2 1 0
Q LO B A LLA ŞM A VƏ M Ə D Ə N İ M Ü X T Ə L İF L İK
Həyyanın (VIII əsr) əsərləri, bugünkü kimyanın diqqət
mərkəzində duran bütöv problemləri cavablandırmaqla
həm tədqiqat metodikası, həm də laboratoriya avadanlığı
Avropa elminə və dilinə “Cabir korpusu” adı altında daxil
olmuşdur. Hindistan üzrə mütəxəssis əl-Biruni həm də
kimya sahəsində bir çox maddələrin xüsusi çəkisini çox
dəqiqliklə müəyyənləşdirə bilmişdi.
Bugünkü beynəlxalq humanitar hüququn təməlinin
İslam
mədəniyyətində
qoyulması
çox
az
adama
məlumdur. Müxtəlif illərdə Beynəlxalq Qırmızı Xaç
Cəmiyyətinin prezidenti işləmiş, dünyanın ən məşhur
universitetlərinin hüquq üzrə fəxri doktoru, Haaqa
Beynəlxalq Hüquq Akademiyasının peşəkar hüquq
professoru, diplomat və ictimai xadim, fransız Jan Pikte
yazır: “İslam kölə və binəsiblərə onların insani ləyaqətini
qaytarmaq sahəsində xristianlığı çox geridə qoymuşdur.
1280-ci
ildə
tərtib olunmuş Vikayət dövrün ən
mükəmməl müharibə qaydalarına dair qanunlar toplusu,
beynəlxalq humanitar hüququn ilk tarixi formalarından
biri idi. Bu qanun toplusunda qadınların, uşaqların, qoca,
xəstə və parlament nümayəndələrinin öldürülməsi qa
dağan edilirdi. Məğlub' olmuş xalqı şikəst etmək, döyüş
oxlarını və su mənbələrini zəhərləmək qəti qadağan
olunurdu.
Xəlifələrlə
Şərqi
Roma
imperiyası arasında
bağlanılan müqavilələrdə əsirlərə humanist münasibət və
onların azad edilməsi şərtləri xüsusi vurğulanırdı. Bu
humanitar hüququn formalaşması tarixinə daha bir mühüm
təsir idi. Müsəlman bağlanmış müqaviləni heç bir vəchlə
pozmurdusa, Avropada belə bir rəy hökm sürürdü ki, bu
bütpərəstlərlə
istənilən danışıq
birtərəfli
qaydada,
istənilən vaxt pozula bilər. Bu rəy hər gün, hər ay həyatda
tətbiq edilirdi.”1
Harun-ər-Rəşid, xəlifə Məmun dövründə xilafətin
1 Жан Пикте. Развитие и принципы международного гуманитар
ного права. МККК, М, 1994, с.24.
Fəsil II. Q loballaşm a və m əd ən iy y ətlərin dialoqu
211
müxtəlif yerlərində 11 mindən çox kilsə, yüzlərlə
sinaqoq, atəşgah vardı. 1065-ci ildə təsis olunmuş
Nizamiyyə Universiteti dünyada yaranan elmi mərkəzlər
üçün nümunə oldu. Elmlərin tədrisinin bu möhtəşəm
sistemi ən müxtəlif istiqamətləri əhatə edirdi. “X-XI
əsrlərdə islam dünyasında heç bir başqa sivilizasiyada rast
gəlmədiyimiz bir təzahürlə rastlaşırıq - hara baxırsan
kitaba, elmə aludəçilik
görürsən, minlərlə məsciddə
görkəmli alimlərin səsi eşidilir, hökmdarların saraylarında
şair və filosofların məclisləri qurulur, yollarda elm
sorağında olan coğrafiyaşünas, tarixçi, şərqşünaslarla
qarşılaşırsan.1
İslam
mədəniyyətinin
bədii
ədəbiyyata
təsiri
“provansal lirikası” kimi səciyyələndirilən və ya
trubadurlar poeziyası timsalında nümunə çəkilən tematik,
metrik və musiqili-ritmik xüsusiyyətlərin ərəb mənşəli
olması kimi tədqiqatlarda geniş sübuta yetirilmişdir.
İslam mədəniyyətinin Avropaya təsiri, bu bölgənin
ictimai şüurunda uzun əsrlər formalaşmış stereotiplərin,
çox dərin kök atmış təsəvvürlərin ictimai elmdə: də
birdən-birə
obyektiv
qiymətləndirilməsinə
əsassız
optimizm yarada bilməz.
Hər halda XX əsrdə islam mədəniyyətinin dünya
mədəni xəzinəsinə verdiyi dəyərlərə dair yazılan
əsərlərin sayının çoxalması, onların öz sələflərinin
“günahını yumaq” işinə xidmət edir.
M.Edvardsın “Qərb-Şərq koridoru”, “İslam irsi” kimi
məcmuələri qərb şərqşünaslığının ən obyektiv, ciddi
tədqiqatlarının davamçıları sırasındadır.
Ərəb-müsəlman mədəniyyəti, fəlsəfi fikri və elmi irsi
göz önünə gələrkən aydın olur ki, bunlarsız Avropa elmi
heç vaxt sonrakı inkişafını təmin edə bilməzdi. Onlar
dünya mədəniyyətinin yalnız mühafizəçisi və ötürücüsü
deyil, ən vacibi - yaradıcısıdır. “ 1100-cü ildə avropalılar
elmlə maraqlanmağa başlayanda, İslam mədəniyyətin
1 J.Riesler. Incil. Malta. 1:21, c.21.
2 1 2
Q LO B A LLA ŞM A VƏ M Ə D Ə N İ M Ü X T Ə L İF L İK
çiçəklənmə zirvəsində idi və irəli getməzdən əvvəl
avropalılar bunların
hamısını
ciddi
mənimsəməyə
başladılar”.1
İslam mədəniyyətinin Avropaya təsiri ən çox “fəlsəfi
düşüncə və istiqamət sahəsində nəzərə çarpdı” - desək,
yanılmarıq.
İslam fəlsəfəsi VII əsrdən başlayaraq özünoqədərki
qədim Şərqin mifoloji, dini, fəlsəfi təsəvvür və
ənənələrinin ən dəyərli qatlarını hifz edərək cəmləmiş,
varislik prinsipi
ilə inkişaf etmişdir. Bizim əsas
məqsədimiz islami təfəkkür tərzinin təkamülünü addım-
addım izləmək yox, Qərbdə fəlsəfi düşüncənin inkişafına
onun təsirinə və fəlsəfi sistemlərdə malik olduğu yer və
rola aydınlıq gətirməkdir.
Antik yunan elmi və fəlsəfəsinin geniş şərhi,
tərcüməsi və yayılması sahəsində göstərilən xidmət,
İslam fəlsəfəsinin dünya mədəniyyətinə göstərdiyi əbədi
missiyanın yalnız bir cəhəti olduğu halda, heç olmasa
qərəzli Qərb düşüncəsi bu cəhəti heç vaxt inkar edə
bilmədi. Çünki bu adi gözlə görünə bilən bir həqiqət idi.
“Müasir dövrdə xristian teologiyasının əsas prinsiplərinin
Şərq fəlsəfi prinsiplərinə müvafiq təşəkkül tapdığını inkar
etmək qeyri-mümkündür. “İslam elmləri”nin düşüncə
tərzi ilə yeni təfəkkür arasında əlaqələr getdikcə
möhkəmlənir. Bu dəyişməz bir həqiqətdir ki, islam,
yunan fəlsəfəsinin ən önəmli sahələri ilə, hind aləmi və
Avropa ilə Sami aləminin Allahın birliyi anlayışı arasında
birləşdirici olmuşdur”.2
Müsəlmançılığın III əsrində (Hicr təqvimi ilə) kəlam
elmi yarandı. Məntiq, metafizika və dialektika islam
düşüncəsini və diqqətini cəlb etdi və buna görə də
görünməmiş inkişaf səviyyəsinə çatdı. Əsas səbəb isə bu
idi: dialektika və məntiq kəlam elmi timsalında islamın
1 У.Монтгомери-Уотг. Влияние ислама на средневековую Европу.
М, 1976. с.65.
2 Yenə orada.
Fəsil II. Q loballaşm a və m ədəniyyətlərin dialoqu
213
başlıca mənəvi intellektual məqsədinə - təfəkkürün
məntiqi
qanunauyğunluqlarının
öyrənilməsinə,
fikri
araşdırma və arqumentasiyanın ən ciddi problemlərin
nəzəri və praktiki həllində böyük irəliləyiş əldə edildi.
Kəlam elminin Avropadakı əsas teoloji sübut və
arqumentasiyadan fərqi o idi ki, müsəlman mütəfəkkirləri
məntiqin tətbiqini sırf dini-idealist, sxolastik səpkidən
azad edərək, ictimai, siyasi, iqtisadi həyatda onun
əhəmiyyətinin, ziddiyyətləri çözülməsində dəyərini üzə
çıxardılar, reallığa tətbiq etdilər. Avropada məntiq və
dialektika reallıqdan tam təcrid olunmuş halda, yalnız sırf
dini sxolastika və kilsənin prinsiplərinin təhlilində istifadə
olunurdu.
XI əsr Avropada elm və fəlsəfənin vəziyyətini
təsəvvür etmək üçün misal çəkilə bilər. Cəmiyyətin bütün
həyatı xristian ehkamları çərçivəsində, təhsil kilsə
tabeliyində məntiq, fəlsəfə və dialektika da onların
diktəsinə tabe idi. Ərəb-islam fəlsəfəsi öz fərqli
düşüncəsi ilə avropalılara bütöv bir yeni aləm kəşf etdi.
XVII əsrə qədər Avropa elm və təbabətinin, islatn
filosoflarının təsiri altında olması o dövrün kitablarında
aydın görünür. Məsələn: İbn-Sina və ər-Raziyə 1000
dəfədən çox isnad edilirsə, Hippokrata cəmi 100 isnad
verildiyi bəlli olur.
İslam fəlsəfi sistemi içərisində İbn-Sinamn dəyəri
təbabətdəki xidmətindən az deyildi. O Avropa, istərsə də
bəşər tarixində bir neçə əsr davam edən elmi ənənə və
təsnifat sisteminin banisidir. Tədqiqatçı A.M.Qoyçon
(Fransa) qeyd edirdi ki, orta əsrlərdə hər hansı bir filosof
əsər yazırdısa, İbn Sinanın ona təsirindən bəhs edirdi.
Qərb-Avropa elm və mədəniyyətinə təsir baxımından
İbn-Rüşdün (Averroes) xidmətləri xüsusilə fərqlənir.
Qərb-Şərq elmi və fəlsəfəsi arasında varislik və körpünün
olmasına ən bariz nümunə İbn Rüşdün yaradıcılığı
olmuşdur. Mütəfəkkir filosofun nəhəng sistemi bu günə
qədər əhəmiyyətini saxlamış, ən müxtəlif mənalarda
Dostları ilə paylaş: |