Redaktor: Cahangir Məmmədli



Yüklə 2,98 Kb.
Pdf görüntüsü
səhifə19/46
tarix11.04.2018
ölçüsü2,98 Kb.
#37906
1   ...   15   16   17   18   19   20   21   22   ...   46

 
59 
dissertasiyaların  müdafiəsinin  və  təsdiqinin  qarĢısını  effektiv 
Ģəkildə kəsə bilər. Xüsusilə yüksək səviyyəli elmi tədqiqatların 
müəlliflərinə doktorluq dissertasiyası  yazmadan, formal prose-
durlarsız AAK-nın ekspert və ya müdafiə Ģurasında məruzə ilə 
çıxıĢ  etməklə  doktorluq  elmi  dərəcəsi  verilə  bilər.  “Xüsusi 
yüksək  səviyyə”  isə  AAK  tərəfindən    müəyyən  edilməlidir. 
Yüksək səviyyənin göstəricisi kimi indekslənən və təsir əmsalı 
müəyyən  həddi  aĢan  jurnallarda  çap  olunmuĢ  məqalələrin, 
müəllifin  əsərlərinə  verilmiĢ  istinadların  sayını  və  s.  təklif  et-
mək  olar.  Müəyyən  keçid  dövründən  sonra,  doktoranturanın 
ikincı  pilləsində  müdafiə  prosedurunu,  ümumiyyətlə,  ləğv  et-
mək  və  bütün  iddiaçıların  “xüsusilə  yüksək  səviyyə”nin  para-
metrlərini  ödəməsi  məsələsini  qaldırmaq  olar.  Eyni  və  ya 
analoji tələbləri dosent və professor elmi adlarının verilməsinə 
də Ģamil etmək mümkündür. 
Dissertasiya  iĢlərinin  keyfiyyətinə  olan  tələbləri  mahiyyət 
etibarilə  sərtləĢdirməklə  yanaĢı,  mövcud  sənədləĢmə  prosesini 
xeyli dərəcədə sadələĢdirmək lazımdır. Dissertasiyaların həcmi-
nə, yazılmasında istifadə olunan proqram-redaktorlara,  ədəbiy-
yata  istinadın  verilməsi  formalarına  standart  məhdudiyyətlər 
aradan  qaldırılmalıdır.  Müxtəlif  elm  sahələrinin,  jurnalların 
fərqli ənənə və tələbləri olduğu üçün, bu kimi məsələlər dünya 
praktikasında  qəbul  edilmiĢ  qaydalara  uyğunlaĢdırılmalıdır: 
filoloqla  riyaziyyatçının  əsərlərinə  eyni  meyarlarla  yanaĢmaq 
düzğün deyil. Müdafiə qaydalarının sadələĢdirilməsi məqsədilə 
dissertasiya  Ģuraları  yanında  elmi  seminarların  ləğv  edilməsi 
məqsədəuyğun  olardı.  Təcrübə  göstərir  ki,  müdafiə  prosesinə 
seminarların  demək  olar  ki,  təsiri  yoxdur.  Belə  aralıq,  formal 
strukturların  mövcudluğu  müdafiə  prosesini  yalnız  ləngidir, 
AAK-a təqdim olunan sənədlərin sayını artırır. 
Komissiyanın fəaliyyəti baĢqa istiqamətlərdə də yenilənmə-
lidir.  Hər  Ģeydən  əvvəl  ekspert  Ģüralarının  üzvləri  seçilərkən 
onların ən azı AAK-in elmlər doktoru dərəcəsi almaq üçün qüv-
vədə olan tələbləri ödəməsi yoxlanılmalıdır. Əks təqdirdə, elmi 


 
60 
dərəcələri  mövcud  qaydaların  olmadığı  vaxtlarda  almıĢ  mütə-
xəssilərin baĢqalarından nə isə tələb etməsi mənəvi çərçivələrə 
sığmır.  Bu  qaydalar  tədricən  elmi  rəhbər  və  məsləhətçilərin 
təsdiqi zamanı da tətbiq edilməlidir.  
Ali Attestasiya Komissiyası birbaĢa Prezidentin tabeliyində 
olan  qurumdur.  Onun    subyektib  amillərdən,  kənar  təsirlərdən 
uzaq  olmaq  üçün  böyük  imkanları  var.  Komissiyanın  iĢində 
tam  müxtariyyətə  nail  olmaq  məqsədilə,  müdafiə  Ģuraları  bir-
baĢa AAK-ın nəzdində formalaĢdırılmalı, müdafiələr isə AAK-
ın  binasında  keçirilməlidir.  Elmi  əsərlərin  müzakirəsinə  razı-
lığın verilməsi  və baĢqa prosedur tədbirlər AAK və Ģura sədri 
tərəfindən həll edilməlidir. Ekspert və müdafiə Ģura üzvlərinin 
əməyini layiqincə qiymətləndirmək, MDB və digər ölkələrdən 
dəvət  olunmuĢ  ekspertlərin  xərclərini  ödəmək  üçün  AAK-nın 
kifayət qədər maliyyə imkanları olmalıdır. Onun elmin müasir 
istiqamətləri,  aktual  problemləri  haqda  hesabatları  və  tövsiyə-
ləri  AMEA,  universitetlər,  müxtəlif  elm  fondları  tərəfindən 
istifadə  edilməlidir.  Komissiya  elmi  ictimaiyyəti  indekslənən 
jurnalların  daim  yenilənən  siyahıları  ilə  tanıĢ  etməli,  ölkə 
daxilində  nəĢr  edilən  jurnalların,  fəaliyyət  göstərən  alimlərin 
reytinq  cədvəllərini  yaratmalıdır.  Bir  sözlə,  Komissiya  icazə 
verən, təsdiqləyən orqandan Azərbaycan  elminin analitik mər-
kəzinə çevrilməlidir. 
Təhlillər elmi kadr hazırlığının plansız Ģəkildə aparıldığını, 
onun  keyfiyyətinin  ölkənin  artmaqda  olan  tələblərini  ödəmə-
diyini  sübut  edir.  Respublikada  tələbə  və  magistrlər  kimi 
aspirant  və  dissertantların  hazırlanması  da  yalnız  büdcə  vəsa-
itləri hesabına deyil, ödəniĢli əsaslarla da həyata keçirilir. Elmi 
kadr  hazırlığı  üzrə  dövlət  sifariĢinin  formalaĢma  mexanizmi 
belədir:  institut  və  universitetlər  aspirant  və  dissertant  olmaq 
istəyən  gənclərin  ixtisaslar  üzrə  bölgüsünü  aidiyyəti  orqanlara 
çatdırır,  onlar  isə  bu  məlumatları  ümimiləĢdirərək  dövlət 
strukturlarına  göndərirlər.  Təsdiq  edildikdən  sonra  elmi  kadr 
hazırlığının  parametrləri  dövlət  sifariĢi  kimi  yerlərə  qaytarılır. 


 
61 
Nəticədə,  sifariĢ  dövlətin  maraqlarını  deyil,  müəyyən  ictimai 
qrupların arzu-istəklərini əks etdirir və təsadüfü adamların elmi 
dərəcə  almaları  üçün  imkanlar  yaradır.  Heç  bir  xidməti 
olmayan insanların yüksək elmi dərəcələrə yiyələnməsi cəmiy-
yətdə  alim  nüfuzunu  aĢağı  salır,  mənəvi  aĢınmalara  yol  açır. 
Belə  hallara  ictimai-siyasi  və  humanitar  elmlərdə  daha  çox 
təsadüf  edildiyindən  bu  sahələrdə  kadr  hazırlığına  dövlət  sifa-
riĢini  kəskin  azaltmaq  lazımdır.  Ġctimai-siyasi  və  humanitar 
elmlərə  axının  yüksək  olduğunu  nəzərə  alaraq  bu  sahələrdə 
elmi  kadr  hazırlığının  80-90  faizini  yüksək  ödəniĢli  əsaslarla 
aparmaq daha səmərəli olardı. Belə tədbirlər nəticəsində  qənaət 
olunmuĢ  vəsaitin  hamısı,  qazanılmıĢ  maliyyə  resurslarının  isə 
böyük hissəsi ölkə üçün strateji əhəmiyyətli istiqamətlərdə elmi 
kadr hazırlığına yönəldilə bilər. 
Kadr  hazırlığındakı  çatıĢmazlıqlar  elmin  ümumi  problem-
lərindən qaynaqlanır. Bəzən aspirant və dissertantlar üçün ayrıl-
mıĢ yerlərə sənəd də verilmir. Vəziyyətin bu həddə qədər ağır-
laĢmasının  əsas  səbəbi  elmi  kadrların  maddi  təminatındakı 
problemlərdir.  Gənclər  yaĢlı  və  orta  nəsil  nümayəndələri  kimi 
sənətə  sadiqlik,  fədakarlıq  göstərməyə,  nəyin  bahasına  olursa-
olsun  elmi  tədqiqatlarla  məĢğul  olmağa  razı  deyillər.  Onlar 
iqtisadiyyatın baĢqa sahələrində çalıĢan həmyaĢıdlarından aĢağı 
səviyyədə  yaĢamaq  istəmirlər  və  bu  mənada  tam  haqlıdırlar. 
Ona  görə  də,  elmi  yaradıcılıq  dövlət  tərəfindən  ən  yüksək 
səviyyədə  dəstəklənməyincə,  vəziyyətin  yaxĢılığa  doğru  dəyi-
Ģəcəyini gözləmək lazım deyil. 
Umid edirik ki, Milli Strategiya çərçivəsində həyata keçiri-
ləcək  islahatlar,  dövlətin  qayğısı  Azərbaycan  elminin  inkiĢa-
fında və yüksək ixtisaslı kadr hazırlığında dönüĢ nöqtəsi olacaq. 
 
“Azərbaycan” qəzeti,  26 noyabr 2009-cu il və  
“Elm” qəzeti, 31 dekabr 2009-cu il 
 
 
 


Yüklə 2,98 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə