Redaktor: Cahangir Məmmədli



Yüklə 2,98 Kb.
Pdf görüntüsü
səhifə30/46
tarix11.04.2018
ölçüsü2,98 Kb.
#37906
1   ...   26   27   28   29   30   31   32   33   ...   46

 
95 
aydındır.  Son  illərdə  bu  sahədə  xeyli  iĢlər  görülüb,  məqalələr, 
monoqrafiyalar nəĢr edilib. Lakin indi ölkəmizin verdiyi müca-
dilə  yerli  xarakter  daĢımır,  o,  çoxdan  beynəlxalq  müstəviyə 
keçirilib  və,  deməli,  tarixi  tədqiqatlar,  onların  nəticələri  də 
beynəlxalq  arenaya  çıxarılmalı,  dövlət  xadimləri  və  diplomat-
larımızın  mübarizəsində  ideoloji  fundament  rolunu  oynama-
lıdır.  Bu  vəzifə  məsuliyyətli  olduğu  qədər  də  çətindir,  çünki 
bizim alimlərimiz təcavüzkar tərəfin mütəxəssisləri ilə bərabər 
vəziyyətdə deyil. Həqiqətən də, erməni ideoloqlarının yüz ildən 
də  çox  davam  edən  anti-türk  təbliğatı  nəticəsiz  ötüĢməyib: 
Qərbin  bir  çox  elmi  mərkəzləri  hələ  də  keçmiĢ  və  müasir 
erməni  müəlliflərinin  təsiri  altındadır.  Bu  məsələdə  Qərb 
dövlətlərinin və qonĢu ölkələrin iqtisadi, geosiyasi maraqlarını 
da unutmaq lazım deyil. 
Ümumiyyətlə,  Tomson  Röytersin  siyahısına  tarixə  aid  250 
jurnal  daxildir.  Bunlar  arasında,  təbii  ki,  böyük  dövlətlərin, 
bəĢəriyyətin  inkiĢafında  əhəmiyətli  rol  oynamıĢ  regionların, 
müxtəlif  dinlərin  və  ictimai  hərəkatların  tarixinə  aid  jurnallar 
var. Müxtəlif dillərdə nəĢr edilən dərgilər də “tarix” siyahısına 
daxil  edilirlər.  Belə  nəĢrlər  arasında  Ġspaniyanın  Navarro 
Universitetinin,  Xorvatiya  Elmlər,  Estoniya  Elmlər  Akademi-
yası və Tallin
 
Universitetinin, PolĢa Elmlər Akademiyasıın Ta-
rix  jurnallarını  qeyd  edə  bilərik.  Əlbəttə,  bu  siyahıya  alman, 
italyan, fransız dillərində nəĢr edilən digər tarix jurnallarını da 
əlavə etmək mümkündür. 
Aydındır  ki,  bu  qəbildən  olan  elmi  nəĢrlərdə  sırf  Azər-
baycan tarixinə dair tədqiqatların çap edilməsi inandırıcı deyil. 
Ona  görə  də  biz  bütün  tarix  jurnalları  haqqında  deyil,  yalnız 
Azərbaycan  tarixinin  obyektiv  iĢıqlandırılması  üçün  yararlı 
hesab etdiyimiz nəĢrlər barədə məlumat veririk. Tariximizə dair 
məqalələr,  ilk  növbədə,  müxtəlif  elmi  mərkəz  və  universi-
tetlərin  ġərq  ölkələrinə  həsr  edilmiĢ  jurnallarında  çap  edilə 
bilər.  Belə  nəĢrlər  arasında  Böyük  Britaniyanın  Kral  Asiya 
Cəmiyyə-tinin  yuxarıda  qeyd  edilmiĢ  “Journal  of  the  Royal 


 
96 
Asiatic  Society”  jurnalını  misal  gətirə  bilərik.  Jurnal  Asiya 
ölkələrinin  tarixi,  arxeologiyası,  ədəbiyyatı,  dili,  dini  və 
incəsənəti üzrə ixtisaslaĢır. Macarıstan Elmlər Akademiyasının  
Acta  Orientalia”  dərgisi  də  qeyd  edilməlidir.  Jurnal  türk, 
monqol,  çin,  tibet,  iran,  hind  xalqlarının  tarixi,  filologiyası, 
ədəbiyyatı  sahəsində  yeni,  orijinal  araĢdırmalar  çap  edir.  O, 
yalnız  ingilis  dilində  deyil,  həm  də  fransız,  alman  və  rus 
dillərində  yazılmıĢ  məqalələri  qəbul  edir.  Hər  iki  jurnalda 
alimlərimiz  müəyyən  mövqe  tuta  bilərlər.  Məlumat  məqsədilə 
qeyd  edək  ki,  hələlik  “Acta  Orientalia”-da    Azərbaycana  dair 
xüsusi elmi-tədqiqat iĢi çap edilməyib.  
Əsasən  XX  əsrin  Avropa  tarixi 
üzrə ixtisaslaĢan “Journal of Contem-
porary  History”  jurnalında  isə  Azər-
baycanla  bağlı  elmi  məqalələrə  rast 
gəlmək  mümkündür.  Ümumiyyətlə, 
jurnalın  çap  etdiyi  yazılar  mövzu  ba-
xımından  geniĢ  əhatə  dairəsinə  ma-
likdir. Burada ölkələrin müasir  siyasi, 
iqtisadi, diplomatik, mədəni, sosial ta-
rixi  hadqa  tədqiqatlara  yer  verilir. 
Jurnalın 2001-ci ildə nəĢr etdiyi məqa-
lələrin  birində  1917-1920-ci  illərin 
Rus inqilabı və vətəndaĢ müharibəsi zamanı Bakıda bolĢevik və 
müsavat  partiyaları  arasındakı  mürəkkəb  siyasi  münasibətlər 
araĢdırılır. 2007-ci ildə iĢıq üzü görmüĢ 42-ci ci ildə isə 1942-
1944-cü  illərdə  SSRĠ-nin  Çeçenistanda  apardığı  deportasiya 
siyasətinın  səbəbləri,  çeçenlərin  müqavimət  hərəkatını  yatır-
tmaq  məqsədilə  istifadə  edilən  üsullar  və  s.  dair  məqalədə 
Azərbaycanla  bağlı  məqamlar  da  var.    Bundan  baĢqa  jurnalın 
hələ  1986-cı  ilə  təsadüf  edən  21-ci  cildində  Türkiyə  haqqinda 
getmiĢ yazıda ABġ və SSRĠ-nin Cənubi Azərbaycan siyasətinə 
toxunulur.  Təəssüf  ki,  məqalələrin  mətni  ilə  tanıĢ  ola  bil-
mədiyimiz  üçün  daha  ətraflı  məlumat  verə  bilmirik.  Jurnalda 


 
97 
böyük  dövlətlərin  Ermənistan,  Gürcüstan,  Qafqaz  siyasətinə, 
SSRĠ-nin  müsəlman-türk  xalqlarının  deportasiyası  kimi  məsə-
lələrə kifayət qədər diqqət yetirilir. Çətin də olsa, tarixçilərimiz 
bu  jurnalla  əməkdaĢlıq  edə  bilərlər:  ən  azı  çap  olunan  təd-
qiqatları nəzərə almaq lazımdır.   
Bizim üçün əhəmiyyətli olan baĢqa bir jurnal “The Russian 
Review” dərgisidir. 1941-ci ildən etibarən ABġ-da buraxılan bu 
jurnal  Qərb  dünyasının  rusiyaĢünaslıq  sahəsində  tanınmıĢ  aka-
demik nəĢrlərindəndir. Onun maraq dairəsinə Rusiyanın keçmiĢ 
və  indiki  ictimai-siyasi  həyatının,  tarixinin,  ədəbiyyatının, 
incəsənətinin, teatrının problemləri daxildir. Bu maraq təkcə rus 
millətinin  məsələləri  ilə  məhdudlaĢmır:  jurnal  Rusiya 
imperiyasına  və  SSRĠ-yə  daxil  olmuĢ,  indiki  Rusiya  Federa-
siyanın  tərkibində  yaĢayan  dıgər  xalqların  tarixinə,  mədəniy-
yətinə, ədəbiyyatına, siyasətinə dair də elmi əsərlər çap edir.  
NəĢrinə  1988-ci  ildə  start  verilmiĢ  və  yenicə  Tomson 
Röytersin  siyahısına  daxil  olmuĢ  “Revolutionary  Russia”  jur-
nalı Rusiya imperiyasının və SSRĠ-nin 1880-1932-ci illəri əhatə 
edən tarixi, siyasəti, iqtisadiyyatı, incəsənət və ədəbiyyat tarixi 
üzrə ixtisaslaĢır. Burada türkiyəli müəllifin 1918-1920-ci illərdə 
Azərbaycan və Gürcüstan Respublikaları arasında mövcud olan 
ikitərəfli  sülh  münasibətlərinə  həsr  edimiĢ  məqalə  nəĢr  edilib. 
Son  10  ildə  jurnal  Azərbaycan  haqda  baĢqa  məqalə  çap 
etməyib.  Eyni  zamanda  jurnalda  bizim  alimlər  tərəfindən 
yazılmıĢ tədqiqatlara da rast gəlmədik. 
2000-ci ildən nəĢr edilən “Kritika-Explorations in Russian 
and Eurasian History” jurnalı Rusiya və Avrasiyanın tarixi və 
mədəniyyəti  sahəsində  ixtisaslaĢır.  Onun  səhifələrində  yeni 
tədqiqatlarla  yanaĢı  icmal  xarakterli  məqalələr  də  çap  edilir. 
Jurnal Rusiyada (SSRĠ-də) nəĢr edlimiĢ dəyərli tarixi əsərlərin 
ingilis  dilində  tərcüməsini  verir  və  monoqrafiyalara  ətraflı 
rəylər  çap  edir.  Sonuncular  arasında  E.R.  Ġsmayılovun  1953-
1956-cı  illərdə  Azərbaycandakı  vəziyyətlə  bağlı  “Азербай-
джан:  1953-1956  гг.  Первые  годы  «оттепели»”  əsəri  də 


Yüklə 2,98 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə