Redaktor: Cahangir Məmmədli



Yüklə 2,98 Kb.
Pdf görüntüsü
səhifə38/46
tarix11.04.2018
ölçüsü2,98 Kb.
#37906
1   ...   34   35   36   37   38   39   40   41   ...   46

 
119 
Politexnik  Ġnstitutunu  bitirib,  kimya  elmləri  namizədidir. 
Nebraska  Universitetinin  xərçənglə  əlaqəli  xəstəliklər  üzrə 
tədqiqatlar  aparan  Eppli  Ġnstitutunun  professorudur.  Tədqi-
qatları xərçəng xəstəliyi, QĠÇS virusunun insan orqanizmindəki 
fəaliyyəti və insan genlərinin quruluĢu ilə əlaqədardır. 
Kərim  R.  Allahverdiyev-1016:  K.  Allahverdiyev  1967-ci 
ildə  Moskva  Dövlət  Energetika  Ġnstitutunu  bitirib,  fizika-
riyaziyyat  elmləri  doktorudur.  Hazırda  Türkiyənin  TÜBĠTAK 
təĢkilatının  Mərmərə  AraĢdırma  Mərkəzində  çalıĢır.  Tədqiqat-
ları  təbəqəli  yarımkeçiricilər  fizikasının,  qeyri-xətti  optikanın 
və  iĢıqın  yayılma  və  məsafədən  qeyd  edilməsi  problemlərinə 
həsr olunub.   
Nizami  M.  Həsənli-931:  N.  Həsənli  BDU-nun  fizika 
fakültəsinin  1963-cü  il  məzunudur,  fizika-riyaziyyat  elmləri 
doktorudur. Hazırda o, Türkiyənin Orta Doğu Texniki Univer-
sitetinin  professorudur.  Elmi  iĢləri  təbəqəli  və  zəncirvari  kris-
tallarda  Raman  səpilməsinin,  fotolüminesensiyanın  tempera-
turdan  və  həyəcanlaĢma  intensivliyindən  asılılığının  və  bərk 
cisimlər fizikasının baĢqa problemlərinin tədqiqinə həsr olunub.
  
Mahir  C.  Məmmədov-810:  M.  Məmmədov  1980-ci  ildə 
BDU-nun  biologiya  fakültəsini  bitirib,  biologiya  elmləri 
doktorudur.  Moskva  Dövlət  Universitetinin  A.N.  Belozerski 
adına Fiziki-Kimyəvi Biologiya Ġnstitutunun aparıcı elmi iĢçisi, 
biomühəndislik  və  bioinformatika  fakültəsinin  professorudur. 
Elmi  iĢləri  bioenergetika  və  fotosintez  istiqamətlərində  tədqi-
qatlara həsr olunub.  
Aleksandr  H.  Həbibov-801:  A.  Həbibov  1977-ci  ildə 
Moskva Dövlət Universitetinin kimya fakültəsini bitirib,
 
kimya 
elmləri doktoru, Rusiya EA-nın müxbir üzvüdür. Hazırda REA-
nın Bioüzvi Kimya Ġnstitutunda laboratoriya müdiri, MDU-nun 
professoru  vəzifələrində  çalıĢır.  A.  Həbibov  Rusiya  Biokimya 
və  Molekulyar  Biologiya  Cəmiyyətinin  prezidentidir.
   
Elmi  
tədqiqatları  molekulyar biologiya, molekulyar genetika və im-
munologiya sahələrini əhatə edir. 


 
120 
Faiq  A.  Musayev-625:  F.  Musayev  1981-ci  ildə  BDU-nun 
fizika  fakültəsini  bitirib,  fizika-riyaziyyat  elmləri  namizədidir. 
Hazırda  Rusiya  EA-nın  ġimalı  Qafqazda  yerləĢən  Xüsusi 
Astrofizika  Rəsədxanasının  “Ulduz  fizikası”  laboratoriyasında 
və  Astronomiya  Ġnstitutunda  (Moskva)  böyük  elmi  iĢçi  vəzi-
fəsində  çalıĢır.  Elmi  tədqiqatları  yüksək  ayırdetmə  spektrləri 
əsasında müxtəlif tipli ulduzların öyrənilməsinə, müvafiq spek-
trometrlərin layihələndirilməsi və quraĢdırılmasına həsr edilib. 
Natiq  M.  Atakişiyev-  651:  N.  AtakiĢiyev  BDU-nun  fizika 
fakültəsinin 1961-ci il məzunu, fizika-riyaziyyat elmləri dokto-
rudur. O, 1994-cü ildən etibarən Meksika  Milli  Avtonom  Uni-
versitetinin  Riyaziyyat  Institutunda  iĢləyir,  Meksika  Elmlər 
Akademiyasının həqiqi üzvüdür. Son dövrlərdə N. AtakiĢiyevin 
elmi  maraqları  riyazı  fizikanın  xüsusi  funksiyalarının,  onların 
qrup xassələrinin tədqiqi ilə bağlıdır.   
Zakir  M.  Rzayev-627:    Z.  Rzayev  1961-cı  ildə  BDU-nun 
kimya fakültəsini bitirib, kimya elmləri doktorudur.  O,  hazırda 
Türkiyənin  Hacəttəpə  Universitetinin  kimya  mühəndisliyi 
kafedrasının  professorudur.    Elmi  araĢdırmaları  “ağıllı”  poli-
merlərin  və  polimer/üzvi  silikat  nanosistemlərinin  sintezi  və 
nanotexnologiyası: nanoreaktorların, nanoquruluĢların və nano-
materialların öyrənilməsinə, makromolekulların üzvi kimyasına 
və supramakromolekulyar quruluĢların tədqiqinə həsr edilib. 
Nazim  Z.  Muradov-602:  N.Muradov  1970-ci  ildə  Azər-
baycan  Dövlət  Neft  Akademiyasını  bitirib,  kimya  elmləri 
doktorudur.  Hazırda  ABġ-ın  Mərkəzi  Florida  Universitetinin 
GünəĢ  Enerjisi  elmi  mərkəzində  baĢ  elmi  iĢçi  vəzifəsində 
çalıĢır.  Elmi  tədqiqatları    hidrogen  energetika  və  texnolo-
giyasının, günəĢ enerjisinin katalitik çevrilməsi problemlərinin, 
bərpa  olunan  enerji  sistemləri  və  nanostrukturların  öyrənil-
məsinə həsr olunub. 
Riad E. Əfəndiyev–482: R. Əfəndiyev 1992-ci ildə Moskva 
Dövlət  Fizika-Texnika  Ġnstitutunu  bitirib,  fizika-riyaziyyat 
elmləri  namizədidir.  Hazırda  Texas  Universitetinin  Hyüston-


 
121 
dakı  Tibb  Elmləri  Ġnstitutunda  dosent  vəzifəsində  iĢləyir. 
Biofizika,  molekulyar  və  hüceyrə  biologiyası  sahəsində 
mütəxəssisdir. 
Oqtay K.Qasımov-437O. Qasımov 1979-cu ildə BDU-nun 
fizika  fakültəsini  bitirib,  fizika-riyaziyyat  elmləri  dokto-rudur. 
Kaliforniya  Universitetinin  (Los  Anceles,  ABġ)  Patalogiya  və 
Tibb  Laboratoriyası  departamentinin  Göz  Patalogiyası 
laboratoriyasında tədqiqatçı-alim kimi fəaliyyət göstə-rir. Elmi 
tədqiqatları  zülalların  strukturu,  dinamikası  və  funksiyası 
arasındakı əlaqələrin, zülal-liqand (kiçik molekullu birləĢmələr) 
qarĢılıqlı təsir mexanizmlərinin öyrənilməsinə həsr olunub. 
Saleh  F.  Sultansoy  (Sultanov)  –408:  S.  Sultansoy  BDU-
nun  fizika  fakültəsinin  1974-cü  il  məzunu,    fizika-riyaziyyat 
elmləri  namizədir.  Türkiyədə  TOBB  Ġqtisadiyyat  və  Texno-
logiya  Universitetinin  professorudur.  S.Sultansoy  yüksək 
enerjilər fizikası sahəsində mütəxəssisdir. Elmi iĢləri elementar 
zərrəciklərin  xassələrinin  öyrənilməsinə,  CERN  və  baĢqa  elmi 
mərkəzlərdə  experimental  tədqiqatlara,  sürətləndiricilər  fizika-
sının problemlərinə həsr edilib. 
Əlikram  N.Əliyev–406:  Ə.  Əliyev  1978-ci  ildə  Moskva 
Dövlət  Universitetinin  fizika  fakültəsini  bitirib,  fizika-riyaziy-
yat elmləri doktorudur. Hazırda Türkiyədə TUBĠTAK-Boğaziçi 
Universitetinin F. Gürsey adına Fundamental Tədqiqatlar Ġnsti-
tutunda  iĢləyir.  Əsərləri  müasir  qravitasiya  (ümumi  nisbilik  və 
superqravitasiya) nəzəriyyələrində araĢdırmalara həsr edilib. 
Surxay C. Əkbərov-400: S. Əkbərov 1976-cı ildə BDU-nun 
mexanika-riyaziyyat  fakültəsinin  mexanika  bölməsini  bitirib, 
texnika elmləri doktoru, AMEA-nın müxbir üzvüdür. O, 1993-
cü  ildən  etibarən  Türkiyənin  Yıldız    Texniki  Universitetinin 
professorudur.  S.  Əkbərov  kompozit  materiallar  və  onlardan 
hazırlanmıĢ  konstruksiya  elementlərinin  mexanikası  sahəsində 
tanınmıĢ  mütəxəssisdir.  Elmi  araĢdırmaları  bircins  olmayan 
kəsilməz  mühitlərin  statikası,  dinamikası  və  dözümlülüyü 
mövzularını əhatə edir.  


Yüklə 2,98 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə