Redaktor: Cahangir Məmmədli



Yüklə 2,98 Kb.
Pdf görüntüsü
səhifə11/46
tarix11.04.2018
ölçüsü2,98 Kb.
#37906
1   ...   7   8   9   10   11   12   13   14   ...   46

 
35 
vəziyyət, onların inkiĢaf istiqamətləri və 2020-ci ildə əldə oluna 
biləcək  nailiyyətlər  haqqında  maraqlı  məlumat  və  proqnozlar 
verilir.  Xüsusilə  biotexnologiya,  nanobiotexnologiya,  tibbi 
biologiyanın,  nanotexnologiya,  materialşünaslıq,  mühəndis-
lik, informasiya texnologiyalarının inkişaf meylləri və 2020-ci 
ilə hesablanmıĢ hədəfləri üzərində ətraflı dayanılır. Bu meyllər 
haqqında çox qısa da olsa məlumat verək.  
Beləliklə,  biotexnologiya  sahəsində  gen  mühəndisliyinin 
tibbi diaqnostika və terapiyanın təkmilləĢməsində, yeni dərman 
və ərzaq məhsullarının istehsalında rolunun xeyli artacağı qeyd 
edilir. ZədələnmiĢ orqanların transplantasiyasında və ya onların 
qismən yenilənməsində bioloji toxumaların tətbiqinin aktuallığı 
vurğulanır.  Eyni  zamanda,  hesabatda  haqlı  olaraq  bu  sahənin 
sosial və etik problemləri üzərində də dayanılır.      
Nanotexnologiyalar sahəsində inkiĢaf çox həssas sensor və 
detektorların, ğünəĢ elementləri üçün yeni materialların yaradıl-
ması,  nanotexnologiyaların  elektronikada  tətbiqi  və  s.  Istiqa-
mətlərdə davam edəcək. Materialşünaslıq elmində yeni pyezo-
elektrik, maqnetostriktiv, nanokompozit və nanostrukturlu ma-
terialların  sintezi  və  tətbiqində  yeniliklər  və  inkiĢaf  ğözlənilir. 
Biomaterialşünaslıqda toxuma mühəndisliyi, sümüyün bərpası 
və sümük toxumasının yetiĢdirilməsi üçün  bioaktiv ĢüĢələrdən, 
qanın  əvəzləyicisi  kimi  yeni  polimer  materiallardan  istifadə 
istiqamətlərində tərəqqi proqnozlaĢdırılır.  
Aydındır  ki,  Azərbaycanda  bütün  perspektivli  sahə  və 
istiqamətləri  inkiĢaf  etdirmək  qeyri-mümkündür.  Seçim 
edilərkən  ölkə  elminin  və  iqtisadiyyatınin  reallıqları,  kadr  po-
tensialının  hazırlığı    nəzərə  alınmalı,  məhsuldar  istiqamətlərə 
yaxın  elm  sahəlinə  üstünlük  verilməlidir.  Lazım  gələrsə,  yeni 
elmi  istiqamətlərin  yaradılması  da  mümkündür.  Lakin  bu 
zaman  mütəxəssis  hazırlığı  xarici  ölkələrin  qabaqcıl  univer-
sitetlərində  aparılmalı,  müasir  avadanlıqla  təchiz  edilmiĢ  yeni 
labotariya və mərkəzlər təĢkil edilməlidir.    
Azərbaycanda  elmin  müasir  durumunu,  ölkə  iqtisadiyyatı 


 
36 
üçün əhəmiyyətli elm sahələrinin vəziyyətini və nəhayət,  yeni 
texnologiyaların  qlobal  miqyasda  perspektivlərini  dəyərləndir-
dikdən  sonra  Milli  Strategiyanın  müvəffəqiyyətlə  həyata  ke-
çirilməsi  üçün  vacib  hesab  etdiyimiz  bəzi  tədbirlər  üzərində 
ətraflı dayanaq.  
Azərbaycan elmində yaranmıĢ vəziyyətin köklü surətdə də-
yiĢdirilməsinin  əsasında  bu  sahəyə  ayrılan  maliyyə  vəsaitlə-
rinin artırılması və onun səmərəli, məqsədyönlü istifadəsi du-
rur.  Elmin  maliyyələĢdirilməsindəki  gerçəklik  Strategiyada 
aĢağıdakı  kimi  xarakterizə  olunur:  “Elmin  maliyyələĢdirilməsi 
sahəsində  də  mövcud  vəziyyət  qənaətbəxĢ  deyil.  Əgər  1980-
1990-cı  illəri  əhatə  edən  dövrdə  büdcədən  elmə  sərf  olunan 
xərclərin  ÜDM-də  payı  0.3-0.5  faiz  hüdudlarında  idisə,  1998-
2008-ci  illər  ərzində  bu  rəqəm  0.2  faiz  təĢkil  etmiĢdir.”  Bəs 
elmə ayrılan büdcə vəsaitləri hansı həcmdə olmalıdır? Bu suala 
cavab tapmaq üçün dünya praktikasına müraciət edək. 2000-ci 
ilin  statistik  məlumatlarına  istinad  etsək  bu  göstərici  Yaponi-
yada  2.9  faiz,  ABġ-da  2.8  faiz,  digər  inkiĢaf  etmiĢ  ölkələrdə 
orta hesabla 2.3 faiz, inkiĢaf etməkdə olan ölkələrdə isə 0.8 faiz 
olduğunu  müəyyən  edərik.  MDB-nin  Avropada  yerləĢən  ölkə-
lərində elmə ayrılan vəsait ÜDM-nin 0.9, Asiyadakı ölkələrində 
isə  0.3  faizini  təĢkil  etmiĢdir.  Sonuncu  rəqəm  Strategiyakı 
göstərici ilə üst-üstə düĢür. Dəqiqlik naminə qeyd edək ki, yu-
xarıdakı  göstəricilər  təkcə  büdcənin  deyil,  özəl  sektorun  da 
elmə  ayırdığı  vəsaitlər  hesabına  formalaĢır.  Elmin  davamlı, 
artan inkiĢafını təmin etmək məqsədilə maliyyələĢmədə ÜDM-
un 2-3 faizi optimal qiymət kimi götürülə bilər. Əlbəttə, ÜDM-
dən  asılı  olaraq  müxtəlif  ölkələrin  elmə  ayırdıqları  vəsaitin 
mütləq məbləği də müxtəlif olur. Bu mənada bəzi ölkələrin bir 
tədqiqatçıya  il  ərzində  orta  hesabla  sərf  etdiyi  vəsaitinin 
miqdarı çox maraqlıdır. 2000-ci ilin nəticələri ABŞ-da bir ali-
mə  ildə  238  min,  Almaniyada  207  min,  Fransada  195  min, 
Afrika ölkələrində 69 min, Ərəb ölkələrində isə 48 min ABŞ 
dolları  miqdarında  vəsaitin  sərf  edildiyini  ğöstərir.  MDB 


 
37 
ölkələrində bu məbləğ orta hesabla 19 min olsa da, ölkəmizin 
daxil  olduğu  kateqoriya  üçün  cəmi  9  min  dollardır. 
Gətirdiyimiz rəqəmlər Azərbaycanda elmin maliyyələşməsinin 
qənaətbəxş olmadığını bir daha sübüt edir.  
Beləliklə,  ölkənin,  iqtisadiyyatın  yüksələn  xətt  üzrə 
inkiĢafını təmin etmək üçün elmə qoyulan investisiya ÜDM-in  
3 faizinə yaxın olmalıdır. Bu kriteriyanı qəbul etsək, onda qısa 
zamanda elmə ayrılan vəsaiti  10-15 dəfə artırılmalıdır. Nəzərə 
alaq  ki,  ölkəmizdə  bütün  elmi  tədqiqatların  91  faizi
fundamental  araĢdırmaların isə hamısı  dövlət büdcəsindən ma-
liyyələĢir. Sahibkarlıq sektoru, əsasən, texniki elmlər sahəsinin 
tətbiqi  tədqiqatlar  istiqamətinə  vəsait  ayırır.  Mövcud  vəziyyət 
islahatların ilkin dövründə elmə lazım olan vəsaitin büdcə tərə-
findən  ödəniləcəyini  göstərir.  Tələb  olunan  vəsaitin  həcmini 
hesablamaq isə elə də çətin məsələ deyil. Doğrudan da, son ildə 
ölkəmizdə  ÜDM-nin  38005  milyon  manat  olduğunu  nəzərə 
alsaq,  büdcədən  elmə  ayrılacaq  vəsait  ən  azı  350  milyon 
manata,  optimal  halda  isə  700-750  milyon  manata 
çatdırılmalıdır. Ümid edirik ki, bu müddəalar Tədbirlər Planı-
nın  13-cü  maddəsində  nəzərdə  tutulmuĢ  “...2010-2015-ci  illər 
üçün  elmin  büdcədən  maliyyələşmə  proqnozunun  Milli 
Strategiyaya  uyğun  yenidən  işlənməsi”  zamanı  nəzərə  alına-
caq. 
Ayrılacaq büdcə vəsaitinin məbləği, hər bir tədqiqatçı üçün 
tələb  olunan  vəsaitin  norması  təsdiq  edildikdən  sonra    elmin 
sahələr,  istiqamətlər,  alimlərin  sayı  baxımından  optimallaĢ-
dırılmasına  baĢlamaq  olar.  Məhz  bu  mərhələdə  müəyyən 
etdiyimiz  prioritet  istiqamətlər  əsas  kimi  götürülməli,  lazım 
gələrsə alimlər çalıĢdıqları sahələr üzrə daha perspektivli istiqa-
mətlərə  yönəldilməlidir.  Hazırda  ölkədə  elmin  prioritetləri  ilə 
elm sahələrinin maliyyələĢməsi arasında ciddi disproporsiyalar 
mövcuddur. Belə ki, 2007-ci ildə cari xərclər üçün təbiət elm-
lərinə  9,  ictimai  və  humanitar  elm  sahələrinə  birlikdə  11.4 
milyon manat  vəsait xərclənib. Azərbaycanı  beynəlxalq  səviy-


Yüklə 2,98 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə