59
dissertasiyaların müdafiəsinin və təsdiqinin qarĢısını effektiv
Ģəkildə kəsə bilər. Xüsusilə yüksək səviyyəli elmi tədqiqatların
müəlliflərinə doktorluq dissertasiyası yazmadan, formal prose-
durlarsız AAK-nın ekspert və ya müdafiə Ģurasında məruzə ilə
çıxıĢ etməklə doktorluq elmi dərəcəsi verilə bilər. “Xüsusi
yüksək səviyyə” isə AAK tərəfindən müəyyən edilməlidir.
Yüksək səviyyənin göstəricisi kimi indekslənən və təsir əmsalı
müəyyən həddi aĢan jurnallarda çap olunmuĢ məqalələrin,
müəllifin əsərlərinə verilmiĢ istinadların sayını və s. təklif et-
mək olar. Müəyyən keçid dövründən sonra, doktoranturanın
ikincı pilləsində müdafiə prosedurunu, ümumiyyətlə, ləğv et-
mək və bütün iddiaçıların “xüsusilə yüksək səviyyə”nin para-
metrlərini ödəməsi məsələsini qaldırmaq olar. Eyni və ya
analoji tələbləri dosent və professor elmi adlarının verilməsinə
də Ģamil etmək mümkündür.
Dissertasiya iĢlərinin keyfiyyətinə olan tələbləri mahiyyət
etibarilə sərtləĢdirməklə yanaĢı, mövcud sənədləĢmə prosesini
xeyli dərəcədə sadələĢdirmək lazımdır. Dissertasiyaların həcmi-
nə, yazılmasında istifadə olunan proqram-redaktorlara, ədəbiy-
yata istinadın verilməsi formalarına standart məhdudiyyətlər
aradan qaldırılmalıdır. Müxtəlif elm sahələrinin, jurnalların
fərqli ənənə və tələbləri olduğu üçün, bu kimi məsələlər dünya
praktikasında qəbul edilmiĢ qaydalara uyğunlaĢdırılmalıdır:
filoloqla riyaziyyatçının əsərlərinə eyni meyarlarla yanaĢmaq
düzğün deyil. Müdafiə qaydalarının sadələĢdirilməsi məqsədilə
dissertasiya Ģuraları yanında elmi seminarların ləğv edilməsi
məqsədəuyğun olardı. Təcrübə göstərir ki, müdafiə prosesinə
seminarların demək olar ki, təsiri yoxdur. Belə aralıq, formal
strukturların mövcudluğu müdafiə prosesini yalnız ləngidir,
AAK-a təqdim olunan sənədlərin sayını artırır.
Komissiyanın fəaliyyəti baĢqa istiqamətlərdə də yenilənmə-
lidir. Hər Ģeydən əvvəl ekspert Ģüralarının üzvləri seçilərkən
onların ən azı AAK-in elmlər doktoru
dərəcəsi almaq üçün qüv-
vədə olan tələbləri ödəməsi yoxlanılmalıdır. Əks təqdirdə, elmi
61
Nəticədə, sifariĢ dövlətin maraqlarını deyil, müəyyən ictimai
qrupların arzu-istəklərini əks etdirir və təsadüfü adamların elmi
dərəcə almaları üçün imkanlar yaradır. Heç bir xidməti
olmayan insanların yüksək elmi dərəcələrə yiyələnməsi cəmiy-
yətdə alim nüfuzunu aĢağı salır, mənəvi aĢınmalara yol açır.
Belə hallara ictimai-siyasi və humanitar elmlərdə daha çox
təsadüf edildiyindən bu sahələrdə kadr hazırlığına dövlət sifa-
riĢini kəskin azaltmaq lazımdır. Ġctimai-siyasi və humanitar
elmlərə axının yüksək olduğunu nəzərə alaraq bu sahələrdə
elmi kadr hazırlığının 80-90 faizini yüksək ödəniĢli əsaslarla
aparmaq daha səmərəli olardı. Belə tədbirlər nəticəsində
qənaət
olunmuĢ vəsaitin hamısı, qazanılmıĢ maliyyə resurslarının isə
böyük hissəsi ölkə üçün strateji əhəmiyyətli istiqamətlərdə elmi
kadr hazırlığına yönəldilə bilər.
Kadr hazırlığındakı çatıĢmazlıqlar elmin ümumi problem-
lərindən qaynaqlanır. Bəzən aspirant və dissertantlar üçün ayrıl-
mıĢ yerlərə sənəd də verilmir. Vəziyyətin bu həddə qədər ağır-
laĢmasının əsas səbəbi elmi kadrların maddi təminatındakı
problemlərdir. Gənclər yaĢlı və orta nəsil nümayəndələri kimi
sənətə sadiqlik, fədakarlıq göstərməyə, nəyin bahasına olursa-
olsun elmi tədqiqatlarla məĢğul olmağa razı deyillər. Onlar
iqtisadiyyatın baĢqa sahələrində çalıĢan həmyaĢıdlarından aĢağı
səviyyədə yaĢamaq istəmirlər və bu mənada tam haqlıdırlar.
Ona görə də, elmi yaradıcılıq dövlət tərəfindən ən yüksək
səviyyədə dəstəklənməyincə, vəziyyətin yaxĢılığa doğru dəyi-
Ģəcəyini gözləmək lazım deyil.
Umid edirik ki, Milli Strategiya çərçivəsində həyata keçiri-
ləcək islahatlar, dövlətin qayğısı Azərbaycan elminin inkiĢa-
fında və yüksək ixtisaslı kadr hazırlığında dönüĢ nöqtəsi olacaq.
“Azərbaycan” qəzeti, 26 noyabr 2009-cu il və
“Elm” qəzeti, 31 dekabr 2009-cu il