Redaktor: Cahangir Məmmədli



Yüklə 2,98 Kb.
Pdf görüntüsü
səhifə34/46
tarix11.04.2018
ölçüsü2,98 Kb.
#37906
1   ...   30   31   32   33   34   35   36   37   ...   46

 
107 
Diqqəti 
yönəltmək 
istədiyimiz 
ikinci  dərgi  isə  ABġ-ın 
Ġllinoys 
Universitetinin “Ethnomusicology” jur-
nalıdır.  Burada  dünyanın  bütün  xalq-
larının  musiqisinə  həsr  edilmiĢ  analitik 
məqalələr,  çoxsaylı  monoqrafiyalara, 
buraxılan disklərə və filmlərə rəylər çap 
edilir.  Jurnalın  elektron  saytında  onun 
1999-2009-cu  illəri  əhatə  edən  sayları-
nın  mündəricatı,  bəzi  məqalələrin  xü-
lasəsi ilə tanıĢ olmaq mümkündür. Əldə 
edə  bildiyimiz  məlumatlardan  görünür 
ki,  jurnal  Azərbaycan  xalq  musiqisinə 
böyük diqqətlə yanaĢır. Həqiqətən də, 47-ci cildin 3-cü buraxı-
lıĢında Mələkxanım Eyyubovanın “Azərbaycan muğamının an-
tologiyası”ndan  olan  diskdə  yer  almıĢ  ifası,  tarzən  M. 
Mansurovun və qarmonçalan A. Əliyevin dünya misiqisi silsi-
ləsindən Azərbaycan musiqisinə həsr edilmiĢ disklərdəki ifaları 
haqda  rəylər  çap  olunub.    Bundan  baĢqa,  47-ci  cildin  1-ci  sa-
yında (2003) “UĢaqlar muğam oxuyur: qaçqın düĢərgəsində ya-
Ģayan azərbaycanlı uĢaqlar özlərinin ənənəvi xalq musiqisini ifa 
edir”  filminə,  44-cü  cildin  3-cü  sayında  “Azərbaycanda  yazıl-
mıĢ  musiqi  haqqında  iki  esse”,  2-ci  sayında  isə  qadın  muğam 
ifaçılarımız  haqqında  məqalə  verilib.  Və  bu  yazıların  müəl-
lifləri, əgər səhv etmiriksə, xarici musiqiĢünaslardır.  
AraĢdıracağımız sonuncu bölmə “incəsənət” bölməsidir ki, 
bura cəmi 70 jurnal cəmlənib. Bu nəĢrlər arasında qitələrin in-
cəsənətinə, məsələn, Afrika və Asiya incəsənətinə həsr edilmiĢ 
African  Arts”,  “Arts  of  Asia”    jurnalları  var.  Bundan  baĢqa, 
bölməyə  incəsənətin  rəngkarlıq,  keramika,  fotoqrafiya  kimi 
istiqamətləri  üzrə  ixtisaslaĢan,  incəsənət  tarixinə  və  onun 
tədrisinə  həsr  edilmiĢ  jurnallar  daxil  edilib.  Dünyanın  məĢhur 
museylərinin- Metropoliten, Luvr, Berlin muzeylərinin nəĢrləri 
də  burada  təmsil  olunub.  Digər  bölmələrdə  olduğu  kimi 


 
108 
“incəsənət”  bölməsində  də  müxtəlif  dillərdə  nəĢr  edilən  jurnal 
tapmaq  mümkündür.  Bu  qəbildən  olan  nəĢrlər  arasında  xorvat 
dilində çap edilən “Život Umjetnosti”, Çex Elmlər Akademiya-
sının  Ġncəsənət  Ġnstitutu  tərəfindən  çex  dilində  buraxılan 
Uměni/Art” jurnallarını qeyd edə bilərik. 
Asiya incəsənəti üzrə ixtisaslaĢan jurnallar Türkiyə və Ġran 
incəsənəti,  türklərin  yaratdığı  mədəniyyət  abidələri  haqda 
maraqlı  araĢdırmalara  diqqətlə  yanaĢırlar.  Məsələn,  “Artibus 
Asiae”  dərgisində  Osmanlı  və  məmlük  xəzinələrindəki  qılınc-
lar,  Qacar  Ģah  üsul-idarəsinin  incəsənətdə  təsviri,  Ġstanbuldakı 
Rüstəm  PaĢa  məscidinin  kirəmid  dam  örtüyü,  Konyadakı 
Ələddin  məscidinə  yeni  baxiĢ,  Ġranın  otra  əsr  incəsənəti,  Ġran 
keramikası,  rus-fars  müharibələrinin  monumental  rəngkarlıq 
əsərlərində təsviri, III Sultan Muradın albomu, məmlük mozaik 
ĢüĢə  dekorasiyası,  moğol  rəssamının  əsərində  Ġnayət  xanın 
ölümü,  Qahirədəki  Sultan  Həsən  sarayının  arxitekturası  və  s. 
həsr edilmiĢ tədqiqatlara rast gəlirik.  
Göründüyü  kimi,  humanitar  elmlərdə  beynəlxalq  aləmə 
inteqrasiya,  bəzilərinin  fikirləĢdiyi  kimi,  milli-mənəvi  dəyər-
lərdən imtina etmək, dilimizi, ədəbiyyatımızı unudaraq  yalnız 
ingilis dilində yazıb-yaratmaq anlamına gəlmir. Əksinə, dünya 
elmini  məhz  bizim  dilimiz,  ədəbiyyatımız,  musiqimiz,  mənəvi 
dəyərlərimiz,  onların  mənĢəyi,  tarixi  inkiĢaf  yolu,  müasir 
həyatımızdakı  yeri  maraqlandırır.  Və  dünya  elminin  Azərbay-
cana olan marağını biz özümüz təmin etməliyik.  
Ġncəsənət  və  humanitar  elmlərdə  ixtisaslaĢan  beynəlxalq 
jurnalların  monitorinqi  digər  mühüm  məsələlərə  aydınlıq  gə-
tirmək və vacib nəticələr çıxarmaq baxımından da çox əhəmiy-
yətlidir. Bu nəticələr hansılardır? 
1.
 
Təbiət  və  texniki  elmlərdə  olduğu  kimi,  incəsənət,  hu-
manitar elm sahələrində də təsir əmsalı olan, indekslənən çox-
saylı jurnallar nəşr edilir 
2.
 
Səviyyəsindən asılı  olaraq müxtəlif dillərdə nəşr  edilən 
incəsənət, humanitar elm jurnalları Tomson Röyters Agentliyi-


 
109 
nin siyahısında yer alır; 
3.
 
Böyük və ya kiçikliyindən asılı olmayaraq hər bir xalqın 
tarixi, dili, ədəbiyyatı, etnoqrafiyası, fəlsəfi görüşləri, musiqisi, 
incəsənəti  unikal  olmaqla  yanaşı  dünya  tarixi-mədəni  irsinin 
ayrılmaz tərkib hissəsidir;  
4.
 
Müasir  elmi-metodoloji  tələblərə  cavab  verdikdə  bu 
sahələr  üzrə  istənilən  tədqiqatın  nəticəsini  ən  yüksək  səviyyəli 
jurnallarda çap etdirmək mümkündür. 
Xalqımızın  tarixi,  əsrlər  boyu  formalaĢmıĢ  zəngin  
ədəbiyyatı,  mədəniyyəti  dünya  elmində  layiqincə  təmsil  olun-
malıdır. Mövcud problemlərin həllinə nail olmaq məqsədilə bə-
zi  tədbirlər  həyata  keçirilməlidir  ki,  bu  haqda  təkliflərimizi 
bölüĢmək  istərdik.  Əgər  qarĢıda  duran  əsas  məqsədlərdən  biri 
dünya  elminə  inteqrasiyadırsa,  onda  aydindır  ki,  akademik 
institutlar və universitetlər, ilk növbədə, beynəlxalq elm məka-
nını  formalaĢdıran  jurnallar,  monoqrafiyalarla  tam  Ģəkildə  tə-
min  olunmalı,  beynəlxalq  məlumat  bazalarına  abunə  məsələsi 
həll  edilməlidir.  Belə  jurnal  və  bazalardan  istifadə  imkanı 
olmayan  alimdən  fəaliyyətində  dönüĢ  yaratmağı  tələb  etmək 
mənasızdır. Elmi tədqiqatların A&HCI-dakı jurnallarda nəĢrinə 
nail olmaq lazımdır. Bu istiqamətdə ilk addım kimi Türkiyədə 
nəĢr  edilən  və  A&HCI  siyahısına  qəbul  edilmiĢ  dərgilərdən 
istifadə etmək məqsədəuyğundur. Tomson  Röyters jurnalların-
da  çap  olunmuĢ  məqalələrə  görə  muəlliflər  əhəmiyyətli  mü-
kafatlar  almalı,  onların  beynəlxalq  konfranslarda  iĢtirakı  tam 
həcmdə maliyyələĢdirilməlidir. 
Azərbaycan  tarixi,  ədəbiyyatı,  fəlsəfəsi,  etnoqrafiyası,  mu-
siqiĢünaslığı  sahəsində  dəyərli  hesab  edilən  əsərlərin  ingilis 
dilinə tərcüməsi, nəĢri və yayılması məqsədilə müvafiq Dövlət 
Proqramı  qəbul  edilməlidir.  Ġlk  növdəbə,  ərəb,  fars  dillərində 
yazıb-yaratmıĢ  klassik  Ģair  və  yazıçıların,  filosofların  əsərləri 
tərcümə  edilməlidir,  çünki  xarici  universitet  və  mərkəzlər  bu 
sahədə  tədqiqatlar  apararkən  onları  ərəb  və  ya  fars  Ģairləri, 
filosofları  kimi  qələmə  verirlər.  Ümumiyyətlə,  ərəb  və  fars 


Yüklə 2,98 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə