avropada inkişaf
edən kapitalizm quruluşunun formalaşması, elmi-texniki
inqilab həyatın bütün sahələrinə bu məkanda irəliləyiş
impulsu vermiş, XVI-XVII əsrlərdən başlayaraq, Avropa,
sonra da Amerikada fəlsəfənin digər fəlsəfələrə qarşı
qoyulması üçün (ərəbdilli, çin, hind və s.) əsaslar
formalaşmışdır.
Fəlsəfə ictimai şüura, təfəkkür tərzinə, dövrün
mədəniyyətinə böyük təsir göstərir. Fəlsəfi bilik
dünyanın ümumi mənzərəsini formalaşdırmaq, burada
insanın yeri və rolunu müəyyənləşdirmək üçün böyük
əhəmiyyətə malikdir.
Şərq və Qərb fəlsəfi məktəblərinin dünyagörüş para
metrlərinin müqayisəsi üzərində düşünərkən tədqiqat
çıların fikrincə, əvvəlcə fəlsəfənin missiya və vəzifəsinə
aydınlıq gətirilməli, bundan sonra fəlsəfi idrak meyarı
müəyyən edilməli və onun ətrafında “şərq-qərb” tipoloji
1 R .Ə liy e v . İs la m v ə A z ə r b a y c a n m ə d ə n i y y ə t i, s .1 0 1 .
Fəsil II. Q loballaşm a və m ədəniyyətlərin dialoqu
235
müqayisələri aparılmalıdır. Məsələn, S.Rubinşteyn belə
hesab edir ki, “varlığa, kainata insanın düzgün münasibəti
- həqiqi insanın formalaşması bu meyardan asılıdır”.1
Buradan belə bir qənaətə gəlmək olar ki, “düzgün”
sistem insanın dünyaya və deməli, həm də özünə və
başqalarına düzgün münasibətini mümkün edən fəlsəfi
sistemdir. Bu cəhətdən də məntiqi olaraq belə sual
yaranır: dünyada belə fəlsəfə vardırmı və bu şərq, yoxsa
qərb fəlsəfi sistemidir?
İnsan-dünya münasibətlərini hər bir fəlsəfi sistem
özünəməxsus şəkildə izah etməyi üstün tutur. Bu
baxımdan dünya fəlsəfəsi ən müxtəlif sistemlərin cəmi
kimi təsəvvürə gəlir.
Lakin bütün bu çoxçalarlıqda dini fəlsəfi və fəlsəfi
təlimləri qərb və şərq kimi iki böyük tipə ayırd etmək
qəbul edilmişdir.
Tarixən fəlsəfənin formalaşması, K.Y-aspersə görə,
həm Şərqdə (Çin, Hindistan), həm də Qərbdə (qədim
Yunanıstan) eyni zamana təsadüf etmişdir.
Müxtəlif yönlü sistemlərin dialoqu problemindən
danışarkən, müasir fransız filosofu E.Vilson yazır: “əgər:
iki fəlsəfi doktrina dünyanı müxtəlif, fərqli şəkildə başa
düşürsə, onlar arasında ümumi heç nə yoxdur.”2 Lakin
fıkrimizcə, məhz bu “müxtəlif’, “fərqli” anlamın nəyə
əsaslandığı,
fəlsəfi
sistemlərin
müqayisəsi
üçün
fundamental faktor kimi çıxış edir.
Şərq-Qərb dünyaduyum tiplərində bu fərqli cəhətlərə
(əvvəlki fəsil və paraqraflarda) aydınlıq gətirilmişdir.
Fəlsəfi sistemlərə xas olan fərqli cəhətləri yada salmaq
istəsək, ontoloji, qneseoloji və aksioloji müstəvilərdə
yanaşma tərzlərini göz önündə canlandıra bilərik.
Məlum olduğu kimi, Şərq fəlsəfəsinə görə, ontoloji
duallıq, görülən, hisslərlə dərk edilən və görünməyən
ağılla, idrakla dərk edilən varlıq səviyyələri mövcuddur.
1 C.Рубинштейн. Человек и мир. M, 1979. с.7.
2 Э.Вильсон. Философия и теология. М, 1995, с. 163.
236
Q LO B A LLA ŞM A VƏ M Ə D Ə N İ M Ü X T Ə L İF L İK
Qərb fəlsəfəsi isə yeganə (görünən) varlıq prinsipindən
çıxış edir. Başqa sözlə, söhbət bir səviyyəli və iki
səviyyəli varlıq və dünyaya dair təsəvvürlərdən gedir.
Şərq fəlsəfəsində “hissə” kimi qəbul edilən Qərbdə
“bütöv” kimi çıxış edir.
Mahiyyətinə görə bir olan dünyanın müxtəlif fəlsəfi
mənzərəsi, mahiyyətcə eyni olan (şərqdə də, qərbdə də)
insanın müxtəlif dünya anlamı nəticəsində “Hər iki
fəlsəfə dünyanın bir tərəfini özü üçün itirmiş olur”.1
Lakin şərq fəlsəfəsi üçün məhz bir tərəfli deyil,
bütövlükdə vəhdətdə olan dünya duyumunun səciyyəvi
olması, inam-bilik, elm-din, hissi-rasional, mənəvi-maddi
və s. səpkilərin ortaq təhlili prinsipindən çıxış edilməsi
qərb alimlərinin özlərinin gəldiyi qənaətdir. Hər halda
Şərq və Qərb fəlsəfi sistemlərinin vahid dünyanın qlobal
fəlsəfəsi mənzərəsində sintezi, onların dialoqu vasitəsi ilə
mümkün ola bilər.
Qərb-Şərq fəlsəfi dünyagörüşündə mövcud olan alter
nativ baxışlarındakı ümumi cəhətlər dialoq və ünsiyyətin
real yollarını təmin edə bilər.
Fəlsəfə
sahəsində beynəlxalq
səviyyədə
təsis
olunmuş qurumlarda şərqli alimlər həmkarları ilə birgə
çalışır. Əsas məsələ - dialoq və inteqrasiya problemlərinin
din, mədəniyyət və fəlsəfənin birgə səyləri ilə həlli
sahəsində həm Şərqdə, həm də Qərbdə ən xoş məramlı
səy və cəhdlər mövcuddur. YUNESKO tərəfindən təyin
edilmiş Ümumdünya fəlsəfə gününü belə məramlar
sırasına aid etmək olar.
11.9. Azərbaycan: “mədəniyyətlərarası
dialoqda dinin yeri və rolu ”
Əvvəllərdə qeyd etdiyimiz kimi, XX əsrin son onil
liklərində ictimai şüura “islam təhlükəsi’ nə dair təsəv
vürlərin, dünya birliyi üçün real narahatlıq doğuracaq amil
1 К.Юнг. Сознание и бессознательность. СПб, М, 1997, с.522.
kimi təqdim edən tədqiqatların sayı çoxalmışdır. Holə XX
əsrin 80-ci illərindən Z.Bjezinski qərblə şərq arasında
münaqişə xəttinin müsəlman və xristianlar arasından
keçəcəyinə
dair baxışlarını
nəzəri
əsaslandırmağa
çalışırdı. “Mədəniyyətlərin müharibəsi” konsepsiyası ilə
S.Xantinqton bu fikirləri inkişaf etdirmişdir. Politoloq
D.Payps isə öz əsərinin birinə belə sərlövhə vermişdir:
“Müsəlmanlar gəlir! Müsəlmanlar gəlir!”
“ 11 sentyabr hadisələrindən sonra islam dininə maraq
görünməmiş şəkil aldı. Quranı mağazalarda sadəcə tapıb
almaq müşkül məsələ oldu”. Bu hadisələrə qədər Qərbdə
dinlərin tarixi barədə heç nə bilmək istəmirdilər.
Məhəmməd peyğəmbər və islam dini haqqında da
həmçinin... Bu gün ABŞ-da, Karolina ştatında universitet
birinci kurs tələbələri üçün ədəbiyyat siyahısına dinşünas
alim M.Sellin: “Quranı öyrənərkən: səmavi dinlər”
kitabını daxil etmişdir. Lakin söz və din azadlığını bəyan
edən ölkədə hamı bu universitetin üstünə “hücum çəkib”.
Sadə insanların və adamların dinlərlə tanışlıq və
ünsiyyətinə imkan yaratmaqdansa, bütün KİV-lər bu^
insanları cəzalandırmağa çağırışlar səslənir”.1
Dinlərin insanları birləşdirən deyil, yalnız ayıran
faktorlar kimi təhlil edilməsi uzun tarixə malikdir.
Kitabda
geniş
bəhs
etdiyimiz
“sivilizasiyaların
toqquşması” ideyasının yalnız S.Xantinqtona məxsus
olduğunu düşünmək düzgün olmazdı.
Yeri gəlmişkən əlavə edək ki, “sivilizasiyaların
toqquşması” haqqında ilk dəfə hələ XX əsrin 30-cu
illərindən ingilis tarixçisi Arnold Toynbi söyləmişdir.
A.Toynbinin elmi irsi bütün nəhəngliyi ilə hələ tam
tədqiq olunmamışdır. “Sivilizasiyalar tarixin məhkəməsi
önündə” adlı əsərinin bir bölümünü A.Toynbi “sivi
lizasiyaların toqquşması” adlandırmışdır. A.Toynbinin
“köhnə” hesab edilərək, S.Xantinqtonun dediklərini gecə-
gündüz təbliğ etməyin səbəbləri vardır. Artıq on illərdir
Fəsil II. Q loballaşm a
уз
m ədəniyyətlərin dialoqu____________ 237
1 Б.Ключников. Исламизм, США и Европа. М, 2003, 316с. - с.307.
Dostları ilə paylaş: |