Redaktor: Cahangir Məmmədli



Yüklə 2,98 Kb.
Pdf görüntüsü
səhifə41/46
tarix11.04.2018
ölçüsü2,98 Kb.
#37906
1   ...   38   39   40   41   42   43   44   45   46

 
128 
dir.  Qeyd  etmək  yerinə  düĢər  ki,  SISSA  tipli  mərkəzlər 
Türkiyədə (F. Gürsey adına Fundamental Tədqiqatlar Ġnstitutu), 
Ġranda  (Zəncan  Yüksək  Tədqiqatlar  Mərkəzi;  Fundamental 
Elmlər AraĢdırma Ġnstitutu, Tehran) fəaliyyət göstərir. 
Azərbaycan  elminin  indiki  durumunda  belə  bir  institunun 
yaradılması  çox  faydalı  ola  bilər.  Doğrudan  da,  fizika,  kimya, 
biologiya, tibb, riyaziyyat üzrə mütəxəssisləri bir araya gətirib 
onları  beynəlxalq  standartlara  uyğun  maddi-texniki  baza, 
maaĢla təmin  edə bilsək elmimizin inkiĢafına güclü təkan ver-
miĢ  olarıq.  Digər  institutların,  universitetlərin  əməkdaĢlarını 
“Yüksək  Tədqiqatlar  Ġnstitutu”-na  müəyyən  müddətə  ezam 
etmək,  onların  yeni  nəzəri-praktiki  metodları,  müasir  texno-
logiyaları  öyrənmələrinə nail olmaq lazımdır. Burada istedadlı 
gənclərin  təcrübə  keçməsinin,  dissertasiya  yazmasının  böyük 
səmərə verəcəyinə Ģübhə etmirik. Beləliklə, institut aktual elmi 
tədqiqatların  aparılmasında,  yerli  kadrların  prioritet  istiqamət-
lərə  yönəldilməsində,  gənc  tədqiqatçıların  təhsilində  və  peĢə 
hazırlığında əvəzsiz xidmətlər göstərə bilər. 
Uzun müddət xarici ölkələrdə iĢləyən mütəxəssislərin hamı-
sının  hətta  ən  yaxĢı  Ģərtlər  müqabilində  belə,  ölkəyə  qayı-
dacağını  gözləmək  sadəlöhvlük  olardı.  Belə  alimlərin  po-
tensialından  istifadə  etmək  üçün  alternativ  yollar  aranmalıdır. 
Bu istiqamətdə atıla biləcək addımlardan biri onların iĢlədikləri 
universitet  və  institutlarla  müĢtərək  elmi  mərkəz  və  labo-
ratoriyaların yaradılmasıdır. Ümumiyyətlə, xarici universitetlər, 
institutlar  baĢqa  ölkələrdən  olan  tanınmıĢ  alimlərin,  istedadlı 
gənclərin  birgə  elmi  tədqiqatlara  cəlb  edilməsinə  müsbət 
yanaĢırlar. Belə münasibətin arxasında donor ölkələrin iqtisadi, 
siyasi maraqları dayanır. Məsələn, ABġ-ın “Mülki Tədqiqatlar 
və  ĠnkiĢaf  Fondu”-nun  (CRDF)  məqsədi  keçmiĢ  SSRĠ-nin 
hərbi-sənaye  kompleksində  elmi  tədqiqatla,  layihələndirmə  ilə 
məĢqul  olmuĢ  alim  və  mühəndisləri  mülki  araĢdırmalara 
yönəltmək  və  bununla  da  onların  üçüncü  ölkələrə  axınının 
qarĢısını almaqdır. Xaricdəki həmvətənlərimizi birgə mərkəz və 


 
129 
laboratoriyalara  cəlb  etməklə  biz  də  öz  maraqlarımızı  güdmə-
liyik:  məqsədimiz  Azərbaycan  elminin  güclənməsi,  yerli  elmi 
kadrların hazırlanması olmalıdır. Bu iĢdə nümunə kimi  AMEA 
ilə Fransanın Milli Elmi AraĢdırmalar Mərkəzinin (CNRS) təsis 
etdiyi  və  Nant  Universiteti  ilə  BDU-nun  Tətbiqi  Riyaziyyat 
Ġnstitutunun  birgə  fəaliyyətini  nəzərdə  tutan  beynəlxalq 
laboratoriyanın  təcrübəsindən  faydalanmaq  olar.  MüĢtərək 
laboratoriyanın  məqsədi  tətbiqi  riyaziyyatın  qarĢılıqlı  maraq 
doğuran  problemləri  ətrafında    tədqiqat  aparmaq,  birgə  elmi 
kadrlar  hazırlamaq  və  konfranslar  keçirməkdir.  O,    bərabər 
əsaslarla  AMEA  və  CNRS  tərəfindən    maliyyələĢdirilir. 
Gələcəkdə müĢtərək elmi qurumların Elmin ĠnkiĢafı Fondunun 
qrantları hesabına maliyyələĢməsi məsələsinə baxıla bilər. 
Alimlərimizi  yüksəkixtisaslı  elmi  kadr  hazırlığı  prosesinə 
cəlb  etmək  lazımdır.  Mühazərələr  oxumaq,  magistr  və 
doktorluq  dissertasiyalarina  rəhbərlik  etmək,  müdafiə 
Ģuralarında iĢtirak etmək üçün onları müəyyən müddətə ölkəyə 
dəvət etmək olar. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin 
xarici  ölkələrdə  təhsili  üzrə  Dövlət  Proqramı  çərçivəsində 
istedadlı gənclərin  elmi tədqiqatlar aparmaq, təcrübə toplamaq 
məqsədilə  xarici  ölkələrdə  iĢləyən  tanınmıĢ  azərbaycanlı 
alimlərin  yanına  göndərmək  səmərəli  olar.  Onları  Azərbay-
canda  nəĢr  olunan  elmi  jurnalların  redaksiya  heyətlərinə  daxil 
etmək,  beynəlxalq  elmi  dairələrdəki  əlaqələrindən  jurnal-
larımızın  keyfiyyətini  yüksəltmək  məqsədilə  istifadə  etmək 
lazımdır. 
Xaricdəki  alimlərin imkanlarından  yararlanmanın bir üsulu 
da  onlarla  mövcud  beynəlxalq  qrantlar  çərçivəsində  əlaqələrin 
qurulmasıdır.  ĠnkiĢaf  etmiĢ  ölkələrin  müxtəlif  fondları  elmin 
bütün  və  ya  müəyyən  sahələrində  tədqiqat  aparmaq,  təhsil 
almaq  məqsədilə  baĢqa  ölkə  vətəndaĢlarına  kifayət  qədər 
əhəmiyyətlı  vəsaitlər  ayırır.  Belə  qrantlardan  istifadənin  əsas 
Ģərtlərindən biri xarici ölkə universitet və institutlarında layihə 
rəhbəri  tapmaqdır.  Layihə  rəhbəri  iĢtirakçıların  tədqiqatlarını 


 
130 
əlaqələndirən, fondlarla danıĢıq apara bilən tanınmıĢ mütəxəssis 
olmalıdır.  Yerli  alimlərin  fondlarla  iĢ  zamanı  üzləĢdikləri  əsas 
çətinliklərdən  biri  də  məhz  layihə  rəhbəri  ilə  bağlıdır.  Hesab 
edirik  ki,  azərbaycanlı  alimlərin  bir  qismini  qrantlar  vasitəsilə 
birgə  tədqiqatlara  cəlb  etmək  mümkündür.  Lakin  bunun  üçün 
xarici  ölkələrdə  yaĢayan  alimlərimiz  haqda  mərkəzləĢdirilmiĢ 
məlumat  bazası  yaradılmalıdır.  Belə  informasiya  bazasında 
həm  də  indi  xarici  ölkə  universitetlərində  təhsil  alan  və 
gələcəkdə bəlkə də orada qalıb iĢləyəcək gənclər haqda  məlu-
mat  toplanmalıdır. Bazada ixtisaslar, ölkələr və soyadları üzrə 
axtarıĢ sistemi olmalıdır. 
Alimlərimizin  elmi  göstəricilərinin  təhlili  sübut  edir  ki, 
onlar arasında beynəlxalq standartların tələblərinə cavab verən 
kifayət  qədər  mütəxəssis  var.  Onların  yenidən  Azərbaycan 
elminə  inteqrasiyasına  nail  olmaq  məqsədilə  yuxarıda  təklif 
etdiyimiz  metodlarla  yanaĢı,  xaricdəki  alimlərin  AMEA-ya 
həqiqi  və  ya  müxbir  üzv  seçilməsi  məsələsini  qaldırmaq  olar. 
Xaricdə  iĢləyən  alim  üçün  AMEA-ya  üzv  seçilmək  mənəvi 
stimuldan baĢqa, Azərbaycana geri döndüyü zaman ciddi maddi 
təminat  rolunu  da  oynamalıdır.  Alimlərimizin  həyat  və 
yaradıcılığına həsr edilmiĢ analitik məqalələr yazılmalı, onların 
nailiyyətləri  haqda  veriliĢlər  hazırlanmalıdır:  həmvətənlərimiz 
unudulmadıqlarını və ölkə üçün lazımlı olduqlarını həmiĢə hiss 
etməlidirlər.  Məqaləmizdə  qaldırılmıĢ  problemlərin  geniĢ 
müzakirəsini  keçirmək  məqsədilə  onları  Azərbaycana  dəvət 
etmək çox faydalı olar. Belə bir konfrans, məsələn Azərbaycan 
Respublikasının Diasporla ĠĢ Üzrə Dövlət Komitəsinin xətti ilə 
təĢkil edilə bilər. 
Reytinq  siyahılarının  hazırlanması  çətin  və  məsuliyyətli 
iĢdir.  AraĢdırmalar  zamanı  üzləĢdiyimiz  problemləri  qeyd 
etmiĢik. Ona görə də, bəzi həmkarlarımızın bu siyahıda nəzərə 
alınmadığı istisna olunmur. Təqdim edilmiĢ siyahının dəqiqləĢ-
dirilməsi istiqamətində iĢ davam edir və biz bu fəaliyyətimizdə 
elmi ictimaiyyətin köməyinə ümid edirik.  


Yüklə 2,98 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə