Redaktor: Cahangir Məmmədli



Yüklə 2,98 Kb.
Pdf görüntüsü
səhifə16/46
tarix11.04.2018
ölçüsü2,98 Kb.
#37906
1   ...   12   13   14   15   16   17   18   19   ...   46

 
50 
mümkündür.  Deyilənləri  nəzərə  alsaq  texnika,  tibb,  təbiət 
elmləri  üzrə  hazırlanan  elmi  kadrların  sayı  digər  sahələrdə-
kindən on dəfələrlə artıq olmalıdır.  
Milli Strategiyanın elmi təĢkilatlar və ictimaiyyət qarĢısında 
qoyduğu vəzifələrdən biri də aparılan tədqiqatların, kadr hazır-
lığının  keyfiyyətinin  yüksəldilməsidir.  Ümimiyyətlə,  keyfiyyət 
məsələsi  kifayət  qədər  mürəkkəb  və  hərtərəfli  yanaĢma  tələb 
edən problemdir. Sovet  Ġttifaqında elmi kadrların hazırlanması 
və  attestasiyası  eyni  normativ  sənədlər  əsasında  həyata 
keçirilirdi.  Buna  baxmayaraq,  SSRĠ-nin  aparıcı  universitet-
lərində  təhsil  almıĢ  və  mərkəzi  elmi-tədqiqat  institutlarında 
təcrübə  toplamıĢ  mütəxəssislərlə  yerli  elmi  kadrlar  arasında 
əhəmiyyətli  keyfiyyət  fərqləri  mövcud  idi.  Müstəqilliyin  ilk 
illərində istedadlı alimlərimizin bir hissəsi ölkəni tərk etmiĢdir. 
Onlar indi MDB-nin, ABġ-ın və Avropa ölkələrinin universitet-
lərində,  elmi  institutlarında  çalıĢırlar.  Nəticədə  Azərbaycanın 
elmi  kadr  potensialı  zəifləmiĢdir  ki,  bu  da  özünü  digər  məsə-
lələrlə yanaĢı kadr hazırlığının keyfiyyətində də biruzə verir.    
Hazırda  ölkə  üçün  lazım  olan  elmi  mütəxəssislərin  əksə-
riyyəti  yerli  universitet  və  institutlarda  hazırlanır.  Bu  prosesin 
keyfiyyətini qiymətləndirmək üçün SCIMAGO qrupunun hesa-
batı  kifayət  qədər  yararlıdır.  Aydındır  ki,  sənəd  təkcə  aspirant 
və doktorantların deyil, sahə və istiqamətlər üzrə çalıĢan bütün 
alimlərin əsərlərinin təhlilinə əsaslanır. Buna baxmayaraq, mü-
dafiə  edilmiĢ  namizədlik  və  doktorluq  dissertasiyalarının  sayı 
ilə  müvafiq  istiqamətlər  üzrə  beynəlxalq  jurnallarda  çap 
olunmuĢ  məqalə  sayının  müqayisəli  analizi  elmdə  kadr  hazır-
lığının  keyfiyyəti,  orta  statistik  mütəxəssisin  səviyyəsi  haqda 
əsaslı  mülahizələr  yürütməyə  imkan  verir.  Lakin  belə  təhlil 
hətta beynəlxalq səviyyədə təmsil olunmamıĢ ixtisaslarda ayrı-
ayrı parlaq mütəxəssislərin yetiĢməsini istisna etmir.  
AraĢdıracagımız  ilk  elm  sahəsi  filologiyadır,  çünki  elmi 
kadrların  yetiĢdirilməsində  birincilik  məhz  bu  sahəyə 
məxsusdur. Filologiya elmlərində ən çox mütəxəssis  Azərbay-


 
51 
can  (112)  və  dünya  ədəbiyyatı  (57),  Azərbaycan  dili  (48), 
folklorĢünaslıq  (36),  ədəbiyyat  nəzəriyyəsi  (28)  və  german 
dilləri  (22)  ixtisasları  üzrə  hazırlanib.  Maraqlıdır  ki,  həmin 
dövrdə slavyan dilləri  üzrə 17, sami dilləri üzrə 7 dissertasiya 
müdafiə edildiyi halda, türk dilləri ixtisası üzrə bu rəqəm cəmi 
2-yə bərabər olub. Burdan belə nəticəyə gəlmək olar ki, biz öz 
dilimizdən  baĢqa  bütün  türk  dillərini  öyrənib  qurtarmıĢıq. 
Ölkəmizin  türk  dünyasında  gedən  inteqrasiya  proseslərini 
dəstəklədiyi və vahid türk dilinin yaradılmasına böyük ehtiyac 
duyulduğu  bir  vaxtda  elmimizin  türk  dillərinə  belə  soyuq 
münasibətinə  haqq  qazandırmaq  mümkün  deyil.  Respubli-
kamızdakı  azsaylı  xalqların  dilləri  də  elmi  tədqiqatlardan 
kənarda  qalıb:  yəqin  ki,  bu  dilləri  xarici  mütəxəssislər  öyrən-
məlidir.  Təsvir  etdiyimiz  mənzərə  əvvəllər  formalaĢmıĢ  kadr 
potensialının  özünüyeniləmə  prosesində  yaranır:  sovet 
dövründə  Azərbaycanın  milli  maraqları  nəzərə  alınmadan  ha-
zırlanmıĢ  mütəxəssislər  indi  də    tələb  olunan  ixtisaslar  üzrə 
deyil,  öz  elmi  istiqamətləri  üzrə  mütəxəssis  hazırlamaqda 
davam edirlər. Bu kadrların hansı məqsədlər üçün yetiĢdirildiyi 
isə heç kimi maraqlandırmır. 
Ġndi  isə  filologiya  sahəsindəki  mənzərəyə  xarici  müĢa-
hidəçi-alimin  gözü  ilə  baxaq.  Filologiya  SCIMAGO-nun 
hesabatının “incəsənət və humanitar elmlər” bölməsində iki is-
tiqamətlə təmsil olunub. Bu istiqamətlər “dil və linqvistika” və 
“ədəbiyyat və ədəbiyyatĢünaslıq” adları altında verilib. Hesabat 
dilçilik və ədəbiyyat istiqamətlərində Azərbaycan elminin bey-
nəlxalq  səviyyədə  heç  bir  məqalə  ilə  təmsil  olunmadığını 
göstərir.  Beləliklə,  kənar  müĢahidəçi  elmin  adı  çəkilən  istiqa-
mətlərinin ölkəmizdə təĢəkkül tapmadığı qənaətinə gəlməlidir. 
Filologiya elminə xas olan problemlər bütün ictimai-siyasi, 
humanitar elmlər üçün xarakterikdir. Tarix, hüquq, pedaqogika, 
psixologiya,  fəlsəfə,  sənətĢünaslıq  kimi  sahələrdə  beynəlxalq 
jurnallarda çap olunmuĢ məqalə tapmaq müĢkül məsələdir. Mə-
sələn, 12 ildə tarix üzrə 2, pedaqogika üzrə 2, psixologiya üzrə 


 
52 
1  məqalə  çap  edilmiĢdir.  Hüquq,  musiqi  sənəti,  fəlsəfə  üzrə 
beynəlxalq səviyyədə elmi məqalə çap edilməyib. Buna baxma-
yaraq adı çəkilən sahələrdə  471  dissertasiya müdafiə olunmuĢ, 
daha 828  aspirant və dissertant isə qəbul edilmiĢdir.     
Ġctimai-siyasi  və  humanitar  elmlərdəki  mövcud  durum  və 
yaranmıĢ  vəziyyətdən  çıxıĢ  yolları  bir  neçə  gün  öncə  Dövlət 
Ġdarəçilik  Akademiyasında  Prezident  Administrasiyasının  rəh-
bəri, akademik R. Mehdiyevin sədrliyi ilə keçirilmiĢ müĢavirə-
də geniĢ müzakirə edilmiĢdir. MüĢavirədə AMEA-da və univer-
sitetlərdə  kifayət  qədər  elmlər  doktoru  və  namizədi  hazırlan-
dığı,  lakin  onların  ölkənin  gələcək  inkiĢaf  strategiyasının  elmi 
əsaslandırılması  baxımından  istifadəsiz  qaldığı  qeyd  olunmuĢ-
dur. MüĢavirədə qəbul edilmiĢ qərarların həyata keçirilməsi ilə 
ictimai və humanitar elmlərdə yuxarıda göstərilmiĢ problemlə-
rin həllinə güclü təkan verəcəyinə inanırıq. 
Kadr hazırlığında ikinci  yeri tibb elmi  tutur. Bu sahədə ən 
çox  namizədlik  və  doktorluq  dissertasiyalarının  müdafiə  edil-
diyi  ixtisasların  siyahısı  belədir:  cərrahlıq-45,  stomatologiya-
30, mamalıq və ginekologiya-27, pediatriya-24, onkologiya-20, 
daxili xəstəliklər-16, kardiologiya-16, epidemiologiya-16, trav-
motologiya  və  ortopediya-13,  allerqologiya  və  immunologiya-
13,  anesteziologiya  və  reanimatologiya-10.  Təbii  ki,  bu  qədər 
dissertasiyanın müdafiə edildiyi sahə üzrə beynəlxalq elmi jur-
nallarda çoxsaylı məqalələrin çap olunduğunu gözləmək olardı. 
Təhlillər isə göstərir ki, 1996-2007-ci illərdə tibb elminin yuxa-
rıda  göstərilmiĢ  ixtisaslarından    kardiologiyada  7,  cərrahiyyə, 
pediatriya, mamalıq və ginekologiya ixtisaslarının hər birində 1 
elmi  məqalə  çap  olunmuĢdur.  Digər  ixtisaslar  (stomatologiya, 
daxili  xəstəliklər,  immunologiya  və  allerqologiya,  anestezio-
logiya və reanimatologiya, travmotologiya, epidemiologiya) üz-
rə  isə  beynəlxalq  səviyyədə  elmi  məqalə  qeydə  alınmayıb. 
BaĢqa sözlə, 11 ixtisas üzrə beynəlxalq məlumat bazalarında 12 
ildə  cəmi  10  məqalə  qeyd  edilmiĢdir.  Bir  daha  vurğulayaq  ki, 
çap olunmuĢ məqalələr haqqındakı statistik məlumatlarda təkcə 


Yüklə 2,98 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə