248
Q LO B A LLA ŞM A VƏ M Ə D Ə N İ M Ü X T Ə L İF L İK
zəngin mədəni irsə malikdirlər. Onlar insanlararası
münasibətləri güc və zorakılıqla deyil, ağıllı dialoqa
əsaslanmaqla qurmağı üstün tuturlar. Bu bizə dinimizin və
tariximizin verdiyi dərslərdəndir.
Qərb ölkələrini fəlsəfə tarixi Və dövlətçilik elmi ilə
müsəlmanlar tanış etmişdir. Qədim yunanların müdriklik
və elm sahəsində təcrübəsi avropalıların müsəlman
mədəniyyəti ilə tanışlığı nəticəsində mümkün olmuşdur.
Dialoq qarşılıqlı hörmət və bərabərliyə əsaslanmalıdır.
Tərəflər bunu qəbul edirsə, bu, bəşəriyyətin böyük
nailiyyətinə çevrilir.”1
Azərbaycan dünya mədəniyyətinə inteqrasiya, mə
dəni-milli identiklik və sivilizasiyalararası dialoqda ən
yaxından iştirak edir. Müsəlman ruhaniliyi, Dini qurum
larla İş üzrə Respublika Komitəsi, Mədəniyyət Nazirliyi
və Azərbaycan “Simurq” Mədəniyyət Assosiasiyası mə
dəni əməkdaşlıq məsələlərində əlaqəli fəaliyyət gös
tərirlər. Dövlətimiz mədəni sərvətimizin və mədəni
siyasətin himayəçisi və qarantıdır. Avropa Şurası və
Almaniyanın Bonn şəhəri ilə birlikdə “Avropanın
mədəniyyət siyasəti:, əsas faktlar və istiqamətlər”
kompendiumu üçün Azərbaycanın “Mədəniyyət siyasəti
üzrə milli icmalı” layihəsi, 18 başqa dövlətin icmalı ilə
birgə təqdim olunur. Bu icmal MDB ölkələri sırasında
Rusiyadan sonra qlobal informasiya şəbəkəsində yer alan
2-ci icmaldır. Hər gün 600 nəfər internet vasitəsilə bu
səhifə ilə maraqlanır. Beynəlxalq mədəniyyətə inteqra
siya, mədəniyyət siyasətinin milli layihələrdə özünə
məxsusluğu nəzərə alınaraq əlaqələndirilir.”2
Bakıda keçirilmiş “İslam sivilizasiyası Qafqazda”
mövzusunda beynəlxalq simpoziumda (9-11 dekabr 1998-
ci il) Heydər Əliyev islam dini və milli-mənəvi
dəyərlərimiz barədə söyləmişdir: “Azərbaycanda islam
1 С.М.Хатами. Ислам. Диалог и гражданское общество. М, 2001, с.5.
2 P.Bülbüloğlu. İnsan. Zaman. Mədəniyyət. // Mədəni-maarif işi.
2001, №718, s.10-16.
Fəsil II. Q loballaşm a və m ədən iy y ətlərin dialoqu
249
dini milli-mənəvi dəyərlərimizin əsasını təşkil edir. Azər
baycanın islam mədəniyyəti ilə bağlı olan insanları -
Nizami, Füzuli, Nəsimi, Tusi, Qətran Təbrizi və başqaları
dünya mədəniyyətinə böyük töhfələr vermişdir və islam
mədəniyyətini zənginləşdirmişdir... Başqa dinlərə dözüm
lülük, başqa dinlərlə yanaşı yaşamaq, qarşılıqlı əməkdaş
lıq islam dəyərlərinin xüsusiyyətidir”.1
Mədəniyyətlərarası dialoq qlobal miqyasda münasi
bətlərin qurulmasının yeni, etibarlı prinsipidir. Dialoq
ümumi, universal dəyərlərin mövcudluğunu nəzərdə
tutur. İslam dini özünün ümumbəşəri dəyərləri ilə mədəni
inteqrasiya və ünsiyyətin təminatçısı kimi çıxış edir.
II. 10. Azərbaycan və Azərbaycançılıq:
mədəniyyətlərdaxili
və mədəniyyətlərarası dialoq müstəviləri
"Biz Azərbaycan deyəndə onun sərvətini, onun
gözəl təbiətini nəzərdə tuturuq. Lakin bütün
bunlarla yanaşı, respublikanın ən başlıca sərvəti
qədimlərdən bu torpaqda yaşayan, öz taleyini, öz
həyatını bu torpağa bağlayan, m üxtəlif millət
lərdən olan,
m üxtəlif dinlərə etiqad edən
adamlardır. Ölkə nə qədər çox xalqı birləşdirsə,
bir o qədər də zəngin olar ”.
"...
Mən
görüşlərimi
m illi
azlıqların
nümayəndələri ilə görüş adlandırmaq istəməzdim.
Bu, Azərbaycanın, Azərbaycan xalqının nüma
yəndələri ilə görüşüdür..."
H eydər Əliyev.
Qədəm qoyduğumuz XXI yüzillikdə Azərbaycanın bu
gününə və gələcəyinə dair düşüncələrin ana xəttini, və
tənimizin daxili bütövlük və vəhdətinin möhkəmlənməsi
ideyası təşkil edir, - desək, yanılmarıq.
Dini Qurumlarla iş Üzrə Dövlət Komitəsinin Bülleteni 2002 №4
s.3.
’ ' ’