Redaktor: Cahangir Məmmədli



Yüklə 2,98 Kb.
Pdf görüntüsü
səhifə23/46
tarix11.04.2018
ölçüsü2,98 Kb.
#37906
1   ...   19   20   21   22   23   24   25   26   ...   46

 
73 
edirik ki, keçiriləcək islahatlar, tətbiq olunacaq yeniliklər bütün 
sahələr  kimi  fizika  və  riyaziyyat  elmlərinin  də  inkiĢafında 
dönüĢ nöqtəsi olacaq.  
 
“Elm” qəzeti, 17 noyabr  2009-cu il 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
74 
ĠCTĠMAĠ VƏ HUMANĠTAR ELMLƏR:  
PRĠORĠTETLƏR, TƏDQĠQATLAR, NƏġRLƏR 
 
Müasir  dünyada  elm,  texnika,  mədəniyyət  sahələrində 
gedən inteqrasiya prosesləri obyektiv olaraq millətlər, dövlətlər 
arasındakı fərqləri aradan qaldırmaq, yekcins dünya   formalaĢ-
dırmaq istiqamətində iĢləyir. QloballaĢan dünya yekcinsdir, ona 
görə  ki,  müasir  informasiya-kommunikasiya  texnologiyaları 
qitələr,  ölkələr  arasındakı  məsafəni  yox  edir,  müxtəlif xalqları 
ümumi virtual məkanda birləĢdirir, çünki indi hamı eyni inter-
net Ģəbəkəsindən, məlumat bazalarından istifadə edir. Gündəlik 
həyatımızda  faydalandığımız  müasir  texniki  vasitələr,  ava-
danlıqlar  da  müxtəlif  ölkə  alimlərinin,  mühəndislərinin  birgə 
əməyinin  nəticəsi,  transmilli  korporasiyaların  məhsullarıdur. 
Eyni zamanda dünya rəngarəngdir, çünki hər bir xalq dünyanın 
ümumi iqtisadi, siyasi, elmi və mədəni məkanına özünün tarixi 
keçmiĢindən qaynaqlanan fəlsəfi görüĢləri, milli təfəkkürü, dili, 
ədəbiyyatı, musiqisi və folkloru ilə daxil olur. Bu məkanda ha-
mıya  yer  var,  lakin  hər  bir  xalqın  tutduğu  mövqe  onun  fərd-
lərinin və ümumilikdə toplumun istedadından, fəallığından ası-
lıdır.  
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən son-
ra  dünya  birliyinə  inteqrasiya  yolunda  əhəmiyyətli  məsafə  qət 
etmiĢdir. Bu inteqrasiya əsasən müxtəlif beynəlxalq təĢkilatlara 
üzvlük  və  beynəlxalq  iqtisadi  layihələrdə  iĢtirak  formasında 
təzahür  edir.  Həqiqətən  də,  Azərbaycan  Respublikasının  daxil 
olmadığı mühüm beynəlxalq təĢkilat tapmaq qeyri-mümkündür. 
Aparılan  islahatlar  nəticəsində  ölkənin  son  illərdəki  iqtisadi 
inkiĢafı isə onu regionun aparıcı dövlətinə çevirib: Azərbaycan 
hazırda  dünya  əhəmiyyətli  enerji,  nəqliyyat  layihələrinin 
təĢkilatçısı  və  əsas  iĢtirakçısıdır.  Lakin  iqtisadiyyatda  keçid 
dövrünün  yekunlaĢması  ilə birlikdə dünya iqtisadiyyatına,  elm 
və  təhsilinə,  mədəniyyətinə,  siyasətinə  inteqrasiya  problem-
lərinin  mahiyyəti  də  dəyiĢir.  Səthi,  görüntü  xatirinə  atılan 


 
75 
addımlar,  yeni forma arxasında köhnə məzmunun gizlədilməsi 
artıq nə cəmiyyəti, nə də dövləti qane edir. BaĢqa sözlə, cəmiy-
yət özünün bütün sosial təbəqələri, ictimai institutları, siyasi və 
dövlət  qurumları  ilə  birlikdə  köklü  islahatlara  hazır  kimi 
görünür. 
 Azərbaycan  Respublikası  Prezidentinin  imzaladığı  “Azər-
baycan  Respublikasında  2009-2015-ci  illərdə  elmin  inkiĢafı 
üzrə  Milli  Strategiya”  və  onun  həyata  keçirilməsi  ilə  bağlı 
“Tədbirlər  Planı”na  da  məhz  bu  prizmadan  baxmaq  lazımdır. 
Milli  Strategiya  elmimizin  geniĢmiqyaslı,  hərtərəfli  və  dərin 
islahatlarını  nəzərdə  tutan  çox  mühüm  sənəddir.  Azərbaycan 
elmini  indiki  böhran  vəziyyətindən  çıxarmaq  üçün  sənəddə 
mövcud  problemlərin  həlli  yolları,  müddət  və  icraçıları  göstə-
rilir,  dövlət  təĢkilatları,  AMEA  və  universitetlər  qarĢısında 
konkret vəzifələr qoyulur. Ġslahatlar Azərbaycan elminin struk-
tur  və  idarəedilməsinin,  maliyyələĢmə  sxemlərinin,  akademik 
institut  və  universitetlərdə  aparılan  tədqiqatların  mövzu  və 
səviyyəsinin beynəlxalq standartlara uyğunlaĢdırılmasını nəzər-
də tutur. 
PlanlaĢdırılan  islahatların  müvəffəqiyyətlə  həyata  keçiril-
məsi  üçün  ilk  növbədə,  Azərbaycan  elminin  prioritet  istiq-
amətləri  müəyyənləĢdirilməlidir.  Təbiət  və  texniki  elmlərdə 
prioritetlərin  qəbul  edilməsi  bir  çox  amildən  asılıdır.  Belə  ki, 
ölkədəki  təbii  ehtiyatların  xarakteri  və  həcmi,  iqtisadiyyatın 
aparıcı sahələrinin mövcud strukturu, elm və texnikanın inkiĢaf 
istiqamətləri  haqda  beynəlxalq  mərkəzlərin  proqnozları  və 
nəhayət, müxtəlif sahələr üzrə formalaĢmıĢ məktəblərin vəziy-
yəti  müvafiq  prioritetləri,  demək  olar  ki,  birqiymətli  Ģəkildə 
müəyyən edir. Təbiət və texniki elmlərin ənənəvi tədqiqat sahə-
lərində  problemlər  daim  yeniləĢdiyi  kimi,  fundamental  kəĢflər 
nəticəsində  qısa  müddət  ərzində  tamamilə  yeni  istiqamətlərin 
meydana  çıxması  da  mümkündür:  tarix  boyu  belə  kəĢflər  və 
elmi-texniki inqilablar çox olmuĢdur. Deməli, dünya elmindəki 
kəĢflərdən asılı olaraq prioritetlər də dəyiĢməli, yenilənməlidir. 


 
76 
Ġctimai  və  humanitar  elmlərdə  vəziyyət  bir  qədər  fərqlidir. 
Bu  sahələrdə  elmi  metodlar,  texniki  vasitələr,  nəzəriyyələr 
yenilənir,  lakin  gözlənilməz  tədqiqat  sahəsinin  yaranma 
ehtimalı təbiət elmlərinə nisbətən azdır. Qəribə də olsa, ictimai 
və  humanitar  elmlərin  bu  xüsusiyyəti  prioritetlərin  seçimini 
asanlaĢdırır.  Milli  Strategiyanın  təhlili  bu  sahədə  prioritet 
istiqamətlərin müəyyənləĢdirilməsinə çox yardım edir. Belə ki, 
sənəddə  sovet  dövründə  ictimai  və  humanitar  elmlərdə  əldə 
olunmuĢ nailiyyətlər qeyd edilir. Bu nailiyyətlərin nədən ibarət 
olduğunu  və  onlara  verilmiĢ  qiyməti  bir  daha  xatırlamağı 
faydalı hesab edirik. Beləliklə, qazanılmıĢ nailiyyətlər sənəddə 
aĢağıdakı kimi ümumiləĢdirilir: 
1.
 
Xalqımızın  etnogenezinin,  arxeologiyasının,  etnoq-
rafiyasının,  siyasi,  sosial-iqtisadi  tarixinin  və  tarixĢünas-
lığının tədqiqi; 
2.
 
Orta  əsr  azərbaycanlı  filosof  və  mütəfəkkirlərin 
ərəb,  türk  və  fars  dillərində  çap  olunmuĢ  əlyazmalarının, 
zəngin irsinin tədqiqi; 
3.
 
Azərbaycan xalqının fəlsəfi və ictimai-siyasi fikrinin 
və onun əsas inkiĢaf mərhələlərinin tədqiqi; 
4.
 
Ġctimai-ədəbi fikir tarixinin, ədəbiyyatĢünaslığın əsas 
məsələlərinin, ədəbiyyat tarixinin tədqiqi
5.
 
Zəngin  Azərbaycan  folklorunun  toplanması,  kata-
loqlaĢdırılması, təsnifatı, nəĢri və tədqiqi
6.
 
Tarixi  milli  memarlıq  məktəblərinin  öyrənilməsi, 
müasir memarlıq məktəblərinin yaradılması, memarlıq abi-
dələrinin  bərpası  sahəsində  tədqiqatların  və  sənətĢünaslıq 
elminin inkiĢafı; 
7.
 
Ənənəvi  milli  musiqi  mədəniyyətinin  öyrənilməsi, 
müasir peĢəkar musiqisünaslıq məktəbinin yaradılması; 
8.
 
Azərbaycan dilinin, ədəbi dil tarixinin, dialektlərinin 
tədqiqi, izahlı, tərcümə və terminoloji lüğətlərin tərtibi və s. 
hazırlanması; 
9.
 
ġərq xalqlarının tarixi, ədəbiyyatı, filologiyası, dillə-


Yüklə 2,98 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə