2 2 2
Q LO B A LLA ŞM A VƏ M Ə D Ə N İ M Ü X T Ə L İF L İK
edən Azərbaycan türkləri üçün birləşdirici-inteqrativ
faktor kimi çıxış etmişdir.
Orta əsrlər, xüsusilə də XII əsr Azərbaycan tarixi və
mədəniyyətinin
“qızıl
yüzilliyi”
adlanır.
Dünya
mədəniyyətinin antik dövrə təsadüf edən dalğası orta
əsrlərdə
Azərbaycan
mədəniyyətinin
möhtəşəm
yüksəlişində əks səda verir. Şərqin üç böyük dilində -
ərəb, fars və türk dilində yazaraq İslam dinini və
mədəniyyətini
bütün
istiqamətlərdə
zənginləşdirən
Azərbaycanın fikir dühaları öz zamanları üçün dünya
mədəniyyətinin qlobal məkanını formalaşdıra bilmişdilər.
Orta əsrlərdə elm dünyəvi və dini sahələrə ayrılırdı.
Dünyəvi elmlərə “əl-ülum əl-əqliyyə”, dini elmlərə “əl
ülum əl-nəqliyyə” deyilirdi. Qurani-Kərim yalnız dini
deyil, hüquqi, fəlsəfi, ictimai-siyasi, mənəvi, mədəni,
etik, estetik və s. dünyagörüş və prinsiplərin təməli,
müasir terminlə deyilsə, “nəzəri mənbəyi” idi.
İlk islam-türk ədəbiyyatı ilk islam-türk dövlətində
yarandı. X əsrdən etibarən Qaraxanlılar çağında Y.Ba-
lasaqunlunun “Qutadqu bilik” (Xoşbəxt edən bilik)
(1069), M.Kaşğarlınm “Divani lüğət-it-türk” (1072),
Əhməd Yəsəvinin “Divani hikmət” (XI), Əhməd
Yüğnəkinin “Ətabətül həqayiq” (XII), Əlinin “Qisseyi-
Y usif’ (XIII əsr), Xarəzminin “Məhəbbətnamə” (XIV
əsr), Qütbünün (Xosrov və Şirin” (XIV əsr), Qazi
Bürhanəddinin “Divanı” (XIV əsr) yarandı.
Y.Balasaqunlu özünün “Qutadqu Bilik” (Xoşbəxtlik
elmi) əsərində, cəmiyyət, əxlaq və siyasət məsələlərinə
dair üç vəzir arasında gedən dialoqla, türk-islam ha
kimiyyət üsulunun əxlaqi-hüquqi prinsiplərinə toxun
muşdur. Ədalət, ağıl və xoşbəxtlik ideyalarına dair bu
əsərlə o, avropalı filosofları, Volteri, E.Rotterdamlını,
C.Svifti yeddi əsr əvvəl qabaqlayır, ümumfəlsəfı maarifçi
didaktikanın ənənəsini qoyur.
İslamın ən böyük müqəddəs kitabı Qurani-Kərimin
əxz etdiyi bütün ümumbəşəri mənəvi prinsiplərin tən
Fəsil II. Q loballaşm a və m ədəniyyətlərin dialoqu
223
tənəsi kimi Azərbaycan xalqının çeşmə kimi çağlayan dü
halarının qələmindən süzülən neçə-neçə kitablar, indi xal
qımızın tarix, millət və mədəniyyət kitabları sayılan neçə-
neçə əsərlər orta əsrlə islam mədəniyyətinin töhfəsi idi.
XI əsrdə türk səlcuqlann simasında bütün müsəlman
dünyasına hakim kəsilir. Hegemon sosial-siyasi qüvvə
olmağa başlayır ki, türklərin müsəlman aləmində
hökmranlıq missiyası XX əsrə qədər davam edir.
IX-X əsrlərdə bədii və elmi əsərlərin demək olar ki,
əksəriyyəti ərəb dilində, Quran dilində yazılırdı. İbn
Qüteybənin (828-889) “şer və şairlər”, Ə.İsfahaninin
(897-966) “nəğmələr kitabı”, İbn Yəsarın (?-748), M.Şə-
havat və Ə.Əbülabbas kimi azərbaycanlı şairlərin əsərləri
o dövrün şer antologiyalannda əksini tapmışdır. “VIII-X
əsrlər türkdilli azərbaycan xalqının fəallığının yüksəlməsi
ilə bahəm, çoxdilli alban, ərəb, iran, fars, tat, talış və s.
mədəniyyət nümunələrinin də mövcud olduğu dövrdür.
Azərbaycan xalqı öz mənəvi mədəniyyətinin zəngin irsi
nin çoxçalarlığı ilə fərqlənərək bu sərvəti uzun əsrlər
yüksəliş illərini yaşayacaq elmi, bədii, fəlsəfi əsərlərin
yaradılmasına sərf etməyə hazır idi. VIII-X əsrlərin Azər
baycan mədəniyyəti ən müxtəlif tarix, xalq və ərazilərin
mədəni
dəyərlərini
sintezdə
birləşdirərək
dünya
mədəniyyətinin potensial faktoru olmaq iqtidarında idi".
XIII əsrdən etibarən ilk azəri-türk şer məktəbi
formalaşır: Həsənoğlu, Q.Bürhanəddin, İ.Nəsiminin əsər
ləri yaranır. “Tək Tanrılı, ikidilli islam böyüyüb “üçdilli
islama çevrilir”.1
Orta əsrlər Azərbaycan-islam mədəniyyətinin ən
böyük inciləri fəlsəfə və bədii ədəbiyyat sahəsində
yaradıldı.
Müsəlman hüququ ilə bərabər ilahiyyat, metafizika və
fəlsəfə çox geniş inkişaf edirdi. Ərəb sxolastika
məktəblərinin mərkəzi olan Bəsrə və Kufədə islamın
fəlsəfi əsasları müəyyənləşdirildiyi kimi, Azərbaycanda
1 Y.Qarayev. Göstərilən əsəri, s.70.
224
Q LO B A LLA ŞM A VƏ M Ə D Ə N İ M Ü X T Ə L İF L İK
da eyni məsələlər ilahiyyatçılar qarşısında dururdu. Bu
dövrün məşhur ilahiyyatçılarından Z.M.əl-Baba, M.A.əl-
Bərdəi, İ.C.əl-Babi, H.R.əl-Bədici, M.Səlmasi, S.Təbrizi,
Məkki Bərdəi və başqaları Azərbaycanın ən böyük
ilahiyyatçıları idilər.
İslam sxolastikası müxalifətçi və ortodoksal qolları
arasında mötəzililik və əşərilik seçilirdi.
Mötəzililik islamın şərhində rasionalizm və zəka
kultu nümayəndələri kimi insanın iradə azadlığı, ağlın
inama qarşı qoyulması və s. kimi prinsiplərdən çıxış
edirdilər.
VIII-X əsrlərdə Azərbaycanda ismaililik və sufizm
fəlsəfi cərəyanı kimi istiqamətlərin başlanğıc mərhələləri
idi. Bu cərəyanlar ideya baxımından bənzərliyə malik
idilər, hər ikisi panteizm və zəruri, mümkün varlıq kimi
vahid Allah prinsipini əsas sayırdı. “Sufizmdə panteist
dünyagörüşə, dərindən işlənilmiş fəlsəfi kateqoriya kimi
“məhəbbət”lə, ismaililərdə-real və mistik idrakı ifadə
edən “ağıl” kateqoriyası ilə yanaşılırdı”.1
Bu dövrdə sufilər Ə.Vərəsani Təbrizi, Ə.Həmədani,
Ə.Bərdəi, Ə.Abhari və b. müsəlman şərqində geniş
tanınmışdı. Baba Kuhi Bakuvinin sufilik fəlsəfəsini ifadə
etdiyi poetik Divanı, Şərqdə fəlsəfi poeziyanın ilk
nümunələrindən idi.
Orta əsrlərin mədəniyyətinə “Saflıq qardaşları” gizli
cəmiyyətinin hazırladığı 52 cildlik elmi-fəlsəfı traktatı
dövrün problemlərini əks etdirməsi baxımından, onun
yaradıcıları “Şərqin ensiklopedistləri” adlandırılmışlar.
Cəmiyyətin ideoloqu və təşkilatçısı məşhur Azərbaycan
mütəfəkkiri Əbülhəsən Zəncani idi.
“Saflıq qardaşları”nın təlimi artıq XI əsrin ortalarında
İspaniyaya-Andaluziyaya gətirilmiş və geniş yayılmış, bu
təlim nəinki Şərqdə, həm də Qərbdə elm və fəlsəfənin
inkişafına böyük təsir göstərmişdir.
1 История Азербайджанской философии. Том 1. Отв.ред. д.ф.н.
З.А.Кулизаде - Баку, 2002, с.77.
Fosil П. Q loballaşm a vo m odoniyyotlərin dialoqu
225
Orta əsrlərdə Azərbaycanda mədəniyyət sahəsində
qarşılıqlı əlaqə və əməkdaşlığın möhkəmlənməsində
Azərbaycanla Orta və Kiçik Asiya, İran, Suriya, Misir,
Zaqafqaziya, Rusiya və Uzaq Şərqlə aparılan iqtisadi
əlaqələr xüsusi rol oynayırdı. Azərbaycan Avropa və
Yaxın Şərq arasındakı böyük karvan yolunun üstündə idi.
Dünyanın hər yerindən gələn tacirlər və müxtəlif peşə
adamları özləri ilə mədəniyyətləri barədə məlumatlar da
gətirirdilər. Ölkədə bütün dünyanın elmi, fəlsəfi, təbabət,
tarix, ədəbiyyat və s. haqqında biliklər mövcud idi.
Şəhərlər xüsusi vüsətlə inkişaf edirdi. Ölkənin siyasi-
iqtisadi həyatı ilə birgə mədəni həyatı da sürətlə inkişaf
edirdi. Məşhur həkim və ədib Ə.Abdan, hüquqşünas
Ə.B.Şirvani, astronom F.F.Şirvani, filosof, alim və
məntiqçi Bəhmənyar, filosof Eynəlqüzat Miyanəçi,
işraqilik fəlsəfəsinin banisi İşhabəddin Sührəvərdi və
başqaları bu dövrdə yaşayıb yaratmışlar. Azərbaycan
mədəniyyətinin möhtəşəm simalan demək olar ki, hamısı
Şərqin ən böyük mədəni-elm mərkəzlərində təhsil
almışdılar.
Azərbaycan mədəniyyəti memarlıq və arxitektura
sahəsində də şedevr nümunələr yaradılır. Şirvan,
Naxçıvan və Arran türbəsi, Ə.Əcəminin Möminə xatun
türbəsi, Şamaxı yaxınlığındakı Gülüstan sarayı, memar
Əbubəkrin yaratdığı komplekslər tarixin qızıl fondunu
təşkil edir. Bu dövrdə həmçinin memar Möhsün (XI,
Bakı), memar Əmirəddin Məsud (XII əsr, Naxçıvan), usta
Əbu Mənsur ibn Musa (XII əsr Urmiya) və s. memarlıq
incilərini yaratmışlar.
XI-XII əsrlərdə Azərbaycan ədəbiyyat və incəsə
nətinin parlaq nümunələri yaradılmışdı.
Bu dövrdə Azərbaycanın görkəmli şairləri, Ə.Mi
yanəçi, Ömər Gəncəvi, Qətran Təbrizi, Fələki Şirvani,
Məhsəti Gəncəvi, dünya şöhrətli Xaqani və Nizaminin
misilsiz əsərləri də mədəniyyətimizi zənginləşdinnişdir.
Şərqin poeziya günəşi N.Gəncəvi XII əsrdə bəşər
Dostları ilə paylaş: |