Redaktor: Cahangir Məmmədli



Yüklə 2,98 Kb.
Pdf görüntüsü
səhifə39/46
tarix11.04.2018
ölçüsü2,98 Kb.
#37906
1   ...   35   36   37   38   39   40   41   42   ...   46

 
122 
Novruz Q.Əhmədov-392N. Əhmədov 1983-cü ildə  BDU-
nun  kimya  fakültəsini  bitirib,  kimya  elmləri  namizədidir. 
Hazırda  ABġ-ın  Qərbi  Virciniya  Universitetinin  kimya  fakül-
təsində  nüvə  maqnit  rezonans  qurğusunun  rəhbəri  kimi  fəa-
liyyət  göstərir.  Tədqiqatları  yüksək  ayrıcılıq  qabilliyəti  olan 
maqnit nüvə rezonansının üzvi maddələrin spektroskopiyasında 
tətbiqi məsələlərini əhatə edir.   
Hüseyn Ş. Hüseynov-335H. Hüseynov 1973-cü ildə BDU 
-nun  mexanika-riyaziyyat  fakültəsini  bitirib,  fizika-riyaziyyat 
elmləri  doktorudur.  O,  hazırda  Türkiyənin  Atılım  Universite-
tinin  professorudur.  Elmi  iĢləri  xətti  və  qeyri-xətti  funksional 
analizin,  avtomorfiq  funksiyaların  spektral  nəzəriyyəsinin,  Ri-
man  çoxobrazlılarının  spektral  həndəsəsinin  problemlərini 
əhatə edir. 
Vəli  T.  Gasımov-321:  V.  Gasımov  1976-cı  ildə  Leninqrad 
Dövlət  Universitetinin kimya  fakültəsini bitirib, kimya elmləri 
namizədi,  Türkiyənin  ġanlıurfa  Ģəhərindəki  Harran  Universi-
tetinin dosentidir. Elmi araĢdırmaları radikal-liqand metal kom-
plekslərinin  sintezi,  onların  kristal  quruluĢu,  spektroskopik, 
maqnit,  elektrokimyəvi  və  katalitik  xassələrinin,    elektron 
keçidlərinin tədqiqini əhatə edir. 
Rüfət  M.Mir-Qasımov-  314:  R.  Mir-Qasımov  Moskva 
Dövlət  Universitetinin  fizika  fakültəsini  bitirib,  fizika-
riyaziyyat  elmləri  doktoru,
 
AMEA-nın  müxbir  üzvüdür.  Rusi-
yanın  BirləĢmiĢ  Nüvə  Tədqiqatları  Ġnstitutunda  və  Türkiyənin 
müxtəlif  universitetlərində  çalıĢır.  R.  Mirqasımov  kvant  sahə 
nəzəriyyəsi və riyazi fizika sahəsində tanınmıĢ mütəxəssisdir. 
Bəxtiyar Q. Salamov-302B. Salamov 1984-cü ildə BDU-
nun fizika fakültəsini bitirib, fizika-riyaziyyat  elmləri doktoru, 
Qazi Universitetinin (Türkiyə) professorudur. Elmi tədqiqatları 
yarımkeçiricilər  fizikası,  infraqırmızı    fotodetektorlar  və 
ceviricilər,  səthlərin  fizika  və  kimyası  problemlərinin  öyrənil-
məsinə  aiddir.
 
Oqtay  K.Paşayev-263:  O.  PaĢayev  1978-ci  ildə  Moskva 


 
123 
Dövlət  Universitetinin  fizika  fakültəsini  bitirib,  fizika-riyaziy-
yat elmləri namizədidir. O, uzun müddət Rusiyanın Bir-ləĢmiĢ 
Nüvə  Tədqiqatları  Ġnstitutunda  iĢləmiĢdir.  Hazırda  O.  PaĢayev 
Türkiyənin  Ġzmir Texnologiya  Ġnstitutunun riyaziyyat  kafedra-
sının  professorudur.  Elmi  tədqiqatları  riyazı  fizikanın  və  inte-
qrallanan  qeyri-xətti  sistemlərin  müxtəlif  problemlərinə  həsr 
edilib.  
Emil  T.Əhmədov-261:  E.  Əhmədov  1995-ci  ildə  Moskva 
Dövlət  Fizika-Texnika  Ġnstitutunu  bitirib,  fizika-riyaziyyat 
elmləri  doktorudur. Rusiyanın  Nəzəri və  Eksperimental  Fizika 
Ġnstitutunda  (Moskva)  böyük  elmi  iĢçi  vəzifəsində  çalıĢır. 
Yüksək  enerjilər  fizikasının  müasir  nəzəriyyələri  sahəsində 
tədqiqatlar aparır. 
Yalçın  R.Əfəndiyev-254:    Y.  Əfəndiyev  1993-cü  ildə 
Moskva  Dövlət  Universitetinin  hesablama  riyaziyyatı  və 
kibernetika  fakültəsini  bitirib.  1999-cu  ildə  Kaliforniya 
Texnologiya Ġnstitutunda tətbiqi riyaziyyat ixtisası üzrə fəlsəfə 
doktoru  elmi  dərəcəsini  alıb.  Hazırda  Texas  A&M  Univer-
sitetinin  (Kollec SteyĢn, ABġ) riyaziyyat kafedrasının profes-
soru  və  Hesablama  Elmləri  Ġnstitutunun  direktorudur.  Təd-
qiqatları  çoxmiqyaslı  modelləĢdirmə  və  hesablama  sahələrini 
əhatə edir.  
Əmrulla  M.  Məmmədov-207:  Ə.  Məmmədov  1968-ci  ildə 
BDU-nun  fizika  fakültəsini  bitirib,  fizika-riyaziyyat  elmləri 
doktorudur.  Hazırda  o,  Türkiyənin  Çukurova  Universitetinin 
professorudur.  Elmi  iĢləri  qeyri-xətti  optikaya,  ferroelek-
triklərin  optikası  və  spektroskopiyasına,  yarımkeçiricilərin  və 
ferroelektriklərin  xassələrinin  nəzəri  hesablanmasına  həsr  edi-
lib.  
Təhlil  zamanı  yüksək  göstəricisi  olan  bir  sıra  alim  haqda 
bioqrafik məlumat toplamaq mümkün olmadığından onlar əsas 
siyahıya daxil edilməyib. Lakin ədalət naminə onlar haqda əldə 
edə bildiyimiz informasiyanı ictimaiyyətin nəzərinə çatdırmağı 
özümüzə  borc  bilirik:  Arif  Məmmədov-1092  (nanotexnologi-


 
124 
yalar),  E.  Məmmədov-775  (kimya  və  neft-kimyası),  Adil 
Əbdürəhimov-471Taleh Yusifov-371Natiq Piriyev-265 və 
Novruz  B.  Əhmədov-299  (tibbi  və  molekulyar  biologiya, 
biokimya;  ABġ),  Fikrət  Abdullayev  –339
 
(tibb;  Meksika), 
Vahid A. Məmmədov-202 (kimya; Rusiya). 
Siyahıdakı  alimlər  biologiya,  kimya,  yüksək  enerjilər 
fizikası, materialĢünaslıq, bərk cisimlər fizikası, biokimya, tibb,
 
riyaziyyat  kimi  sahələrdə  fundamental  və  tətbiqi-texnoloji 
tədqiqatlar  aparan  mütəxəssislərdir.  Onlar  arasında  beynəlxalq 
və milli elmi cəmiyyətlərin icraçı direktoru və prezidenti, elmi 
jurnalların  redaksiya  heyətlərinin  üzvlərini  tapmaq  mümkün-
dür.  Alimlərimiz  çalıĢdıqları  ölkələrdə  gənc  elmi  kadrların 
hazırlanmasında fəal istirak edirlər. Onlar dəfələrlə beynəlxalq 
konfranslarda  çıxıĢ  etmiĢ,  digər  ölkələrin  universitetlərində 
mühazirələr oxumuĢ, birgə tədqiqatlar aparmıĢlar. Azərbaycanlı 
mütəxəssislər arasında perspektivli hesab edilən tibbi biologiya, 
nanotexnologiyalar, alternativ enerji mənbələri sahələrində eks-
pertlər var. Maraqlıdır ki, bu sahələrin bəziləri, məsələn fizika, 
kimya, materialĢünaslıq Azərbaycan elminin məhsuldar hissəsi-
nə aiddir. Biologiya və tibb elmlərində isə yerli tədqiqatçıların 
nəticələri  elə  də  ürəkaçan  deyil.  Deməli,  xaricdəki  elmi  kadr 
potensialı  ilə  Azərbaycan  elminin  formalaĢmıĢ  prioritetlərinin 
sadə  müqayisəsi  islahatlara  ilk  növbədə  hansı  sahələrin  cəlb 
edilməsinə aydınlıq gətirir.  
Alimlərimizin  bir  hissəsi  əvvəllər  çalıĢdıqları  təĢkilatlarla 
formal  da  olsa  əlaqə  saxlayır,  məqalələrində  həmin  institutları 
ikinci  ünvan  kimi  göstərir.  Lakin  bu  sözləri  xarici  ölkələrdəki 
alimlərin hamısına aid etmək olmaz. Əslində bəzi həmvətənlə-
rimizin  respublikanın  elmi  müəssisiləri  ilə  davamlı  əlaqəsi  də 
olmayıb, çünki ali təhsili, elmi dərəcəni Bakı və ya Moskvada 
aldıqdan  sonra  onlar  MDB  məkanında  çalıĢmağa  baĢlamıĢ  və 
ya  qısa  müddətdən  sonra  nüfuzlü  xarici  universitetlərə  dəvət 
olunmuĢlar.  Onların  əksəriyyətinin  Bakıdakı  həmkarları  ilə 
Ģəxsi  əlaqələri  mövcuddur.  Lakin  belə  alimlərlə  hələ  də  rəsmi 


Yüklə 2,98 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə