116
elektron arxivdə yerləĢdirilmiĢ məqalələrdəki istinadları da
qeyd edir.
Elmin bütün sahələri üzrə istinadları bir neçə internet
resurslarından əldə etmək mümkündür. Bu resurslar arasında
yalnız Google Scholar axtarıĢ sistemi istifadə üçün hamıya
acıqdır: digər məlumat resursları və axtarıĢ sistemləri isteh-
lakçıdan müəyyən abunə haqqı tələb edir. Google Scholar
axtarıĢ sistemi mövcud internet saytlarındakı məlumatdan
istifadə edir və jurnalların təsir əmsalına, əsərin çap olunmasına
və ya yalnız elektron variantda verilməsinə fərq qoymur.
Google Scholar-dan fərqli olaraq Tomson Röytersin internet
Ģəbəkəsində yerləĢdirdiyi ISI Web of Knowledge bazasında
informasiyanın seçiminə müəyyən məhdudiyyətlər tətbiq edilir.
Belə ki, baza əsasən Tomson Röyters tərəfindən indekslənən
jurnallardakı məqalələri və oradakı istinadları qeydə alır.
Nəticədə MathSciNet, Google Scholar və Tomson Röyters
axtarıĢ sistemləri eyni alim və əsər barədə müxtəlif məlumatlar
verir. Tomson Röytersin özəlliyi ondan ibarətdir ki, agentlik
elmi jurnalların təsir əmsallarının və məqalələrə istinadların
analizini keçən əsrin ortalarından baĢlayaraq həyata keçirir.
Ona görə də baza internetdə olmayan informasiyanı da nəzərə
almaq imkanı yaradır.
Biz elmi əsərlərə verilmiĢ istinadlar əsasında MDB və uzaq
xaricdə yaĢayan alimlərimizin siyahısını tərtib etmiĢik. Məq-
sədimiz elmi kadr potensialının elitar hissəsinin tərkibini,
sahələr üzrə paylanmasını və Azərbaycan elminin inkiĢafında
tuta biləcəyi yeri müəyyənləĢdirmək, bu qəbildən olan insan-
ların elmimizə qaytarılmasının təĢkilati formalarını müzakirəyə
çıxarmaqdır. AraĢdırmalarda ISI Web of Knowledge bazasının
statistik məlumatlarından istifadə edilib.
Təhlil zamanı üzləĢdiyimiz bəzi çətinliklər haqda da mə-
lumat vermək istərdik. Əsas problem MDB-də və xaricdə
iĢləyən alimlərin siyahıları ilə bağlıdır. Əgər ölkə daxilindəki
alimlərin siyahılarını müvafiq institut və universitetlərin
117
elektron saytlarından əldə etmək mümkündürsə, xaricdə
çalıĢan tədqiqatçılarımız haqda mərkəzləĢdirilmiĢ məlumat
bazası mövcud deyil. Ona görə də biz özümüzün və həm-
karlarımızın məlumatlarından, müxtəlif axtarıĢ sistemlərinin
nəticələrindən istifadə etmiĢik. Ġkinci problem Azərbaycan
soyadlarının rus və Azərbaycan dillərindən ingilis dilinə müx-
təlif formalarda çevrilməsi ilə bağlıdır. Nəticədə eyni müəllifin
əsərləri məlumat bazalarına müxtəlif soyadı altında daxil olur.
Aydındır ki, avtomatik axtarıĢ sistemləri belə əsərləri müxtəlif
müəlliflərin iĢləri kimi çeĢidləyir. Soyadları və ixtisasları eyni
olan tədqiqatçılar haqda məlumatlar təhlildə xeyli problemlər
yaradır. Nəhayət, deyilənlərə Orta Asiya respublikalarından,
Dağıstandan, Tatarstandan və s. olan türk soyadlı alimlərə aid
informasiyanın yaratdığı qarıĢığlığı da əlavə etsək mənzərə
tamamlanar.
Bütün bu çətinliklərə baxmayaraq tərtib etdiyimiz siyahıda
yer alan və əsərləri 200-dən artıq istinad toplamıĢ alimlər haq-
da qısa məlumat veririk: alimin soyadının yanında onun əsər-
lərinə 8 dekabr 2009-cu il tarixinədək olan istinadların sayı
göstərilib.
Qərib N. Mürşüdov-8708. Q. MürĢüdov 1985-ci ildə BDU-
nun tətbiqi riyaziyyat fakültəsini bitirib, fizika-riyaziyyat
elmləri namizədidir. Hazırda Ġngiltərədə York Universitetinin
kimya fakültəsinin iĢləyir. O, “York struktur biologiyası”
laboratoriyasında “Makromolekul biologiyasının hesablama
metodları” qrupunun rəhbəridir. Q. MürĢüdovun elmi tədqiqat-
ları makromolekulların strukturunun kompüterdə hesablanması
zamanı meydana çıxan riyazi problemlərin həllinə həsr edilib.
Onun yaratdığı REFMAC proqramı makromolekul kristal-
larının strukturunun öyrənilməsində geniĢ istifadə edilir.
Q.MürĢüdovun 1997-ci ildə “Acta Crystallographica D” jurna-
lında çap edilmiĢ və makromolekullar fizikası, kimyası üçün
fundamental əhəmiyyət daĢıyan məqaləsi indiyədək 5552
istinad toplayıb.
118
Süleyman İ. Allahverdiyev–2284: S. Allahverdiyev 1973-
cü ildə BDU-nun fizika fakültəsini bitirib, fizika-riyaziyyat
elmləri namizədi, biologiya elmləri doktorudur. Rusiyanın
PuĢino Ģəhərindəki Biologiyanın Fundamental Problemləri Ġn-
stitutunda baĢ elmi iĢçi vəzifəsində çalıĢır. S. Allahverdiyev
bitki fiziologiyası, fotosintez, fotobiologiya və fotokimya sahə-
lərində tanınmıĢ mütəxəssisdir. Elmi tədqiqatları müasir elmin
aktual problemlərindən birinə yanacağa olan tələbatın günəĢ
enerjisi, süni fotosintez, molekulyar hidrogen hesabına ödənil-
məsi məsələlərinə və ətraf mühitin zərərli təsiri altında bitki
fiziologiyasının tədqiqinə həsr olunub.
Təhmasib M. Əliyev-1653: T. Əliyev 1978-ci ildə BDU-
nun fizika fakültəsini bitirib, fizika-riyaziyyat elmləri doktoru,
Türkiyənin Orta Doğu Texniki Universitetinin professorudur.
O, yüksək enerjilər fizikası sahəsində tanınmıĢ mütəxəssisdir.
Elmi tədqiqatları elementar zərrəciklərin xassələrinin, onların
güclü qarĢılıqlı təsirinin kvant xromodinamikası çərçivəsində
tədqiqinə həsr edilib.
İstafil İ. Hüseynov – 1340: Ġ. Hüseynov BDU-nun fizika
fakültəsinin 1955-ci il məzunu, fizika-riyaziyyat elmləri dok-
toru, professordur. Hazırda Türkiyənin 18 Mart Universiteti ilə
əməkdaĢlıq edir. Ġ. Hüseynov atom-molekul və nüvə sistemlə-
rinin ümumi nəzəriyyəsi, elementar zərrəciklərin kvant mexani-
kası sahəsində elmi araĢdırmalar aparır.
Ənvər M. Quliyev-1253: Ə. Quliyev 1966-cı ildə
Azərbaycan Dövlət Tibb Universitetini bitirib, tibb elmləri
doktorudur. Hazırda ABġ-ın Çikaqo Ģəhərindəki Reproductiv
Genetika Tədqiqat və Təhsil Mərkəzinin direktoru, Reproduk-
tiv Genetika Ġnstitutunda elmi tədqiqatlar üzrə direktordur. Ə.
Quliyev həmçinin Preimplantasiyada Genetik Diaqnostika Bey-
nəlxalq Cəmiyyətinin icraçı direktorudur. Elmi tədqiqatları
sitogenetika, embrionun implantasiyadan əvvəl və ana bətnində
genetik diaqnostikası sahələrini əhatə edir.
Tahir H. Tahirov-1068: T. Tahirov 1984-cü ildə Kiyev
Dostları ilə paylaş: |