Redaktor: Cahangir Məmmədli


AZƏRBAYCANDA FĠZĠKA VƏ RĠYAZĠYYAT



Yüklə 2,98 Kb.
Pdf görüntüsü
səhifə20/46
tarix11.04.2018
ölçüsü2,98 Kb.
#37906
1   ...   16   17   18   19   20   21   22   23   ...   46

 
62 
AZƏRBAYCANDA FĠZĠKA VƏ RĠYAZĠYYAT 
ELMLƏRĠNĠN MÜXTƏLĠF ĠSTĠQAMƏTLƏR ÜZRƏ  
1996-2007-ci  ĠLLƏRDƏKĠ ĠNKĠġAF DĠNAMĠKASI  
 
Fizika  və  riyaziyyat  kimi  fundamental  elmlərin  inkiĢaf 
səviyyəsinin,  bu  elmlərdəki  vəziyyətin  dəyiĢmə  dinamikasının 
təhlili  hər  bir  ölkədə  bütövlükdə  elmin  mövcud  durumu  və 
perspektivləri haqda fikir yürütməyə imkan verir. ġübhəsiz,  bu 
fakt  bütün  təbiət  və  texniki  elmlərin  fizika  və  riyaziyyatın 
nailiyyətləri  və  metodlarından  birbaĢa  bəhrələnməsi  ilə  izah 
olunmalıdır. Belə ki, texniki fənlərdə istifadə edilən hesablama 
üsülları,  təbiət  elmlərində  tətbiq  olunan  avadanlıq  və  tədqiqat 
metodları  mahiyyət  etibarilə  fizika  və  riyaziyyatın  əldə  erdiyi 
nəticələrin  praktikada  tətbiqindən  baĢqa  bir  Ģey  deyil.  Bu 
baxımdan  Azərbaycanda  fizika  və  riyaziyyat  elmlərinin  indiki 
vəziyyətinin,  onların  müəyyən  zaman  kəsiyində  inkiĢafındakı 
meyllərin araĢdırılması elmimizin gələcəyini proqnozlaĢdırmaq 
üçün mühüm əhəmiyyət kəsb edir. 
Azərbaycan  Respublikası  Prezidentinin  4  may  2009-cu  il 
tarixli  Sərəncamı  ilə  təsdiq  olunmuĢ  “Azərbaycan  Respubli-
kasında  2009-2015-ci  illərdə  elmin  inkiĢafı  üzrə  Milli  Stra-
tegiya”-sı, bu sənəddə nəzərdə tutulan islahatlar proqramı belə 
analizin əhəmiyyətini xeyli dərəcədə artırır. Məlumdur ki, Milli 
Strategiyanın  əsas  vəzifəsi  elmimizin  qarĢısında  duran  prob-
lemlərin tez və effektiv Ģəkildə həllinə nail olmaq, elmin idarə 
olunmasının,  maliyyələĢdirilməsinin,  mütəxəssis  hazırlığının 
beynəlxalq standartlara uyğunlaĢdırmaqdır. Ġstənilən problemin 
həlli isə ilk növbədə onun hərtərəfli araĢdırılmasından baĢlayır. 
Yalnız  qərəzsiz,  subyektiv  faktorlardan  maksimal  dərəcədə 
uzaq  olan  təhlil  gələcəkdə  qəbul  ediləcək  qərarların    səmərə-
liliyinə zəmanət verə bilər. 
Ġxtiyari elm sahəsinin, sahədaxili istiqamətlərin vəziyyətini 
müxtəlif  metodlarla  araĢdırmaq  mümkündür.  Məsələn,    fizika 
və  riyaziyyatın  inkiĢaf  dinamikasını  öyrənmək  məqsədilə  bu 


