Redaktor: Cahangir Məmmədli


dünya  elmi  ilə  müqayisədə  Azerbaycan  elmində  təhlükəli



Yüklə 2,98 Kb.
Pdf görüntüsü
səhifə13/46
tarix11.04.2018
ölçüsü2,98 Kb.
#37906
1   ...   9   10   11   12   13   14   15   16   ...   46

 
41 
dünya  elmi  ilə  müqayisədə  Azerbaycan  elmində  təhlükəli 
həddə  gəlib  çatan  gocalma  tendensiyasından...  ”    təəccüb-
lənmək lazım deyil.  
Tədbirlər  Planının  Elmi  əsərlərin  nüfuzlu  jurnallarda, 
nəşriyyatlarda çap edilməsi üçün müvafiq mexanizmin işlənib 
hazırlanması  bəndinin  həyata  keçirilməsi  həm  elmi-tədqiqat 
iĢlərinin  keyfiyyətinin  yüksəlməsinə,  həm  də  alimlərin  maddi 
vəziyyətinin  yaxĢılaĢmasına  xidmət  etməlidir.  Bu  məqsədlə 
müvafiq  mükafatlandırma sistemini tətbiq  etmək lazımdır. Biz 
bu barədə əvvəlki məqalələrimizdə ətraflı yazmıĢıq və belə sis-
temin  səmərəliliyini  konkret  ölkələrin  timsalında  (məsələn, 
Türkiyənin) sübut etmiĢik. Qısa Ģəkildə təkrar edək ki, Tomson 
Röyters  Agentliyinin  Elmi  Ġnformasiya  Ġnstitutu  tərəfindən 
indekslənən jurnalda çap olunmuĢ məqalənin Azərbaycanda ça-
lıĢan  müəlliflərinə  dövlət  tərəfindən  əhəmiyyətli  mükafat 
ödənilməlidir.  Mükafatın  məbləği  jurnalın  kateqoriyasına  uy-
ğun  olaraq  təyin  edilməlidir.  Tələb  olunan  vəsaitin  maksimal 
həcmini  belə  qiymətləndirmək  olar:  hər  bir  məqalə  üçün  orta 
hesabla 1000 manat mükafat verilsə və 2007-ci ildəki 472 mə-
qalənin  hamısının  yüksək  kateqoriyalı  jurnallarda  çap  edil-
diyini fərz etsək, onda bu təxminən 500 min  manat  edir. Təd-
birlər  Planının  bu  bəndinin  icrasına  2009-cu  ildən  etibarən 
mövcud  strukturlar,  məsələn,  Milli  Elm  Fondu  çərçivəsində 
baĢlamaq olar.  
Azərbaycan  Prezidentinin  4  may  2009-cu  il  tarixli  Sərən-
camı  Azərbaycan  elminin  qarĢısında  geniĢ  imkanlar  açır.  Bu 
imkanların reallaĢdırılması hər birimizdən asılı olan məsələdir. 
Biz bu məqalədə elmimizin prioritet sahə və istiqa-mətləri, hə-
yata keçiriləcək Tədbirlər Planı haqqında öz mülahizələrimizlə 
bölüĢdük. Ġslahatların məqalədə toxunulmuĢ və ya digər aspekt-
ləri ətrafinda həmkarlarımızın fikirlərini öyrənmək təkcə bizim 
üçün deyil, bütün elmi ictimaiyyət üçün maraqlı olardı. 
     
“Respublika” qəzeti, 17 iyul 2009-cu il,  
“Elm” qəzeti, 31 avqust 2009-cu il 


 
42 
ELMĠ KADR HAZIRLIĞININ PROBLEMLƏRĠ 
 
Ölkə  baĢçısının  imzaladığı  “Azərbaycan  Respublikasında 
2009-2015-ci  illərdə  elmin  inkiĢafı  üzrə  Milli  Strategiya”  və 
onun  həyata  keçirilməsi  ilə  bağlı  “Tədbirlər  Planı”  elmimizin 
geniĢ  miqyaslı,  hərtərəfli  və  köklü  islahatlarını  nəzərdə  tutan 
çox  mühüm  sənəddir.  Milli  Strategiya  Azərbaycan  elmində 
mövcud problemləri qeyd etməklə yanaĢı onların həlli yollarını, 
müddət  və  icraçılarını  göstərir,  dövlət  qurumları,  AMEA  və 
universitetlər  qarĢısında  konkret  vəzifələr  qoyur.  Ġslahatlar 
Azərbaycan elminin strukturunun və idarəedilməsinin, maliyyə-
ləĢmə  sxemlərinin,  akademik  institut  və  universitetlərdə  apa-
rılan  tədqiqatların  mövzu  və  səviyyəsinin  beynəlxalq  stan-
dartlara uyğunlaĢdırılmasını nəzərdə tutur. 
Elmimizin  çoxsaylı  problemlərinin  həlli  yollarının  axtarıb-
tapılması elmi ictimaiyyətin daim diqqət mərkəzində olmalıdır. 
Strategiyadakı  bəzi  müddəaların  təhlilinə  həsr  olunmuĢ  məqa-
ləmizdə  (“Azərbaycanda  elmin  mövcud  və  gələcək  priori-
tetləri”, “Respublika” qəzeti, 17 iyul, 2009) biz beynəlxalq in-
formasiya  mənbələrinə  əsaslanaraq  elmimizin  məhsuldar  sahə 
və istiqamətləri, onların inkiĢaf dinamikası, gələcək prioritetləri 
haqqinda  kifayət  qədər  ətraflı  məlumat  vermiĢdik.  Ġslahatların 
həll  edəcəyi  problemlər  sırasında  elmi  kadrların  hazırlanması, 
alimlərin  əmək  Ģəraitinin  və  sosial  müdafiəsinin  əhəmiyyətli 
dərəcədə  yaxĢılaĢdırılması  kimi  məsələlər  də  yer  alır.  Aparı-
lacaq  islahatlar,  gözlənilən  yeniliklər  alim  əməyini  maddi  və 
mənəvi  cəhətdən  stimullaĢdırmalı,  onun  məhsuldarlığını  və 
keyfiyyətini  yüksəltməlidir.  Ġctimaiyyətə  təqdim  olunan  bu 
məqaləmiz  Azərbaycan  elmində  məhz  kadr  hazırlığındakı 
problemlərin təhlilinə həsr edilib. 
Milli  Strategiyada  kadr  hazırlığının  sahələr  üzrə  bölgüsü 
haqda birbaĢa göstəriĢlər yer almasa da, sənədin təhlilindən bu 
istiqamətləri  müəyyənləĢdirmək  elə  də  çətin  deyil.  Həqiqətən 
də, metodoloji baxımdan aydındır ki, ölkədə elmi tədqiqatların 


 
43 
prioritetləri kimi  qəbul  edilən sahələr maliyyələĢmədə, maddi-
texniki təchizatda və kadr hazırlığında baĢqa sahələrə nisbətən 
üstünlüyə  malik  olmalıdır.  Bəzən  hesab  edirlər  ki,  prioritetlər 
siyahısına  düĢməyən  istiqamətlər  üzrə,  ümumiyyətlə,  kadr 
hazırlığı  aparılmamalıdır.  Əgər,  məsələn  riyaziyyatın  həndəsə, 
topologiya və ya fizikanın atom fizikası istiqamətləri Azərbay-
canda  elmin  məhsuldar  sahələri  arasında  yer  almırsa,  bu  o 
demək  deyil  ki,  həmin  ixtisaslar  üzrə  kadr  hazırlıği  dayan-
dırılmalıdır.  Bu  ixtisaslar  riyaziyyat,  fizika  üzrə  kadr  hazır-
lığının  ayrılmaz  tərkib  hissəsidir  və  onlar  yüksək  səviyyəli 
mütəxəssislər  tərəfindən  tədris  edilməlidir.  Strategiya  “elmin 
son  nailiyyətlərinin  ali  məktəblərin  tədris  proqramlarına  daxil 
edilməsi”  tələbini  qoyur.  Elmin  son  nailiyyətlərini  isə  yalnız 
fəal  yaradıcılıqla  məĢğul  olan,  əsərlərini  nüfuzlu  belnəlxalq 
elmi jurnallarda çap etdirən, xarici elmi mərkəzlərlə yaradıcılıq 
əlaqələri  saxlayan  alimlər  tədris  edə  bilər.  Gənc  nəslin  elmi 
tədqiqatlara həvəsləndirilməsi  və  yönəldilməsində belə  alimlə-
rin rolu əvəzedilməzdir.  
Strategiya  prioritet  elm  sahələrini  belə  təyin  edir:  “Azər-
baycan  Respublikasında  elmi  tədqiqatların  prioritetləri,  ilk 
növbədə,  müasir  dünya  elminin  inkiĢaf  səviyyəsi  və  tələbləri 
əsasında müəyyənləĢdirilməlidir” və bu məqsədlə fundamental 
elmlər üzrə tədqiqatların geniĢləndirilməsini, Azərbaycan elmi-
nin beynəlxalq elm məkanına inteqrasiyasının gücləndirilməsini 
vacib  hesab  edir.  “Elmi  tədqiqatların  prioritetləri  Azərbaycan 
dövlətinin  sosial-iqtisadi  və  mədəni  sahələrdə  vəzifələri  ilə 
uzlaĢmalıdır”  tələbi  bu  sənəddə  yer  almıĢ  müddəalar  arasın-
dadır.  Sonuncu  tələblə  bağlı  yanacaq-energetika,  kənd  təsər-
rüfatı,  informasiya-kommunikasiya  texnologiyaları  üzrə,  ətraf 
mühitin  mühafizəsi  sahəsində,  canlı  sistemlər  (tibb,  biologiya) 
haqqında  tədqiqatlar  elmin  prioritet  istiqamətləri  kimi  qəbul 
edilir. Bu sırada iqtisadiyyatın qeyri-neft sektorunun inkiĢafına, 
ölkənin  milli  təhlükəsizlik  və  müdafiəsinə,  tariximizin,  mədə-
niyyət və dilimizin  tədqiqinə yönəlmiĢ elmi istiqamətlər də yer 


Yüklə 2,98 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə