Redaktor: Cahangir Məmmədli



Yüklə 2,98 Kb.
Pdf görüntüsü
səhifə27/46
tarix11.04.2018
ölçüsü2,98 Kb.
#37906
1   ...   23   24   25   26   27   28   29   30   ...   46

 
86 
qatların  nəticələri  öz  əksini  akademik  nəĢrlərdə,  dövlət 
strukturlarına  təqdim  edilən  tövsiyə  xarakterli  hesabatlarda 
tapır. Lazım gəldikdə analitik mərkəzlərin elmi iĢçiləri, profes-
sorları  dövlətin  xüsusi  xidmət,  xarici  siyasət  və  digər 
strukturlarında  ən  yüksək  vəzifələrə  təyin  edilir.  BaĢqa  sözlə, 
əgər  inkiĢaf  etmiĢ  ölkələrin  iqtisadiyyatı,  sənayesi  təbiət  və 
texnika  elmlərində  aparılan  fundamental  və  tətbiqi-texnoloji 
araĢdırmalara  arxalanırsa,  onların  daxili  və  xarici  siyasəti  də 
ictimai və humanitar elmlərdən qidalanır.  
Xarici  informasiya  bazalarının  məlumatı  əsasında  aparılan 
təhlillər göstərir ki,  Azərbaycan elminin ictimai  və humanitar 
sahələri  beynəlxalq  səviyyədə çox zəif, bəzi  istiqamətlərdə isə 
ümumiyyətlə  təmsil  olunmayıb.  “Təmsil  olunmayıb”  deyəndə 
biz  nüfuzlu  beynəlxalq  elmi  jurnallarda  müvafiq  tədqiqat 
iĢlərinin  çap  edilmədiyini  və  ya  məqalələrin  çap  olunduğu 
jurnalların  məlumat  bazalarında  qeydiyyatdan  keçmədiyini 
nəzərdə tuturuq. Hər iki halda nəticə eynidir: xalqımızın tarixi, 
dili,  adət-ənənələri  barədə,  bu  sahədə  ölkəmizdə  aparılan  elmi 
tədqiqatlar haqda məlumat əldə etmək istəyən mütəxəssis bütün 
dünyanın  istifadə  etdiyi  bazalarda  məlumat  tapa  bilmədikdə 
yardım  üçün  alternativ  mənbələrə  müraciət  etməli  olur  ki, 
onların  da  həmiĢə  obyektiv  olacağına  heç  kim    zəmanət  verə 
bilməz.  Beləliklə,  məlumatsızlıq  və  məsuliyyətsizlik  səbəbin-
dən  əldə  edilmiĢ  yaxĢı  nəticələr  də  beynəlxalq  elmi  mübadilə 
sisteminə daxil edilmir və nəzərə alınmır. 
”Azərbaycan”  qəzetinin  2009-cu  il  26  noyabr    tarixli 
sayında  çap  olunmuĢ  və  gənc  elmi  tədqiqatçıların  hazırlanma-
sındakı  disproporsiyaların,  qüsurların  təhlilinə  həsr  edilmiĢ 
“Elmi  kadr  hazırlığının  problemləri”  adlı  məqaləmizdə  biz 
ictimai və humanitar elmlərdə əldə olunmuĢ nəticələrin beynəl-
xalq  arenaya  çıxarılmadığını  qeyd  etmiĢdik.  Dissertasiya 
iĢlərinin həddindən artıq çoxluğu, onların ölkənin ictimai-siyasi 
inkiĢafının  və  milli-mənəvi  dəyərlərimizin  təbliği  baxımından 
qənaətbəxĢ  olmadığı  kimi  məsələlər  də  vurğulanmıĢdı.  Ġndiki 


 
87 
vəziyyətin  səbəbi  alimlərin  əsas  kütləsinin  sovet  dövründə, 
kommunist  ideologiyası  əsasında  formalaĢmasıdır.
 
Ictimai  və 
humanitar elmlərdə aparılan tədqiqatlara isə cəmiyyətin hakim 
ideologiyasının,  fəlsəfi  və  siyasi  görüĢlərinin  həlledici  təsiri 
var.  Totalitar  sovet  cəmiyyətindən  imtina  edərək  demokratik 
qərbin  mənəvi  dəyərlərini  qəbul  etmək  sözdə  asan  olsa  da, 
əməli  iĢdə  kifayət  qədər  çətin  və  ziddiyyətli  prosesdir.  Əgər 
bazar  iqtisadiyyatının  əsaslarını  20  il  ərzində  yaratmaq  müm-
kündürsə,  Ģüurlarda  çevriliĢə  nail  olmaq  üçün,  görünür,  daha 
üzün  müddət  lazımdır.  Lakin  cəmiyyət  hamının  dünya-
görüĢünün  dəyiĢməsini  də  gözləyə  bilməz.  YaranmıĢ  vəziy-
yətdən  çıxıĢ  yolunu  biz  bəzi  tədbirlərin  həyata  keçirilməsində 
görürük. Birincisi, yeni fəlsəfi baxıĢları və elmi metodologiyanı 
mənimsəmiĢ və ya həqiqətən bu istiqamətdə irəliləyən alimlərə 
nüfuzlu  beynəlxalq  jurnallar,  aparılan  tədqiqatlar  haqda 
məlumat verməklə onları bu istiqamətə yönəltmək. Ġkincisi, Ali 
Attestasiya Komissiyası tərəfindən ictimai və humanitar elmlər 
sahəsində  dissertasiyaların  keyfiyyətinə  nəzarəti  güçləndirərək 
təbiət və texniki elmlərdə olduğu kimi, bu sahədə də nəticələrin 
bir hissəsinin Tomson Röyters Agentliyi tərəfindən indekslənən 
jurnallarda  çap  olunmasını  tələb  etmək.  Hər  iki  tədbir  həm 
araĢdırmaların  keyfiyyətinin  yüksəldilməsi    baxımından,  həm 
də Azərbaycan elminin beynəlxalq arenada təmsil olunması və 
təbliği üçün eyni dərəcədə əhəmiyyətlidir.    
Məlumdur  ki,  Tomson  Röyters  Agentliyi  elmi  jurnalların 
indekslənməsini, təsir əmsallarının hesablanmasını keçən əsrin 
ortalarından həyata keçirir. Agentlik hər il elmi jurnalların təsir 
əmsallarını  əks  etdirən  hesabatlar  çap  edir  ki,  bu  da  dünya 
miqyasında  bütün  elmi  təĢkilat  və  tədqiqatçılar  tərəfindən 
nəzərə  alınır  və  istifadə  edilir.  Tomson  Röytersin  tərtib  etdiyi 
birinci  siyahıda təsir əmsalı olan jurnallar yer alır, ikinci siyahı 
“geniĢləndirilmiĢ”  siyahı  kimi  tanınır  ki,  burada  təsir  əmsalı 
olan  jurnallarla  yanaĢı,  təsir  əmsalı  hesablanmaq  üçün  qəbul 
edilmiĢ  və  ikiillik  məcburi  monitorinq  prosesini  keçən  nəĢrlər 


 
88 
toplanır. Agentliyin “indekslənən sosial elm jurnalları” (Social 
Sciences  Citation  Index  (SCCI))  və  “indekslənən  incəsənət, 
humanitar elm jurnalları” (Arts and Humanities Citation Index 
(A&HCI)) 3-cü və 4-cü  siyahılardır. Bunlardan  əlavə ayrı-ayrı 
elmi  istiqamətlər  üzrə  jurnalların  siyahıları  da  tərtib  edilir. 
Göründüyü  kimi,  agentlik  tərəfindən  indekslənən  nəĢrlər  elmi 
fikrin  və  fəaliyyətin  bütün  sahələrini  əhatə  edir.  Ġctimai  və 
humanitar  elmlər  sahəsində  təsir  əmsalı  olan  jurnal  kifayət 
qədərdir. Yüksək səviyyəli, lakin təsir əmsalı olmayan jurnallar 
da  “indekslənən  sosial  elmi  jurnallar”  və  “indekslənən  incəsə-
nət,  humanitar  elm  jurnalları”  siyahılarında  yer  alırlar.  Belə-
liklə, “Tomson Röyters tərəfindən indekslənən” və “təsir əmsalı 
olan” jurnal anlayıĢları bütün elm sahələrində tam Ģəkildə üst-
üstə düĢmür: ictimai və humanitar elmlərdə təsir əmsalı olan və 
olmayan jurnallar indekslənir və müvafiq siyahılara daxil edilir. 
Xüsusi  olaraq  qeyd  edək  ki,  ictimai  və  humanitar  elmlərə  aid  
hər-hansı bir jurnal, eyni zamanda, iki və ya üç siyahıda yer ala 
bilər.  
Məqaləmizin  bundan  sonrakı  hissəsi  incəsənət,  humanitar 
elmlər  üzrə  ixtisaslaĢan jurnalların  analizinə  həsr  edilib.  Tom-
son  Röyters  Agentliyinin  “indekslənən  incəsənət,  humani-tar 
elm  jurnalları”  siyahısında  cəmi  1520  nəĢr  var  və  onlar  27 
bölmə  üzrə  çeĢidlənib.  Biz  dil  və  dilçilik,  ədəbiyyat,  tarix, 
arxeologiya,  folklor,  musiqi,  incəsənət  bölmələrindəki  nəĢrləri 
bəzi  təhlil  edəcəyik.  AraĢdırmalarda,  əsasən,  “Elsevier”, 
“Springer”, “Taylor and Fransis” və “Wiley” kimi aparıcı nəĢ-
riyyatların  elmi  jurnallarından  istifadə  ediləcək.  Lakin  digər 
nəĢriyyatların, universitet və akademik institutların elmi jurnal-
larına  də  müraciət  olunacaq.  Məqalənin  mətnində  jurnalın  adı 
nəĢr  edildiyi  Ģəkildə  verilir,  mötərizədə  onun  Tomson  Röyters 
tərəfindən  2008-ci  il  üçün  açıqlanmıĢ  təsir  əmsalı  göstərilir. 
Təsir  əmsalı  göstərilməyən  bütün  nəĢrlər  Tomson  Röytersin 
A&HCI siyahısına daxil edilən jurnallardır.  
Azərbaycan dili yüzilliklər ərzində formalaĢaraq ailə-məiĢət 


Yüklə 2,98 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə