Redaktor: Cahangir Məmmədli



Yüklə 2,98 Kb.
Pdf görüntüsü
səhifə35/46
tarix11.04.2018
ölçüsü2,98 Kb.
#37906
1   ...   31   32   33   34   35   36   37   38   ...   46

 
110 
dillərində  yaradılmıĢ  ədəbi-fəlsəfi  irsimizin,  incəsənət 
əsərlərimizin  təsdiqi  istiqamətində  böyük  mücadilə  verilmə-
lidir.  Dil  və  ədəbiyyatımızın  formalaĢmasında  əhəmiyyətli  rol 
oynamıĢ  bədii  əsərlər,  folklor  nümunələri  və  bu  sahədə  apa-
rılmıĢ  tədqiqat  iĢləri,  musiqi  sənətimiz,  musiqi  alətlərimiz 
haqda  yazılmıĢ  tədqiqat  əsərləri  siyahıya  daxil  edilməlidir. 
Lazım  gələrsə  bu  iĢə  xarici  alimlər  və  tərcüməçilər  cəlb 
olunmalıdır. 
Humanitar  sahələr  üzrə  ixtisaslaĢan  və  AMEA-nın  insti-
tutları, universitetlər, yaradıcılıq təĢkilatları tərəfindən nəĢr edi-
lən  jurnalların  beynəlxalq  məlumat  bazalarında,  Tomson  Röy-
ters  Agentliyində  qeydiyyata  götürülməsi  istiqamətində  ardıcıl 
və  məqsədyönlü  iĢ  aparılmalıdır.  Jurnalların  vaxtında,  yüksək 
keyfiyyətli  nəĢrinə  nail  olmaq,  onların  elektron  saytlarını 
yaratmaq  vacibdir:  beynəlxalq  məlumat  bazaları,  məsələn, 
SCOPUS məhz belə Ģərtlər qoyur. Tomson  Röytersin tələbləri 
isə daha sərtdir və agentliyə yalnız müəyyən təcrübə toplanan-
dan  sonra  müraciət  etmək  məqsədəuyğundur.  Təhlillər  sübut 
edir  ki,  jurnalın  Azərbaycan  dilində  nəĢr  edilməsi  qeydiyyat 
məsələsində problem yaratmamalıdır. Lakin buna baxmayaraq, 
humanitar  sahə  jurnallarında  çap  olunan  məqalələrin  ingilis 
dilində hazırda qəbul  edilmiĢ formatdan daha geniĢ  və  yüksək 
səviyyəli xülasələri  verilməlidir. Əbəbiyyat   jurnalları, əlbəttə, 
Azərbaycan dilində nəĢr edilməli  və qeydiyyatdan keçirilməli-
dir. Əgər rus dilində çıxan “Русская Литература”, “Новый 
Мир”    dərgiləri  A&HCI  siyahısında  yer  ala  bilirsə,  deməli, 
Yazıçılar  Birliyinin  keyfiyyətcə  onlardan  geri  qalmayan 
Azərbaycan” və “Qobustan” jurnalları da qeydiyyatdan keçi-
rilə  bilər.  Müəyyən  təcrübəmiz  olduğu  üçün  bu  iĢlərdə  həm-
karlarımıza yardım etməyə həmiĢə hazırıq.  
AraĢdırmalar  göstərir  ki,  bəzi  istisnalar  nəzərə  alınmazsa, 
türk  xalqlarının  tarixinə,  dillərinə,  ədəbiyyatına,  musiqisinə 
həsr edilmiĢ müstəqil nəĢrlər Tomson Röytersin siyahısında yer 
almayıb. Bu sahələrə aid elmi tədqiqatlar məskunlaĢma coğrafi-


 
111 
yasından  asılı  olaraq  Aralıq  dənizi  və  Yaxın  ġərq  (Türkiyə), 
Qafqaz  (Azərbaycan),  Orta  Asiya  (Türkmənistan,  Özbəkistan, 
Qazaxıstan,  Ğırğızıstan)    xalqlarının  və  ya  Rusiyanın  tarixinə, 
ədəbiyyatına,  incəsənətinə  həsr  edilmiĢ  jurnallarda  nəĢr  edilir. 
Dünya elmində, məsələn, ərəblərdən fərqli olaraq, türk tarix və 
mədəniyyəti hələ vahid bir istiqamət kimi formalaĢmayıb. Belə 
vəziyyəti,  yəqin  ki,  türk  xalqlarının  müxtəlif  taleyi,  tarixi  in-
kiĢaf  yolları  ilə  izah  etmək  mümkündür.  Son  20  il  ərzində  6 
müstəqil türk dövlətinin bu sahədə birgə elmi jurnallar təsis və 
nəĢr  edə  bilməməsinə  isə  bəraət  qazandırmaq  mümkün  deyil. 
Türkdilli ölkələrin elmi-mədəni inteqrasiyasında tarixçi və ədə-
biyyatĢünas  alimlər,  sənətĢünaslar,  musiqiĢünaslar  aparıcı  rol 
oynamalıdırlar. AMEA-nın institutları, universitetlər, Yazıçılar 
Birliyi,  Bəstəkarlar,  Rəssamlar  ittifaqları  müĢtərək  dərgilərin 
təsis  edilməsində,  nəĢrində,  beynəlxalq  səviyyədə  qeydiy-
yatında  təĢəbbüskarlıq  göstərməlidir:  kimisə  və  ya  nəyisə 
gözləməyin zamanı deyil. Bu sahədə ölkəmizdə toplanmıĢ təc-
rübədən  də  faydalanmaq  olar.  Belə  ki,  bu  yaxınlarda  türkdilli 
ölkələrin  Riyaziyyat  Cəmiyyətləri  vahid  Türk  Dünyası  Riya-
ziyyat  Cəmiyyətini  və  “TWMS  Journal  of  Pure  and  Applied 
Mathematics”  jurnalını  təsis  etmiĢlər.  Sevindirici  haldır  ki, 
jurnalın nəĢri məhz Azərbaycan riyaziyyatçılarına etibar edilib 
və  onun  birinci  sayı  tezliklə  iĢıq  üzü  görəcək.  Ġctimai  və  hu-
manitar elmlərdə də müxtəlif ölkə alimlərinin səylərinin əlaqə-
ləndirilməsi və birləĢdirilməsi böyük səmərə verə bilər.   
Azərbaycan xalqı 20-ci əsrdə türk və müsəlman dünyasında 
modernləĢmə  və  müasir  dünyaya  inteqrasiya  yönümlü  çox  si-
yasi,  mədəni  təĢəbbüsə  imza  atıb  və  onların  ilk    icraçısı  olub. 
Ona  görə  də  türk  xalqlarının  elmi-mədəni  inteqrasiyası  məsə-
lələrində də alimlərimiz ön sirada olmalıdır. Bunun üçün Azər-
baycanın  zəngin  mədəni  irsi  də,  tarixi  təcrübəsi  də,  müasir 
intellektual potensialı da var! 
Məqalə tam Ģəkildə “Elm” qəzetinin 28 yanvar  və 16 fevral,  
ixtisarlarla isə “Respublika” qəzetinin 30 yanvar və 2 fevral 2010-cu il 
tarixli saylarında çap edilib. 


 
112 
XARĠCĠ ÖLKƏLƏRDƏ ÇALIġAN ALĠMLƏRĠMĠZ 
 
 
 “Azərbaycan  Respublikasında  2009-2015-ci  illərdə  elmin 
inkiĢafı  üzrə  Milli  Strategiya”  və  onun  həyata  keçirilməsi  ilə 
bağlı “Tədbirlər Planı” elmimizin dərin, geniĢ miqyaslı, hərtə-
rəfli  islahatlarını  nəzərdə  tutan  əhəmiyyətli  sənəddir.  Milli 
Strategiya  Azərbaycan  elminin  əldə  etdiyi  tarixi  nailiyyətləri 
qeyd  etməklə  yanaĢı  diqqəti  mövcud  problemlərə  yönəldir, 
onların  həlli  yollarını,  müddət  və  icraçılarını  göstərir,  dövlət 
təĢkilatları, AMEA və universitetlər qarĢısında konkret vəzifə-
lər  qoyur.  Ġslahatların  məqsədi  Azərbaycan  elmini  ölkənin  so-
sial-iqtisadi  və  mədəni  tələblərinin  daha  dolğun  Ģəkildə 
ödənilməsinə  yönəltmək,  elmi  təĢkilatların  struktur  və  idarə-
edilməsini,  maliyyələĢmə  sxemlərini,  aparılan  tədqiqatların 
mövzu  və  səviyyəsini  beynəlxalq  standartlara  uyğunlaĢdır-
maqdır. 
Elmimizin  çoxsaylı  problemlərinin  təhlili,  onların  həlli 
yollarının araĢdırılması ölkə rəhbərliyinin və elmi ictimaiyyətin 
daim diqqət mərkəzindədir. Bu baxımdan Prezident Administ-
rasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin 2009-cu ilin 
dekabrın  8-də  “Azərbaycan”  qəzetində  çap  olumnuĢ  İctimai 
və  humanitar  elmlər:  zaman  kontekstində  baxış  adlı  məqa-
ləsinin  böyük  əhəmiyyəti  var.  Məqalədə  ölkənin  iqtisadiy-
yatında baĢa çatmıĢ keçid dövrü fonunda ictimai və humanitar 
elmlər  qarĢısında  duran  vəzifələr  geniĢ  təhlil  edilir,  tarix, 
fəlsəfə,  hüquq,  sosiologiya,  ədəbiyyatĢünaslıq  və  s.  kimi  elm-
lərdə mövcud nöqsanlar tənqid edilir, vəziyyətdən çıxıĢ yolları 
göstərilir. Məqalənin ictimai və humanitar elm sahələrinin gələ-
cək inkiĢafında əhəmiyyətli rol oynayacağı Ģübhə doğurmur. 
Biz,  Strategiyadakı  müddəaların  təhlilinə  həsr  olunmuĢ 
məqaləmizdə  (“Azərbaycanda  elmin  mövcud  və  gələcək  prio-
ritetləri”, “Respublika” qəzeti,  17 iyul 2009) beynəlxalq infor-
masiya  mənbələrinə  əsaslanaraq  elmimizin  məhsuldar  sahə  və 
istiqamətləri,  onların  inkiĢaf  dinamikası,  gələcək  prioritetləri 


Yüklə 2,98 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə