226
Q LO B A LLA ŞM A VƏ M Ə D Ə N İ M Ü X T Ə L İF L İK
mədəniyyətinin xəzinəsinə parlaq töhfə bəxş etmiş ən
böyük sənətkar, mütəfəkkir filosof olmuşdur.
Nizami öz dövründə və özündən sonra gələn şair,
alim və filosoflara çox böyük təsir göstərmiş, bu gün də
göstərməkdədir.
İslam bölgəsi fəlsəfi poeziyasının humanizm, insan
lara məhəbbət, kamillik və zəka prinsiplərini özündə
birləşdirən Nizami dühası dünya mədəniyyətinin ən
görkəmli şəxsiyyətlərindəndir.
“Şeyx Nizami” rütbəsinə ucalan şairin orta əsrlər
islam mədəniyyətinin, istər dini, istərsə də dünyəvi
mədəniyyət sahəsində elə bir istiqaməti olmamışdır ki,
onun ideyalarının təsirinə məruz qalmasm.
XIV-XVI əsrlərdə Azərbaycan mədəniyyətinin inki
şaf mərkəzləri içərisində Şamaxı, Təbriz, Bərdə, Şəki,
Gəncə, Beyləqan, Naxçıvan və s. seçilirdi. İslam dininin
tədris edildiyi dini ocaqlar, məktəb və mədrəsələr elm və
təhsilin inkişafında mühüm rol oynayırdı. Bu dövrdə
hürufiliyin banisi Nəimi, onun davamçısı İ.Nəsimi,
Qasımi, X.Təbrizi, Ə.Marağayi və s. kimi ölməz şairlər
yaşayıb yaratmışlar. İncəsənət və musiqi sahəsində
S.Urməvi, M.İ.Şirvani' Ə.Q.Marağayi kimi musiqişünas
lar muğam və xalq sənətini davam etdinnişlər, musiqinin
nəzəriyyəsinə dair əsərlər yazmışlar. Göstərilən tarixdən
Təbrizdə K.Behzad kimi böyük nəqqaş (miniatür) yaşayıb
yaratmışdır. Şeyx Cüneyd məqbərəsi (Qusar), Əlincə çayı
üzərində körpü (Naxçıvan), Bakının Şərq darvazaları,
karvansaraları və s.-də bu dövrdən qalmadır. Təbrizin sa
ray kitabxanası dünyanın ən zəngin kitabxanalarından idi.
M.Füzuli, Həbibi, Şah İsmayıl Xətai kimi şairlər XVI
əsrdə yaşayıb yaratmışlar.
Orta əsrlər islam mədəniyyəti və Azərbaycan de
dikdə, Məhəmməd Füzulinin fəlsəfi-poetik dühasında din
və islam mövzusunun yeri və rolundan söz açmaq
zəruridir. “Erkən ümumtürk kültür enerjisi ilk qlobal
ifadəsini “Kitabi-Dədə Qorqud”da, orta əsrlərin və orta
Fəsil II. Q loballaşm a və m ədən iy y ətlərin dialoqu
227
Asiya Qafqaz çevrəsində ortaq renessansı öz ilk yekununu
Nizamidə, türk-islam intihabı öz böyük zirvəsini Füzulidə
tapmışdır.”1
Orta əsrlər Şərqində və eləcə də Azərbaycanda heç
bir böyük şair, sənətkar, mütəfəkkir sufilik fəlsəfəsi kimi
ilahi dini-fəlsəfi təlimdən yan keçə bilməmişdir.
M .
Füzulinin fəlsəfi poeziyasında
da sufilik təliminin təsiri
duyulur. Dahi şair Kərbəla hadisələrindən bəhs edən
“Hədiqətü-s-süadə” (Xoşbəxtlər bağı) adlı əsər yazmışdır.
“Hədiqətü-s-süəda” əsəri “şahidlik abidəsi”, “xoşbəxtlik
abidəsi” kimi də tərcümə edilir, səciyyələndirilir.”2 M.Fü
zulinin əsərində Kərbəla hadisələri islam və şəriət hü
dudları gözlənilməklə, dinin ruhuna uyğun təsvir olunur.3 4
Dini mərasim və ənənələr yaddaşımızı saflaşdıran,
kamilləşdirən amil kimi vurğulanır. M.Füzuli “Mətləül-
Etiqad”, “Leyli və Məcnun”, “Bəngü-badə”, “Şikayət-
namə” və s. əsərləri ilə bütün zamanlar üçün əvəzedilməz
irs qoyub getmişdir. “Azərbaycan fəlsəfi və ictimai fikir
tarixinə, bütövlükdə elm və mədəniyyətinə nəzər salsaq
görərik ki, heç kim islam məsələsi, dinijdəyərlər, din
tarixi və s. dinlə bağlı məsələlərdə biganə qalmamışdır...
N. Tusi, Ş.Sührəvərdi və s. kimi dahi mütəfəkkirlərimiz
din, ilahiyyat mövzusu ilə xüsusi məşğul olmuşlar.'1
Orta əsrlərdə Azərbaycana səyahət etmiş məşhur
səyyahlardan Övliyə Çələbi, Ş.Şarden, A.Oleari və
başqaları mədəniyyətə islam dininin böyük təsirini qeyd
edirdilər. Onlar müxtəlif sənət növlərinin hər hansı bir
müqəddəs şəxsin adı ilə bağlılığını göstərirlər. Məsələn,
XVII əsrin görkəmli türk səyyahı və diplomatı Övliyə
Çələbi əsərində 32 belə şəxsin adını çəkərək yazır ki,
1 Y.Qarayev. Azərbaycan ədəbiyyatı: XIX-XX yüzillər, Bakı, 2002,
s.28.
2 “Çıraq” jurnalı, 1999, №3, s.5-13.
3 M.Fizuli. Həqiqəti-s-süəda. Bakı, Gənclik, 1993. 364 s.
4 F.Qasımzadə. Klassiklərimiz və islam. “Kəlam” jurnalı, 2002. №8,
s.21.