 
63 
sahələr  üzrə  elmi  dərəcəyəli  mütəxəssislərin  sayını,  onun 
dəyiĢmə  dinamikasını  araĢdırmaq  mümkündür.  Bu  məqalədə 
qəbul  edilmiĢ  qiymətləndirmə  sistemi  baĢqa  meyarlara  söy-
kənir. Belə ki, apardığımız araĢdırma fizika və riyaziyyat üzrə 
1996-2007-ci  illəri  əhatə  edən  dövrdə  beynəlxalq  jurnallarda 
çap  olunmuĢ  elmi  məqalələrin,  bu  məqalələrə  verilmiĢ 
istinadların  təhlilinə  əsaslanır.  Hesab  edirik  ki,  beynəlxalq 
jurnallarda çap olunmuĢ və deməli,  beynəlxalq  səviyyədə eks-
pert  rəyindən  keçmiĢ  elmi  əsərlər  fizika  və  riyaziyyatda 
formalaĢmıĢ vəziyyətin daha gercək mənzərəsini yaradır. 
AraĢdırmalar  üçün  tələb  olunan  informasiyanı  beynəlxalq 
məlumat  bazalarından  əldə  etmək  olar.  Beynəlxalq  praktikada 
elmin  müəyyən  sahələri  üzrə  ixtisaslaĢan  məlumat  mənbələri 
mövcuddur.  Onlardan  istifadə  etməklə  hər  bir  alimin  məqalə-
ləri,  bu  məqalələrə  verilmiĢ  istinadlar  haqda  məlumat  əldə  et-
mək  mümkündür.  Riyaziyyat  sahəsində  Amerika  Riyaziyyat 
Cəmiyyətinin    MathSciNet_[American_Mathematical_Society,__www.ams.org]'>MathSciNet  [American  Mathematical  Society, 
www.ams.org],  Avropa  Riyaziyyat  Cəmiyyəti  və  Almaniya 
Universitetlərinin  birgə  saytı  Zentralblatt  MATH  [www. 
zentralblatt-math.org/zmath/en/],  nüvə  və  yüksək  enerjilər  fi-
zikası  istiqamətində  ABġ-ın  Stenford  Universitetindəki  “Sten-
ford Xətti Sürətləndirici Mərkəzi”nin (SLAC)[Stanford Linear 
Accelerator  Center,  www.slac.stanford.edu]  bazaları  belə 
məlumat  mənbələri  rolunu  oynaya  bilər.  Üstünlüklərinə  bax-
mayaraq,  konkret  sahə  və  istiqamətlərə  görə  ixtisaslaĢan  mə-
lumat  bazaları  müxtəlif  prinsiplər  əsasında  tərtib  olunurlar. 
Məsələn, əgər MathSciNet yalnız Amerika Riyaziyyat Cəmiy-
yəti  tərəfindən  tanınan  jurnallardakı  məqalələri  və  istinadları 
nəzərə  alırsa,  SLAC  hətta  çap  olunmamıĢ,  elektron  arxivdə 
yerləĢdirilmiĢ məlumatları da qeyd edir. Nəticədə, MathSciNet-
dən riyaziyyatın müəyyən istiqaməti və riyaziyyatçı alim hadqa 
əldə  olunmuĢ  məlumat  SLAC-ın  fizika  üzrə  və  fizik  barədə 
verdiyi  məlumata  ekvivalent  sayıla  bilməz.  Ona  görə  də,  bu 
məlumatları müqayisə etmək düzgün olmazdı. Elm sahələrinin 


 
64 
müqayisəli analizini aparmaq üçün informasiya eyni mənbədən 
götürülməlidir. 
Belə məlumat mənbələrindən ən mötəbəri Tomson Röyters 
Agentliyinin  Elmi  Ġnformasiya  Ġnstitutunun  (ISI)  hesabat-
larıdır [Thomson Reuters, www.thomsonreuters.com]. Tomson 
Röyters tərəfindən indekslənən və elmin bütün sahələrini əhatə 
edən təxminən 8000 elmi jurnal, burada çap olunmuĢ məqalələr 
müqayisəli təhlil aparmağa imkan verir. Lakin Tomson Röyters 
jurnalların keyfiyyətinə sərt tələblər qoyur. Belə yüksək səviy-
yəli jurnallarda çap olunmaq isə kifayət qədər çətin məsələdir. 
Azərbaycanda  elmin  indiki  vəziyyətində  yalnız  ISI  jurnal-
larındakı məqalələrə istinadən nəticə çıxarmaq, fikrimizcə hələ 
tezdir.  Məhz  bu  səbəbdən,  biz  Tomson  Röytersdən  daha  çox 
jurnal  və  konfrans  materiallarına  əsaslanan  SCOPUS  bazasın-
dan [SCOPUS, www.info.scopus.com] istifadə edəcəyik. Qeyd 
etmək yerinə düĢər ki, Tomson Röyters və SCOPUS məlumat 
bazalarından  elmi  jurnalların  qiymətləndirilməsi  zamanı  [F.Ə. 
Əliyev, Ş.S. Ağayev, Elmi nəşrlərin qiymətləndirilməsi: mövcud 
vəziyyət və perspektivlər,“Elm” qəzeti, №1-2, 21 yanvar 2009] 
və  Azərbaycanda  elmin  prioritet  sahələrini  müəyyən  edərkən 
[F.Ə.Əliyev,  Ş.S.  Ağayev,  Azərbaycanda  elmin  mövcud  və 
gələcək  prioritetləri,  “Elm”  qəzeti,  №25-26,  31  avqust  2009] 
istifadə edilmiĢdir. 
SCOPUS elmin bütün sahələrinə həsr edilmiĢ və məqalələri 
hərtərəfli  rəy  prosesindən  keçən  16500  jurnal,  350  kitab  seri-
yası,  konfrans  materialları  əsasında  formalaĢan  informasiya 
bazasıdır.  Bizdə  olan  məlumata  görə  SCOPUS  bazasında  res-
publikamızdan  “Azərbaycan  Tibb  Jurnalı”  qeydiyyatdan  ke-
çib.  2009-cu  ildə  Rabitə  və  Ġnformasiya  Texnologiyaları 
nazirliyi, BDU-nin Tətbiqi Riyaziyyat ETĠ və Milli EA tərəfin-
dən birgə nəĢr edilən beynəlxalq “Applied and Computational 
Mathematics” jurnalı da SCOPUS-da qeydiyyata düĢüb. Lakin 
bu jurnalın məqalələri müvafiq hesabatlarda yalnız gələn ildən 
nəzərə  alınacaq.  BaĢqa  sözlə,  fizika  və  riyaziyyat  üzrə 


Yüklə 2,98 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə