Redaktor: Cahangir Məmmədli



Yüklə 2,98 Kb.
Pdf görüntüsü
səhifə25/46
tarix11.04.2018
ölçüsü2,98 Kb.
#37906
1   ...   21   22   23   24   25   26   27   28   ...   46

 
80 
Azərbaycanı  zəiflətmək  məqsədilə beynəlxalq  elmi   dairələrdə 
təbliğatını  davam  etdirir.  Son  illərdə  ölkəmiz  dünya  əhəmiy-
yətli  enerji,  nəqliyyat  layihələrində  iĢtirak  edir.  Bu  layihələrin 
həyata  keçirilməsi  yolunda  çoxsaylı  siyasi,  iqtisadi  maneələr 
dəf edilib.  Məlumdur ki, Avropaya  çıxan bütün enerji və nəq-
liyyat  layihələrində  Gürcüstan  dəhlizindən  istifadə  edilir. 
Gürcüstandakı  ağır  vəziyyət:  ölkə  ərazisinin  bir  hissəsinin 
Rusiya  tərəfindən  iĢğalı,  erməni  separatistlərinin  vaxtaĢırı  səs-
ləndirdiyi  ərazi  iddiaları,  yeni  müharibə  təhdidi  hamıya 
məlumdur. Gürcüstan və onun ətrafında cərəyan edən proseslər 
bizim  də  siyasi,  iqtisadi  maraqlarımızı  təhlükə  altında  qoyur. 
Azərbaycanı  xarakterizə  edən  baĢqa  bir  mühüm  cəhət  onun 
çoxmillətli  dövlət  olmasıdır.  Ölkədəki  sabitliyi  pozmaq  məq-
sədilə  azsaylı xalqlardan istifadə cəhdləri həmiĢə mümkündür. 
Azərbaycan həm də türk dünyasının bir hissəsi, özü də mənəvi 
baxımdan çox əhəmiyyətli hissəsidir. Türk dövlətləri birliyinin 
möhkəmləndirilməsi, ölkələr arasında inteqrasiya proseslərinin 
intensivləĢdirilməsi, bu məqsədə çatmaq üçün yolların aranması 
dövlətimizin siyasi, iqtisadi maraqları çərçivəsindədir.     
Hesab edirik ki, deyilənlər dəqiq nəticələr çıxarmaq, ictimai 
və  humanitar  elmlərdə  prioritet  istiqamətlərin    təsnifatına 
düzəliĢlər, əlavələr etmək üçün yetərlidir. Beləliklə, ictimai və 
humanitar elmlərdə prioritetləri aĢağıdakı kimi sıralamaq olar:  
 
AzərbaycanĢünaslıq
 
 
Bu sahədə yuxarıdakı siyahının 1-8 bəndlərində göstərilmiĢ 
bütün  tədqiqatlar  tam  həcmdə  aparılmalıdır.  Lazım  gələrsə, 
sovet dövründə görülmüĢ, lakin indi bizi qane etməyən, ideoloji 
cəhətdən  zəif  elmi  iĢlər  yenilənməlidir.  Azərbaycan  cəmiyyə-
tinə  xas  olan  sosial  problemlərin  tədqiqinə  də  ciddi  yanaĢmaq 
lazımdır.  Ona  görə  siyahımızdakı  1-8  bəndlərə  aĢağıdakılar 
əlavə olunmalıdır: 
-azsaylı  xalqların  tarixi,  dilləri,  folkloru,  xarici  əlaqələri, 


 
81 
Azərbaycanda cərəyan edən etnik-mədəni proseslərin araĢdırıl-
ması; 
-qaçqın və məcburi köçkünlərin sosial, psixoloji, adaptasiya 
problemlərinin öyrənilməsi
-vətəndaĢların  ölkəni  tərk  etməsinin  iqtisadi,  sosioloji  sə-
bəblərinin,  bu  miqrasiyanın  ölkə  iqtisadiyyatına,  elminə  təsiri-
nin təhlili; 
-sosial  təbəqələĢmə,  onun  iqtisadi  köklərinin  və  ictimai 
həyata  təsirinin  təhlili,  doğura  biləcəyi  potensial  təhlükələrin 
proqnozlaĢdırılmasıı; 
-urbanizasiyanın  yaratdığı  problemlərin,  Ģəhərsalmanın  və  
ekologiyanın sosial tərəflərinin tədqiqi
-demoqrafik vəziyyətin, ənənəvi ailə münasibətlərindəki də-
yiĢikliklərin sosioloji təhlili.    
Bu  tədqiqatların  məqsədi  ölkənin  daxili  sosial-siyasi  sa-
bitliyinin,  birliyinin  qorunması,  yarana  biləcək  gərginliklərin 
obyektiv  və  subyektiv  səbəblərini  əvvəlcədən  aĢkarlamaq  və 
mümkün  nəticələrini  proznozlaĢdırmaqdır.  Ölkəmizin  sosial 
həyatının  müxtəlif  tərəfləri  elmi  araĢdırmaların  obyekti  olma-
lıdır. Ġstənilən cəmiyyət, sosial mühüt daxili problemlərlə zən-
gindir.  ĠnkiĢaf  edən  və  dəyiĢən  cəmiyyət  yeni-yeni  sosial 
münaqiĢələr, əvvəllər heç kimin gözləmədiyi problemlər doğu-
rur. Ona görə də, ictimai elmlər mövzu seçimində günün tələb-
ləri ilə ayaqlaĢmalıdır.  
AzərbaycanĢünaslıq  çərçivəsində  Cənubi  Azərbaycan  və 
digər tarixi ərazilərimizdə cərəyan edən proseslər, əsasən, 1-8-
ci bəndlər daxilində tam Ģəkildə öyrənilməlidir.  
 
TürkĢünaslıq 
 
Türk  ölkələri  birliyinin  yaradılması  məqsədilə  Azərbaycan 
Respublikası Prezidentinin səyləri, bu yöndə onun səmərəli və 
gərgin fəaliyyəti ictimaiyyətə yaxĢı məlumdur. Keçən il Bakıda 
Türkdilli Ölkələrin  Parlament Assambleyasının birinci  sammi-


 
82 
tinin keçirilməsi, Türkdilli ölkələrin dövlət baĢçılarının 2009-cu 
ildə Naxçıvanda gerçəkləĢmiĢ IX zirvə görüĢündə qəbul edilmiĢ 
bəyannamədə  Türkdilli  Ölkələrin  ƏməkdaĢlıq  ġurasının  yara-
dılması  haqda  yer  almıĢ  müddəa    bu  siyasətin  əməli  nəti-
cələridir.  
Azərbaycan dövlətinin türk birliyinin yaradılması, bu sahə-
də  hərtərəfli  əməkdaĢlığa  və  inteqrasiyaya  nail  olmaq  istiqa-
mətində apardığı siyasət elmi tədqiqatlarla dəstəklənməlidir. Bu 
tədqiqatların  məqsədi  bizimlə  eyni  soy-kökdən  olan  xalqların 
siyasi,  iqtisadi,  mədəni  birliyinin  nəzəri  bazasının  hazırlan-
masıdır.  Ona  görə  də,  türk  xalqlarının,  müstəqil  türk  dövlət-
lərinin  tarixi,  arxeologiyası,  dili  və  ədəbiyyatı,  folkloru  və 
musiqisi geniĢ miqyaslı elmi tədqiqatların obyektinə çevrilməli 
və tədris  edilməlidir. Belə araĢdırmaların bir qismi  müqayisəli 
Ģəkildə  aparıla  bilər.  TürkĢünaslıq  sahəsində  birgə  tədqiqatlar 
elmi və siyasi cəhətdən məqsədəuyğun hesab edilməli, mənəvi 
və maddi cəhətdən stimullaĢdırılmalıdır. 
 
QafqazĢünaslıq və ĠranĢünaslıq
 
 
Azərbaycanın ətrafında olan dövlətlərdə-indiki Ermənistan, 
Gürcüstan, Ġran və keçmiĢdə bu əraziləri əhatə edən region üzrə 
1-8 bəndlər çərçivəsində (müvafiq düzəliĢlərlə) tədqiqatlar tam 
Ģəkildə həyata keçirilməlidir. Bu ölkələrdə qəbul edilmiĢ tarix, 
dil, etnoqrafiya konsepsiyaları çox zaman bizim maraqlarımızla  
toqquĢur,  bəzən  isə  Azərbaycana  qarĢı  açıq  düĢmənçilik  üzə-
rində  köklənir.  Azərbaycanın  yalnız  təbii  sərvətləri,  əraziləri 
deyil, həm  də xalqımızın tarixi,  ədəbiyyatı, folkloru, musiqisi, 
memarlıq abidələri də ətrafımızdakı  xalqların səngiməyən təh-
didi  altındadır:  mənəvi-mədəni  sərvətlərimizə  sahib  çıxmaq 
istəyən  kifayət  qədərdir.  Ona  görə  də,  erməni,  fars,  qismən 
gürcü  alimlərinin  yazdıqları  bizim  üçün  əsas  ola  bilməz. 
Azərbaycan elminin  qafqazĢünaslıq və iranĢünaslıqda, xüsusilə  
bizə toxunan məsələlərdə tamamlanmıĢ konsepsiyası olmalıdır. 


Yüklə 2,98 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə