2 4 2
Q LO B A LLA ŞM A VƏ M Ə D Ə N İ M Ü X T Ə L İFL İK
haniliyi dialoq və əməkdaşlıq sahəsində dünya miq
yasında fəaliyyəti ilə nümunə ola bilər, - desək,
yanılmarıq. Hələ 1991-ci ildə, Sovetlər Birliyi tərkibində
Azərbaycan İslam Konfransı Təşkilatının 46-cı üzvü
olmuşdur. Ölkəmizin dünya mədəniyyətinə açıq və
dialoqa hazır olması bütün dövrlərdə təsdiq edilmişdir.
Bundan başqa, Azərbaycan Ruhaniliyi və Dini
Qurumlarla
İş
üzrə
Dövlət
Komitəsi
beynəlxalq
səviyyədə keçirilən ən mühüm tədbirlərdə iştirak edir.
Bütün Qafqazın Şeyxi 2003-cü ildə Dünya Xalq İslam
Rəhbərliyi Təşkilatının Parisdə keçirdiyi, dünyanın 29
ölkəsindən 100-dən çox nümayəndənin iştirak etdiyi
“İslamda dialoq” beynəlxalq konfransında iştirak edib.
“Şeyxülislamın təşəbbüsü ilə 2001-ci ilin noyabrında
Bakıda “İslam və terrorizm bir araya sığmazdır”
mövzusunda beynəlxalq konfrans keçirilmişdir.1
2002-ci ilin oktyabrında ATƏT Bakıda “Demokratik
cəmiyyətdə dinin və əqidənin rolu: terrorizm və
ekstremizmə qarşı mübarizə yollarının araşdırılması”
mövzusunda beynəlxalq konfrans keçirmişdir. Burada
“Dini Liderlərin Beynəlxalq Forumu’ nun təsis edilməsi
tövsiyə olunmuşdur. Roma katolik kilsəsinin başçısı papa
II İohan Pavel Azərbaycan dövlətçiliyi tarixində ilk dəfə
ölkəmizə səfər etmişdir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri,
professor R.Əliyev 2003-cü il martın 4-6-da Böyük Bri
taniya Lordlar Palatasında “Üç Dinin Forumu” (iudizm,
xristianlıq və islam)” Təşkilatının rəhbərliyi ilə görüşmüş,
“Dünyəvi dövlətdə dinlərin birgə yaşayışı. Azərbaycanın
pozitiv təcrübəsi” mövzusu ətrafında çıxış etmişdir.
R.Əliyev demişdir ki, belə forum Azərbaycanda
“ 1992-ci
ildən
fəaliyyət
göstərir və
şeyxülislam
A.Paşazadə onun koordinatorudur.”2
1 Россия и мусульманский мир. 2002, №4, с. 157.
2 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bülleteni. 2003, №7,
s.7.
Fəsil II. Q loballaşm a və m ədəniyyətlərin dialoqu
2 4 3
Azərbaycanda dinin inkişafı yalnız islam dininə aid
deyil, bütün konfessiyaların fəaliyyətində müşahidə
olunur. Müxtəlif dini konfessiyalara normal şəraitin
yaradılması dialoqun əsas şərtlərindəndir. Azərbaycanda
1300-ə yaxın kilsə, 40-dan artıq kilsə, sinaqoq və ibadət
evləri, dini keçmişimizlə bağlı 500-dən artıq müqəddəs
ocaq mövcuddur. Bakıda Qafqaz üzrə ən böyük sinaqoq
fəaliyyət göstərir.
Dinlərarası dialoq nəzəri müstəvidən sırf praktiki
müstəviyə keçmişdir.
Postsovet məkanında, MDB-nin Dinlərarası Sülh
yaratma Forumu təsis edilmişdir. Forumun təşəbbüskarı
və həmsədri, Qafqaz Müsəlmanları İdarəsinin sədri
Şeyxülislam Allahşükür Paşazadədir.
2004-cü ildə, martın 2-4-də Forumun ikinci yığıncağı
keçirilmişdir.1 Yığıncaqdan əvvəl, Moskvanın və bütün
Rusiyanın patriarxı II Aleksi ilə görüşən Şeyxülislam,
A.Paşazadə, xalqlar arasında dini dialoq və əlaqələrin
dərinləşməsi və genişlənməsinin qloballaşan dünyanın
gələcək mənafeyinə xidmət etdiyini xüsusi vurğulamışlar.
Bu baxımdan dinlərarası dialoq həsr edilən bu forumun
siyasi-mədəni əhəmiyyətinin də çox böyük olduğuna dair
də fikir mübadiləsi aparılmışdır.
Dinlərarası sülhyaratma forumunda Moskvanın və
bütün Rusiyanın patriarxı II Aleksi, 2001-ci ildə
Azərbaycana gəlişi zamanı burada müxtəlif dinlərə
bəslənilən həqiqi, səmimi münasibətin şahidi olduğunu
bir daha qeyd etmişdir. O həmçinin söyləmişdir ki,
Şeyxülislam əsil dialoq və sülh yaradıcısıdır və onlar
birgə səylərlə xalqlar arasında sülh və həmrəylik işinə
xidmət edə bilərlər.
Forumda “Qafqaz dördlüyu’nün - Azərbaycan, Ru
siya, Gürcüstan və Ermənistan dini liderlərinin Qafqazda
sülhyaratma fəaliyyəti sahəsində, münaqişələrin nizama
salınmasında səylərinin gücləndirilməsinin zəruriliyi
1 “ A z ə r b a y c a n ” q ə z e ti, 2 0 0 3 -c ü il, 3 m a rt.
244
Q LO B A LLA ŞM A VƏ M Ə D Ə N İ M Ü X T Ə L İFL İK
vurğulanmışdır.
Moskvanın Müqəddəs Danil monastrında keçirilən
MDB-nin İkinci Dinlərarası Sülhyaratma Forumunda
bütün postsovet məkanından 300-dək adam, o cümlədən
din xadimləri, ən müxtəlif konfessiyaların dini icmalarının
nümayəndələri toplaşmışlar. Burada xüsusi qeyd edildiyi
kimi, forumun əsas məqsədi millətlərarası və dinlərarası
sülhün möhkəmləndirilməsi, cəmiyyətdə ənənəvi dini
dəyərlərin bərqərar edilməsi, qlobal təhlükələrlə - ter
rorizm digər bəlalarla mübarizə üçün MDB-nin ənənəvi
dini təsisatlarının fəaliyyətini möhkəmləndirməkdir.
Şeyxülislam A.Paşazadə çıxış edərək bildirirdi ki,
Azərbaycanda müxtəlif millət və dinlərə mənsub insanlar
arasında dialoq və əməkdaşlığın çoxəsrlik
dəyərli
təcrübəsi mövcuddur və belə forumların keçirilməsi bu
təcrübənin qorunması və daha da inkişaf etdirilməsinə
şərait yaratmaqdır.
Şeyxülislam Forumda Azərbaycan Prezidenti İlham
Əliyevin bu fikrini iştirakçılara çatdırmışdır: “İndi xalqla
rımızı narahat edən problemləri, təkcə dövlətlərarası
dialoq prosesində deyil, həm də millətlərarası və din-
lərarası dialoqlar prosesində aradan qaldırmaq olar. Hu
manizm, xeyirxahlıq və ədalətlilik amalları bütün 'dünya
dinlərinə xasdır və bu xalqlar, ölkələr arasında sülhə,
həmrəyliyə nail olmaq məqsədi ilə konfessiyalararası
konstruktiv ünsiyyətə çox böyük əhəmiyyət verir”.1
Şeyxülislamın təklifi ilə MDB Dinlərarası Sülhya
ratma Forumunun növbəti görüşünün Bakıda keçirilməsi
qərara alınmışdır.
Xalqların öz tarixi kök və təməllərinə bağlılığını
nəzərə alaraq, dinlərarası dialoqların daimi keçirilməsi,
Azərbaycanda elmi ictimaiyyətin diqqətini cəlb edən
məsələlərdəndir.
Son illər Azərbaycanda “Dinlərin görüşü” Mər
kəzinin yaradılmasına, həmçinin “İslam və Demokratiya
1 "Y eni A zərbaycan” qəzeti. 2003, № 043.
Fəsil II. Q loballaşm a və m ədəniyyətlərin dialoqu
245
Mərkəzi”nin təsis edilməsinə dair layihələr işlənmişdir.1
Mədəniyyətdə və dində müxtəliflik ruhunun möhkəm
ləndirilməsi, cəmiyyətdə mənəvi və demokratik inkişaf
yollarının ahəngini təmin etmək üçün, dinlərarası
dialoqun bu mühüm prinsipləri təklif olunmuşdur:
1. “Həqiqi” və “yanlış”, “ali” və “adi” dinlər möv
zusundan inkar edilməsi.
2. Bütün dinlər bəşəriyyəti Allaha, həqiqətə aparan
müxtəlif yolları ifadə etdirir.
3. Həqiqət yollarının müxtəlifliyi ilahi qanunların
mahiyyətindən irəli gəlir və bəşəriyyətin mənəvi-mədəni
çoxçalarlığını, müxtəlifliyini əks etdirir.
4. Liberal-demokratik dəyərlərin aşılanması, öz-
özlüyündə dini mədəniyyətə və insanların müqəddəs
hisslərinə təzyiq göstərməyin səbəbi ola bilməz və onun
mənəvi tənəzzülünə gətirib çıxara bilər.
5. Hər bir xalq və ya hər bir insan sonsuz həqiqətin
sonlu daşıyıcısıdır. Buna görə də dialoq, ünsiyyət və
qarşılıqlı təsir bəşər mənəviyyatının zənginləşməsinə
xidmət edir.
Dünya dinləri arasında xüsusi dialoq məkanının
yaranmasına hələ 1884-cü ildə dinlərarası “Ümumdünya
Parlamenti” yaradılmaqla cəhd edilmişdir. 1984-cü ildə
parlamentin
100 illiyi qeyd olunmuşdur. Parlament
modeli geniş inkişaf edə bilmədisə də, beynəlxalq şuralar,
assambleyalar və s. yaradılır, fəaliyyət göstərir.
Dinlərarası dialoqun xüsusi “dialoq məkam”nın
formalaşması ilə əlaqədar bəzi səciyyəvi cəhətlərini artıq
ayırd etmək olar:
1. Norma, prosedura, reqlament sxemlərini əhatə edən
xüsusi dialoq mədəniyyətinin yaranması.
2. Ekspert və aktivistlərin sabit birliyi çərçivəsində
xüsusi “dialoq subkulturası” təşəkkül tapır.
3. Daimi ünsiyyət və əlaqələri inkişaf etdirən dini
1 Bax: Проблемы теории, истории и методологии познания, Б.,
2001, с.269-270.
Dostları ilə paylaş: |