Redaktor: Korrektor: Cildin



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə35/119
tarix14.05.2018
ölçüsü2,78 Mb.
#44094
1   ...   31   32   33   34   35   36   37   38   ...   119

Məntiq ____________________________________________________________  

Məntiqdə  söz  bəhsinə  yer  ayrümasınm  səbəbi,  "Məntiqin 

əhəmiyyəti" bəhsində adı çəkilən "zahiri nitq"lə "batini nitq"- tn sıx 

əlaqəsinə görə, yaxud da zahiri nitqin batini nitqdən (təfəkkürdən) 

qaynaqlandığı  və  batini  nitqdə  səhvlərə  yol  verildiyi  üçündür. 

Təfəkkürün, istər mücərrədləşdirmə, istər düzgün tərif vermə, istər 

düzgün  bölgü  aparılması,  istərsə  də  düzgün  əqli  nəticə, 

dəlilgətirmə  məqamında  zəruri  təsəvvürlər  və  zəruri  təsdiqlər 

düzgün  dərk  edilməlidir.  Zəruri  təsəvvür  və  təsdiqlər  ze-  hində 

məna və məfhum şəklində yer alır. Söz, insam məna və məfhuma, 

məfhum isə predmetə yönəldir (Diqqət). 

Məfhumları ifadə edən "söz'Tərdir. Təfəkkür zamam hər hansı 

bir sözün hansı mənada işləndiyi müəyyən edilməlidir. Xüsusilə də 

sözün  ifadə  etdiyi  mənanm  zehində,  yoxsa  zehin-  dən  kənarda 

olmasım  aydınlaşdırmaq  çox  çətin  olur.  Buna  görə  də  zehində 

formalaşan təsəvvürləri, məfhumları və təsdiqləri ifadə etmək üçün 

"söz" bəhsi məntiqdə xüsusi əhəmiyyətə malikdir. 

122 



1-

 

CI DƏRS 



DƏLALƏT 

Dəlalət 

Hər  sözün  bir  mənaya  dəlalət  etdiyini  nəzərə  alsaq,  gərək, 

xüsusilə  dəlalətlə  tamş  olaq.  Dəlalət  nədir?  Dəlalət  neçə  növə 

bölünür? 

Siz  evdə  ikən  qapırun  zəngi  çalmdıqda,  qapı  arxasmda  bir 

şəxsin  olduğu  qənaətinə  gəlib,  qapıya  tərəf  hərəkət  edirsiniz.  Bu 

hadisədə 

"üç əsas sütun" 

vardır. 


1.

 

Dəlalət edən (qapının zəngi) 



2.

 

Dəlalət edilən (şəxs) 



3.

 

Dəlalət (zəngi eşidərkən zehnin həmin şəxsə tərəf yönəlməsi) 



Zehnin,  müəyyən  halda  olan  obyekt  üzərindən  digər 

obyektə yönəlməsi şəklində baş verən idrak formasına dəlalət 

deyilir. 

Əvvəlki  dərslərdə  idrakdan  damşdıq.  Bunlardan  hüzuri, 

hüsuli, təfəkkür, təsəvvür, təsdiq və s. kimi idrak formalarma işarə 

olundu.  Bu  dərslə  tanışlıq  zamam  məlum  olacaq  ki,  dəlalət  də 

həmçinin  idrak  formasıdır.  Dəlalət  zamam,  həqiqətən  də,  zehin 

fəaliyyətdə  olur.  İnsan  bu  fəaliyyət  zamam  öz  zeh-  nindəki 

dəyişikliyi  hiss  edir.  Aşağıda  da  görəcəyik  ki,  belə  bir  hissetmə 

zamanı  zehnə  əlavə  ünsürlər  daxil  olur.  Bu  da  elə  idrak  prosesi 

deməkdir. 

123 



Məntiq. 

Uyğunluq 

İldırım  səsi  zehrıinizi  qapı  arxasmda  bir  şəxsin  olması  fikrinə 

yönəldə bilməz. Buna görə də dəlalət edənlə dəlalət edilən arasmda 

"uyğunluq" olmalıdır və mövcuddur. Bu uyğunluğun eyni dəlalət 

edənlə  müxtəlif  dəlalət  edilənlər  arasmda  əlaqə  yaratması 

mümkündür.  Məsələn:  yuxarıdakı  misalda  ola  bilər  ki,  qapımn 

arxasmda  heç  kəs  olmasm  və  zəng  səsinin  gəlməsi  elektrik 

xətlərində qısa qapanmaya görə olsun. Bunun mümkünlü}di hamı 

tərəfindən  qəbul  edilir.  Amma  belə  bir  hadisə  çox  nadir  hallarda 

baş  verdiyinə  görə  və  ya  adətən,  baş  vermədiyinə  görə,  qapınm 

zəngi  bizim  zehnimizi  qapı  arxa-  smdakı  şəxsə  yönəldir.  Yəni 

zehnimiz qapı zənginin nə üçün quraşdırıldığına əsaslanaraq hökm 

verir (növbəti dərsdə qeyd ediləcəyi kimi, bu dəlalətlər "şərti"dir). 

Amma  yaddan  çıxarmaq  olmaz  ki,  qapınm  zəngi,  başqa  amillər 

nəticəsində  də  səslənə  bilər.  Zəngin  səslənməsinə  onlarla  səbəb 

gətirmək  olar.  Başqa  bir  misal:  Uzaqdan,  dostumuz  Hüseyni 

aramızda münaqişə olan bir nəfərlə görürük. Bu zaman dostumuz 

Hüseyn haqqmda zehnimizdə bir  andaca: 



"Demali, san da yaxşı dost 

de-  yüsan", 

-  fikri  yaranır.  Bu  təbii  bir  haldır.  Çünki  bizi  buna 

uyğunluq qanunu sövq edir. Lakin sonradan Hüseynlə söhbətdən 

məlum  olur  ki,  o,  aramızda  münaqişə  olan  şəxsin  yanma  onu 

tənbeh  etməyə  gedibmiş.  Deməli,  burada  da  dostumuzım  həmin 

şəxsin yarımda olması səbəbinin müxtəlif variantlarım vermək olar. 

Hamısmda  da  uyğunluq  şərtinə  əməl  olunmalıdır.  Dördüncü 

fəsildəki "ümumi və xüsusi" mövzusu ilə bunu belə izah etmək olar: 

Məsələn,  "maşm"  məfhumunu  nəzərdə  tutsaq,  onun  müxtəlif 

nümunələrini göstərmək olar: paltaryuyan, paltartikən, işləməkdən 

yorulmayan  bir  insan,  avtomobil,  tokar  dəzgahı  və  s.  Bu  zaman 

məntiqi  olaraq  deyirik  ki,  "maşm"  ümumi  məfhumdur.  Yəni  bir 

neçə  nümunəyə  dəlalət  edir.  Bu  nəzərlə 



"dostumuz  Hüseynin 

düşmənimizin yanında olması" 

124 



Zehin və Məntiq 

məfhumu da ümumi olacaqdır. Məlumdur ki, bu da eynilə "maşm" 

məfhumu  kimi  bir  neçə  şeyə  dəlalət  edə  bilər.  Məsələn,  "Hüseyn 

tanımır  deyə  onunla  söhbət  edir",  "Hüseyn  onun  yox,  əksinə,  o, 

Hüseynin yanma gəlib", "Dostumuz, yaxşı dost deyil", "Hüseyn onu 

hədələyir"  və  s.  "Doshunuz  düşmənimizin  yarımda"  məfhumu  ilə 

bu  dəlalət  olunan  variantlarm  hamısı  arasmda  müəyyən 

uyğunluqlar  var.  Amma  bu  zaman  zehrıimizm  bu  dəlalət 

edilənlərdən  məhz "Dostumuz  yaxşı  dost deyil"  fikrinə  yönəlməsi 

isə  bizim  ruhi  əhvalımıza,  həmin  an  hansı  halda  olduğumuza 

bağlıdır. Əgər sadə düşüncəli rn-  samqsa, zehnimizə ilk  gələn şey 

omm  xəyanəti  olacaq.  Yox  əgər  tez,  tələsərək  qərar  verən  insan 

deyiliksə, götür-qoy edə- niksə, zehnimizə onun xəyanəti haqqmda 

fikrin  gəlməsinin  qarşısı  almacaq.  Yaxud  əgər  dostumuzım 

sədaqətinə  əminiksə,  yenə  xəyanət  fikri  bizdən  uzaq  olacaq. 

Dostumuz  Hüseyni  çox  istddiyimizddn  hunu  ona  layiq 

görməmsyimiz,  bizi  bu  yersiz  fikirdən  daşındıra  bilər.  Nəhayət, 

əgər  dostumuzun  sadiqliyinə  qəti  olaraq  əminiksə,  heç  ondan 

düşmənimizlə nə üçün görüşdüyünü belə, soruşmaya bilərik. 

Diqqət  etsək,  ruhi  vəziyyətimizin  və  uyğunluğun  bir-birinə 

təsiri  olduğunu  görərik.  Çünki  uyğunluğu  zehnimiz  yaradır, 

zehnimiz  isə  ruhi  halımızla  əlaqədədir.  Yəni  əvvəlcə  zehin 

uyğunluğu  yaradır,  şüurlu  və  ya  şüursuz  surətdə,  sonra  ona 

müəyyən  dərəcə  verərək  yenidən  ondan  istifadə  edir.  Bu  zaman 

uyğunluğun  dərəcəsi  zehnə  təsir  edərək  hansınısa  seçməsinə  səbəb 

olur.  Bunlar  bizə  zehnin  yönəlməsinin,  həmişə  dəlalət  edənlə 

müxtəlif 

dəlalət 

edilən 

ünsürlər 

arasındakı 

uyğunluğun 

dərəcəsindən,  həmin  an  bizim  ruhi  vəziyyətimizdən  və  bu  ikisinin 

bir birinə təsirindən asılı olduğunu bildirir. 

Demək olar ki, "cinayət axtarış" sahəsi də bu qanun əsasm- da 

fəaliyyət  göstərir.  Həmin  sahənin  işçiləri  bu  qanundan  daha  çox 

istifadə  edirlər.  Amma  bir  fərqlə  ki,  onlar  bu  qanunu  həmişə 

praktiki  şəkildə  icra  edirlər.  Yəni  zehinləri  bu  qanunun 

nəzəriyyəsinə diqqət etmədən birbaşa cinayətin kim ilə, nə ilə 

125 



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə