Redaktor: Cahangir Məmmədli


ri,  ictimai  fikri  və  din  tarixinin  tədqiqi,  yazılı  abidələrin



Yüklə 2,98 Kb.
Pdf görüntüsü
səhifə24/46
tarix11.04.2018
ölçüsü2,98 Kb.
#37906
1   ...   20   21   22   23   24   25   26   27   ...   46

 
77 
ri,  ictimai  fikri  və  din  tarixinin  tədqiqi,  yazılı  abidələrin 
tərcüməsi  və  nəĢri,  ġərq  ölkələrində  cərəyan  edən  ictimai-
siyasi və etnik-mədəni proseslərin araĢdırılması.   
Göründüyü  kimi,  alimlərimiz  sovet  dövründə  ictimai  və 
humanitar  elmlər  sahəsində  geniĢmiqyaslı  tədqiqatlar  aparmıĢ, 
elmi  məktəblər  yaratmıĢ,  çoxsaylı əsərlər nəĢr etdirmiĢlər.  La-
kin  indiki  zamandan  geriyə  baxdıqda  bu  tədqiqatların  mühüm 
olan çatıĢmayan tərəfləri görünür  ki, onları qısa da olsa təhlil 
etmək istəyirik. Bu qüsurlardan birincisi, empirik material istis-
na  olmaqla,  tədqiqatların  nəzəri  və  metodoloji  əsasında  mark-
sizm-leninizm  fəlsəfəsinin,  kommunist  ideologiyasının  dayan-
masıdır. Belə ideoloji bazislə Rusiya-Sovet imperiyasının siyasi 
maraqlarının birləĢməsi, tətbiq edilən qadağalar tədqiqatlara öz 
təsirini göstərmiĢ, son nəticədə ictimai və humanitar sahələrdə, 
xüsusilə  Azərbaycan  xalqının  etnogenezi,  tarixi  məsələlərində 
gerçəkliyin  qismən  təhrif  olunmasına,  bəzən  isə  saxtalaĢdı-
rılmasına  gətirib  çıxarmıĢdır.  Ġkinci  əsas  problem  isə  elmi-
tədqiqat materiallarının əsasən Azərbaycan dilində, kiril əlifbası 
ilə nəĢr edilməsidir. Aydındır ki, belə nəĢrlərin təsir dairəsi də 
Azərbaycanla  məhdudlaĢaraq  qalır.  Müstəqil  Azərbaycan  döv-
lətinin  maraqları  baxımından  əvvəllər  nailiyyət  hesab  edilən 
istiqamətlər  üzrə  tədqiqatlar  müasir  nəzəriyyə  və  metodol-
ogiyalar əsasında yenilənməlidir. Bu zaman Azərbaycan xalqı-
nın  türk  və  müsəlman  dünyasının  bir  hissəsi  olduğu,  onun 
inkiĢafının  Qərbyönümlü  xarakteri  nəzərə  alınmalıdır.  Ümu-
miyətlə, sovet dövründə yazılmıĢ əsərlər, aparılmıĢ tədqiqatlar, 
onların  nəticələri  özlüyündə  tariximizin  bir  hissəsi  kimi 
müstəqil  araĢdırma  obyektinə  çevrilməlidir.  Ona  görə  də,  bəzi 
mühüm  düzəliĢ  və  əlavələrlə  yuxarıdakı  tədqiqat  sahələrini 
müstəqil  Azərbaycan  Respublikasında  ictimai  və  humanitar 
elmlərin prioritet istiqamətləri kimi qəbul etmək lazımdır. 
Akademik R. Mehdiyevin 2009-cu ilin 8 dekabrında “Azər-
baycan”  qəzetində  çap  olunmuĢ  “Ġctimai  və  humanitar  elmlər: 
zaman  kontekstində  baxıĢ”  adlı  məqaləsində    ictimai  və 


 
78 
humanitar  elmlərdə  tədqiqatların  məhz  nəzəri  və  metodoloji 
əsaslarının  yenilənməsi  məsələsi  qaldırılır.  Məqalədə  fəlsəfə, 
iqtisadiyyat,  tarix,  sosiologiya  kimi  sahələrdə  yaranan  yeni 
nəzəriyyələrdən, metodlardan, üsullardan təcrid olunaraq  kom-
munist  ideologiyası  çərçivəsində  formalaĢmağa  məhkum  edil-
miĢ  ictimai  və  humanitar  elmlərin  yenilənməsinin,  bu  zaman 
dünya  elminin  nailiyyətlərindən  bəhrələnmənin  aktuallığı 
vurğulanır.  Dövlətin  daxili  və  xarici  siyasətinin  formalaĢ-
masında,  müvafiq  qərarların  qəbul  edilməsində  elmi  tədqi-
qatların  əhəmiyyəti qeyd edilir. Nəhayət, dünya elminə, Avro-
pa təhsil məkanına inteqrasiyanın vacibliyi göstərilir.  
Beləliklə,  ictimai  və  humanitar  elmlərin  inkiĢafı  üçün  əsas 
Ģərtlərin dövlətçilik, modernləĢmə və inteqrasiya olduğunu qə-
bul  edə  bilərik.  Bu  meyarlardan  çıxıĢ  edərək  Azərbaycanda 
ictimai və humanitar elmlərin prioritet istiqamətlərinin siyahısı-
nı tamamlamaq mümkündür. Sovet dövründə müəyyən edilmiĢ 
tədqiqat  sahələri  də  dövlətçilik  prinsipinə  tam  uyğun  olaraq 
formalaĢdırılmıĢdı.  Lakin  bu  dövlət  Rusiya-Sovet  imperiyası 
idi və aparılan tədqiqatlar da onun  dövlət maraqlarına xidmət 
edirdi.  Rusiyaya  türk  birliyinin  yaranmasının  qarĢısını  almaq 
lazım  idi,  ona  görə  xalqların,  dillərin  adı  dəyıĢdirilir,  əlifbalar 
yenilənirdi. Dini mənsubiyyət yaddan çıxarılmalıydı, bu səbəb-
dən  ateist  təbliğatı  gücləndirilirdi.  Vahid  “sovet  xalqı”nın 
təĢəkkül  tapmasından  yazılırdı,  çünki  milli   adət-ənənələrdəki, 
yaĢam  tərzindəki  fərqlər  yox  edilməliydi.  Lazım  gələrsə  bu 
siyahını  davam  etdirmək  də  olar.  Bütün  bu  iĢlər  SSRĠ-nin 
ideoloji  birliyini,  ərazi  bütövlüyünü,  dünyadakı  mövqeyini 
qorumaq və gücləndirmək məqsədilə görülürdü.   
Lakin dilimizin, dinimizin, adətlərimizin yaddaĢlardan silin-
məsi,  milli  Ģüurumuzun  yuyulması  istiqamətində  əvvəlcə  Ru-
siya imperiyası tərəfindən, sonra isə SSRĠ-də beynəlmiləlçilik, 
kommunizm ideologiyasının Ģüarları altında yürüdülən siyasət, 
təbliğat gözlənilən nəticəni vermədi: Azərbaycan xalqı özünün 
mənəvi-əxlaqi  dəyərlərini  qoruyub  saxlamaq,  onu  zamanın 


 
79 
tələblərinə uyğun olaraq  müasirləĢdirmək iqtidarında olduğunu 
sübut  etdi.  Bu  dövrlərdə  milli  Ģüurumuza,  əxlaq  və  ənənələ-
rimizə  yad  təbliğatla  mübarizə  və  eyni  zamanda  yeniləĢən 
dünya  ilə  ayaqlaĢmaq  üçün  mübadilə  cəbhəsi  hər  bir  ailənin 
məiĢətindən,  hər  bir  fərdin  təfəkküründən  keçirdi,  çünki  bu 
proseslərdə  əsas  etibarilə  marksizm-leninizm  ideyalarına  xid-
mət edən ictimai və humanitar elmlərdən, hakim ideologiyanın 
ümumbəĢəri  əhəmiyyətini  sübut  etməyə  çalıĢan  və  bu  yolda 
yüksək elmi dərəcə və adlar qazanan alimlərdən  dəstək gözlə-
mək yersiz idi. 
Keçən  əsrin  88-90-cı  illərində  SSRĠ-ni  bürümüĢ  və  ölkə-
mizdə  xüsusilə  geniĢ  vüsət  almıĢ  milli-azadlıq  hərəkatlarının 
zərbələri,  daxili  etnik  münaqiĢələrin  dağıdıcı  təsiri,  iqtisadi 
problemlərin ağırlığı altında çökmüĢ sovet imperiyasının yerin-
də  müstəqil  dövlətlər  yarandı.  Bir  neçə  baĢqa  ölkəylə  birlkdə 
Azərbaycan  Respublikası  da  20-ci  ildə  bolĢevik  iĢğalı  nəti-
cəsində itirdiyi müstəqilliyini bərpa etdi. Bununla da xalqımızın  
tarixində  yeni  dövr  baĢladı  ki,  onun  tələbləri  və  vəzifələri 
tamamilə baĢqa xarakterdədir. Yeni zamanın ictimai və huma-
nitar elmlər qarĢısında  qoyduğu məsuliyyətli vəzifələr müstəqil 
düĢüncə tərzi, xalqın siyasi, iqtisadi, sosial problemlərinin dərin 
və  obyektiv  təhlilini  tələb  edir.  Ġndi  elmi  tədqiqatlar  əvvəllər 
olduğu  kimi  sovet  cəmiyyətinin  eybəcərliklərini  ört-basdır 
etmək üçün yox, mənəvi-əxlaqi dəyərlərimizi beynəlxalq səviy-
yədə  təbliğ  etmək  və  qorumaq,  eyni  zamanda,  xarici  ictimai 
fikrin  faydalı  hesab  olunan  nailiyyətlərini  mənimsəmək  məq-
sədilə  aparılmalıdır.  Hazırda  ictimai  və  humanitar  sahələrdə 
mübarizə-mübadilə cəbhəsi məiĢətdən çıxaraq dövlət və millət 
səviyyəsinə  yüksəlib.  Və  bu  mücadilə  indi  bir  imperiya  daxi-
lində deyil, bütün dünya miqyasında verilməlidir.  
Azərbaycan mürəkkəb geosiyasi durumu-müharibələr, etnik 
gərginliklərlə  səciyyələnən  Qafqaz  regionunda  yerləĢir.  Ölkə-
nin  ərazisinin  bir  hissəsi  iĢğal  altındadır.  Ermənistan  iĢğalı 
davam  etdirməklə  yanaĢı,  yeni  etnik  konfliklər  yaratmaq, 


Yüklə 2,98 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə