116
Tarixdə bu gün
ÜMUMDÜNYA DİALOQ VƏ İNKİŞAF
NAMİNƏ MƏDƏNİ MÜXTƏLİFLİK GÜNÜ
MA
Y
Birləşmiş Millətlər Təşkilatının təşəb-
büsü ilə may ayının 21-i Ümumdün-
ya Dialoq və İnkişaf naminə Mədəni
Müxtəliflik Günü kimi qeyd olunur.
Qeyd edək ki, 2001-ci ilin noyabırn-
da YUNESKO-nun Mədəniyyətlərin
Müxtəlifliyinə dair ümumi Bəyannaməsi
qəbul edildikdən sonra Baş Assambleya
bu sənədi və onun həyata keçirilməsi üçün
Fəaliyyət Planının əsas istiqamətlərini
alqışlayıb və 21 may tarixini Ümum-
dünya Dialoq və İnkişaf naminə Mədəni
Müxtəliflik Günü elan edib. Bir sözlə,
bu gün mədəni müxtəlifliyin dəyərləri
haqqında anlayışımızı artırmağa və daha
səmərəli şəkildə yanaşı yaşamağı öyrən-
məyə imkan yaradır.
Hazırda mədəniyyətlərarası və sülh
naminə dialoqa hazır olan, ərazisində yaşa-
yan milli azlıqların hüquqlarına hörmətlə
yanaşan Azərbaycanda da Mədəni
Müxtəliflik Günü yüksək səviyyədə
qeyd olunur, BMT-nin Azərbaycandakı
nümayəndəliyinin təşəbbüsü ilə bu mü-
nasibətlə müxtəlif mədəniyyət tədbirləri
keçirilir. Təsadüfi deyil ki, BMT-nin İc-
timai İnformasiya Departamentinin Azər-
baycandakı nümayəndəsi Envera Seli-
moviç deyir “Nəzərə alsaq ki, incəsənətə
mədəniyyətlərarası dialoq üçün qlobal
dil kimi baxıla bilər, müxtəlif ölkələrdən
olan rəssamlar öz əsərləri ilə bizə bir daha
xatırladır ki, bəşəriyyətin fundamental
sərvəti onun müxtəlifliyidir. Qeyd etmək
lazımdır ki, müxtəlif mədəniyyətlərin
birləşdiyi və eyni zamanda öz tolerantlı-
ğı ilə məşhur olan bir məkan baxımından
Azərbaycandan daha qənaətbəxş yer yox-
dur”.
Hazırda Azərbaycanda rus, ukraynalı,
kürd, lak, ləzgi, tat, tatar, gürcü, ingiloy,
talış, avar, məshəti türkləri, yəhudi, al-
man, yunan və başqa xalqların 20-dən çox
müxtəlif mədəni cəmiyyətləri fəaliyyət
göstərir. Üç dini cəmiyyətin – islam,
xristian və iudaizmin nümayəndələri bü-
tün dövlət tədbirlərində iştirak edirlər.
Mədəni müxtəlifliyin dəstəklənməsi və
qorunması Azərbaycan Respublikasının
dövlət siyasətində də öz əksini tapıb.
Azərbaycan tolerant bir dövlətdir,
ölkədə bütün xalqların və dinlərin nüma-
yəndələri eyni hüquqa malikdirlər: “Bu
müddəalar Azərbaycan Konstitusiyasın-
da da təsbit olunub. Hər bir Azərbaycan
vətəndaşı mədəniyyətin müxtəlif sahə-
lərindən bərabər səviyyədə istifadə edə
bilər və bu da “Mədəniyyət haqqında”
qanunda öz əksini tapıb.
Azərbaycanın effektli dövlət siyasəti
ona gətirib çıxarır ki, ölkə yavaş-yavaş
beynəlxalq aləmdə mədəni müxtəlifliyin
ixracçısına çevrilir. Bundan əlavə,
Azərbaycan Avropa Şurası, İslam Konf-
ransı Təşkilatı və İSESKO-ya üzv olan
yeganə dövlətdir. Bundan çıxış edən
Mədəniyyət və Turizm Nazirliyi bu ya-
xınlarda böyük mədəniyyətləri və si-
vilizasiyaları
yaxınlaşdırmaq
üçün
“Mədəniyyətlərarası dialoqa dair Bakı
Prosesi”nin təşəbbüsçüsü oldu.
Azərbaycan Respublikası mədəni
müxtəlifliyə və mədəniyyətlərarası dia-
loq məsələsinə böyük diqqət ayırır, xalq-
lar arasında sülhün və qarşılıqlı anlayı-
şın əldə olunmasında bütün beynəlxalq
təşəbbüsləri dəstəkləyir.
Ə d ə b i y y a t
Mehparə. Bəşəriyyətin
fundamental sərvəti onun
müxtəlifliyidir [Mətn] /
Mehparə //Mədəniyyət.-
2009.- 22 may.- S. 9.
İ n t e r n e t d ə
www.anl.az
www.azerworld.info
www.icmal.az
www.medeniyyet.az
www.timeturk.com
21
117
Tarixdə bu gün
AZƏRBAYCAN RESPUBLİKASININ
DÖVLƏT HİMNİ
1992
MA
Y
Azərbaycan Respublikasının Dövlət
himni Azərbaycan dövlətinin, onun
müstəqilliyinin və milli birliyinin müqəd-
dəs rəmzidir.
28 may 1918-ci il tarixdə Azərbaycan
istiqlaliyyəti elan olunduqdan sonra
Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət
bayrağı və gerbi ilə bərabər Dövlət him-
ninin də yaradılması və qəbul edilməsi
məsələsi qarşıya çıxmışdı.
1920-ci il yanvarın 30-da Azərbaycan
Xalq Cümhuriyyətinin Nazirlər Şura-
sı Cümhuriyyətin milli himninin hazır-
lanması haqqında qərar qəbul etdi və bu
məqsədlə Xalq Maarif Nazirliyi tərəfindən
müsabiqə elan edildi.
Bununla əlaqədar bəstəkar Üzeyir
Hacıbəyli və şair Əhməd Cavad “Azər-
baycan marşı” adlı əsər yazırlar və müsa-
biqəyə təqdim edirlər. Lakin 1920-ci il ap-
relin 28-də Xalq Cümhuriyyətinin süqutu
Azərbaycanın milli himnini qəbul etməyə
imkan vermədi.
1991-ci ildə ölkəmiz yenidən müstə-
qillik əldə etdikdən sonra Azərbaycan
Respublikasının Dövlət himninin qəbulu
məsələsi öndəmə çıxır. 1992-ci il mayın
27-də Milli Məclis “Azərbaycan Res-
publikasının Dövlət himni haqqında”
Azərbaycan Respublikası Prezidenti-
nin Qanunu qəbul edir. Qanuna əsasən,
1919-cu ildə musiqisi böyük bəstəkar
Üzeyir Hacıbəyli və sözləri Əhməd Ca-
vada məxsus olan “Azərbaycan marşı”
Azərbaycan Respublikasının Dövlət him-
ni kimi təsdiq edildi.
1993-cü il Azərbaycan Respublikası
Milli Məclisinin 2 mart tarixli qərarı ilə
Azərbaycan Respublikası Dövlət him-
ni haqqında əsasnamə təsdiq edilmiş-
dir. Azərbaycan Respublikasının Dövlət
himninə dərin ehtiram bəsləmək hər bir
vətəndaşın borcudur.
Əsasnaməyə əsasən Azərbaycan Res-
publikasının Dövlət himni aşağıdakı hal-
larda ifa olunur:
a) dövlət bayramlarına həsr olunmuş
təntənəli yığıncaqların və iclasların açılışı
və bağlanışı zamanı;
b) Hər gün Azərbaycan Respublika-
sı Mlli Televiziya və Radio verilişlərinin
əvvəlində və axırında;
c) Azərbaycan xalqının və dövlətinin
həyatında çox mühüm tarixi hadisələr
münasibətilə, Azərbaycanın görkəmli
siyasi, dövlət, hərbi xadimlərinin, mil-
li qəhrəmanlarının, elm, ədəbiyyat və
incəsənət xadimlərinin şərəfinə abidələrin
və lövhələrin açılışı zamanı;
ç) Dövlət və ictimai orqanlar, müəs-
sisələr, idarələr və təşkilatlar tərəfindən
keçirilən mərasimlər və digər təntənəli
tədbirlər zamanı Azərbaycan Respublika-
sının Dövlət bayrağı qaldırılarkən;
d) Azərbaycan Respublikasına rəsmi
görüşə gələn xarici ölkələrin dövlət və
hökumət başçıları qarşılanarkən və yola
salınarkən – müvafiq ölkənin Dövlət him-
ni ifa olunduqdan sonra.
Azərbaycan Respublikasının Dövlət
himni “Azərbaycan Respublikasının Döv-
lət himni haqqında” Azərbaycan Respub-
likasının 1992-ci il 27 may tarixli Qanunu
ilə təsdiq edilmiş mətnə və musiqi redak-
siyasına tam müvafiq surətdə ifa olunma-
lıdır. Azərbaycan Respublikasının Dövlət
himni ayaq üstə dinləməli və ya oxuma-
lıdırlar.
Ə d ə b i y y a t
Dövlət himni [Mətn] //
Azərbaycan Milli Ensiklo-
pediyası: 25 cilddə.- Bakı,
2007.- Azərbaycan cildi.-
S.6.
Məmmədova, S.
Mədəniyyətşünaslıq
[Mətn]: (dərs vəsaiti)
/S.K.Məmmədova.- Bakı:
Kooperasiya, 2001.- 202 s.
İ n t e r n e t d ə
www.meclis.gov.az
www.az.wikipedia.org
27
20
illiyi