Redaktor: Cahangir Məmmədli



Yüklə 2,98 Kb.
Pdf görüntüsü
səhifə12/46
tarix11.04.2018
ölçüsü2,98 Kb.
#37906
1   ...   8   9   10   11   12   13   14   15   ...   46

 
38 
yədə  təmsil  edə  bilməyən  sahələrə  məhsuldar  elmi 
istiqamətlərdən  çox  vəsait  ayırmaq  dövlətin  maraqlarına  nə 
dərəcədə  uyğundur?  Sahələr  üzrə  elmi  kadrların  hazırlan-
masında  da  əhəmiyyətli  islahatlara  ehtiyac  duyulur.  Strate-
giyada verilmiĢ rəqəmlərə istinad etsək, görərik ki,  Azərbaycan 
elminin dinamik inkiĢafını təmin etmək üçün mövcud vəziyyət 
dəyiĢməli və təbiət elmləri üzrə alimlərin sayı və elmi faydalılıq 
əmsalı artırılmalıdır. 
Tədbirlər Planı Elmin inkişafını təmin edən maliyyələşmə 
sisteminin  tətbiqi...”ni  tələb  edir.  Yeni  sistem  maliyyə 
vəsaitlərinin sahələr, istiqamətlər və, ən baĢlıcası, tədqiqatçılar 
arasında  ədalətli  bölünməsini  təmin  etməlidir.  Mütərəqqi 
maliyyələĢmə  sxemləri  yaradılarkən  bazar  iqtisadiyyatının 
təməl  prinsiplərindən  olan  azad,  Ģəffaf  rəqabətin  tam  gücü  ilə 
iĢləməsinə  nail  olmaq  lazımdır.  Bu  məsələdə  dünyada  çoxdan 
iĢlənib hazırlanmıĢ və praktikada müvəffəqiyyətlə tətbiq etdilən 
qrant sistemindən istifadə labüddür. Xüsusi olaraq vurğulamaq 
istəyirik  ki,  milli  əhəmiyyətli  layihələr  istisna  olmaqla  (məsə-
lən,  nüvə  reaktorunun  alınması  və  s.)  elmə  ayrılan  bütün 
vəsaitlər,  istər  dövlət  büdcəsinin  ayırmaları,  istərsə  də  Elmin 
ĠnkiĢaf  Fondunun  vəsaitləri  olsun,  qrant  sisteminə  daxil  edil-
məlidir.  Ġqtisadiyyatın  bütün  sahələrindəki  kimi,  elmdə  də 
dövlət  sifariĢi  müsabiqə  yolu  ilə  verilməlidir.  Əks  təqdirdə, 
əgər  vəsaitlər  indi  olduğu  kimi  institutlar,  universitetlər  ara-
sında  “heç  kimi  incitməmək”  prinsipi  ilə  mərkəzləĢdirilmiĢ 
qaydada  paylanacaqsa,  islahatlarda  əhəmiyyətli  irəliləyiĢə  nail 
olunmayacaq.  
Qrantlar  müstəqil  dövlət  qurumu  tərəfindən  elan  edilməli, 
müsabiqənin  Ģərtləri,  qiymətləndirmə  meyarları  göstərilməli-
dir.  Bu  iĢdə,  məsələn,  Avropa  Birliyinin  qüvvədə  olan  7-ci 
çərçivə  proqramının  meyarları  və  metodikası  nümunə  kimi 
götürülə  bilər.  Müsabiqə  büdcədən  maliyyələĢən  təĢkilatlarda 
və  özəl  sektorda  çalıĢan  bütün  alimlərə  açıq  olmalıdır;  nəticə 
etibarilə  cəmiyyət  üçün  vacib  olan  elmi  tədqiqatların  kim 


 
39 
tərəfindən deyil, hansı səviyyədə yerinə yetirilməsidir. Qrantlar 
kifayət  qədər  uzun  müddətə  (3-5  il)  verilməlidir  ki,  sanballı 
fundamental və ya tətbiqi tədqiqatlar aparmağa, gənc nəsli araĢ-
dırmalara  cəlb  etməyə,  onların  diplom  və  dissertasiya  iĢlərini 
yekunlaĢdırmağa  imkan  olsun.  Layihə  kollektivləri  müxtəlif 
akademik  və  sahə  institutlarının,  universitetlərin  əməkdaĢla-
rından  təĢkil  oluna  bilər.  Eyni  mütəxəssisin  bir-neçə  layihədə 
iĢtirakına  icazə  verilməlidir.  Layihələrin  dəyərləndirilməsində 
əsas  göstərici  kimi  mövzunun  aktuallığı,  tədqiqatçıların  peĢə-
karlığı  götürülməlidir.  PeĢəkarlığın  qiymətləndirilməsində  iĢ-
çilərin,  xüsusilə  layihə  rəhbərinin  Tomson  Röyters  Agentliyi 
tərəfindən  indekslənən  və  yüksək  təsir  əmsallı  jurnallarda  son 
illərdə çap etdirdiyi elmi iĢlər, beynəlxalq patentlər mühüm yer 
tutmalıdır. Beləliklə, layihə rəhbərinin elmi dərəcə və adından, 
keçmiĢ  xidmətlərindən  asılı  olmayaraq,  müsabiqə  hamı  üçün 
eyni  Ģərtlər  çərcivəsində  keçirilməlidir.  Əsas  məsələlərdən  biri 
də  maliyyə  vəsaitlərinin  ünvanına  çatdırılmasıdır.  Müsabiqədə 
qalib gəlmiĢ layihə ücün nəzərdə tutulan vəsait təĢkilatın deyil, 
layihə  rəhbərinin  ixtiyarında  olan  xüsusi  bank  hesabına 
köçürülməlidir. Layihənin yerinə  yetirildiyi təĢkilat isə ümumi 
məbləğin  10-15  faizini  almalıdır.  Təsvir  etdiyimiz  sxemdə, 
əslində elə bir yenilik yoxdur; beynəlxalq qrantlarla iĢləmiĢ hər 
bir  alim  onun  standart  qaydalara  uyğun  gəldiyini  təsdiq  edə 
bilər.  
Qrant  sisteminin  üstünlüyü  onun  bazar  iqtisadiyyatının 
prinsiplərinə  uyğun  olmasıdır.  Qrantlar  istedadlı  alimə    öz 
zəhmətilə  maddi  vəziyyətini  xeyli  dərəcədə  yaxĢılaĢdırmağa, 
məhz  elmi  tədqiqatla  pul  qazanmağa  imkan  yaradır.  Tədbirlər 
Planının  29-cu  maddəsində  verilmiĢ  “Elmi  işçilərin  əməyinin 
stimullaşdırılmasının...  yaxşılaşdırılması”  tələbini  həyata  ke-
çirmək  yollarından  biri,  bəlkə  də,  birincisi  qrant  sisteminin 
tətbiqidir.  
Bu sistem həm də elmin müxtəlif sahələrində fəal kadrların, 
kollektivlərin üzə çıxmasına zəmin yaradar. Tədbirlər Planının 


 
40 
birinci  maddəsi  “Elmi  müəssisələrin  fəaliyyətinin  monito-
rinqi,  ümumi  vəziyyət  haqqında  geniş  hesabatın  tərtib  edil-
məsi  və  müvafiq  təkliflərin  işlənib  hazırlanması”nı  nəzərdə 
tutur. DüĢünürük ki, ənənəvi geniĢ hesabatların böyük səmərəsi 
olmayacaq.  Nəzərdə  tutulan  monitorinqi  aparmaq  üçün  elmi 
müəssisənin  qazandığı  qrantların  sayina  və  vəsaitin  həcminə 
nəzər salmaq kifayət edər. Elmi kadrların attestasiyası da xeyli 
dərəcədə asanlaĢar və təbii formada keçər. Həqiqətən də, qrant 
layihələrinin  Ģərtlərini  yalnız  tədqiqatla  fəal  məĢğul  olan  alim 
ödəyə  bilər.  Belə  olduqda,  elmdən  uzaqlaĢmıĢ  iĢçilər 
proseslərdən  təbii  olaraq  kənarda  qalırlar.  Qrant  sistemi 
təĢkilatın  fəaliyyətini  də  optimallaĢdırır.  Belə  ki,  büdcəsinin 
böyük  hissəsi    qrantlar  hesabına  formalaĢan  təĢkilat  istedadlı 
alimlərə  müvafiq  Ģərait  yaratmaqda  həmiĢə  maraqlı  olur.  Ġna-
nırıq  ki,  təklif  etdiyimiz  mütərəqqi  metodlar  Azərbaycan 
elmində tezliklə öz yerini tutacaqdır.  
Strategiyada  qeyd  edilən  problemlərdən  biri  də  gənclərin 
elmi  tədqiqatlara  cəlb  olunmasındakı  çətinliklərdir:  “Araşdır-
malar  gənc  nəsildə  xüsusən  fundamental  və  tətbiqi  elmlərə 
marağın azaldığını, cəmiyyətdə elmin və alim nüfuzunun zəif-
lədiyini  göstərir.”  Əslində,  bu  faktlar  cəmiyyətə  əlavə 
araĢdırmasız  da  məlumdur.  Cəmiyyət  hər  bir  fərdin  yerini, 
əhəmiyyətini  ona  ödədiyi  vəsaitlə  birbaĢa  təyin  edir  və  əmək-
qabiliyyətli  insanları  müxtəlif  fəaliyyət  sahələrinə  yönəldir. 
Əgər  universitetləri  bitirən  intedadlı  bakalavr  və  magistrlər  
firmalarda,  xarici  Ģirkətlərdə  800-1200  manatlıq  iĢ  tapa  bilir-
lərsə, onlar hansı səbəbdən akademik institutlarda və universi-
tetlərdə  ayda  130-150  manata  fundamental  və  ya  tətbiqi  elm-
lərlə məĢğul olmalıdırlar? Ən acınacaqlısı odur ki, bütün əziy-
yətlərə  qatlaĢıb  elmi  dərəcə  aldıqdan  sonra  da  gənc  alimlərin 
sosial  problemləri  həll  olunmayaraq  qalır.  Əlbətdə,  gəncləri 
belə “perspektivlərlə” elmi iĢə cəlb etmək mümkün deyil və və-
ziyyət  dəyiĢməzsə,  mümkün  də  olmayacaq.  Ona  görə  də, 
“...elmlər  doktorları  və  elmlər  namizədlərinin  yaş  tərkibi 


Yüklə 2,98 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə