Redaktor: Cahangir Məmmədli



Yüklə 2,98 Kb.
Pdf görüntüsü
səhifə29/46
tarix11.04.2018
ölçüsü2,98 Kb.
#37906
1   ...   25   26   27   28   29   30   31   32   ...   46

 
92 
larına  həsr  edilmiĢ  məqalələrin  yalnız  ümumi  kontekstində 
çəkilir. 
Göründüyü kimi, təkcə iki jurnalın monitorinqi azərbaycan 
dilinin yerli əhəmiyyət daĢıması fikrini təkzib edir: beynəlxalq 
elmi  ictimaiyyət  üçün  böyük  və  ya  kiçikliyindən  asılı  olmaya-
raq  bütün  xalqların  dilləri  eyni  dərəcədə  vacib  və  maraqlıdır. 
Ona görə də, elmi nöqteyi-nəzərdən nəinki Azərbaycan dilinin 
özünün  fonetik  quruluĢu,  hətta  ölkəmizin  Ģimal  və  cənub 
bölgələrində  müxtəlif  səslərin  tələffüzü  zamanı  müĢahidə 
olunan  ləhcə  fərqləri,  Azərbaycanda  yaĢayan  azsaylı  xalqların 
dillərinin fonetikası, iki dildə danıĢan əhalimizin tələffüzündəki 
xüsusiyyətlər  də  eyni  dərəcədə  əhəmiyyətlidir.  Bu  istiqamət-
lərdə  müasir  texniki  vasitələrdən,  statistik 
metodlardan  istifadə  etməklə  aparılan 
tədqiqatlar  “Journal  of  Phonetics”  və 
digər  jurnallarda  çap  etdirilərək  mütəxəs-
sislərin  istifadəsinə  verilməlidir.  Dilimizə 
xas  olan  cümlə    quruluĢu,  sözlərə  düĢən 
vurğular  və  s.  haqda  məqalələr  isə    “Lin-
gua” da və aidiyyəti üzrə baĢqa jurnallarda 
nəĢr edilə bilər. 
AraĢdırmalar  zamanı  “dil  və  dilçilik” 
bölməsinə  daxil  edilmiĢ  jurnallarda  azərbaycanlı  müəlliflərin 
bir  məqaləsini  tapa  bildik.  Bu,  post-sovet  Azərbaycanında  dil 
sahəsində  aparılan  siyasət  və  müvafiq  qanunvericilik  haqda 
yazılmıĢ  və    2009-cu  ildə  “Language  Problems  &  Language 
Planning”  jurnalında çap edilmiĢ əsərdir. Bundan baĢqa, türki-
yəli  müəllifin  “Journal  of  the  Royal  Asiatic  Society”  (2010) 
jurnalında  Azərbaycanda  latın  əlifbasına  keçidin  1921-1992 
illəri  əhatə  edən  tarixinə  dair  məqaləsi  verilib.  Jurnalın  bu 
nömrəsində  keçmiĢ  SSRĠ-nin  6  müsəlman  respublikasında, 
Özbəkistanda əlifba islahatlarının tarixi və indiki durumu haq-
qında daha iki məqalə çap edilib.  Bütün  məqalələrin mətni  ilə 
jurnalın elektron saytında tanıĢ olmaq mümkündür.    


 
93 
Ədəbiyyat  və  ədəbiyyatĢünaslıq  sahəsində  formalaĢmıĢ 
vəziyyət  daha  mürəkkəbdir.  Belə  ki,    A&HCI-də  bir  sıra 
xalqların  ədəbiyyatına  həsr  edilmiĢ  jurnallar  müstəqil,  xüsusi 
bölmələr Ģəklində verilib. Burada, məsələn, Britaniya adalarının 
ədəbiyyatı  üzrə  ixtisaslaĢan  19  elmi  jurnaldan  ibarət  bölmə 
mövcuddur.  Eyni  qrupa  daxil  olan  dillərdə  və  ya  müxtəlif 
xalqların  eyni  dildə  yaratdığı
 
ədəbiyyat  da  çeĢidlənib:  roman 
dillərində
 
yaradılmıĢ ədəbiyyat, slavyan ədəbiyyatı, Almaniya-
Danimarka-Skandinaviyanın  almandilli  ədəbiyyatı  da  müstəqil 
bölmələrlə  təmsil  olunur.  Amerika  ədəbiyyatı  sahəsində  16, 
Afrika-Avstraliya-Kanadanın  ingilisdilli  ədəbiyyatı  üzrə  isə  7 
jurnal  A&HCI  siyahısında bölmə kimi yer alır. Digər xalqların 
ədəbiyyatı  ümumi  “ədəbiyyat”,  “ədəbiyyat  nəzəriyyəsi  və  tən-
qid”, “ədəbi icmallar”  siyahılarına daxil edilib.  
Ədəbiyyat bölmələrindən biri, məsələn, Britaniya adalarının 
ədəbiyyatı  ilə yaxından taniĢ olaq. Bu siyahıdakı 19 jurnaldan 
8-i ayrı-ayrı yazıçı və Ģairlərin (ġekspir, Dikens, Ceyms,  Coys, 
Çoser, Konrad) yaradıcılığına həsr edilib. Buradakı məqalələrin 
məzmunu görkəmli yazıçıların əsərlərinin, onların estetik görüĢ 
və  siyasi  əqidələrinin,  bioqrafiyalarının  müxtəlif  dövrlərinin 
təhlilindən ibarətdir. Bir neçə jurnal  I Yelizaveta və Viktoriya 
dövrlərinin,  1880-1920-ci  və  1500-1900-cu  illərin,  XĠX  əsrin 
ingilis  ədəbiyyatına  həsr  edilib.  Bir  jurnal  isə  ġotlandiya  ədə-
biyyatı  sahəsində  ixtisaslaĢır.  Ədəbi  irsi  öyrənilən  yazıçılar 
məĢhur  olsalar  da,  onlara  həsr  edilmiĢ  məqalələr  yerli  əhə-
miyyətli  adi  tənqidi  yazılardır.  Bu  qəbildən  olan  dərgilərin 
yüksək səviyyəli jurnallar siyahısına daxil edilməsinin səbəbini 
bəziləri,  bəlkə  də    onların  ingilis  dilində  çap  edilməsində 
görərlər. Lakin ədəbiyyat və ədəbiyyatĢünaslığa aid jurnalların 
monitorinqi  bunu  təsdiq  etmir.  Belə  ki,  slavyan  ədəbiyyatı 
bölməsində  çex,  xorvat,  polyak  və  rus  dillərində  nəĢr  edilən 
ədəbi-tənqidi jurnallar var.  
Tomson  Röytersin  ümumi  “ədəbiyyat”  siyahısı  əsasən 
ingilis, fransız, italyan və s. Qərb dillərində yaradılmıĢ ədəbiy-


 
94 
yatın  müxtəlif  aspektlərini  öyrənən,  ədəbi  istiqamət  və  mək-
təblərə,  uĢaq,  qadın  ədəbiyyatına  həsr  edilmiĢ  jurnallardan 
ibarətdir. Azərbaycan ədəbiyyatının təbliği baxıımından yararlı 
hesab  etdiyimiz  “Middle  Eastern  Literatures”    jurnalının 
maraq  dairəsinə  bütün  Yaxın  ġərq  ölkələrinin  ədəbiyyatı  da-
xildir.  Jurnal  türk,  fars,  ərəb,  ivrit,  urdu  dillərində  yaradılmıĢ 
ədəbiyyat  haqda  analitik  məqalələr,  ədəbiyyatla    incəsənətin, 
teatrın,  filmlərin  qarĢılıqlı  əlaqəsinə  həsr  edilmiĢ  tədqiqatlar, 
orijinal  mətnlərin  tərcüməsini  və  s.  çap  edir.  Həqiqətən  də, 
jurnalın  saylarında  türk  ədəbiyyatına  dair  araĢdırmalara  rast 
gəlirik.  Məsələn,  17-ci  əsrin  ortalarında  Ġstanbul  Ģairləri  və 
poeziyası,  Xoca Nəsrəddin  və onun özbək prototipi  Nəsrəddin 
Əfəndi  haqqında  qərb  alimlərinin  araĢdırmaları  dediklərimizə 
sübutdur. Ədəbiyyatımızın türk, fars və ərəb dillərində mövcud 
olan  nümunələri  haqqında  tədqiqatları  bu  jurnalda  nəĢr  et-
dirmək  mümkündür.  Bu  məqsədlə  “tarix”  siyahısına  daxil 
edilmiĢ  bəzi  jurnallardan  da  istifadə  etmək  olar:  məqaləmizin 
müvafiq hissəsində bu barədə məlumat veriləcək. Qeyd edək ki, 
türk  xalqlarının  ədəbiyyatına  həsr  edilmiĢ  heç  bir  jurnal 
Tomson Röytersin siyahısına daxil edilməyib. Belə gerçəkliyin 
arxasında  qərbin  ikili  standartlarının  deyil,  ədəbi  irsimizə 
özümüzün  biganə  münasibətimizin  dayandığı    daha  inandırıcı 
görünür. 
Hər  bir  xalqın  öz  tarixinə  münasibəti  onun  siyasi-mədəni 
yetkinliyindən  xəbər  verir.  Azərbaycan  xalqının  qədim  əsrlərə 
gedib çıxan tarixi, onun adət-ənənələri, dövlətçilik ideyalarının 
formalaĢması  və  bu  yolda  verilmiĢ  qurbanlar,  xalqın  müstəqil 
dövlətini  qurmuĢ  və  20-ci  əsrin  sonlarında  bu  müstəqilliyin 
bərpasında  istirak  etmiĢ  xalq  qəhrəmanları,  siyasi  liderlər  və 
dövlət  xadimlərinin  fəaliyyəti  həmiĢə  alimlərimizin  diqqət 
mərkəzində olmalıdır. Bütün bunlarla yanaĢı, tariximizin indiki 
mərhələsində-  ölkəmizin  iĢğala  məruz  qaldığı  bir  vaxtda  tarix 
elmi qarĢısında məsul vəzifələr durur. Bu vəzifələrin mahiyyəti 
və  müvafiq  tədqiqatların  istiqaməti,  hesab  edirik  ki,  hamıya 


Yüklə 2,98 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə