Redaktor: Cahangir Məmmədli



Yüklə 2,98 Kb.
Pdf görüntüsü
səhifə21/46
tarix11.04.2018
ölçüsü2,98 Kb.
#37906
1   ...   17   18   19   20   21   22   23   24   ...   46

 
65 
aparılacaq analizə ölkə daxilində çap olunmuĢ elmi məqalələrin 
heç bir təsiri ola bilməz.  
Ġspaniya Universitetlərinin təsis etdiyi SCIMAGO tədqiqat 
qrupu  SCOPUS  məlumat  bazasına  əsaslanaraq  maraqlı 
nəticələr  əldə  etmiĢdir  [SCIMAGO  group,  www.scimagojr. 
com].  Qrupun  hazırladığı  hesabatda  233  ölkənin,  10  regionun 
elmin  bütün  sahələri  və  istiqamətləri  üzrə  1996-2007-ci  illəri 
əhatə  edən  nəticələri  toplanıb.  Sənəddən  istifadə  etməklə 
ölkələrin, regionların ayrılıqda və ya müqayisəli analizini apar-
maq mümkündür.  
Azərbaycan  ġərqi  Avropa  regionuna  daxil  edilib.  Bu  regi-
ona Azərbaycandan baĢqa Rusiya, Ukrayna, Belarus, Moldova, 
keçmiĢ SSRĠ-nin Baltikyanı və Cənubi Qafqaz respublikaları da 
daxil  olmaqla  cəmi  23  ölkə  aiddir.  Sənəddə  12  il  ərzində 
Azərbaycan alimlərinin fizika üzrə 711, riyaziyyat üzrə isə 291 
məqalə  çap  etdirdikləri  göstərilir.  Bu  nəticələrə  istinad  etsək 
fizikadakı durumun riyaziyyata nisbətən daha  yaxĢı  olduğunu 
ġəkil 1 
 
görərik.  Əlbəttə,  bu  zaman  fizika  sahəsində  çalıĢan  alimlərin 
sayı və aparılan tədqiqatların xarakteri də nəzərə alınmalıdır. 
 
Fizika  və  riyaziyyat  sahələrində  çap  olunmuĢ  elmi  iĢlərin 
1996
1998
2000
2002
2004
2006
0
10
20
30
40
50
60
70
80
90
100


 
66 
illər üzrə paylanması maraqlı nəticələr cıxarmağa imkan verir.    
 
1 -ci Ģəkildə sahələr üzrə çap olunmuĢ elmi məqalələrin də-
yiĢmə  dinamikası  göstərilib  (■-fizika,  ▲-riyaziyyat).  ġəkildən 
görünür  ki,  riyaziyyat  üzrə  iĢlərin  illərə  görə  paylanması  daha 
sabitdir  və  sahə  2003-cü  ildən  baĢlayaraq  yüksələn  xətt  üzrə 
inkiĢaf edir. Bu inkiĢafın rəqəmsal göstəricisi isə belədir: baxı-
lan zaman kəsiyinin son ilindəki (2007) məqalə sayı ilk ildəki 
(1996) saydan 1.5 dəfə  çoxdur. Fizikada bu göstərici 1.02-dir. 
BaĢqa sözlə fizikada “stabil” durğunluq müĢahidə edilir. 
GətirilmiĢ  rəqəmlər  Azərbaycanda  fizika  və  riyaziyyatın 
ümumi  vəziyyəti  haqda  müəyyən  təsəvvür  yaradır.  Lakin  bu 
elmlərin  dünya  və  regiondakı  vəziyyəti,  inkiĢaf  dinamikası 
nəzə-rə  alınmadan  aparılmıĢ  analiz  öz-özlüyündə  çox  da 
maraqlı  və  informatik  ola  bilməz.  Bu  baxımdan  2-ci  və  3-cü 
Ģəkillərdə verilmiĢ informasiya böyük əhəmiyyət kəsb edir. 
ġəkil 2 
 
Fizika  və  riyaziyyat  sahələrində  azərbaycan  alimlərinin 
elmi  iĢlərinin  ġərqi  Avropa  regionundakı  payı  (faizlə)  2-ci, 
dünyadakı payı (faizlə) isə 3-cü Ģəkildə qrafiklərlə verilmiĢdir. 
ġəkillərdən aydın olur ki, 1996-2007-ci illərdə  hər iki elm 
1996
1998
2000
2002
2004
2006
0,0
0,1
0,2
0,3
0,4
0,5
0,6
0,7
0,8
0,9
1,0


 
67 
sahəsi  region  və  dünya  çapında  tənəzzülə  uğramıĢ,  mövqelə-
rimiz  zəifləmiĢdir.  Həqiqətən  də,  əgər  1996-cı  ildə  fizika  və 
riyaziyyat  sahələrində  regiondakı  payımız  ümumi  “elmi  məh-
sulun” müvafiq olaraq 0.54 və 0.61 faizini təĢkil edirdisə, 2007-
ci  ildə  bu  göstəricilər  azalaraq  0.47  və  0.39-a  qədər  enmiĢdir. 
Dünya elmi kontekstində də vəziyyət eynidir: araĢdırılan sahə-
lər üzrə 1996-cı ildə dünya elmindəki payımız 0.07 (riyaziyyat) 
və  0.08  (fizika)  faiz  olmuĢdusa,  2007-ci  ilin  eyni  göstəriciləri 
belədir:  riyaziyyatda  0.04,  fizikada  0.05  faiz.  Riyaziyyatda 
2002-ci  ildə  qeydə  alınmıĢ  yüksəliĢ  ümumi  mənzərəni  dəyiĢ-
mək iqtidarında deyil.  
1996
1998
2000
2002
2004
2006
0,00
0,01
0,02
0,03
0,04
0,05
0,06
0,07
0,08
0,09
0,10
 
ġəki1 3 
 
Region  və  dünya  miqyasında  fizika  sahəsində  nisbi 
geriləmənin mahiyyəti kifayət qədər aydındır. Doğrudan da, bu 
sahədə çap olunmuĢ elmi iĢlərin sayı, demək olar ki, dəyiĢməz 
qalsa da region və dünya elmində inkiĢaf dayanmamıĢ və nəti-
cədə  sahə  üzrə  nisbi  payımız  azalmıĢdır.  Yuxarıda  riyaziy-
yatdakı  artım  haqqında  məlumat  vermiĢdik.  Lakin  qeydə  alın-
mıĢ  artım  region  və  dünya  elminin  riyaziyyat  sahəsindəki 
yüksəliĢindən  geri  qaldığı  üçün  yenə  də  mövqelərimiz 


 
68 
itirilmiĢdir.  Dünya  ölkələrində  riyaziyyatda  müĢahidə  olanan 
artımı  dəyərləndirmək  üçün  Türkiyənin  təcrübəsinə  müraciət 
edə bilərik. Təhlillər göstərir ki, bu ölkədə 1996-2007-ci illərdə 
riyaziyyat sahəsində beynəlxalq səviyyədə çap olunmuĢ məqalə 
sayındakı artım 5.9 dəfə olmuĢdur. Bu isə o deməkdir ki, region 
və  dünya  miqyasında  Azərbaycan  elminin  fizika  və  riyaziyyat 
kimi mühüm və fundamental sahələrinin ən azı yerini qorumaq 
üçün alimlərin daha məhsuldar iĢinə nail olmaq lazımdır. 
Fizika və riyaziyyat sahələrində ölkəmizdə formalaĢmıĢ və 
beynəlxalq  səviyyədə  böyük  əhəmiyyət  kəsb  edən  baĢqa 
makrogöstəricilərə  nəzər  salaq.  Bunlar  arasında  ən  önəmlisi 
elmi  məqalələrə  verilmiĢ  istinadların  sayıdır.  Elmi  nəticəyə 
istinaq vermək, onu yeni tədqiqatlarda istifadə etmək həmin nə-
ticənin  əhəmiyyətinin  təsdiqi  deməkdir.  Sözsüz  ki,  bəzən 
məqalələrdə  səhv  nəticələr  də  çap  olunur.  Belə  hallarda  elmi 
mətbuatda  gedən  mübahisələr  əsnasında  digər  tədqiqatçıların 
tənqidi, mənfi istinadlarına rast gəlmək mümkündür.  
                                              ġəkil 4 
 
Lakin  mənfi  istinadlar  ümumi  mənzərənin  çox  cüzi  hissə-
sini  təĢkil  edir,  çünki  adətən  səhv  nəticələrə  umimiyyətlə  is-
tinad verilmir.  
0
2
4
6
8
10
 Fizika
 Riyaziyyat


Yüklə 2,98 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə