Redaktor: Cahangir Məmmədli



Yüklə 2,98 Kb.
Pdf görüntüsü
səhifə17/46
tarix11.04.2018
ölçüsü2,98 Kb.
#37906
1   ...   13   14   15   16   17   18   19   20   ...   46

 
53 
aspirant və doktorantların deyil, onların elmi rəhbər və məslə-
hətçilərinin  də  məqalələri  nəzərə  alınıb.  Bəs  əgər  həqiqətən 
müdafiə  edilmiĢ  dissertasiyalar  yüksək  demirik,  normal  səviy-
yədə olsaydı, onda beynəlxalq jurnallarda neçə elmi məqalə çap 
edilməliydi?  Bu  suala  cavab  tapmaq  elə  də  çətin  deyil.  Tibb 
elminin  11  ixtisası  üzrə  beĢ  il  ərzində  205  namizədlik  və  25 
doktorluq  dissertasiyası  müdafiə  edilib.  Namizədlik  dissertasi-
yaları üçün 1, doktorluq dissertasiyaları üçün isə 6 elmi məqalə 
tələbi  ödənilsəydi,  onda  beynəlxalq  jurnallarda  ən  azı  355 
məqalə çap edilməliydi.  
Elmi  kadr  hazırlığında  üçüncü  yerdə  olan  texnika  elm-
lərində vəziyyət, bəzi ixtisaslar istisna olmaqla, baĢqa sahələrə 
nisbətən yaxĢıdır. Belə ki, texnika sahəsinə aid olan elektrik və 
elektron mühəndisliyi; nəzarət və sistem mühəndisliyi ölkə el-
minin  10  məhsuldar  istiqaməti  arasındadır.  Texnika  sahəsində  
müdafiələr  əsasən  informatika,  hesablama  texnikası  və  idarə-
etmə  (71),  tikinti  (39),  maĢınqayırma  və  maĢınĢünaslıq  (21), 
aviasiya və raket-kosmik texnikası (20), energetika (19), aqro-
mühəndis sistemlərinin proses və maĢınları (18) ixtisasları üzrə 
edilmiĢdir.  Bəzi  texniki  ixtisaslar  üzrə  elmi  kadrların  çox  az 
hazırlanması  isə  narahatlıq  doğurur.  Məsələn,  fövqəladə  hal-
larda  təhlükəsizlik  (2),  yeyinti  sənayesinin  texnologiyası  (2), 
nəqliyyat,  mədən  və  tikinti  maĢınqayırması  (4),  elektrotexnika 
(6), kimya texnologiyası (7) belə ixtisaslardandır. Ümumi gös-
təriciləri  qənaətbəxĢ olan qruplara daxil edilmiĢ bəzi  ixtisaslar 
üzrə də çox az mütəxəssis hazırlanmıĢdır. Sonuncular arasında 
istilik  elektrik  stansiyaları,  onların  energetik  sistemləri  və 
aqreqatları  (1),  ölçmə  cihazları  və  metodları  (1),  hesablama 
maĢınları, sistemlər və Ģəbəkələr (1) kimi ixtisaslar yer alır. Ġx-
tisasların  adlarından  da  görünür  ki,  onlar  iqtisadiyyatımızın 
inkiĢaf etməkdə olan sahələrinə  aiddir. Bu ixtisaslar üzrə elmi 
kadr hazırlığı, lazım gələrsə xarici ölkələrin universitet və elmi-
tədqiqat mərkəzlərində də aparıla bilər. 
Texnika  elmlərinə  aid  edilmiĢ  ixtisaslar  SCIMAGO-nun 


 
54 
hesabatında  tamamilə  və  ya  qismən  “mühəndislik”, 
“energetika”, “kimya mühəndisliyi” və “kompüter elmləri” böl-
mələrinə  daxil  edilmiĢdir.  Bu  səbəbdən  texnika  üzrə  xaricdə 
nəĢr edilmiĢ əsər sayını qiymətləndirmək asan deyil. Əksər tex-
niki  ixtisasların  yer  aldığı  mühəndislik  sahəsi  elmi  məhsulun 
həcminə  görə  Azərbaycan  elmində  beĢinci  yerdədir.  Texnika 
elmlərinin  monitorinqi  bir  neçə  ixtisas  üzrə  kadr  hazırlığında 
keyfiyyətin  aĢağı  olduğunu  göstərir.  Bu  cəhətdən  tikinti  ixti-
saslarını  qeyd  etmək  yerinə  düĢər.  Belə  ki,  tikinti  sahəsinin 
bütün ixtisasları üzrə 39 dissertasiya müdafiə edilsə də, 12 ildə 
beynəlxalq  jurnallarda  sənaye  tikintisi  ixtisasında  cəmi  36 
məqalə çap olunmuĢdur.  
Ġqtisad elmlərində çoxsaylı dissertasiyalar müdafiə edilsə də 
kadr  hazırlığının  keyfiyyəti  aĢağıdakı  məlumatlardan  asanlıqla 
aydın olur. Bu sahədə müdafiələr ixtisaslar üzrə belə bölünüb: 
xalq  təsərrüfatının  iqtisadiyyatı  və  idarəedilməsi  (137),  iqti-
sadiyyatın  riyazi  və  instrumental  üsulları  (33),  iqtisadi  nəzə-
riyyə  (24), mühasibat uçotu,  statistika (11), maliyyə, pul  təda-
vülü  və  kredit  (10),  dünya  iqtisadiyyatı  (8).  Belnəlxalq  mən-
bələr  isə  iqtisad  elmləri  sahəsində  Azərbaycandan  “Biznes, 
beynəlxalq menecment və mühasibat” bölməsinin innovasiyalar 
menecmenti istiqaməti üzrə 1, “müxtəlif istiqamətlər”ində isə 4 
elmi  məqalənin  çap  olunduğunu  qeyd  edib.  Ġqtisad  elmlərinin 
marketinq,  mühasibat  uçotu,  maliyyə,  menecmentin  digər  isti-
qamətləri  üzrə  beynəlxalq  səviyyədə  elmi  məqalə  qeyd  edil-
məyib.  Fikrimizcə,  ölkə  daxilində  sahə  üzrə  elmi  kadr  hazır-
lığını  minimuma  endirmək,  bu  iĢdə  üstünlüyü  ABġ  və  Qərbi 
Avropanın universitetlərinə vermək daha məqsədəuyğundur.    
HazırlanmıĢ  elmi  kadrların  sayına  görə  biologiya  beĢinci 
mövqedədir. Say etibarilə hazırlanmıĢ mütəxəssislər kifaqət qə-
dərdir, lakin bu sözləri onların keyfiyyəti haqda demək çətindir. 
Biologiyada ən çox mütəxəssis fiziologiya (21), ekologiya (20), 
torpaqĢünaslıq  (20),  biokimya  (15)  və  mikrobiologiya  (13) 
ixtisasları  üzrə  yetiĢdirilib.  Sahə  üzrə  məqalələrin  sayını  təhlil 


 
55 
edərkən  nəzərə  alinmalıdır  ki,  biologiyanın  Azərbaycanda  qə-
bul  edilmiĢ  təsnifatı  ilə  beynəlxalq  təsnifat  sxemləri  üst-üstə 
düĢmür.  SCIMAGO-nun  hesabatında  biologiyanın  bəzi  isti-
qamətləri  “aqrar  elmlər  və  biologiya”,  digərləri  “biokimya, 
genetika,  molekulyar  biologiya”  bölmələrində  toplanıb.  Özlü-
yündə  belə  yanaĢma  tərzi  çox  Ģeydən  xəbər  verir:  biokimya, 
genetika,  molekulyar  biologiya  beynəlxalq  miqyasda  o  qədər 
inkiĢaf  etmiĢ  və  əhəmiyyətli  olmuĢdur  ki,  artıq  müstəqil  elm 
sahəsi kimi qəbul edilir.  
Biologiyada  ən  uğurlu  nəticələr  biokimya  istiqamətinə 
aiddir.  Belə  ki,  on  iki  ildə  bu  istiqamət  üzrə  57  məqalə  çap 
edilmiĢ  və  beĢ  il  ərzində  ixtisas  üzrə  15  elmi  kadr  hazırlan-
mıĢdır  ki,  bunu  da  normal  göstərici  hesab  etmək  mümkündür. 
Ən çox müdafiə fiziologiya ixtisasında qeyd edilsə də müvafiq 
elmi istiqamət üzrə 12 ildə cəmi 9, ekologiya və təkamül nəzə-
riyyəsində 12, mikrobiologiya üzrə 8, torpaqĢünaslıq üzrə isə 4 
məqalə  qeydə  alınıb.  Aydındır  ki,  bu  ixtisaslarda  kadr 
hazırlığının  keyfiyyəti  dünya  standatrlarına  uyğunlaĢdırıma-
lıdır. 
Yüksək  səviyyəli  mütəxəssis  hazırlığının  problemlərindən 
biri  də  ölkə  iqtisadiyyatı  üçün  lazım  olan  ixtisaslar  üzrə  elmi 
kadrların  çox  az  sayda  yetiĢdirilməsidir.  Bu  mənada  diqqəti 
Strategiyada  elmi  tədqiqatların  prioritetləri  arasında  göstərilən 
kənd təsərrüfatı elmlərinə aid ixtisaslara -  ümumi əkinçilik (1), 
bitki mühafizəsi (1), meyvəçilik və üzümçülük (2), zootexnika 
(4),  bitkiçilik  (5)  və  baytarlığa  (2)  yönəltmək  istəyirik.  Ümu-
miyyətlə,  beĢ  ildə  kənd  təsərrüfatı  üzrə  cəmi  30  elmi  mütə-
xəssis hazırlanmıĢdır ki,  bu da kifayət hesab edilə bilməz. Kadr 
hazırlığında  bir  amil  həmiĢə  nəzərə  alınmalıdır:  gənc  mütə-
xəssislər  yeni,  müasir  istiqamətlərdə  tədqiqat  aparmaqla,  dərs 
deməklə  yanaĢı  yaĢlı  nəsl  nümayəndələrini  əvəz  etməlidirlər. 
Ona  görə  də,  yuxarıdakı  rəqəmlər  elə  də  böyük  deyil.  Kənd 
təsərrüfatı  elmlərində  tədqiqatların  səviyyəsi  də  beynəlxalq 
tələblərlə  tam  uzlaĢmır.  Beynəlxalq  hesabatlar  kənd  təsər-


Yüklə 2,98 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə