Redaktor: Cahangir Məmmədli



Yüklə 2,98 Kb.
Pdf görüntüsü
səhifə37/46
tarix11.04.2018
ölçüsü2,98 Kb.
#37906
1   ...   33   34   35   36   37   38   39   40   ...   46

 
116 
elektron  arxivdə  yerləĢdirilmiĢ  məqalələrdəki  istinadları  da 
qeyd edir.  
Elmin  bütün  sahələri  üzrə  istinadları  bir  neçə  internet 
resurslarından  əldə  etmək  mümkündür.  Bu  resurslar  arasında 
yalnız  Google  Scholar  axtarıĢ  sistemi  istifadə  üçün  hamıya 
acıqdır:  digər  məlumat  resursları  və  axtarıĢ  sistemləri  isteh-
lakçıdan  müəyyən  abunə  haqqı  tələb  edir.  Google  Scholar 
axtarıĢ  sistemi  mövcud  internet  saytlarındakı  məlumatdan 
istifadə edir və jurnalların təsir əmsalına, əsərin çap olunmasına 
və  ya  yalnız  elektron  variantda  verilməsinə  fərq  qoymur. 
Google  Scholar-dan  fərqli  olaraq  Tomson  Röytersin  internet 
Ģəbəkəsində  yerləĢdirdiyi  ISI  Web  of  Knowledge  bazasında 
informasiyanın seçiminə müəyyən məhdudiyyətlər tətbiq edilir. 
Belə  ki,  baza  əsasən  Tomson  Röyters  tərəfindən  indekslənən 
jurnallardakı  məqalələri  və  oradakı  istinadları  qeydə  alır. 
Nəticədə  MathSciNet,  Google  Scholar  və  Tomson  Röyters 
axtarıĢ sistemləri eyni alim və əsər barədə müxtəlif məlumatlar 
verir.  Tomson  Röytersin  özəlliyi  ondan  ibarətdir  ki,  agentlik 
elmi  jurnalların  təsir  əmsallarının  və  məqalələrə  istinadların 
analizini  keçən  əsrin  ortalarından  baĢlayaraq  həyata  keçirir. 
Ona görə də baza internetdə olmayan informasiyanı  da nəzərə 
almaq imkanı yaradır.  
Biz elmi əsərlərə verilmiĢ istinadlar əsasında MDB və uzaq 
xaricdə  yaĢayan  alimlərimizin  siyahısını  tərtib  etmiĢik.  Məq-
sədimiz  elmi  kadr  potensialının  elitar  hissəsinin  tərkibini, 
sahələr  üzrə  paylanmasını  və  Azərbaycan  elminin  inkiĢafında 
tuta  biləcəyi  yeri  müəyyənləĢdirmək,  bu  qəbildən  olan  insan-
ların elmimizə qaytarılmasının təĢkilati formalarını müzakirəyə 
çıxarmaqdır. AraĢdırmalarda ISI Web of  Knowledge bazasının 
statistik məlumatlarından istifadə edilib. 
Təhlil  zamanı  üzləĢdiyimiz  bəzi  çətinliklər  haqda  da  mə-
lumat  vermək  istərdik.  Əsas  problem  MDB-də  və  xaricdə 
iĢləyən  alimlərin  siyahıları  ilə  bağlıdır.  Əgər  ölkə  daxilindəki 
alimlərin  siyahılarını  müvafiq  institut  və  universitetlərin 


 
117 
elektron  saytlarından  əldə  etmək  mümkündürsə,    xaricdə 
çalıĢan  tədqiqatçılarımız  haqda  mərkəzləĢdirilmiĢ  məlumat 
bazası  mövcud  deyil.  Ona  görə  də  biz    özümüzün  və  həm-
karlarımızın  məlumatlarından,    müxtəlif  axtarıĢ  sistemlərinin 
nəticələrindən  istifadə  etmiĢik.  Ġkinci  problem  Azərbaycan 
soyadlarının rus və  Azərbaycan dillərindən ingilis dilinə müx-
təlif formalarda çevrilməsi ilə bağlıdır. Nəticədə eyni müəllifin 
əsərləri məlumat bazalarına müxtəlif soyadı  altında daxil olur. 
Aydındır ki, avtomatik axtarıĢ sistemləri belə əsərləri müxtəlif 
müəlliflərin  iĢləri  kimi  çeĢidləyir.  Soyadları  və  ixtisasları  eyni 
olan  tədqiqatçılar  haqda  məlumatlar  təhlildə  xeyli  problemlər 
yaradır.  Nəhayət,  deyilənlərə  Orta  Asiya  respublikalarından, 
Dağıstandan, Tatarstandan və s. olan türk soyadlı alimlərə  aid 
informasiyanın  yaratdığı  qarıĢığlığı  da  əlavə  etsək  mənzərə 
tamamlanar.  
Bütün bu çətinliklərə baxmayaraq tərtib etdiyimiz siyahıda 
yer alan və əsərləri 200-dən  artıq istinad toplamıĢ alimlər haq-
da  qısa  məlumat  veririk:  alimin  soyadının  yanında  onun  əsər-
lərinə  8  dekabr  2009-cu  il  tarixinədək  olan  istinadların  sayı 
göstərilib.  
Qərib N. Mürşüdov-8708. Q. MürĢüdov 1985-ci ildə BDU-
nun  tətbiqi  riyaziyyat  fakültəsini  bitirib,  fizika-riyaziyyat 
elmləri  namizədidir.  Hazırda  Ġngiltərədə  York  Universitetinin 
kimya  fakültəsinin  iĢləyir.  O,  “York  struktur  biologiyası”  
laboratoriyasında  “Makromolekul  biologiyasının  hesablama 
metodları” qrupunun rəhbəridir. Q. MürĢüdovun elmi tədqiqat-
ları makromolekulların strukturunun kompüterdə hesablanması 
zamanı  meydana  çıxan  riyazi  problemlərin  həllinə  həsr  edilib. 
Onun  yaratdığı  REFMAC  proqramı  makromolekul  kristal-
larının  strukturunun  öyrənilməsində  geniĢ  istifadə  edilir. 
Q.MürĢüdovun 1997-ci ildə “Acta Crystallographica D” jurna-
lında  çap  edilmiĢ  və  makromolekullar  fizikası,  kimyası  üçün 
fundamental  əhəmiyyət  daĢıyan  məqaləsi  indiyədək  5552 
istinad toplayıb.  


 
118 
Süleyman  İ.  Allahverdiyev–2284:  S.  Allahverdiyev  1973-
cü  ildə  BDU-nun  fizika  fakültəsini  bitirib,  fizika-riyaziyyat 
elmləri  namizədi,  biologiya  elmləri  doktorudur.  Rusiyanın 
PuĢino  Ģəhərindəki  Biologiyanın  Fundamental  Problemləri  Ġn-
stitutunda  baĢ  elmi  iĢçi  vəzifəsində  çalıĢır.  S.  Allahverdiyev 
bitki fiziologiyası, fotosintez, fotobiologiya və fotokimya sahə-
lərində tanınmıĢ mütəxəssisdir. Elmi tədqiqatları müasir elmin 
aktual  problemlərindən  birinə  yanacağa  olan  tələbatın  günəĢ 
enerjisi, süni fotosintez, molekulyar  hidrogen hesabına ödənil-
məsi  məsələlərinə  və  ətraf  mühitin  zərərli  təsiri  altında  bitki 
fiziologiyasının tədqiqinə həsr olunub. 
Təhmasib M. Əliyev-1653:  T. Əliyev 1978-ci ildə BDU-
nun fizika fakültəsini bitirib, fizika-riyaziyyat  elmləri doktoru, 
Türkiyənin  Orta  Doğu  Texniki  Universitetinin  professorudur. 
O,  yüksək  enerjilər  fizikası  sahəsində  tanınmıĢ  mütəxəssisdir.  
Elmi  tədqiqatları  elementar  zərrəciklərin  xassələrinin,  onların 
güclü  qarĢılıqlı  təsirinin  kvant  xromodinamikası  çərçivəsində 
tədqiqinə həsr edilib.  
İstafil İ. Hüseynov  – 1340:   Ġ. Hüseynov  BDU-nun fizika 
fakültəsinin  1955-ci  il  məzunu,  fizika-riyaziyyat  elmləri  dok-
toru, professordur. Hazırda Türkiyənin 18 Mart Universiteti ilə 
əməkdaĢlıq edir.  Ġ. Hüseynov  atom-molekul  və nüvə sistemlə-
rinin ümumi nəzəriyyəsi, elementar zərrəciklərin kvant mexani-
kası sahəsində elmi araĢdırmalar aparır.  
Ənvər  M.  Quliyev-1253:  Ə.  Quliyev  1966-cı  ildə 
Azərbaycan  Dövlət  Tibb  Universitetini  bitirib,  tibb  elmləri 
doktorudur.  Hazırda  ABġ-ın  Çikaqo  Ģəhərindəki    Reproductiv 
Genetika Tədqiqat və Təhsil Mərkəzinin direktoru,  Reproduk-
tiv  Genetika  Ġnstitutunda  elmi  tədqiqatlar  üzrə  direktordur.  Ə. 
Quliyev həmçinin Preimplantasiyada Genetik Diaqnostika Bey-
nəlxalq  Cəmiyyətinin  icraçı  direktorudur.  Elmi  tədqiqatları 
sitogenetika, embrionun implantasiyadan əvvəl və ana bətnində 
genetik diaqnostikası sahələrini əhatə edir. 
Tahir  H.  Tahirov-1068:  T.  Tahirov  1984-cü  ildə  Kiyev 


Yüklə 2,98 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə