Redaktor: Cahangir Məmmədli



Yüklə 2,98 Kb.
Pdf görüntüsü
səhifə42/46
tarix11.04.2018
ölçüsü2,98 Kb.
#37906
1   ...   38   39   40   41   42   43   44   45   46

 
131 
ISI  Web  of  Knowledge  bazası  əsasında  analoji  siyahılar 
elmi  potensialımızın  əsas  hissəsi,    yəni  ölkənin  institut  və 
universitetlərində  çalıĢan  alimlər  üçün  də  tərtib  edilməlidir. 
Qeyd  etmək  yerinə  düĢər  ki,  Rusiyada  belə  siyahılar  artıq 
yaradılıb  və  internet  saytinda  yerləĢdirilib.  Bu  iĢin  həyata 
keçirilməsi  üçün  ilk  növbədə  elmi  təĢkilatların  beynəlxalq 
informasiya  mənbələrinə  abunə  yazılıĢı  təmin  edilməlidir  ki, 
hər  bir  mütəxəssis  öz  yaradıcılığı  haqda  müstəqil  araĢdırma 
apara  bilsin.  Belə  olduğu  təqdirdə  elmi  kadrların  sahələr  və 
təĢkilatlar  üzrə  paylanmasını  formal  parametrlərə  görə  deyil, 
həqiqi  elmi  göstəricilər  əsasında    müəyyən  etmək,  məhsuldar 
qüvvələr  üçün  daha  əlveriĢli  Ģərait  yaratmaq,  elmi  infra-
strukturu  optimallaĢdırmaq  olar.  Reytinq  siyahılarından  alim 
əməyinin qiymətləndirilməsində, attestasiya prosesində, dokto-
ranturanın  ikinci  pilləsində  müdafiələr  və  AMEA-ya  seçkilər 
zamanı da istifadə etmək lazımdır.  
 
 
Məqalə  bəzi  ixtisarlarla  “Xaricdəki  elmi  kadr 
potensialımızın 
imkanları” 
sərlövhəsi 
altında 
“Respublika”  qəzetinin  15  dekabr  2009-cu  il  tarixli 
sayında və  tam Ģəkildə “Elm” qəzetinin 22 dekabr 2009-
cu il tarixli sayında çap olunmuĢdur.  
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
132 
ELMĠ NƏġRLƏRĠN QĠYMƏTLƏNDĠRĠLMƏSĠ:  
MÖVCUD VƏZĠYYƏT VƏ PERSPEKTĠVLƏR 
 
Müasir  zamanın  informasiya  əsri  olduğu  fikrini,  yəqin  ki, 
heç  kim  Ģübhə  altına  almaz.  Hər  bir  evə  daxil  olan  kompüter 
sistemləri,  bütün  dünyanı  vahid  informasiya  məkanında 
birləĢdirən internet Ģəbəkəsi, virtual kitabxanalar, jurnallar və s. 
həyatımızın  ayrılmaz  hissəsinə  çevrilib.  Bu  informasiya 
axınından  faydalanmaq  bacarığı  isə  “mədəni  insan”  anlayıĢının 
əhəmiyyətli komponenti kimi qəbul edilir.  
Ġnformasiya  məkanının  çox  mühüm  hissəsini  elmi-texniki 
informasiya-elmi  jurnallarda  çap  olunmuĢ  məqalələr,  patent  və 
ixtiralar haqqinda məlumatlar təĢkil edir.  Respublikamızın milli 
maraqları  hər  bir  tədqiqatçımızın  elmin  son  nailiyyətləri  ilə 
vaxtında tanıĢ olmasını, yeniliklərin intehsalatda, elm və təhsildə 
ləngimədən  və  səmərəli  Ģəkildə  tətbiqini  tələb  edir.  Eyni 
zamanda  alimlərimizin əldə etdikləri mühüm elmi nəticələri də 
beynəlxalq arenaya operativ surətdə çixarmaq lazımdır.  
Məlumdur  ki,  aparılmıĢ  tədqiqatlar  elmi  ictimaiyyətə 
müxtəlif  formalarda  çatdırıla  bilər.  Mövcud  üsullardan  biri, 
bəlkə  də  birincisi  elmi  məqalədir.  Elmin  müxtəlif  sahələri  üzrə 
ixtisaslaĢmıĢ jurnallarda  çap  edilmiĢ məqalə müəlliflərlə  yanaĢı 
onların  çalıĢdıqları  universitet  və  institutların,  təmsil  etdikləri 
ölkələrin elmi nüfuzunu birbaĢa müəyyən edən və, son nəticədə, 
ölkənin inkiĢaf səviyyəsini göstərən amillərdəndir. 
Müasir  dünyada  minlərlə  elmi  jurnal  nəĢr  olunur.  Yuxarıda 
deyilənlərə  elmi  dərəcə  və  adların  verilməsində  çap  olunmuĢ 
məqalənin  vacibliyini  də  əlavə  etsək,  jurnalların  əhəmiyyətinə 
görə  qiymətləndirilməsinin  elmi  qurumlar  və  ictimaiyyət 
qarĢısında  duran  mühüm  vəzifələrdən  biri  olduğu  aydınlaĢar. 
Hazırda  elmi  nəĢrlərin  qiymətləndirilməsi  ISI  (Institute  for 
Scientific 
Information
tərəfindən  jurnal  məqalələrinə 
istinadların  statistik  analizi  əsasında  aparılır.  Əldə  edilmiĢ 
məlumat  jurnalların  elmi  istinad  indeksi  (Science  Citation  In-


 
133 
dex-SCI)  bazasını  formalaĢdırır.  60-cı  illərdən  etibarən  ISI 
tərəfindən  qiymətləndirmənin  müasir  növü-  impakt  faktor 
göstəricisi  istifadə  edilir.  Ġmpakt  faktor  nəĢrdəki  əsərlərin,  bu 
əsərlərdəki  ideya  və  nəticələrin  elmin  müəyyən  sahəsinin 
inkiĢafına təsir imkanının ədədi ifadəsidir. Jurnalın hər hansı bir 
ildəki  impakt  faktoru  nəĢrdə  əvvəlki  iki  ildə  çap  olunmuĢ 
məqalələrə  baxılan  ildə  verilmiĢ  istinadların  və  əvvəlki  iki  ildə 
çap  olunmuĢ  məqalə  sayının  nisbəti  kimi  hesablanır.  Ġmpakt 
faktor  böyuk  və  kicik  həcmli,  müxtəlif  dövrülüklə  və  tarixdən 
nəĢr olunan jurnalların qiymətləndirilmədə imkanlarını bərabər-
ləĢdirmək baxımından mühüm göstəricidir. Jurnallarin 5 illik və  
məqalələrə  özünə-istinadı  nəzərə  almayan  impakt  faktorları  da 
mövcuddur. ISI tərəfindən açıqlanan siyahılarda birinci metodla 
hesablanmıĢ impakt faktorlar göstərilir.  
AraĢdırılan ildən asılı olaraq hər bir jurnalın impakt faktoru 
dəyiĢir: aydındır ki,  hər il eyni dərəcədə yüksək səviyyəli nəti-
cələrin  alınmasını  və  nəĢrini  gözləmək  düzgün  olmazdı.  Belə 
dəyiĢmələr mötəbər, müəyyən sahədə onilliklərlə tanınan, qəbul 
edilən  nəĢrlərdə  kifayət  qədər  məhdud  sərhədlərdə  baĢ  verir. 
Fikrimizi aydınlaĢdırmaq məqsədilə bəzi yüksək impakt faktorlu 
jurnalların 2006 və 2007-ci illərdəki nəticələrini müqayisə edək. 
Məsələn,  əgər  Amerika  Fizika  Cəmiyyətinin  nəĢr  etdiyi  “Phy-
sical  Review  Letters”  jurnalının  impakt  faktoru  2006-cı  ildə 
7.072 olmuĢdursa, 2007-ci il göstərici 6.944-dür. Həmin cəmiy-
yətin  digər  bir  nüfuzlu  nəĢri-  “Physical  Review  D”    jurnalının 
impakt  faktoru,  müvafiq  olaraq  4.896  və  4.696  olmuĢdur. 
Beləliklə,  dünya  elmində  yüksək  səviyyəli,  məqaləsi  bir  neçə 
ekspert tərəfindən diqqətlə yoxlanılan nəĢrlər siyahısı formalaĢır 
ki,  belə  jurnallarda  əsər  çap  etdirmək  hər  bir  mütəxəssis  üçün 
peĢəkarlıq,  özünütəsdiq  baxımından  müstəsna  əhəmiyyətə  ma-
likdir. 
Yeni,  nisbətən  gənc  nəĢrlərdə  impakt  faktorun  dəyiĢmələri 
kəskin ola bilər. Bəzən belə jurnallar ISI siyahısından çıxarıla da 
bilər.  Qeyd  etmək  yerinə  düĢər  ki,  nəĢrinə  yenicə  baĢlanmıĢ 


Yüklə 2,98 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə