Redaktor: Cahangir Məmmədli



Yüklə 2,98 Kb.
Pdf görüntüsü
səhifə43/46
tarix11.04.2018
ölçüsü2,98 Kb.
#37906
1   ...   38   39   40   41   42   43   44   45   46

 
134 
jurnalların  ISI  siyahısına  daxil  edilməsi  kifayət  qədər  çətin  və 
uzun  sürən  prosesdir.  Jurnalın  redaksiya  heyətinin  və  çap 
olunacaq  iĢlərə  rəy  verən  ekspertlərin  dünya  elmində  kifayət 
qədər  tanınmıĢ  simaların  olması,  nəĢrin  dövrülüyünün  ciddi 
səkildə  qorunması,  məqalələrdəki  istinadların  müasir  stan-
dartlara cavab verməsi və asanlıqla əldə edilə bilməsi və s.  ISI-
nin  tələbləri  arasındadır.  Jurnalın  geniĢlənmiĢ  ISI  siyahısına 
qəbulu onun heç də dərhal impakt faktor alması demək deyildir: 
yalnız iki illik nəzarətdən sonra jurnala qazandığı impakt faktor 
verilir, və ya o, siyahıdan silinir. 
Ümumiyyətlə,  ISI tərəfindən indekslənən nəĢrlərin  siyahısı 
hər il yenilənir. ISI vaxtaĢırı istinad edilməyən, keyfiyyəti aĢağı 
düĢmüĢ  və  ya  nəĢri  dayandırılmıĢ  jurnalları  öz  siyahısından 
çıxarır və, əksinə,  yeni  nüfuz qazanmıĢ  nəĢrləri ora daxil edir. 
Bu prosesləri izləməklə nəinki elmin konkret sahəsinin inkiĢaf 
dinamikası,  həm  də  istənilən  ölkədə  elmin  çağdaĢ  durumu 
haqqında  məlumat  əldə  etmək,  mülahizə  yürütmək  müm-
kündür.  Məsələn,  son  illərdə  nanotexnologiyalar  istiqamətində 
tədqiqatların  geniĢ  vüsət  alması  bu  sahəyə  həsr  olunmuĢ 
jurnalların  sayının  durmadan  artması  və  onların  əksəriyyətinin 
qısa  bir  zaman  kəsiyində  yüksək  impakt  faktorlu  nəĢrlər 
siyahısına  daxil  edilməsi  ilə  müĢayət  olunmuĢdur.  Amerika 
Kimya Cəmiyyətinin  impakt faktoru 9.627 olan “Nano Letters” 
jurnalı,  Elsevier  nəĢriyyatının  5.929  impakt  faktorlu  “Nano 
today”  və  IOP-un  3.31  impakt  faktorlu  “Nanotechnology” 
jurnalları belə nəĢrlər arasındadırlar. Ölkələrdə baĢ verən siyasi, 
iqtisadi  proseslərin  jurnal  nəĢrinə  və  onların  keyfiyyətinə, 
dolayısı yolla bütövlükdə elmin səviyyəsinə necə təsir etdiyini 
görmək  üçün  keçmiĢ  sovet,  indi  isə  Rusiya  jurnallarının  ISI 
siyahısında yerdəyiĢmələrini izləmək kifayətdir. Belə araĢdırma 
həm  də  onun  üçün  vacibdir  ki,  bizim  yaĢlı  və  orta  nəsl 
alimlərinin  böyük  bir  qismi  hələ  də  rusdilli  nəĢrlərlə 
əməkdaĢlığı davam etdirir, onları digər beynəlxalq jurnallardan 
üstün  hesab  etməkdə  israrlı  görünürlər.  Rusiyada  nəĢr  olunan 


 
135 
ən  yüksək  impakt  faktorlu  “Успехи  Физических  Наук” 
jurnalının göstəricisi 2006-cı ildə 2.675, 2007-ci ildə isə 2.032 
olmuĢdur.  Vaxtıilə  məĢhur  sovet  jurnallarının  əksəriyyətinin 
impakt  faktoru  indi  0.1-0.5  arasındadır.  ġübhəsiz,  keyfiyyətini 
ildən-ilə yüksəldən bir neçə nəĢr də tapmaq olar. Amma onlar 
ümumi mənzərəni dəyiĢmirlər. 
ISI-nin açıqladığı məlumat bazasından hər bir ölkənin elmi 
müəssisələri  nailiyyətlərini  dəyərləndirmək,  perspektivlərini 
müəyyənləĢdirmək  üçün  istifadə  edirlər.  Bu  cəhətdən 
Turkiyədə qəbul və istifadə olunan metodika bizim üçün müəy-
yən  maraq  kəsb  edir.  Belə  ki,  Türkiyənin  elmi  qurumları 
jurnalları  kateqoriyalara  (siniflərə)  bölür  və  dəyərlənmədə 
məhz  bu  bölgüdən  istifadə  edirlər.  Nəticə  olaraq  A,  B  və  C 
kateqoriyalı  jurnalların  siyahıları  yaranır.  Bölgü  zamanı  jur-
nalların impakt faktorları və konkret elm sahəsinə aid nəĢrlərin 
mövcud  impakt  faktor  intervalı  əsas  götürülür.  BaĢqa  sözlə, 
bölgü  hər  sahə  üçün  müstəqil  aparılır.  Fikrimizə  konkret 
misallarla  aydınlıq  gətirək.  Məlumdur  ki,  sayına  görə  yüksək 
impakt  faktorlu  nəĢrlər  arasında  tibb  jurnalları  birincidirlər. 
ABġ-da  nəĢr  olunan  və  xərçəng  xəstəliyinin  diaqnostikası, 
müalicəsi  və  profilaktikasına  həsr  olunmuĢ  “CA-A  Cancer 
Journal  for  Clinicians”  jurnalının  2007-ci  il  üçün  impakt 
faktoru  69.026-dır.    Bu,  dünyada  ən  yüksək  impakt  faktora 
malik  jurnaldır.  Fizika  elmində  Amerika  Fizika  Cəmiyyətinin 
“Reviews  of  Modern  Physics”  (38.403),  kimya  səhəsində  isə 
22.757  göstərici  ilə  “Chemical  Reviews”  liderlik  edirlər.  Ġndi 
isə bu göstəriciləri riyaziyyat jurnallarının impakt faktorları ilə 
müqayisə  edək.  Prinston  universitetinin  nəĢr  etdiyi  və  bizə 
məlum  olan  ən  jüksək  göstəricili  “Annals  of  Mathematics”-in 
impakt  faktoru  2.739-a  bərabərdir!  Belə  böyük  fərqlərin 
mənĢəyinə varmadan qeyd edək ki, bu heç də riyaziyyatın zəif 
inkiĢaf  edən  sahə  və  ya  “Annals  of  Mathematics”-də  məqalə 
çap etdirmənin “Reviews of Modern Physics”-dən 14 dəfə asan 
olması  demək  deyildir.  AĢkardır  ki,  bir-birindən  on  dəfələrlə 


 
136 
fərqlənən  intervallar  impakt  faktorun  eyni  bir  qiymətinə  görə 
bölünə bilməzlər. Bölgü hər sahə üçün xarakterik olan interval  
daxilində  müəyyən  nisbətdə  aparılmalıdir.  Bu  belə  də  edilir, 
çünki  əks  təqdirdə  heç  bir  riyaziyyat  jurnalı  A  sinfinə  düĢə 
bilməzdi!  
Beləliklə,  A  sinfinə  böyük  nüfuza  malik  aparıcı  elmi 
jurnallar  daxil  edilir,  B  sinfini  kifayət  qədər  mötəbər  nəĢrlər 
formalaĢdırır,  C  sinfində  isə  məhdud  təsir  dairəsinə  malik 
jurnallar cəmlənir. Hər bir sinif özü də bircins deyil: bir sinifdə 
impakt  faktorları  dəfələrlə  fərqlənən  jurnallar  yer  ala  bilərlər.  
Mövcud  siyahıların  natamamlığı  da  mütləq  qeyd  edilməlidir. 
Əlimizdə  olan  və  2008-ci  ildə  Türkiyənin    “Ulusal  Akademik 
Ağ  ve  Bilgi  Merkezi”  ilə  “CABĠM  Cahit  Arf  Bilgi  Merkezi” 
tərəfindən  birgə  hazırlanmıĢ  siyahıda  dünyanın  ən  yüksək 
impakt  faktorlu  üç  tibb  jurnalı:  “CA-A  Cancer  Journal  for 
Clinicians”(69.026),  “The  New  England  Journal  of  Medicine” 
(52.589) və “Annual Review of Immunology” (47.981) jurnal-
ları  yer  almaylb.  Həmçinin  Rusiya  və  baĢqa  MDB  ölkələrinin 
ISI  siyahısında  olan  60-a  yaxin  elmi  jurnalı  da  B  və  C 
siniflərinə  daxil  edilməyib.  Biz,  araĢdırmaların  tam  həcmdə 
aparılacağı təqdirdə,  baĢqa faktların da aĢkarlanacağını istisna 
etmirik. Görünən nöqsanların və ya bizim tərəfimizdən nöqsan 
kimi qəbul edilən faktların müxtəlif izahı mümkündür. Mövcud 
siyahılar  tərtib  edilərkən  elmin  Türkiyədəki  gerçək  vəziyyəti 
nəzərə  alindığindan,  qeyd  olunmuĢ  birinci  faktı  Türkiyə 
alimlərinin  həmin  jurnallarda  məqalə  çap  etdirmələrinin  real 
olmadığı, ikincini isə arzu edilmədiyi kimi də izah etmək olar.  
Respublikamızda  elmi  tədqiqatların  mövcud  durumu  indeks-
lənən  rusdilli  jurnalların  müvafiq  siniflərə  əlavə  edilməsini 
tələb edir. YaxĢı olardı ki, jurnalların kateqoriyalara bölünməsi 
yerli  elm  və  ya  dövlət  qurumları  tərəfindən,  məsələn,  Ali 
Attestasiya  Komissiyasında  (AAK)  müstəqil  Ģəkildə  aparılsın. 
Bu iĢ görülənədək A, B, C jurnallarının mövcud siyahılarından  
ISI-nin  ilkin  məlumatları  ilə  birlikdə,  qarĢılıqlı  dəqiqləĢmələr 


Yüklə 2,98 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə